Axtarış
The search found 105701 results in 0.196 seconds.
Search results
Qaşıqçı olayını çözəcək 2 SİRR
Haber7.com, Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra itkin düşən Səudiyyə jurnalisti Camal Qaşıqçı ilə bağlı önəmli detallar əldə edib.
Muxalifet3 - 11-10-2018
Rusiya şokda! Canlı yayımda qəza keçirdi
Rusiyanın Soyuz MS-10 raketinin kosmosa göndərilməsi zamanı qəza baş verib. Raket Qazaxıstana təcili eniş edib.
Rusiyanın Soyuq MS-10 raketinin kosmosa buraxılışı zamanı qəza baş verib. Biri Rus, digəri Avstraliyalı olan iki astronavtı daşıyan raket Qazaxıstana təcili eniş həyata keçirib.
Astronavtların vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Müxalifət.azMuxalifet3 - 11-10-2018
“Qarabağ azad olacaqsa, Azərbaycana güzəşt ediləcək…” – Paşinyandan AÇIQLAMA
“Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır”.
İrəvanda “Frankofoniya” beynəlxalq təşkilatının sammitində çıxışı zamanı bu fikri irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyan yenə absurd iddialarını davam etdirib.
Paşinyan iddia edib ki, Dağlıq Qarabağ “xalqının” iradəsini nəzərə alaraq, onun statusu məcburi hüquqi gücə malik olmalıdır. Qarabağ azad olacaqsa, Azərbaycana güzəşt ediləcək.Muxalifet - 11-10-2018
ABŞ-dan təhdid kimi çağırış: Qaşıqçı sağ olaraq dönənə qədər..
ABŞ-ın Kentucky senatoru Rand Pol, "The, Atlantik" də dərc olunan məqaləsində, Camal Qaşıqçı sağ qayıdana qədər Səudiyyə Ərəbistanı ordusuna qarşı bütün maliyyə, təlim və koordinasiyanın kəsilməsi istiqamətində tədbir alınması üçün bu həftə təşəbbüs göstərəcəyini ifadə edib.
İllərlə ABŞ-ın Səudiyyə Ərəbistanına verdiyi dəstəyi pislədiyini bildirən Pol, məqaləsində, Suriyadakı terror təşkilatı İŞİD-ə çox sayda Səudiyyə Ərəbistanı vətəndaşının qoşulduğuna diqqəti çəkib.
Heç bir müqavilə haqlı çıxarmaz
Muxalifet3 - 11-10-2018
Yağış yağacaq, temperatur aşağı enəcək — XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-dən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.Muxalifet - 11-10-2018
“Mənim işlərimdə bir dənə də əyri və yalan ola bilməz” – Beş dəfə məhkum olunmuş şəxs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində 70 yaşlı Viktor Məmmədov ifadə verib.
O, təqsirləndirilən şəxslərdən ikisini üzdən tanıdığını bildirib.
Muxalifet - 11-10-2018
“Əliyevlə Paşinyan Moskva üzərindən problemsiz və məxfi danışa bilərlər...”
Sabah Düşənbədə MDB müdafiə nazirləri Şurasının iclasında Rusiyanın və Belarusun təşəbbüsü ilə postsovet respublikalarının ərazilərindəki “dondurulmuş” münaqişələrə dair müdafiə nazirləri arasında qeyri-formal müzakirələr olacaq. Virtualaz.org xəbər verir ki, bu haqda “Nezavisimaya qazeta” hərbi-diplomatik qaynaqlara istinadla bildirir.
Muxalifet - 11-10-2018
Rusiya təkzib etdi! Tramp və Putin...
Rusiya prezidenti Vladimir Putinin, ABŞ prezidenti Donald Trampla tezliklə görüşəcəyi iddiaları, Kreml tərəfindən təkzib edilib.
Kreml sözçüsü Dmirtiy Peskov, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın tezliklə görüşəcəyi xəbərinin doğru olmadığını bildirib.
Müxalifət.azMuxalifet3 - 11-10-2018
Makron Ermənistanın arzusunu ÜRƏYİNDƏ QOYDU: Azərbaycan 500 milyonluq SİLAH ALIR
Fransa prezidenti Emmanuel Makronun Azərbaycana səfəri gözlənilir. Bu ilin 19-20 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev Fransada səfərdə olmuşdu. Bu səfərlər ikitərəfli münasibətlərin inkişafından xəbər verir.
Azərbaycan və Fransa prezidentləri Bakıda əməkdaşlıq məsələlərini, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edəcək. Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsi də müzakirə mövzularından biri olacaq.Muxalifet - 11-10-2018
“Deyirdilər ki, o elə ölməyə layiq idi” - Maşınla “bomj”u öldürən baş həkim
Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vuran baş həkim Arif Yunusov hadisəyə münasibət bildirib.
Muxalifet - 11-10-2018
GƏNCLƏR ÖLÜMLƏ TƏHDİD EDİR VƏ ÜZR İSTƏYİRLƏR – Ukraynadakı azərbaycanlı gənclərin rüsvayçı görüntüləri (VİDEO)
Ukraynada azərbaycanlı gənclərin rüsvayçı videosu sosial şəbəklərdə geniş müzakirə mövzusuna çevrilib. YouTube kanalında yayılan videoda azərbaycanl gənclərin Kiyevdə bloggerləri hədələməsi səhnələri əks olkunub. Belə ki, Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan bloggerlər azərbaycanlı tələbələrin qadağan olunmuş yerdə avtomobillərini saxlamasına etiraz ediblər. Nəticədə bloggerlər azərbaycanlı gənclərin kriminallara xas reaksiyası ilə üzləşib, ölümlə təhdid olunublar.
