Axtarış

The search found 105701 results in 0.078 seconds.

Search results

  1. QIZIL VANNADA RAHATLANAN DİKTATOR – Çəkməçilikdən prezidentliyə gedən yolun acı sonluğu

    “Həmin gün mənim ad günüm idi. Yanacaqdoldurma məntəqəsində şəxsi avtomobilimə talonla verilən sonuncu 20 litr benzini vurduqdan sonra mühərriki işə salmaq istəyirdim ki, tanımadığım bir maşın yanımda saxladı. Maşından düşən cüssəli, hindürboylu, təxminən 35-40 yaşlarında bir kişi mənə yaxınlaşaraq dedi:

    – Bizə benzin lazımdır. Nə qədər istəsən pul verəcəyik.

    Muxalifet - 15-10-2018

  2. ​Kral Salman dünyanın ən məşhur ingilis klubunu alır

    Səudiyyə Ərəbistanı kralı Salman İngiltərənin “Mançester Yunayted” futbol klubunu 4 milyard funt sterlinqə almaq niyyətindədir.
    Muxalifet.az xəbər verir ki, 850 milyard funt sterlinqlik sərvəti olan kralın bu qərarı ingilis azarkeşləri həyəcanlandırıb.

    Muxalifet - 15-10-2018

  3. ​Gəncənin daha bir idarə rəisi işdən çıxarıldı

    Gəncə şəhərində daha bir idarə rəisi işdən çıxarılıb.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Gəncə "Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Ağahüseyn Məmmədov vəzifəsindən azad edilib.
    Xatırladaq ki, o, ötən ilin iyul ayında vəzifəyə təyin edilmişdi.
    Bu vəzifəyə Natiq Əhmədov təyin edilib. N.Əhmədov bundan əvvəl idaərinin sədr müavini vəzifəsində çalışıb.
    Qeyd edək ki, bundan əvvəl Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi işdən çaxıralmışdı.

    Muxalifet - 15-10-2018

  4. Putin HƏRƏKƏTƏ KEÇDİ: gizli səfər, Qarabağda müharibə və ərazilərin... - 4 SSENARİ

    Rusiya Ermənistanda daxili siyasətin idarəçiliyini yenidən əlinə almaq istiqamətində ciddi addımlar atmağa başladı. Nikol Paşinyan siyasi Olimpə çıxandan sonra proseslər Kremlin ürəyincə deyildi, hərçənd, “rəngli inqilab” günlərində rusların müdaxilə edəcəyi və illərlə daşları üstə-üstə qoyaraq tikdiyi Cənubi Qafqazdakı əsas qala divarlarının zədə alacağına imkan verməyəcəyi gözlənilən idi. Lakin Rusiya susqunluğunu qorudu, mümkündür ki, Moskva ikinci Ukrayna ilə qarşılaşmaq istəmirdi.

    Muxalifet - 15-10-2018

  5. Cahangir Hacıyevlə birgə sabiq deputat barəsində də cinayət işi başlanılıb

    “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin ikinci cinayət işində onunla birgə daha bir şəxsin adı məlum olub.
    Bu, “Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən və hazırda həbsdə olan sabiq deputat Dünyamin Xəlilovdur.
    D.Xəlilov və 24 nəfər isə artıq cinayət materialları ilə tanış olub. C.Hacıyev isə hazırda cinayət materialları ilə tanış olur.
    C.Hacıyevin tanışlıq mərhələsi yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

    Muxalifet - 15-10-2018

  6. ​Xəzərdə 2,7 gücündə zəlzələ olsa, Badamdar sürüşə bilərmi?

    Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı ərazidə sürüşmə davam edir, gərginlik azalmayıb. Baş nazirin müavini Hacıbala Abutalıbov jurnalistlərə belə deyib.
    Abutalıbov əlavə edib ki, həmin ərazidə olan 11 evin 8-nin divarındakı çatlar böyüyüb: “Bilirsiniz ki, həyətlərdə çatlar var, hamısına mayaklar qoyulub. Ərazidə çökmə də var”.

