Axtarış

The search found 105701 results in 0.099 seconds.

Search results

  1. ​Hacıbala Abutalıbov və Eldar Əziziov sürüşmə ZONASINDA

    Badamdar yolunun yuxarı hissəsində vəziyyət gərgindir. Belə ki, sürüşmə, demək olar, indi də davam edir.
    Muxalifet.az
    Trend-ə istinadən verdiyi məlumatına görə, Azərbaycan Baş nazirinin müavini Hacıbala Abutalıbov və Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov Badamdarda sürüşmə zonasına gəliblər.
    Hazırda Səbail rayonu, Badamdar şosesində (Badamdar - 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.

    Muxalifet - 13-10-2018

  2. ​Dilarə Kazımova: "Bədən ölçülərim hər cür..." - FOTO

    Tədbirlərin birinə qatılan müğənni Dilarə Kazımova açıq-saçıq libası ilə diqqət çəkib.
    Muxalifet.az
    bildirir ki, yenicag.az-ın fotokamerasına poz verən müğənni cəsur geyimlərinə görə hər zaman fərqləndiyini deyib:
    "Nə yaraşır, onu geyinirəm, insanların fikri mənə maraqlı deyil. Bədən ölçülərim hər cür geyinməyimə imkan verir".

    Muxalifet - 13-10-2018

  3. ABŞ-a edilən qalmaqal təklif Yunanıstanı qarışdırdı!

    Yunanıstanın müdafiə naziri Panos Kammenosun, ABŞ-lı həmkarı Cim Mattisə, Volos, Larisa və Dedeağaç (Aleksandrupolis) şəhərlərində 3 hərbi baza yaradılması təklifi, Afinada koalisiya hökumətində gərginliyə yol açıb.
     

    Muxalifet3 - 13-10-2018

  4. İsraildən Fələstində yeni mülki qətliam

    İsrail əsgərlərinin, mühasirə altındakı Qəzza sərhədində keçirilən "Böyük Qayıdış Yürüşündə", nümayişçilərə açdığı atəş nəticəsində 7 Fələstinli şəhid olub, 154 nəfər yaralanıb.
     
    Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf el-Kudra verdiyi yazılı açıqlamada, İsrail əsgərlərinin Qəzza Zolağının müxtəlif regionlarında açdığı atəş nəticəsində 7 nəfərin şəhid olduğunu bildirib.

    Muxalifet3 - 13-10-2018

  5. Sarkisyan Moskvaya gizli səfər etdi - Danışıqların detalları AÇIQLANDI

    Ermənistan prezidenti Armen Sarkisyan bu həftənin əvvəlində Moskvada səfərdə olub.
    Bu haqda “Kommersant” nəşrinə Rusiyanın dövlət strukturlarındakı mənbələr bildirib.
    O Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov və onun müavini Qriqor Karasin ilə görüşüb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, danışıqların mərkəzində Rusiya-Ermənistan münasibətləri, mümkün parlament seçkiləri ərəfəsində Ermənistandakı vəziyyət və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov ətrafındakı vəziyyətin müzakirəsi olub.

    Muxalifet - 13-10-2018

  6. Nemət Pənahlı HƏBS EDİLDİ

    Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıya 30 sutka inzibati həbs cəzası verilib.
    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, N.Pənahlı barəsində həbs qərarını Nəsimi Rayon Məhkəməsi çıxarıb.
    Məhkəmənin qərarına əsasən, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka həbs cəzası verilib.

    Muxalifet - 13-10-2018

  7. ​Eldar Əzizov sürüşmənin səbəbini AÇIQLADI

    Ekspertlər Badamdar yolunda sürüşmənin səbəbini araşdırır, amma deyərdim ki, bu ərazidə kanalizasiya sisteminin olmaması səbəblərdən biridir.
    Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bunu sürüşmə zonasında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov deyib.