Muxalifet - 11-10-2018
Tərtərdə erməni VƏHŞƏTİ: gəncin ayağı qopdu, vəziyyəti ağırdır
Bu gün Tərtər rayonunda mülki şəxs minaya düşüb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Həsənqaya kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov Azad Kamandar oğlu mal-qara otarakən minaya düşüb. Onun sol ayağı qopub.
Yaralı ağır vəziyyətdə Bərdə rayon xəstəxanasına çatdırılıb və əməliyyat otağına keçirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir.Muxalifet - 11-10-2018
Sumqayıtda quldurluqda şübhəli bilinən şəxs saxlanıldı
Sumqayıtda quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən verilən məlumata görə, oktyabrın 10-da DİN-in "102 - Zəng Mərkəzi"nə Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsi baş verməsi barədə müraciət daxil olub.Muxalifet - 11-10-2018
Türkiyə sosialist iqtisadiyyatına keçirmi?
Oktyabrın 3-də açıqlanan aylıq və illik inflyasiya rəqəmləri 3-4 dəfə yüksək çıxınca xəzinə və maliyyə naziri Berat Albayrak oktyabrın 9-da "İnflyasiya ilə cəbhə boyu mübarizə proqramı"nı ictimaiyyətə təqdim etdi.Nazirin sözlərinə görə, inflyasiyaya qarşı ölkənin 81 milyon əhalisi birlikdə mübarizə aparacaq.
Muxalifet - 11-10-2018
ABŞ Türkiyənin İncirlik bazasına alternativ tapdı
Rəsmi Afina ABŞ-ın Yunanıstanın Volos, Larisa və Dedeağac şəhərlərində hərbi baza yaratmasını təklif edib.
Yunanıstanın müdafiə naziri Panos Kammenos Amerikaya rəsmi səfəri zamanı Pentaqonun rəhbəri Ceym Mettis ilə görüşündə belə təklif səsləndirib.
“Yunanıstan ABŞ-ı özünün yeganə strateji müttəfiqi və tərəfdaşı sayır. ABŞ-ın sadəcə Sudada deyil, Volos, Larisa və Dedeağac da daimi hərbi qüvvə saxlaması Yunanıstan üçün önəmlidir”, – deyə Kammenos vurğulayıb.Muxalifet - 11-10-2018
ATV-nin canlı efirində dava - VİDEO
Ötən gün ATV-də yayımlanan “Bizimləsən” proqramında dava düşüb.
Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb Kürdəmir rayon Qarıs Əyribənd kənd sakini, 1996-ci il təvəllüdlü Cabbarov Əli Vidadi oğlunun ailəsinin onun ölümündə qonşu ailənin oğlunu günahlandırması səbəb olub.
Belə ki, Girdiman çayın Kürdəmir rayon ərazisindən keçən hissəsindəki körpüdən özünü asaraq intihar edən Əlinin valideynləri hesab edir ki, günahkar qonşunun oğludur.Muxalifet - 11-10-2018
DÜNYA BELƏ PUL XƏRCLƏYƏN QADIN GÖRMƏYİB… – Hər gün 2500 dollarlıq şərab içirmiş…
Azərbaycan Beynəlxalq Bankın eks-rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın alış-verişə 35 milyon manat xərcləməsi barədə yazılanlar Türkiyə mediasının da gözündən qaçmayıb.
Türkiyə KİV-i onu “Dünya belə pul xərcləyən qadın görməyib” başlığı ilə təqdim edib.
Xəbərdə xanım Hacıyevanın 21 milyon dolları hara xərcləməsinə dair bəzi maraqlı detallar yer alıb.
Məlum olub ki, Zamirə Hacıyeva hər gün bir şüşəsi 2500 dollar olan şərab içirmiş. Bundan başqa, o, “Boucheron” 200 min dollarlıq broş, “Cartier”dən isə 133 min dollara zinət əşyası alıb.Muxalifet - 11-10-2018
Ermənistan ən zəif ölkələr siyahısında ilk pillədə - “Moody's”
"Hazırda ciddi maliyyə problemi yaşayan və böhran vəziyyətində olan Ermənistan çökür". "armbanks" nəşri yazır ki, ciddi maliyyə çatışmazlığı səbəbindən bu gün Ermənistan bütün bu riskləri aradan qaldıra bilmir və müdafiəsiz olan ölkələrin siyahısında birinci yerdə qərarlaşıb. “Moody's”-ın analitiki Metyu Sirk öz məqaləsində Ermənistan, Şri Lanka və Pakistanın yaxın gələcəkdə xarici borc asılılığına məruz qalacağını bildirib: "Ermənistanın liderlik etdiyi siyahının digər iki pilləsində isə müvafiq olaraq Şri Lanka və Pakistan gəlir.
Muxalifet - 11-10-2018
Diqqət: Bu yolda rənglənmə işləri aparılacaq
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, işlər sabah səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.Muxalifet - 11-10-2018
Ziya Məmmədov DANIŞDI: “İndi istirahət edirəm”
"Mətbuatda mənim haqqımda yazılan məlumatlar kökündən yanlışdır. Mən bu məsələlərlə heç maraqlanmıram da”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Azxeber.com-a açıqlamasında sabiq Nəqliyyat naziri Ziya Məmmədov söyləyib.Muxalifet - 11-10-2018