    Muxalifet - 15-10-2018

  7. ​Fransadakı daşqınlar 13 nəfərin həyatına son qoyub

    Fransanın cənubunda yerləşən Od departamentində daşqınlar nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
    Bu barədə məlumatı Fransa Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, Pezan kommunasında su bəndinin dağılması riski ilə əlaqədar minə yaxın insanın təxliyə olunub. 
    Regionun bəzi rayonlarına bir neçə saat ərzində üç aylıq yağıntı norması düşüb. Hazırda təbii fəlakətdə zərər çəkən ərazilərdə aparılan xilasetmə əməliyyatlarında 8 helikopter, həmçinin yüzlərlə yanğınsöndürən və polis cəlb edilib. 

    Muxalifet - 15-10-2018

  8. ​SON DƏQİQƏ: 20 minlik ordu hazır vəziyyətə gətirildi: Düşmən 7 cəbhədə DARMADAĞIN EDİLƏCƏK

    Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün hazır vəziyyətdə gözləyir.

    Muxalifet.az xəbər verir ki, bu barədə ASO-nun Münbiç Hərbi Məclisinin rəhbəri Adnan Ebu Faysal deyib.

    Onun sözlərinə görə, 20 min döyüşçü terrorçuları məhv etməyə hazırdır.

    Muxalifet3 - 15-10-2018

  9. ​Köçəryandan ŞOK İTTİHAM: “Paşinyan hakimiyyətə gəlmək üçün qan töküb”

    Ermənistanın Baş naziri Nikol Paşinyan 2008-ci il martın 1-də İrəvanda insan ölümü ilə yadda qalmış hadisənin əsas icraçılarından biri idi.
    Muxalifet.az xəbər verir ki, bu iddia ilə “Bloomberg”-ə müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan çıxış edib.
    Köçəryanın sözlərinə görə, qanlı aksiyanın əsas iştirakçılarından olan Paşinyan siyasi məqsədləri üçün bundan istifadə edib:
    “Tarixdə qalmaq üçün bu qanlı olaylarda fəal olub. Bu mənada həmin hadisələrin baş verməsində məsuliyyət daşıyanlardan biri də Nikol Paşinyandır”.

    Muxalifet - 15-10-2018

  10. ​Erməni XİN rəhbərindən QARABAĞLA BAĞLI AÇIQLAMA

    Mən bu il Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla iki dəfə - iyul və sentyabr aylarında görüşmüşəm.
    Bunu ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan Lüksemburqda "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin XİN başçılarının görüşündə jurnalistlərlə söhbətində bildirib.
    Onun sözlərinə görə, Ermənistanda yeni hökumət zamanından Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar dinamikasını saxlayıb.
    Ermənistan XİN başçısı xatırladıb ki, tezliklə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər./report/

    Muxalifet - 15-10-2018

  11. Badamdarda sürüşmə sahəsindəki evlərin HASARI UÇDU

    Badamdarda sürüşmə sürüşmə ərazısində aktivlik davam edir.
    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 15-10-2018

  12. Şahzadə bin Salmanı satmağa başladılar!

    Başda ABŞ mətbuatı olmaqla, beynəlxalq media, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı aylar ərzində cilalayıb parıldatdı. Aparılan islahatları nümunə göstərərək "gələcəyin lideri" manşetlərini atan qəzetlər, bu gün bin Salmana olan dəstəyini böyük sürətlə çəkir.
     
    Camal Qaşıqçı məsələsindən sonra bin Salmana artıq islahatçı deyil, "diktator" deyə müraciət edilir.

    Muxalifet3 - 15-10-2018

  13. ​Tovuzda çörək maşını aşıb, yaralılar var

    Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
    Belə ki, çörək zavoduna məxsus "VAZ-2104" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin gücündən çörək maşını aşıb. 
    Nəticədə hər iki avtomobilin sürücüsü və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan "VAZ-2107" markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir. 

    Muxalifet - 15-10-2018

  14. Trampdan yeni Türkiyə açıqlaması: Sanksiyalar..

    ABŞ prezidenti Donald Tramp, Türkiyə ilə bağlı mühüm açıqlama verib.
     
