Axtarış
The search found 105753 results in 0.168 seconds.
Search results
"Hər bir şəxs düşünməlidir ki, "Allah nə deyir?" - Mübariz Qurbanlı
"Bütün gənclər dinə sadiqlik göstərməli, dini mərasimlərdən xəbərdar olmalı, ritualları bilməlidir".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini mərasimlər: tarix, ənənə və hüquq" mövzusunda keçirilən konfransda deyib.Muxalifet - 15-10-2018
Tramp Avropa İttifaqından gileyləndi - “ÖZÜNÜ ABŞ-IN DÜŞMƏNİ KİMİ APARIR”
“Rəsmi Vaşinqtonun müttəfiqlərindən heç biri ABŞ-a qarşı özünü Avropa İttifaqı qədər düşmən kimi aparmır”.
ABŞ prezidenti Donald Tramp bunu CBS telekanalına müsahibəsində deyib.
"Müttəfiq kimdir? Çoxları ilə gözəl münasibətlərimiz var. Amma heç kim bizə qarşı özünü Avropa İttifaqı kimi pis aparmır. Avropa İttifaqı ticarət sahəsində bizdən istifadə etmək üçün yaradılmışdı və onlar da məhz bunu etdilər", - D.Tramp deyib.
Muxalifet4 - 15-10-2018
Müsavat fəalına narkotik ittihamı irəli sürülüb – VƏKİLDƏN AÇIQLAMA
Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb. Bu barədə vəkil Osman Kazımov Turan-a bildirib.
Muxalifet4 - 15-10-2018
SON DƏQİQƏ: "İran səfirliyini partladacaqlar” məlumatı – TÜRKİYƏ HƏRƏKƏTƏ KEÇDİ
İranın Ankaradakı səfirliyinə canlı bomba məlumatı verilib. Məlumatdan sonra Türkiyə təhlükəsizlik qüvvələri hərəkətə keçərək Tehran küçəsini tamamilə bağlayıb, səfir binadan uzaqlaştırılıb, geniş qabaqlayıcı tədbirlər görülüb.
Müxalifət.azMuxalifet3 - 15-10-2018
Bakıda qəzet redaksiyası talan edildi - SEYFİ AÇA BİLMƏYİBLƏR, AMMA...
Bakıda "Novoye vremya" qəzetinin redaksiyası naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qəzetin baş redaktoru Şakir Ağayev məlumat verib.Muxalifet4 - 15-10-2018
Manaf Ağayev: “Kişi falçı yanına getməz” - Video
Müğənni Manaf Ağayev müzakirələrə səbəb olacaq açıqlama verib.
İfaçı “Düz bazar” verilişində bildirib ki, kişi falçı yanına getməz: “Mən öz qandığım, bildiyim kimi danışacam. Öz fikrimi deyəcəm, bəlkə də kimlərsə başqa cür başa düşəcək.Muxalifet - 15-10-2018
Bu gün Səudiyyə Konsulluğunda axtarış aparılacaq
Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələr, Səudiyyəli jurnalist Camal Qaşıqçının daxil olub, sonra çıxa bilmədiyi Səudiyyənin İstanbuldakı Baş Konsulluğunda günortadan sonra axtarış aparılmasının gözləndiyini bildirib.
Qeyd edək ki, Türkiyə XİN Səudiyyə rəsmilərinə axtarış aparılmasına icazə üçün bazar ertəsinə kimi vaxt tanımışdı. Əks təqdirdə, baş konsul da daxil, bütün diplomatik heyətin ölkədən deportasiya ediləcəkləri xəbərdarlığını etmişdi. Bu gün vaxt tamam olub.
Müxalifət.azMuxalifet3 - 15-10-2018
Alimin evindən 1 milyon manat oğurlamaqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndiriləm Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxsə şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında hər iki şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Muxalifet4 - 15-10-2018
Badamdarda sürüşmə zonasında son vəziyyət - TƏHLÜKƏ ARTIR
Badamdarda sürüşmə zonasında son vəziyyətlə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir.
Ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulmuş gips mayaklarda dəyişiklik müşahidə olunmayıb.
Muxalifet4 - 15-10-2018
ABŞ Bransonun qarşılığında ONU verəcək: Türkiyənin alacağı "mükafatlar"ın TAM SİYAHISI
ABŞ Türkiyənin amerikalı rahib Endryu Bransonu azad etməsinin qarşılığında Ankaraya yönəlik bir sıra müsbət addımlar ata bilər.
Bu haqda “Milliyyət” nəşrində türkiyəli yazar Özay Şəndir qələmə aldığı “ABŞ-Türkiyə münasibətlərinin gələcəyi” başlıqlı yazısında bildirib.
Onun sözlərinə görə, Ankara rahibin azad olunmasının qarşılığında aşağıdakı "mükafatlar"ı ala bilər:
- Daxili işlər və ədliyyə nazirlərinə qarşı tətbiq olunan sanksiyalar dərhal aradan qaldırıla bilər.
Muxalifet - 15-10-2018
Səudiyyə Ərəbistanı ABŞ-ı hədələdi
Səudiyyə Ərəbistanında ABŞ-ın mümkün sanksiya hədələrinə qarşılıq öz hücum planlarını dilə gətirib. Xüsusilə son günlərdə artan beynəlxalq sanksiya ritorikaları Səudiyyə Ərəbistanının çətin vəziyyətə salarkən, Ər-Riyad rəhbərliyi də cavab olaraq”Al Ərəbi” televiziyası vasitəsilə təbliğat verilişlərinə başlayıb.
