Axtarış

The search found 105701 results in 0.119 seconds.

Search results

  1. “WhatsApp”ın funksiyası “Messenger”ə də gəlir - FOTO

    "Messenger" istifadəçiləri "Unsend" funksiyasını aşkar ediblər.

    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu funksiyası sayəsində istifadəçi göndərdiyi mesajları silə biləcək.

    Mesaj həm onu göndərənin, həm də digər şəxsin çatından silinir.

    Göndərilmiş mesajın ləğv olunması üçün vaxt limiti də təyin etmək olacaq. Bu cür funksiya "Gmail" servisində də var. Belə ki, Gmail-də göndərilmiş məktubların silinməsi üçün 30 saniyə vaxt verilir.

    Muxalifet4 - 16-10-2018

  2. İqlim dəyişikliyinin 5 qorxunc FƏSADI - Dünya məhvə gedir?

    Muxalifet4 - 16-10-2018

  3. DAHA BIR İCRA BAŞÇISI DƏYİŞDİRİLİR - Adil Vəliyev yola salınır

    Bir neçə gün əvvəl xəbər yayıldı ki, Sabunçu Rayon İcra Hakimiyyətinin icra başçısı Adil Vəliyevin qoçusu kimi tanınan Həbib adlı əməkdaşı saxlanılıb.
     
    Məlumatda deyilirdi ki, İH əməkdaşı 4 aya yaxındır həbs olunub. Bildirilir ki, Həbib (soyadını öyrənə bilmədik-red.) Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 20 min manat rüşvət alarkən saxlanıb. Onun evindən 280 min manat vəsaitin götürüldüyü də saytımıza verilən məlumatlar arasındadır.
     

    Muxalifet4 - 16-10-2018

  4. Badamdarda son durum – Sürüşmə zonasının miqyası genişlənir

    Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasının miqyası genişlənir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecə boyu davam edib.

    Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.

    Muxalifet - 16-10-2018

  5. Saqqalı qadının son halı HƏRKƏSİ TƏƏCCÜBLƏNDİRDİ - FOTO / VİDEO

    Saqqalına görə küçəyə çıxa bilməyən və ətrafdakı insanların sərt reaksiyalarına səbəb olan qadın ailə həyatını xilas etmək üçün Zahidə Yetişin verilişinə müraciət edib.
    Gənc qadında baş verən dəyişiklik onu görənlərin çaşqınlığına səbəb olub. 
    Zahidənin verilişinə çıxıb kömək istəyən Gülsərən xanımın hekayəsi tamaşaçıları göz yaşına boğmuşdu. Onun müalicəsinə start verilmişdi. Saqqalına görə son günlər hətta dükana da gedə bilməyən Gülsərən demişdi:

    Muxalifet - 16-10-2018

  6. ​CNN: Səudiyyə rejimi jurnalistin konsulluqda öldürüldüyünü etiraf etməyə hazırlaşır

    CNN telekanalının son dəqiqə xəbərinə görə Səudiyyə Ərəbistanı rejimi müxalif jurnalist Camal Haşoginin (Camal Kaşıkçı) bu ölkənin İstanbuldakı konsulluğunda öldürüldüyünü etiraf etməyə hazırlaşır. Telekanal bunu Ankaradakı mənbələrə istinadən bildirir.

    Muxalifet - 16-10-2018

  7. ​Avtobus piyadanı vurub öldürdü - Bakıda

    Bakıda marşrut avtobusunun vurduğu piyada ölüb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
    Bakı şəhər sakini Abışov Elman Dadaş oğlunun idarə etdiyi "Daewoo" markalı, 108 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusla yolu keçən Çingiz Haqverdiyevi vurub.
    Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ç.Haqverdiyev xəstəxanada dünyasını dəyişib.

    Muxalifet - 16-10-2018

  8. ​Bakıda iki "Mercedes" TOQQUŞDU - Biri hasarın uçqunu altında qaldı (FOTO)

    Bakıda iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində qəza baş verib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saat 08:40 radələrində Natavan küçəsi - Biləcəri istiqamətində qeydə alınıb.
    90-XB-381 və 90-DH-744 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində "Mercedes C-class" markalı avtomobil yoldan çıxaraq hasara çırpılıb.
    Hasar dağılaraq avtomobilin ön hissəsinə tökülüb.