    Muxalifet - 13-10-2018

  8. 14 yaşlı oğlanı qıza bənzədiyinə görə öldürdülər - FOTO

    “GulfNews” xəbər verir ki, Əhməd Məcid paytaxt Bağdadın Yarmuk ərazisindən evinə gedən yolda naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Qatil ona 7 bıçaq zərbəsi vurub və daha sonra Əhmədin son nəfəsini verdiyi anları videoya çəkərək sosial şəbəkəyə yerləşdirib. 
    Həmin kadrlarda qatilin qan içərisində olan yeniyetmə ilə məzələndiyi və onu təhqir etdiyi görünür. Məlum olub ki, cinayətkar 14 yaşlı yeniyetmənin "gey" olduğundan şübhələndiyi üçün onu öldürmək qərarına gəlib. Əhməd isə ölümündən əvvəl “anamı görmək istəyirəm” deyib.

    Muxalifet - 13-10-2018

  9. ​Çində şirkət rəhbərindən qəribə cəza: İşçilər alt paltarında küçələrdə qaçdılar - VİDEO

    Çinin cənubunda qəribə hadisə baş verib.
    Bir şirkətin rəhbəri aylıq hədəfə çata bilməyən 30 işçisini alt paltarında küçədə qaçırdıb. Çin vətəndaşları isə gördükləri mənzərə qarşısında çaşqına dönüblər.
    Video çarx sosial şəbəkədə yayıldıqdan sonra şirkət rəhbərinin uğursuz və bacarıqsız işçiləri hamının içində biabır etmək üçün bu formada cəzalandırdığı məlum olub. Şirkətin müdiri olan şəxs cəzadan məmnun olduğunu deyib. Bundan başqa satışda zəiflik göstərənlərin maaşları da kəsilib.

    Muxalifet - 13-10-2018

  10. ​ABŞ-dan Türkiyə ilə bağlı mühüm QƏRAR

    Amerikalı rahib Endryu Branson böhranının həll edilməsindən sonra Türkiyədə dollar ucuzlaşıb.
    Muxalifet.az xəbər verir ki, rahibin ölkəsinə çatmasından dərhal sonra lirənin məzənnəsi qalxıb, dollar ucuzlaşaraq 5.90 lirə olub.
    Qeyd edək ki, lirə bu həftəyə 6.20 ilə başlayıb.

    Muxalifet - 13-10-2018

  11. Xəstəxana görüntüləri ÜZƏ ÇIXDI: Arda silahla müğənniyə... - ANBAAN VİDEO

    Futbolçu Arda Turan və müğənni Berkay Şahinin bardakı davasından sonra xəstəxanada baş verənlərin görüntüləri Kanal D xəbərdə nümayiş olunub.

    Muxalifet - 13-10-2018

  12. ​Kanadanın baş naziri İrəvanda Qarabağdan danışdı

    Kanada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanacağına ümid edir. 
    Bu barədə İrəvanda səfərdə olan Kanada baş naziri Castin Trüdo erməni həmkarı Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib.
    “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqların aparılması vacibdir. Minsk qrupunun vasitəçilik prosesi davam etdirilməli və region xalqlarının xeyrinə olan sülh nizamlanmasına nail olunmalıdır”, – Kanadanın baş naziri bildirib.

    Muxalifet - 13-10-2018

  13. Əsəd ilə terrorçu YPG-nin gizli müqaviləsi - TƏHLİL

    Jurnalist Handə Fərat, bugünkü yazısında, Türkiyə prezidenti Ərdoğanın yeni əməliyyat siqnalını təhlil edib, Əsəd ilə YPG-nin gizli müqaviləsinin detallarını yazıb və PKK-nın terrorçu cəlb etməkdə çətinlik çəkdiyi üçün muzdlu döyüşçü taktikasına keçdiyini bildirib. “Hürriyyət”-in müəllifi Handə Fərat, prezident Rəcəb Tayyib Ərdoğanın yeni əməliyyat siqnalını analiz edərək, hazırda dövlətin qarşısında YPG-Əsəd gizli müqaviləsinin olduğunu, işin içində ABŞ-ın da varlığını bildirib və rejimlə terrorçular arasındakı anlaşmanın 6 maddəsini açıqlayıb.

    Muxalifet3 - 13-10-2018

  14. İrandan sərt təpki: “ABŞ Trampdan ibarət deyil”

    İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Haşmetullah Felahetpişə, ABŞ-ın prezident Donald Trampdan ibarət olmadığını söyləyib.
     
