Axtarış

The search found 105701 results in 0.117 seconds.

Search results

  1. "Havanı çirkləndirən restoran sahibləri cərimələnib" — Nazirlik rəsmisi

    "Təmizləyici qurğuları olmayan bəzi restoranların sahibləri cərimələnib".
    Bunu mətbuat konfrasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.
    O bildirib ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır:

    Muxalifet - 11-10-2018

  2. “Putin Qarabağ münaqişəsini həll edir, bir şərtlə ki…” – Rus nəşrindən ŞOK İDDİA

    Rusiya hərbi sahə də daxil olmaqla, keçmiş sovet respublikalarını bir çətir altına yığmağa çalışır.
    Bu barədə Rusiyada nəşr olunan “Nezavisimaya qazeta” yazır.
    Məqalədə qeyd edilir ki, keçmiş sovet coğrafiyasındakı nüfuzunu bərpa etmək istəyən Rusiya bölgədəki regional münaqişələri birdəfəlik həll etmək niyyətindədir.

    Muxalifet - 11-10-2018

  3. Məşhur klubun baş məşqçisi istefa verdi

    Fransanın “Monako” klubunun baş məşqçisi Leonardo Jardim istefa verib.
    Bu mövsüm uğursuz nəticələr göstərən klub rəhbərliyi məşqçinin istefasını qəbul edib. Belə ki, 9 turdan sonra cəmi 1 qələbəsi olan “Monako” 6 xalla 18-ci pillədə qərarlaşıb. Bu isə 2016/17 mövsümündə eyni məşqçi ilə Fransa çempionu olan Knyazlıq klubu rəhbərliyini narazı salıb.
    Yaxın günlərdə yeni baş məqşçinin adı ictimaiyyətə elan ediləcək.

    Muxalifet - 11-10-2018

  4. Brüsseldən “Brexit” açıqlaması - Mey təcili iclas çağırdı

    “Avropa İttifaqının Böyük Britaniyadan ayrılmasına dair aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur.”
    Muxalifet.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Marqaritis Şinas keçirdiyi ənənəvi brifinqdə deyib. 
    “Danışıqlarda biz hələ razılıq nöqtəsinə gəlib çatmamışıq. Heç bir irəliləyiş yoxdur”, – deyə Şinas vurğulayıb. 

    Muxalifet - 11-10-2018

  5. "6-cı dəfədir ki, "srok"a gedirəm - hamısı da tərtəmiz olub"

    Bakıda evlərə basqın edən keçmiş məhkumlardan ibarət dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Fikrət Qəribovun icraatında olan prosesdə zərərçəkmiş 70 yaşlı Viktor Məmmədov ifadə verib.

    Viktor Məmmədov təqsirləndirilənlərdən iki nəfəri üzdən tanıdığını deyib.

    O bildirib ki, həmin şəxslər qapını döyüb qonşu olduqlarını deyiblər:

    Muxalifet - 11-10-2018

  6. ​Qərb silahları Rusiyanı QICIQLANDIRDI

    Qərb koalisiyasının əsas silahı “Stels” texnologiyası əsasında çalışan F-22 və F-35 qırıcıları Rusiyanı yaman qıcıqlandırıb.
    Muxalifet.az “The National İnterest” nəşrinə istinadən xəbər verir ki, Rusiya bu növ qırıcıların fəaliyyəti əleyhinə hesablanmış S-300 sistemlərini Suriyada yerləşdirməsinə rəğmən bu texnologiyanı “kağız qurğusu” adlandırıb.
    Rus ekspertlər bu texnologiya ilə çalışan qırıcıları yararsız adlandıraraq onların S-300-lərə tay ola biləcəyinə şübhə etdiklərini ifadə ediblər.