    Muxalifet - 16-10-2018

  9. Rusiya-Türkiyə qarşıdurması ola bilər - POLİTOLOQ

    Türkiyə və Rusiya prezidentlərinin Suriyanın İdlib şəhərinə görə razılaşması oktyabrın 15-də bitib. Bu anlaşmaya görə Türkiyə İdlibdə oktyabrın 15-ə qədər iki mühüm vəzifənin yerinə yetirməsini təmin etməli idi. Birincisi, bu şəhərdən ağır hərbi texnika çıxarılmalı, ikincisi, silahlı müxalifətlə terrorçuları bir-birindən ayırmalı idi.
    Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
    Onun sözlərinə görə, Ankara bacardığını edir, ağır texnikanın böyük hissəsi şəhərdən çıxarılıb, ancaq terrorçuların təslimatı hələ ləng gedir:

    Muxalifet - 16-10-2018

  10. ABŞ-ın “Terror dövləti”nə qarşı üçlü ortaq mesaj

    ABŞ-ın Suriyanın şərqində dinməz-söyləməz quru və hava gücü, bələdiyyə məclisləri  ilə defacto bir PYD/PKK terror dövləti qurmağa çalışarkən, Rusiya xarici işlər naziri Sergey Lavrovdan "Fəratın şərqində, qətiyyən qəbul edilməyəcək şeylərin baş verdiyi nəhəng ərazilər var. ABŞ bu torpaqları Suriyalı müttəfiqləri, başda Kürdlər üzərindən (PYD/PKK) orada bir qondarma dövlət yaratmaq məqsədilə istifadə etməyə çalışır" açıqlaması gəldi.
     
    ÜÇLÜ BİRGƏ MESAJ
     

    Muxalifet3 - 16-10-2018

  11. ​ABŞ-da Azərbaycanla bağlı bəyannamə qəbul edildi

    ABŞ-ın San Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası tərəfindən 18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edilib.

    Muxalifet - 16-10-2018

  12. Arda Turan OD PÜSKÜRDÜ: “Hüquq tarixində görülməmiş...”

    Futbolçu Arda Turan onu həyat yoldaşına sataşmaqda ittiham edən müğənni Berkay Şahindən görünməmiş təzminat tələb edəcək.
    Türkiyə mətbuatı xəbər verir ki, Arda yaxınlarına məsələ ilə bağlı bunları söyləyib:
    "Mənə atdıqları təcavüz böhtanı ucbatından Berkay və xanımına Türkiyə Cümhuriyyəti hüquq tarixində görülməmiş böyüklükdə bir təzminat tələbi irəli sürəcəyəm. Heç bir xərcdən çəkinməyəcəyəm. Həqiqətlər ortaya çıxacaq. Bu işdən əsla imtina etməyəcəm".

    Muxalifet - 16-10-2018

  13. Qaşıqçı üçün Səudiyyədən gələn 15 nəfərlik sui-qəsd qrupu həbs edildi – SƏUDİYYƏ MEDİASI

    Səudiyyə Ərəbistanı mətbuatı, journalist Camal Qaşıqçı hadisəsi üçün İstanbula gəldiyi iddia edilən 15 nəfərlik qrupun nəzarətə alındığını yazıb. Səudiyyə mətbuatındakı xəbərin, Ər-Riyad rəhbərliyinin Qaşıqçı cinayətini qəbul edən bir hesabat yayımlayacağı iddiasından sonra gəlməsi diqqətlərdən qaçmayıb.
     
     Səudiyyə Ərəbistanı hökumətinə yaxın “Elaph” qəzeti, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gələrək, jurnalist Camal Qaşıqçını edam etdiyi irəli sürülən 15 nəfərlik qrupun nəzarətə alındığını iddia edib.

    Muxalifet3 - 16-10-2018

  14. Elmar Vəliyevi ölümdən qurtaran POLİS DANIŞDI

    “Daxili orqanlarımdakı fəsadlar aradan qalxdı. Ciddi müalicə dövrü keçdim. Sağlığımda əsas problem sol gözümün görmə qabiliyyətinin ciddi itməsidir. Bunun üçün isə həkimlər əməliyyatın tez olduğunu deyir. Ümumilikdə durumum yaxşıdır”.

