Axtarış

The search found 105701 results in 0.113 seconds.

Search results

  1. ​Tərtərdə minaya düşən Azadın vəziyyəti necədir?

    Ötən gün Tərtər rayonunda minaya düşən Azad Həsənovun vəziyyəti orta-ağırdır.
    Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstə hazırda nəzarət altındadır: “Dünən vəziyyəti ağır idi, amma bu gün ağır-stabildir. Hazırda reanimasiyadadır və müalicələri davam edir”.
    Qeyd edək ki, Tərtər rayonunda yaşayan kəlbəcərli məcburi köçkün Azad Həsənov Həsənqaya kəndi ərazisində mal-qara otararkən minaya düşüb.

    Muxalifet - 12-10-2018

  2. Qaşıqçı olayında yeni təfərrüatlar ortaya çıxıb

    “Vaşinqton Post” qəzetinin müəllifi Camal Qaşıqçı, İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğuna daxil olduqdan sonra ortadan yox olub.
    Şahzadə Muhəmməd bin Salmanın göstərişilə Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik sui qəsd qrupunun Camal Qaşıqçını öldürdüyü güman edilir.
    Bu iddiaları gücləndirən dəlillər ələ keçirilib.
     
    Ağıllı saat səsləri qeyd edib
     

    Muxalifet3 - 12-10-2018

  3. Azərbaycanda 3 nəfər öldü, 15 nəfər yaralandı - DÜNƏNKİ QƏZALARDA

    Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.
    Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 12-10-2018

  4. ​Anar Nağılbazın daha bir arxiv VİDEOsu yayıldı - Gizlətmək lazım deyil...

    Məşhur jurnalist Tural Museyibov illər öncə Anar Nağılbazla birgə iştirak etdiyi proqramın videosunu yayıb.
    Muxalifet.az Milli.Az-a istinaden xəbər verir ki, "repdə söyüş"ə həsr edilən proqramda jurnalistlərlə "söz davası"na çıxan "Dəyirman", Elşad Xose və Anar Nağılbazın iştirak etdiyi həmin proqram zamanında xeyli səs-küyə səbəb olmuşdu.
    Mərhum reper Anar Nağılbaz Kamran Həsənlinin aparıcılığını etdiyi "Sizin saat" adlı həmin proqramda Azərbaycan repinə "söyüş"ü özünün gətirdiyini etiraf edib:

    Muxalifet - 12-10-2018

  5. Bakıda iki qız oğlana görə saçyolduya çıxdılar - Polisə belə məhəl qoymadılar (VİDEO)

    Sosial şəbəkələrdə Bakıda iki qızın saçyolduya çıxmasını əks etdirən video yayılıb.
    Muxalifet.az azxəbər.com-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nizami küçəsində qeydə alınıb.
    Belə ki, qızlar oğlan üstündə dalaşıblar.
    Nizami küçəsində iki qızın əlbəyaxa davası polisin müdaxiləsi ilə nəticələnib.
    Axşam saatlarında baş verən hadisəyə ilk olaraq ətrafdakı vətəndaşlar müdaxilə edib. Amma buna baxmayaraq, qızları ayırmaq mümkün olmayıb.

    Muxalifet - 12-10-2018

  6. Fransız şirkəti Münbiçdə PKK-ya yardım edir

    Fransız şirkəti Lafarge-nin, Münbiçdəki PKK/YPG-li terrorçulara kömək etdiyi müəyyənləşdirilib.
     
    Afrin əməliyyatı öncəsi terrorçular Türk əsgərinə pusqular qurmaq üçün onlarca tunel qazdı. Xüsusi olaraq hazırlanan bu beton tunellər üçün Fransız sement şirkəti Lafarge-dən yardım aldı. Buna baxmayaraq, Türk əsgəri bu tunelləri yerlə bir edərək terrorçuların başına yıxdı.

    Muxalifet3 - 12-10-2018

  7. ​İtkin düşən jurnalistlə bağlı SENSASİON İDDİA: “Əlimizdə səs yazısı var”

    “Bəzi Türkiyə rəsmiləri amerikalılara itkin düşən səudiyyəli jurnalist Camalın öldürülməsini təsdiqləyən səs və görüntülərə sahib olduqlarını bildiriblər”. 
    Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. 
    Xəbərdə adı açıqlanmayan dövlət rəsmisinin adından bu fikirlər qeyd olunub: “Onun (Camalın-red) səsini və ərəbcə danışan digər adamların səslərini eşitmək olar. Səs yazısında onun necə dindirildiyini, işgəncəyə məruz qaldığını və daha sonra öldürüldüyünü eşitmək mümkündür”. 

