Axtarış

The search found 105701 results in 0.151 seconds.

Search results

  1. ​“Survivor” ulduzu Ardanı qəfəs döyüşünə çağırdı: “Kişisənsə, gəl” — VİDEO

    Müğənni Berkayın burnunu qıran futbolçu Arda Turana “Survivor” ulduzu Tanerdən dəvət gəlib.
    Muxalifet.az xəbər verir ki, Taner Tolqa Tarlacı Berkay-Arda davasına daxil olub. O, Tvitter səhifəsində yayımladığı video ilə Ardaya mesaj göndərib: “Kişisənsə, qarşıma çıx və döyüş”.

    Muxalifet3 - 12-10-2018

  2. ​İrəvanın bu cəhdləri cəfəngiyatdır - PA rəsmisi

    Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri və Azərbaycanın guya erməni əhali olmadan əraziləri tələb etməsi barədə iddiaları tamamilə əsassızdır və cəfəngiyatdır.
    Bu fikri açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

    Muxalifet3 - 12-10-2018

  3. ŞOK: Deputatın evinə basqın: Arvadını döyüb, 500 min oğurladılar

    Rusiya Voronej Vilayət Dumasının deputatının evinə silahlı basqın olub.
    Muxalifet.az region prokurorluğuna istinadən xəbər verir ki, evə qanunsuz daxil olan 5 naməlum şəxs deputatın həyat yoldaşını, oğlunu döyüb və 500 min rubl oğurlayaraq oradan uzaqlaşıb.
    Deputatın evinə basqın yerli vaxtla 00:30 radələrinə baş verib.
    Məlumata görə, oğrulardan birinin əlində “Makarov” tipli tapança olub.
    Sözügedən məbləğlə yanaşı, evdən qiymətli zinət əşyalarının da oğurlandığı deyilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet3 - 12-10-2018

  4. ​Dilqəm və Şahbazla bağlı yeni xəbər...

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.

    Muxalifet3 - 12-10-2018

  5. Bransonun vəkilindən gözlənilməz çıxış: Şikayət edəcəyik

    Bu, qəbul edəcəyimiz qərar deyil. Apellyasiya şikayəti verəcəyik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri bu gün Türkiyədə azadlığa buraxılan rahib Endryu Bransonun vəkili İsmayıl Cem Halavurt deyib.
    “Türkiyə ilə əlaqələrin gərginləşməsinə gərək yox idi. Etiraz haqqımızdan istifadə edəcəyik. Keşkə, həbsdə olmadan mühakimə edilsəydi. Qərar bizim üçün gözlənilməz olsa da, hazırlıqlarımızı görmüşdük”, - deyə vəkil bildirib.
    O əlavə edib ki, təyyarə hazır olduqca Branson ABŞ-a yola düşəcək.
     

    Muxalifet3 - 12-10-2018

  6. ​ “Azərbaycanlı nazirlə bir çox problemləri rahat həll edirdim...” – Erməni generaldan AÇIQLAMA

    Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin Düşənbədə MDB dövlət başçılarının sammitində tərəflər arasında operativ əlaqənin qurulması ilə bağlı razılığa gəldi. Bu, o deməkdir ki, tərəflərin hərbi rəhbərliyi arasında əlaqə vasitələri qurulur və təmas xəttində gərginliyin yaranmasının qarşısı alınır.

    Yeni olan bu razılaşmanın hansı mexanizmlərlə işlədiyi məlum deyil, hətta Paşinyanın ölkəsinə qayıdandan sonra Dağlıq Qarabağla bağlı verdiyi açıqlamalar fonunda işləyəcəyi də sual altındadır. Lakin belə bir əlaqə 90-cı illərdə Azərbaycan və Ermənistan arasında mövcud idi.

    Muxalifet3 - 12-10-2018

  7. ​Putindən Lukaşenkoya: Sizin üçün tikib, ziyana düşürük

    Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.
    Muxalifet.az xəbər verir ki, görüş Rusiya və Belarus regionlarının V forumu çərçivəsində reallaşıb. Görüş zamanı Putin Rusiyanın Belarusda atom elektrik stansiyasını özünə zərər vurmaq üçün tikdiyini bildirib:
    “Özümüzə zərər vururuq. Qaz tədarük etmək yerinə sizin üçün AES tikirik”.
    Qeyd edək ki, Rusiya Belarusun Ostroveç şəhərində tikilir. AES-in tikilişi üçün Rusiya Belarusa 2035-ci ilə qədər 10 milyard dollar kredit verib.
     