     Tramp, "Türkiyəyə qarşı hisslərim dəyişdi, amma sanksiyalar məsələsində anlaşma olmayıb" deyib.
    Qeyd edək ki, ABŞ ilə Türkiyə arasında keşiş Brunson böhranı baş vermiş və Vaşinqton rəhbərliyi, daxili işlər naziri Süleyman Soylu ilə ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq etmişdi.
    ABŞ rəhbərliyi həmçinin, polad və aliminium idxalına da 25 faizlik əlavə vergi gətirmişdi.
    Müxalifət.az

    Muxalifet3 - 15-10-2018

  15. ​Bu ölkə Ər-Riyadı seçdi: Səudiyyəni Qərbdən qoruyacağıq

    Küveyt Qaşıqçı insidenti ilə əlaqədar Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb.
    Muxalifet.az xəbər verir ki, Küveyt Baş nazirinin müavini Anas Xalid əs-Salah Qərb ölkələrinin Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq etməsinin təhqiredici olduğunu bildirib. O, Küveytin Səudiyyə Ərəbistanının mövqelərini tam müdafiə etdiyini deyib.
    Qeyd edək ki, bundan öncə ABŞ və Britaniyanın Qaşıqçı insidentiylə bağlı Ər-Riyada qarşı sanksiya tətbiq edə biləcəyi açıqlanıb.
     

    Muxalifet3 - 15-10-2018

  16. ​Zakir Həsənov Tonoyanla görüşübmü? - Rəsmi açıqlama

    Son günlər bir sıra xarici KİV-də MDB müdafiə nazirlərinin Daşkənddə keçirilmiş 75-ci iclasında müzakirə edilən məsələlər barədə həqiqəti əks etdirməyən müxtəlif fikirlər səsləndirilir, o cümlədən guya Rusiya müdafiə nazirinın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçirilməsi iddia edilir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Muxalifet3 - 15-10-2018

  17. ​Elmar Məmmədyarov Stefan Viskonti ilə görüşüb

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.
    XİN-dən verilən məlumata görə, görüş "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində baş tutub. 
    Tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.
     

    Muxalifet3 - 15-10-2018

  18. ​Türk polisi Səudiyyə Ərəbistanı konsulluğunda axtarış aparacaq

    Türkiyə hökuməti İstanbul şəhərindəki Səudiyyə Ərəbistanı konsulluğunda axtarış aparacaq.
    Muxalifet.az xəbər verir ki, axtarışa səbəb müxalif jurnalist Camal Kaşıkçının itkin düşməsidir. Türkiyənin NTV kanalının xəbərinə əsasən, axtarış üçün Ər-Riyaddan icazə alınıb.
    Səudiyyə Ərəbistanı kralı Salman jurnalistin itkin düşməsi ilə bağlı daxili istintaqın aparılması barədə əmr verib:
    “Kral prokurora Kaşıkçının itkin düşməsi barədə əldə edilən məlumat əsasında istintaq aparmaq barədə göstəriş verib. Bu məlumatlar İstanbuldakı müştərək qrupdan alınıb”.

    Muxalifet3 - 15-10-2018

  19. ​Zöhram Mnatsakanyan: ““Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar dinamikasını saxlayıb”

    Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan Lüksemburqda "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin XİN başçılarının görüşündən əvvəl jurnalistlərə müsahibə verib.
    Muxalifet.az xəbər verir ki, erməni diplomat bildirib ki, Ermənistanda yeni hökumət hakimiyyətə gəldikdən sonraDağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar dinamikasını saxlayıb.
    Mən bu il Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla iki dəfə - iyul və sentyabr aylarında görüşmüşəm”, - deyə Mnatsakanyan bildirib.

    Muxalifet3 - 15-10-2018

  20. ​73 dövlət əmlakı hərraca çıxarılır

    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac noyabrın 13-də reallaşacaq.
    Komitədən verilən məlumata görə, bu dəfə prosesə ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir.

    Muxalifet3 - 15-10-2018

Pages