    Muxalifet - 12-10-2018

  8. Hamının gözlədiyi GÜN ÇATDI – Son qərar veriləcək

    Casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilərək 35 il həbsi istənilən amerikalı rahib Endryu Branson bu gün 4-cü dəfə hakim qarşısına çıxarılacaq.
    Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Branson İzmirdə ev həbsində olduğu evdən mühakimə olunacağı məhkəmə binasına aparılıb.
    Qeyd edək ki, Branson Türkiyədə hələ 2016-cı ildə həbs edilib. O, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunur.

    Muxalifet - 12-10-2018

  9. Keşiş Brunson bazarlığı: TÜRKİYƏDƏ DOLLAR DÜŞDÜ

    Dolların TL-yə nisbətinin günə 6.05 səviyyəsində başlamasından sonra üç il fasilədən sonra ilk dəfə  dollar 6 TL-nin altına düşdü. Dolların düşüşünün ABŞ-lı keşiş Endryu Brunsonın bugünkü məhkəmə prosesi ilə bağlı olduğu iddia edilir.
     
    Bazarlar bağlanandan sonra ABŞ mediasında keşiş Brunsonun məhkəmə iclası ilə bağlı iddialarından sonra dolların səviyyəsi bazarda 5.90 TL-yə qədər enib.

    Muxalifet3 - 12-10-2018

  10. Azərbaycanlı sürücü Türkiyədə dəhşətli qəza törətdi - TIR KÖRPÜDƏN AŞDI... (VİDEO)

    Kayseridə zəncirvari yol qəzası baş verib. 
     
    Türkiyə mətbuatı xəbər veri ki, qəza nəticəsində 1 avtomobil və TIR 15 metr hündürlüyündəki körpüdən Qızılırmaq çayına aşıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb.

    Muxalifet - 12-10-2018

  11. “Başqa yolla ana olmaq istəyirəm” - Zemfira - VİDEO

    ARB TV-nin “Show news” verlişinin növbəti müsahibi cazibədar aparıcı Zemfira Adıgözəlova olub.
    Maraqlı açıqlamaları ilə diqqət çəkən aparıcı, televiziyadan uzaqlaşmasının səbinindən danışıb:

    Muxalifet - 12-10-2018

  12. Şəhərin mərkəzində tələbəyə qarşı ŞOK HƏRƏKƏT - AZƏRBAYCANDA

    İsmayıllı rayonunda tələbəyə qarşı cinayət törədilib.
    Mualifet.az publika.az-a istinadən xəbər verir ki, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 1-ci kurs tələbəsi 2001-ci il təvəllüdlü Mirzəliyev Ramil Amil oğlu şəhərin mərkəzindəki parkda 2 nəfərin hücumuna məruz qalıb. Belə ki, 2 nəfər gənc onun üstünə bıçaq çəkərək, qolbağını, telefonunu, üzərindəki pulları və qol saatını verməsini tələb edib. Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan və İsmayıllıda kirayə yaşayan tələbə dərhal polisə müraciət edib.

    Muxalifet - 12-10-2018

  13. ​Bakıda qardaş bacısını bıçaqladı - VİDEO

    Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
    Muxalifet.az xəbər verir ki,  Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əhmədova Əfsanə qısqanclıq zəminində qardaşı tərəfindən bıçaqlanıb. 
    Ə.Əhmədova Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
    Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır. 
    Videonu izləmək üçün şəklə klikləyin:

    Muxalifet - 12-10-2018

  14. Paşinyanın quldur taktikası və mafiya stilindəki anarxiyası – “Vaşinqton Tayms” yazır

    Ermənistan anarxiya, yəni dövlət hakimiyyətinin yoxluğu səbəbindən qanunsuzluq və ya siyasi özbaşınalıq vəziyyətindədir. Ermənistanın institusional dezinteqrasiyası Avropa və Qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər.
    Bu barədə ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, Amerikanın Bəhreyndəki keçmiş səfiri Adam Erelinin nüfuzlu “Washington Times” qəzetində dərc olunan “Ermənistanda anarxiya” başlıqlı məqaləsində deyilir. 