    Muxalifet3 - 12-10-2018

  8. ​Rusiyadan NATO-ya xəbərdarlıq...

    Yeni hərbi planlaşdırmada həm NATO-nun Norveçdə nəzərdə tutduğu hərbi təlimləri, həm də sərhədlərə yaxın digər hərbi fəaliyyətləri nəzərdə saxlayacağıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib.
    “Bu fəaliyyətlər hər şeydən əvvəl təsisat strukturlarının qurulması, maneələrin aradan qaldırılması və hərbi birləşmələrin çevik yerdəyişməsi ilə bağlıdır”, - deyə XİN rəsmisi bildirib.
    Qeyd edək ki, NATO 25 noyabr tarixində Norveçdə genişmiqyaslı TRJE18 hərbi təliminə hazırlaşır.
     

    Muxalifet3 - 12-10-2018

  9. ​Türkiyə hökumətindən Branson açıqlaması...

    Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun amerikalı rahib Endryu Bransonun azadlığa buraxılması ilə bağlı açıqlama verib.
    Muxalifet.az xəbər verir ki, Altun Türkiyənin demokratik hüquq dövləti olduğunu bildirib.
    “Bu qərar Türkiyədə məhkəmənin müstəqil və tərəfsiz olduğunu ortaya qoydu”, - deyə PA rəsmisi qeyd edib.
    Qeyd edək ki, bu gün E.Branson məhkəmənin qərarı ilə azadlığa buraxılıb.
    Onun yaxın zamanda vətəni ABŞ-a gedəcəyi gözlənilir.
     

    Muxalifet3 - 12-10-2018

  10. ​Azərbaycan təbii qaz ixracını artırıb

    Bu ilin 3 rübündə Azərbaycandan 5 milyard 262 milyon 743 min kubmetr təbii qaz ixrac olunub.
    Muxalifet.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 28 milyon 245 min ABŞ dolları təşkil edib.
    Qeyd edək ki, keçən ilin doqquz ayında ölkədən 5 milyard 213 milyon 579 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 928 milyon 658 min dollar olub.
     

    Muxalifet3 - 12-10-2018

  11. ​Qəzzada növbəti toqquşma: 2 fələstinli öldü

    Qəzza sərhəd zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    Yaralıların dəqiq sayı bəlli deyil.
     

    Muxalifet3 - 12-10-2018

  12. ​Azərbaycanda dövlət strukturlarına haker hücumu... - İcmal

    “MuddyWater” (Palçıqlı su) haker qruplaşması Azərbaycanın dövlət qurumlarına məqsədyönlü hücumlar edib.
    trend-in məlumatına görə, bu barədə “Kasperski Laboratoriyası”nın məqsədyönlü hücumlar haqqında icmalında deyilir.
    İcmalda Azərbaycan Daxili İşlər Nazirliyinə hücum üçün yaradılmış fişinq sənədinin nümunəsi göstərilib.

    Muxalifet3 - 12-10-2018

  13. ​ABŞ orada qondarma dövlət qurmaq istəyir - Rusiya

    ABŞ Suriyadakı müttəfiqləri vasitəsilə Fəratın şərq sahilində qondarma dövlət qurmağa çalışır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
    “İdlib Suriyada son problemli bölgə deyil. Orada, Fəratın şərqində qətiyyən qəbuledilməz olayların baş verdiyi geniş ərazilər var. ABŞ kürdlər vasitəsilə orada qondarma dövlət qurmaq üçün bu torpaqlardan istifadə edir. Eyni zamanda bu ərazilərdə yaşayan və himayəsində olan şəxsləri qorumaq üçün ABŞ əlindən gələni edir”, - deyə Lavrov bildirib.
     

    Muxalifet3 - 12-10-2018

  14. ​Yıldırımdan Branson açıqlaması: Xəbərimiz yoxdur

    Türkiyə hüquq dövlətidir. Məhkəmə prosesindən, sənədlərinin məzmunundan xəbərimiz yoxdur.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım amerikalı rahib Endryu Bransonun azadlığa çıxması ilə bağlı açıqlamasında deyib.
    “Hakimlər, prokurorlar hüquq dövlətinin qanunları çərçivəsində lazımi qərarı verəcək”, - deyə Yıldırım bildirib.
     