    Bu sözləri Gununsesi.org-a açıqlamasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı təşkil olunan sui-qəsd zamanı ağır yaralanan polis əməkdaşı Qasım Aşbazov söyləyib.

    Muxalifet - 16-10-2018

  15. Həbibə təklif olunan 2 milyon “ZİBİL” ÇIXDI: “Bu axmaq...”

    Rusiya KİV-ri xəbər verir ki, Ceksonun təklif etdiyi məbləğə menecerin reaksiyası münaqişəyə səbəb olub.
    Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz təklif olunan 2 milyon dolların “sadəcə zibil” olduğunu yazıb. Onun sözlərinə görə, Həbib bu pula “hətta Koka-kolanın butulkasını açmayacaq”.
    “Pis təsəvvürün daha bir nümunəsi. Bu axmaq ucuz kostyumda böyük pul haqqında danışır. Gülməlidir!” - reper cavabında yazıb.

    Muxalifet - 16-10-2018

  16. PKK-nın Qəndildəki düşərgələrinin koordinatları ələ keçirildi

    Anadolu Agentliyinin verdiyi məlumata görə,Türkiyədə Çankaya rayonu Birlik Məhəlləsində bir avtomobilin baqajında çox sayda tarixi əsər olduğu və yaxşı qiymətə satacağı bilgisi alınandan sonra Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməmkdaşları bu avtomobili izləməyə alıb.
     

    Muxalifet3 - 16-10-2018

  17. Gömrükçülər 8 ədəd mobil telefon müsadirə etdi - FOTO

    Muxalifet.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
    Məlumatda deyilir ki, Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Xanoba" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21043" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
    Baxış zamanı, Rusiya istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd "NANO BQ-1411" markalı mobil telefon aşkar edilib.

    Muxalifet - 16-10-2018

  18. ​Həbib Makqreqorla revanş döyüşündən imtina etdi

    Yüngül çəkidə UFC çempionu olan Həbib Nurmaqomedov irlandiyalı rəqibi Konor Makqreqorla revanş döyüşündən imtina edib.
    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, döyüş üçün Həbibə 15 milyon dollar qonorar təklif olunurdu.
    “Həbib üçün revanş maraqsızdır. O, Makqreqorla heç bir pul qarşılığında döyüşmək istəmir. Hə, ona revanş təklif olunduğunu bilirik. Amma Həbib təklifdən imtina edib”-deyə Həbibin əmisi Aleks Nurmaqomedov deyib.
    Onun sözlərinə görə, 30 yaşlı Həbib Toni Fergusonla döyüşdükdən sonra karyerasına son qoymaq istəyir.

    Muxalifet - 16-10-2018

  19. ​"Məhərrəm Əliyev İsa Qəmbəri kabinetdə söyüb" - İqbal Ağazadədən ŞOK İDDİA

    Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri İqbal Ağazadə Meydan TV-nin efirində 15-16 oktaybr hadisələrinin ildönümü ilə bağlı debata çıxıblar. 
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, debatda hər iki partiya sədri hadisələrinin xronologiyasını xatırlayarkən bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib.

    Muxalifet - 16-10-2018

  20. Azərbaycanda DƏHŞƏTLİ OLAY: 53 yaşlı məktəb mühafizəçisi...

    Quba rayonunda intihar hadisəsi baş verib.
    Rayonun Amsar kənd sakini, 1965-ci il təvəllüdlü Əsgərov Elşad Ələmşah oğlu özünü gecə saatlarında yaşadığı evin arxa hissəsində asaraq intihar edib. Səhər yuxudan oyanan E.Əsgərovun ailə üzvləri onun asılı vəziyyətdə qalmış meyitini aşkarlayıblar.
    Bildirilir ki, həyatına son qoyan 53 yaşlı kişi Amsar kənd məktəbində gözətçi işləyirmiş. Son vaxtlar yuxusuzluqdan əziyyət çəkən Elşadın elə bu səbəbdən intihar etdiyi ehtimal edilir.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 16-10-2018

Pages