    Muxalifet - 12-10-2018

  15. ​Prezident MÜHARİBƏ ƏMRİ VERDİ: “Bütün silahlardan…”

    Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda Birləşmiş güclərin əməliyyat rəhbərlərinə cavab atəşi üçün onların sərəncamında olan bütün mövcud silahları tətbiq etməyi əmr edib.
    “Ukrinform” agentliyi xəbər verir ki, Poroşenko bu bəyanatı Xmelnitsk vilayətinə səfəri zamanı Ukraynanın Silahlı Qüvvələrinin bölmələrinin komandirləri ilə görüşdə verib.
    Onun sözlərinə görə, bu, “həyatların saxlanılması” üçün lazımdır. Həmçinin, Poroşenko Ukrayna ərazisinin bir qarışını verməməyə və hər bir Ukrayna hərbi qulluqçusunun həyatını qorumağa çağırıb.

    Muxalifet - 12-10-2018

  16. “SON 10 İLDƏ HƏR SAATDA 1126 MANAT XƏRCLƏYİB…” – Qubad İbadoğlu Hacıyevadan yazdı

    Rutgers Universitetinin professoru, iqtisadçı – alim Qubad İbadoğlu Facebook sosial şəbəkəsində bir yazı ilə çıxış edib.İbadoğlu son günlər müzakirələrə səbəb olan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi vəsait ilə bağlı təhlil aparıb. İqtisadçı alimin feysbuk hesabında yazdığı həmin yazını təqdim edirik:

    Muxalifet - 12-10-2018

  17. İngilis mediasından “Qaşıqçı” iddiası: BAŞ KONSULUN HƏYƏTİNƏ GÖMÜLDÜ

    Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın aqibəti sirrini qoruyur. Müxtəlif ssenarilər ortaya atılan itkin düşən jurnalist üçün bir sarsıdıcı iddia İngilis mətbuatından gəlib.
     
    Konsulun evindəki bağa mi basdırılıb?
     
    İngilis mediasının iddiasına görə, Səudiyyə jurnalisti Camal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanı Konsulluğunda öldürülüb, cəsədi isə Konsulluqdan 400 metr məsafədə olan konsulun evinin həyətində basdırılıb.

    Muxalifet3 - 12-10-2018

  18. Şamaxıda 15 yaşlı şagird direktor müavinindən hamilə qaldı – Yeni xəbər

    Şamaxı rayonunda seksual xarakterli zorakılıq hadisəsi törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Teleqraf.com xəbər verir ki, Elnur İbrahimov Şamaxı rayonu Pirbəhli kənd orta məktəbində dərs hissə müdiri-direktor müavini vəzifəsində işləyib. Onun təcavüz etdiyi 2000-ci il təvəllüdlü Sahibə Babayeva (ad və soyad şərti verilib – red.) da həmin məktəbin şagirdi olub.

    Muxalifet - 12-10-2018

  19. Paşinyan dövlət başçıları ilə Azərbaycan MAHNISINA OYNADI - VİDEO

    Ermənilər nöbvəti dəfə Azərbaycanın milli musiqisini oğurlayaraq özlərinki kimi təqdim ediblər.

    Oktyabrın 11-də Yerevanda 58 ölkəni birləşdirən Frankofoniya Beynəlxalq Təşkilatının sammiti keçirilib.

    Əvvəllər ciddi beynəlxalq konfranslara ev sahibliyi etməmiş Ermənistan bu tədbirə Azərbaycana qarşı təxribat fürsəti kimi baxıb.

    Əvvəlcə Yerevanda açılan “Frankofoniya şəhərciyi”ndə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi Ermənistan pavilyonu nəzdində təqdim edilib. Amma işğalçı ölkənin siyasi rəhbərliyi bununla kifayətlənməyib.

    Muxalifet - 12-10-2018

  20. ​Xərçəngə, diabetə qarşı - Alkoqolsuz PİVƏNİN FAYDALARI

    Almaniyanın Erlangen-Nürnberq universitetinin mütəxəssisləri pivənin tərkibində insan orqanizmi üçün faydalı olan iki maddə tapıblar.
    Söhbət ksantoqumol və izo-alfa turşusu kimi kimyəvi birləşmələrdən gedir. Bu birləşmələr isə mayaotunun tərkibində olur.
    Tədqiqat ərzində professor Klaus Hellerbrandın rəhbərliyi altında alimlər qrupu məlum edib ki, ksantoqumol maddəsi artıq çəki və düzgün qidalanmama səbəbindən yaranan qara ciyər piylənməsinin qarşısını alır.

    Muxalifet - 12-10-2018

Pages