    Muxalifet3 - 12-10-2018

  15. ​Ermənistanda bölük komandiri həbs edildi

    Ermənistan Silahlı Qüvvələrinin bölük komandiri sıravi əsgər Gevork Aroyanın ölüm faktı ilə bağlı başlayan cinayət işi çərçivəsində həbs edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin Mətbuat xidməti yayıb.
    Bildirilib ki, faktla bağlı çavuşa və baş çavuşa qarşı cinayət işi başlayıb. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.
    Onlar hərbçiyə qarşı güc tətbiq etməkdə ittiham olunurlar.
    Hadisə ilə bağlı istintaq davam edir.

    Muxalifet3 - 12-10-2018

  16. ​Səudiyyədən Türkiyəyə təşəkkür: Qaşıqçı olayı...

    Camal Qaşıqçı olayı ilə bağlı birgə istintaq qrupu yaradılması təklifini Türkiyənin müsbət dəyərləndirməsindən dolayı məmnunuq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin məlumatında deyilib.
    “Sözügedən addım təqdirəlayiqdir. Birgə istintaq qrupunun əməkdaşlıq çərçivəsində üzərinə düşən öhdəliyi ən yaxşı şəkildə yerinə yetirəcəyinə inanırıq”, - deyə bildirilib.
    Qeyd edək ki, müxalif jurnalist Camal Qaşıqçı bir müddət əvvəl Səudiyyənin İstanbul konsulluğunda yoxa çıxıb.
    Onun öldürüldüyü ehtimal edilir.
     

    Muxalifet3 - 12-10-2018

  17. ​Samboçularımız iki medal qazandı - Dünya birinciliyi

    Oktyabrın 12-də Tiflisdə yeniyetmə və gənclər arasında sambo güləşi üzrə dünya birinciliyi start götürüb.
    Muxalifet.az xəbər verir ki, çempionatda yeniyetmə və gənclərdən ibarət yığma komandalarımızın heyətində 18 idmançı mübarizə aparır. Yarışların birinci günündə yeniyetmələrdən ibarət komandada mübarizə aparan Vilayət Bayramov (60 kq Gəncə) finala qədər uğurla irəliləsə də, qızıl medalın bir addımlığında büdrəyib.
    Gənclərin mübarizəsində isə Fuad Məmmədov (62 kq, “Sərhədçi” İK) bürünc medal qazanıb.
    Beləliklə, komandamızın aktivində 1 gümüş və 1 bürünc medal var.

    Muxalifet3 - 12-10-2018

  18. ​Çavuşoğlu ilə Pompeo arasında Branson müzakirəsi...

    Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.
    Muxalifet.az xəbər verir ki, diplomatik mənbələr rəsmilərin amerikalı rahib Endryu Bransonun azadlığa buraxılması məsələsini müzakirə ediblər.
    Qeyd edək ki, E.Branson bu gün məhkəminin qərarı ilə azadlığa buraxılıb.
     

    Muxalifet3 - 12-10-2018

  19. ​SON DƏQİQƏ: Prezident müharibə ƏMRİNİ VERDİ: “Bütün silahlardan atış sərbəstdir...”

    Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda Birləşmiş güclərin əməliyyat rəhbərlərinə cavab atəşi üçün onların sərəncamında olan bütün mövcud silahları tətbiq etmə<

    Muxalifet3 - 12-10-2018

  20. ​MHP-dən Bransonun azadlığa çıxmasına reaksiya: Siyasi şantajın gücü

    Rahib Endryu Bransonun azadlığa buraxılması milli vicdanı narahat edib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
    “Türkiyə əleyhinə fəaliyyətlərin mərkəzində yer alan, terror qrupları ilə əlaqəsi sübuta yetirilmiş şəxsin siyasi təzyiq və şantajlarla azadlığa buraxılması olduqca düşündürücüdür”, - deyə Baxçalı bildirib.
    Qeyd edək ki, Branson bu gün azadlığa buraxılıb.
     

    Muxalifet3 - 12-10-2018

Pages