NEFT TƏHDİDİ
Səudiyyə rəhbərliyi mümkün sanksiyalara qarşı ilk həmlə olaraq neft qiymətlərinə müdaxilə ediləcəyini bildirərkən, qiymətlərin 3-4 qatına çıxarılmasını deyir.Muxalifet3 - 15-10-2018
UŞAQ OĞURLUĞUNDA ittiham olunan qadın danışdı – VİDEO
Bakıda uşaq oğurluğu ilə məşğul olmaqda ittiham edilən qadının videosu yayılıb.
Sözügedıən videoda qadın insanlara müraciət edərək onun barəsində deyilənlərin əsassız olduğunu söyləyib.
Qadın onunla bağlı yayılan məlumatların əsassız olduğunu bildirib: “Küçədə hər kəs mənə yaxınlaşaraq, uşaq oğrusu olduğumu deyir. Mən yaşlı qadınam, tək yaşayıram. Nahaq çəkiblər şəklimi. Mənim heç telefonum da yoxdur, bu nə deməkdir? Savadsız qadınam. Ayıbdır, belə şeylər, mənim heç kimlə işim yoxdur. Kimsə fotomu yayır, hamı da inanır”.Muxalifet - 15-10-2018
ADP İKİ DEPUTATA RƏSMƏN TƏŞƏKKÜR ETDİ – “Gövhər Baxşəliyeva və Qüdrət Həsənquliyevin də eyni mövqedən çıxış etməsi...”
Bu gün ADP İdarə Heyəti növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ötən həftə ərzində ölkə ilə bağlı baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirələr olunub.
Muxalifet4 - 15-10-2018
ERMƏNİ POLİTOLOQDAN ŞOK AÇIQLAMA: “Köçəryan dönəmi başa çatdı”
Ermənistanın siyasi həyatında Robert Köçəryan dönəmi başa çatdı.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.
Onun sözlərinə görə, “Qarabağ klanı”nın yenidən hakimiyyətə qayıtmaq üçün siyasi resursları tamamilə məhdudlaşıb:
“Baş nazir Nikol Paşinyan dekabrda keçiriləcək seçkilərdə parlamenti demək olar ki, öz əlində cəmləyə biləcək. Bu baxımdan, Paşinyan və komandasını dəstəkləyən kifayət qədər daxili siyasi qüvvə var.Muxalifet - 15-10-2018
"Bunu keçirtməyə ehtiyac yoxdur" — Deputat "Qarabağ mitinqi"ndən DANIŞDI
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev "Qarabağ" İctimai Komitəsi tərəfindən noyabrın 24-nə təyin edilən "Qarabağ mitinqi" ilə bağlı danışıb. F.Quliyev "Ölkə.Az"-a açıqlamasında deyib ki, əgər "Qarabağ mitinqi" oktyabrın 29-da keçirilən mitinq kimi olacaqsa, bunu keçirtməyə ehtiyac yoxdur: "Açığı mən birinci mitinqdə iştirak etmək üçün partiya üzvlərinə çağırış etmişdim. Ancaq həmin mitinqdə Qarabağdan savayı hər şeydən danışıldı. İndi mən gərək araşdırma aparım ki, noyabrın 24-nə təyin edilmiş növbəti mitinqdə kimlər olacaq.
Muxalifet - 15-10-2018
Jirinovski: “Bu torpaqlar Rusiyaya birləşməlidir”
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna Zaporojye vilayətinin sərhədlərinə qaytarmaqla hədələyib.
Muxalifet.az ukraina.ru saytına istinadən xəbər verir ki, siyasətçi bu haqda Konstantinopol Patriarxlığının 1686-cı ildə verdiyi Moskva Patriarxlığının Ukraynaya mitropolit təyin etməsi haqqında qərarını ləğv etməsini şərh edərkən deyib.Muxalifet - 15-10-2018
14 sərxoş sürücü aşkarlandı
Bakıda kobud qayda pozuntuları törədən, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı reyd keçirilib.
Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həftəsonu paytaxtın müxəlif küçə və prospektlərində maarifləndirici və profilaktik tədbirlər keçiriblər.
Reyd zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə də rast gəlinib.Muxalifet - 15-10-2018
Ermənistan prezidenti Azərbaycana gəldi və... - FOTO
Ermənistanın prezidenti Armen Sarkisyan işğal altındakı Azərbaycan torpaqlarına gəlib.
Erməni mediası xəbər verir ki, Sarkisyan oktyabrın 14-də işğal altındakı Xankəndində keçirilən “məhsul bayramı”na qatılıb.
Erməni prezident Xankəndi küçələrini gəzib, işğal altındakı Azərbaycan torpaqlarında hazırda yaşayan ermənilərlə görüşüb, həmçinin, yarmarkaya baş çəkib, meyvələrdən yeyib.Muxalifet - 15-10-2018
Bakıda 150-yə yaxın sakin niyə sürünür?
Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov artıq 5 ildir ki, ona məxsus “Şərur” MTK-dan mənzil alan sakinləri süründürür, mənzillərini özəlləşdirməyə imkan vermir.
Bu şikayətlə virtualaz.org-un redaksiyasına Yasamal rayonu, M. Xiyabani küçəsi 194, 196, 198 və 200 ünvanlarında yaşayan sakinlər müraciət ediblər.
Muxalifet - 15-10-2018
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi
“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov istintaqa cəlb edilib.
Artıq onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə hallar araşdırılır.
Qeyd edək ki, Q.Şükürov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada və külli miqdarda mənimsəmədə ittiham edilir.Muxalifet - 15-10-2018