    Haşmetullah Felahetpişə, Tehran və Vaşinqton arasında diplomatiya kanallarının açıq qalması lazım olduğunu qeyd edib.
     
     İranın rəsmi agentliyi “İRNA”-ya açıqlama verən Felahetpişə, "İrana genişmiqyaslı sanksiyaların tətbiq olunmasına qarşı olan ABŞ-lı bəzi siyasilər və digər sahələrdəki şəxslərlə dialoq qurulmalıdır" deyib.

    Muxalifet3 - 13-10-2018

  15. Trampın “Brunson” tweetinə, Qaşıqçının nişanlısından cavab

    ABŞ prezidenti Donald Trampın, keşiş Brunsonun azad edilməsindən sonra "İntensib işlədik" tvitinin altına, itkin düşən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz, "Bəs Camal Qaşıqçının vəziyyəti üçün nə edirsiniz" deyə yazıb.
     
    Qeyd edək ki, Tramp daha əvvəl verdiyi açıqlamada Qaşıqçının itkin düşməsilə bağlı ən yüksək səviyyədə danışıqlar aparacağını bildirmiş və Xədicə Çingizi Ağ Evə dəvət etmişdi.
    Müxalifət.az

    Muxalifet3 - 13-10-2018

  16. Bakıda QORXUNC QƏZA: avtobus yük maşını ilə toqquşdu, ölən var

    Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.
    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi MAN markalı yük avtomobilinə vurub. Nəticədə MAN markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

    Muxalifet - 13-10-2018

  17. Müsavatçı Azad Həsənova cinayət işi açılıb

    Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi qaldırılıb. Oktyabrın 12-də Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Amerikanın Səsinə vəkil Osman Kazımov bildirib.
     
    Vəkilin sözlərinə görə ona bu barədə bu gün Xətai rayon Polis İdarəsində məlumat veriblər.
    Vəkil deyib ki, cinayət işinin istintaqını Bakı şəhər Baş Polis İdarəsi aparır.

    Muxalifet3 - 13-10-2018

  18. SON 5 İLİN MÜƏLLİM HƏQİQƏTİ… – Və ya 30 minə yaxın müəllim necə müəllim oldu?

    Demək olar ki 2 gündür Təhsil sərgisini izləyirəm. Daha çox təhlil nöqteyi nəzərindən baxıb görmək istəyirdim ki, görəsən Təhsil sərgisində nə təqdim olunur. Bər-bəzəkmi, yoxsa ən azı son 1 ilin hesabatımı? Açığı əvvəlcə parlaq görüntülər, səsli- küylü təqdimatlar meda sərlövhəsi üçün ənənəvi təəssürat efekti yaratsa da, sonra sərgidə tanış olduğum Arif müəllim sanki yeni ovqatla məni silkələdi. Arif Qubalı müəllimdir. Ötən il müəllimlərin işə qəbulu imtahanında 55 bal toplayaraq Qubanı seçib.

    Muxalifet - 13-10-2018

  19. ​Trampdan Türkiyə ilə bağlı gözlənilməz bəyanat

    ABŞ prezidenti Donald Tramp 20 ildi Türkiyədə yaşayan və ötən gün həbsdən azad edilən amerikalı rahib Endryu Bransonla bağlı Ankarada böyük gərginliyə səbəb ola biləcək növbəti açıqlama verib.
    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, o, rahibi azadlıqda görmələrindən bir daha qurur duyduğunu deyib və bildirib ki, bu gün onunla Ovaldakı ofisində görüşəcək.

    Muxalifet - 13-10-2018

  20. ​“Qarabağda müharibə yenidən başlasa Ermənistan məhv də ola bilər...” – Koçaryandan ŞOK AÇIQLAMA

    Məni ən çox narahat edən məsələ Qarabağda müharibənin yenidən başlaya biləcəyidir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Koçaryan “Bloomberg”ə müsahibəsində deyib. Koçaryanın sözlərinə görə, dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın yox, Nikol Paşnyanın şəxsi qələbəsi olacaq. Çünki bu seçkilər dövlətçiliyin məğlubiyyəti ilə nəticələnəcək. 

    Muxalifet - 13-10-2018

Pages