Axtarış
The search found 105701 results in 0.101 seconds.
Search results
Həbib Murməhəmmədov məğlubiyyət tanımayan boksçunu döyüşə dəvət etdi - VİDEO
Qaydasız döyüş üzrə (UFC) yüngül çəkidə mütləq dünya çempionu, dağıstanlı Həbib Nurməhəmmədov amerikalı boksçu, dünya çempionu Floyd Meyvezeri döyüşə dəvət edib.
Virtualaz.org “RenTV”-yə istinadən xəbər verir ki, rusiyalı döyüşçü bu qarşıdurmanın hansı idman növünün qaydaları üzrə keçiriləcəyini dəqiqləşdirməyib.
Muxalifet4 - 14-10-2018
"Skripal ötən il yerli xüsusi xidmət orqanlarını məlumatlandırmaq üçün İsveçrəyə gedib"- ŞOK AÇIQLAMA
Rusiyada Böyük Britaniyaya casusluğa görə məhkum edilən Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal zəhərlənməmişdən bir ilə yaxın müddət əvvəl İsveçrəyə gedərək, yerli kəşfiyyat xidmətlərini məlumatlandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu "The Daily Telegraph" nəşri jurnalist Mark Urbanın "The Skripal Files" kitabına istinadən yazıb.
"2017-ci lin yayında bizim görüşlərimiz onun federal kəşfiyyat xidmətləri ilə danışmaq üçün İsveçrəyə etdiyi bir həftəlik səfərlə əlaqədar olaraq dayandırılıb", - deyə müəllif yazıb.
Muxalifet4 - 14-10-2018
BÖYÜK KƏŞF: Alimlər özünü bərpa edən maddə yaratdı
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri havadakı karbon dioksidlə reaksiyaya girərək böyümək, bərkimək və özünü bərpa etmək qabiliyyətinə malik yeni maddə hazırlayıblar.
Materialın əsas üstünlüyü onun həm təbii, həm də süni işığın təsiriylə özünü bərpa etməsidir.
Muxalifet4 - 14-10-2018
Türkiyə niyə Bransonu buraxdı? – Səbəblər
Rahib Branson məsələsinə bundan əvvəl Türkiyəyə qarşı başladılan və sistemli xarakter alan “Gəzi” hadisələri, 17-25 dekabr MİT böhranı, artan terror hadisələri, 15 İyun dövlət çevrilişinə cəhd, Suriyanin şimalında formalaşdırılmağa çalışılan PKK terror dövləti də daxil olmaqla, bir-biri ilə əlaqəli olan imperial layihələrin tərkib hissəsi kimi baxmaq lazımdır.
Muxalifet4 - 14-10-2018
Maradona Messi barədə: "20 dəfə ayaqyoluna gedən adamı lider etməyin mənası yoxdur"
Diyeqo Maradona növbəti dəfə Argentina millisinin və "Barselona" klubunun hücumçusu Lionel Messini tənqid edib.
Oxu.az La Ultima Palabra nəşrinə istinadən xəbər verir ki, Maradona millinin oyunçularının Messinin liderlik keyfiyyətlərinə arxayın olmamalıdırlar
Muxalifet4 - 14-10-2018
Arda Turan Türkiyə xalqından üzr istəyəcək?
Başakşehir klubunun futbolçusu Arda Turan müğənni Berkayla arasında baş verən davaya görə çətin günlər yaşayır.
"Qafqazinfo"nun "Hurriyet"ə istinadən məlumatına görə, son günlər ölkə mətbuatının gündəmindən düşməyən futbolçu haqqında yeni bir iddia səsləndirilib.
"TRT Spor"un idman şərhçisi Bahri Hayadırın sözlərinə görə, Turan Başakşehirin təlim məşqində 40 dəqiqə məşq etdikdən sonra komanda yoldaşları və texniki heyətdən hallalıq istəyib. Lakin onun bu istəyi qəbul edilməyib.
Muxalifet4 - 14-10-2018
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi
Sabah Avropa İttifaqı ölkələrinin XİN başçıları Şurası kimyəvi silahdan istifadəyə görə Rusiyaya qarşı yeni sanksiyalar planını təsdiq edəcək.
Virtualaz.org "İnterfaks"a istinadən xəbər veirr ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mənbəyə əsasən, Lüksemburqda keçiriləcək toplantıda Suriyada və Solsberidə qeydə alınmış hücumlardan sonra Britaniyanın və Fransanın təklif etdiyi saknsiyaların əks olunduğu sənədin imzalanması planlaşdırılır.
Muxalifet4 - 14-10-2018
Ərdoğanın əlindəki dünyanı silkələyəcək ŞOK FAKT - Qaşıqçı işi liderləri DİZ ÇÖKDÜRƏCƏK
Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı Ər-Riyada qarşı təzyiqlər kəskinləşir. Türkiyə jurnalistin öldürülməsinə dair audio və videogörüntülərin olduğunu irəli sürərək, məsələ ilə bağlı ciddi tədbirlərin görüləcəyini, istintaq materiallarının isə müəyyən müddət ictimaiyyətə açıqlanmayacağını bildirib.
Muxalifet4 - 14-10-2018
Azərbaycanlı oriental rəqqasə Həccə gedir - VİDEO - MÜSAHİBƏ
Muxalifet4 - 14-10-2018
İçərisində azərbaycanlıların da olduğu gəmi niyə batıb? - İlkin SƏBƏB
Qara dəniz sularında Panama bayrağı altında üzən və metal qalıqları daşıyan teploxodun ilkin batma səbəbi məlum olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyinin ("Rosmorreçflot") mətbuat xidməti məlumat yayıb.
Agentlik mütəxəssislərinin fikrincə, "Fom" teploxodunun batmasına yüklərin yerinin ştatdankənar dəyişdirilməsi səbəb olub. Bu, gəminin yan tərəfə əyilməsi və nəticədə batmasına gətirib çıxarıb.
Muxalifet4 - 14-10-2018
Suyun altında qalan 17 məktəbli xilas edildi
İndoneziyanın qərbində xilasedicilər daşqınlar nəticəsində suyun altında qalan 17 məktəblini xilas ediblər.
Muxalifet.az xəbər verir ki, əvvəlcə İndoneziyanın qərbində daşqınlar nəticəsində 22 nəfərin həlak olması, onlarla sakinin xəsarət alması barədə məlumat yayılmışdı. Həlak olanlar arasında Şimali Sumatra əyalətinin Mandaylinqnatal dairəsinin Muara Saladi kəndində 11 şagirdin olduğu da bildirilmişdi. Daha 15 nəfərin isə itkin düşdüyü deyilirdi.Muxalifet3 - 14-10-2018
“Azərbaycanda kifayət qədər iş yerləri olsa da, minlərlə yeni iş yeri açılacaq...” - Nazir
İqtisadiyyat naziri Şahin Mustafayev ölkədə yeni istifadəyə veriləcək obyektlərlə bağlı məlumat verib.
"Azərbaycan" qəzetində böyük məqalə ilə çıxış edən nazir ölkədə qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan xalqının milli mədəniyyətinin tarixində özünəməxsus yer tutan xalçaçılıq, ipəkçilik və digər ənənəvi sənaye sahələrinin inkişafına böyük diqqət göstərildiyini bildirib:
Muxalifet3 - 14-10-2018
Nazirlikdən sürüşmə ilə bağlı açıqlama: Davam edir...
Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gərginlik mövcuddur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata əsasən gərginlik davam edir.
Sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib. Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar baş verir.Muxalifet3 - 14-10-2018
Son 11 gün: "Qarabağ"ın matçına neçə min bilet satılıb?
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” - “Vorskla” matçında 5 min bilet satılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Biletləri Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Malldan və onlayn olaraq iTicket.az saytından ala bilərsiniz. Biletlərin qiymətləri 2, 4, 8, 10 və 50 (VİP) manat arasında dəyişir.
Qeyd edək ki, “Qarabağ” - “Vorskla” matçı oktyabrın 25-i saat 20:55-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Muxalifet3 - 14-10-2018
Ağdamda ermənilərin çaya atdığı mina zərərsizləşdirildi
Ağdam rayonunda Qarqar çayından tapılan partlamamış mina zərərsizləşdirilib.
Muxalifet.az-ın verdiyi xəbər görə, Ermənistan ordusu tərəfindən Qarqar çayı vasitəsilə axıdılan piyada əleyhinə mina ANAMA-nın əməkdaşları tərəfindən partlayış yolu ilə məhv edilib.Muxalifet3 - 14-10-2018
"Sürüşmələr davam etsə, sahildəki binaların hamısı çökəcək" - Memardan HƏYƏCAN TƏBİLİ
"Bayıl ərazisində əvvəllər tikilmiş birmərtəbəli, kiçik ölçülü evlər sürüşmə yaratmırdı”.
Muxalifet.az xəbər verir ki, bunu modern.az-a Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova söyləyib. Onun sözlərinə görə, son illərdə tikilən çoxmərtəbəli binalar bu ərazidə problemləri artırır:
Muxalifet3 - 14-10-2018
Suriya tələb etdi: "Ağ fosforlu hücum" araşdırılsın!
Suriya Xarici İşlər Nazirliyi ABŞ koalisiyası tərəfindən Hacin bölgəsində ağ fosforun istifadəsi ilə bağlı BMT-də araşdırma aparılmasını tələb edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Qeyd edək ki, ağ fosfor hərbidə istifadəsi qadağan olunan maddədir.
Muxalifet3 - 14-10-2018
Gəncədə zəncirvari qəza: 6 avtomobil...
Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.
Muxalifet.az-ın verdiyi məlumata görə, hadisə şəhərin girişində qeydə alınıb.
Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb.
Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib.
Muxalifet3 - 14-10-2018
Bu pilotların ustalığı dünyanı heyran qoydu - Video
Boinq-757 tipli sərnişin təyyarəsinin Bristol hava limanında kəskin hava şəraitində həyata keçirdiyi enişin video-görüntüləri yayılıb.
Muxalifet.az xəbər verir ki, “Kallum” qasırğasının cənginə aldığı hava limanına eniş edən təyyarə pilotunun ustalığı görənləri heyrətə salıb.
Eniş zamanı pilot təyyarənin burun hissəsini ustalıqla çevirərək mümkün bir qəzanın faciəli nəticələrinin qarşısını alıb.
Muxalifet3 - 14-10-2018
Ruhani: Bilirəm, bundan xəbərim var
ABŞ-ın ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalara və bunun nəticəsində yaranmış iqtisadi problemlərə gəlincə, hesab edirəm ki, biz çətinliklərin qarşısında təslim olmamalı, bir-birimizi tənqid etmək əvəzinə dəstəkləməli, yardım etməliyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
"Bilirəm ki, vətəndaşların durumu və güzəranı ağırdır. Bundan xəbərim var. Məhz buna görə də düşünürəm ki, ölkəyə hakim bu ağır iqtisadi durumdan qurtarmaq üçün bir-birimizin yanında olmalıyıq”, - Ruhani bildirib.
Muxalifet3 - 14-10-2018