    Muxalifet - 11-10-2018

  7. ​“Ermənistanı dövlət kimi tanımırıq. Azərbaycanın yanındayıq” - Pakistandan AÇIQLAMA

    Pakistanın yeni seçilmiş Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.
    Azərbaycanın Pakistandakı səfirliyindən Muxalifet.az-a verilən xəbərə görə, səfir qəbula və görüşə görə təşəkkür edərək Azərbaycan Respublikası Prezidentinin təbrikvə xoş salamlarını Arif Alviyə çatdırıb.

    Muxalifet - 11-10-2018

  8. Eldar Mahmudovun iş ortağının məhkəməsi başlayıb

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. “Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
    Anket məlumatları dəqiqləşdirilən zaman S.Ağayev deyib ki, Azərbaycan vətəndaşıdır və Qazaxıstan Respublikasında qeydiyyatdadır.
    Daha sonra təqsirləndirilən şəxsin vəkili Türkel Süleymanlı vəsatət qaldırıb.
    Vəsatətə növbəti iclasda baxılacaq.

    Muxalifet - 11-10-2018

  9. Tanınmış müğənni özünə qəsd etdi - Foto

    Türkiyəli müğənni Tuba Ergüzel intihar edib.
    Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Felaket Tellalı" ləqəbi ilə tanınan ifaçı Onur Akay Ergüzelin özünə qəsd etdiyini bildirib.
    33 yaşlı müğənninin hansı səbəbdən özünü öldürdüyü hələ məlum deyil.

    Muxalifet - 11-10-2018

  10. ​Kaşıkçının qardaşı və arvadı qılıncla öldürüldü - ŞOK İDDİA

    Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girən və daha sonra yoxa çıxan jurnalist Camal Kaşıkçı ilə bağlı da bir şok iddia ortaya atılıb.
    Muxalifet.az xəbər verir ki, Beyrutda dərc olunan “Diyar” adlı qəzetin yazdığına görə, Kaşıkçının qardaşı Ahmet və arvadı Ciddədə iki gün əvvəl evə girən maskalı şəxslər tərəfindən öldürülüb, onların üç uşağı isə qaçaraq xilas ola biliblər. 

    Muxalifet - 11-10-2018

  11. Ermənistandan Azərbaycana şirniyyat gətirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan Respublikasında istehsal edilən şirniyyat məhsulunun Azərbaycana gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Eyni zamanda, həmin məhsulu gətirən şəxs açıqlama verərək bəhs olunan qida məhsulunun Ermənistan mənşəli olduğunu bilmədən şəxsi istehlak məqsədilə ölkənin gömrük sərhədindən keçirdiyini bəyan edib.

    Muxalifet - 11-10-2018

  12. Çavuşoğlundan kritik “Qaşıqçı” açıqlaması

    İraqda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda itən jurnalist Camal Qaşıqçı ilə bağlı açıqlama verib.
     
    Xarici işlər naziri Çavuşoğlu, "Baş Prokurorluq intensiv və hərtərəfli istintaq başlayıb. Hüquq-mühafizə və müvafiq orqanlar istintaq aparır. Bu hadisə Səudiyyə Ərəbistanı Baş Konsulluğunda baş verdiyi üçün Səudiyyə Ərəbistanı ilə yaxın əməkdaşlıq şəraitində işləmək istəyirik. Səudiyyə Ərəbistanı bizimlə əməkdaşlıq etməlidir" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 11-10-2018

  13. ​"Toppuş bacı"ya AĞIR İTKİ

    “Toppuş bacı” kimi tanınan əməkdar artist Tünzalə Əliyevaya ağır itki üz verib.
    Muxalifet.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Gəncə Dövlət Dram teatrının mətbuat xidmətinin rəhbəri Anar Bürcəliyev məlumat verib.
    O, aktrisanın anasının bu gün dünyasını dəyişdiyini bildirib.
    Mərhum Gəncə şəhərində dəfn olunub.
    Allah rəhmət eləsin!

    Muxalifet - 11-10-2018

  14. Koçaryan və Sarkisyanın gizli ailə BİZNESİ

    Ermənistanın keçmiş dövlət başçıları Robert Koçaryan və Serj Sarkisyan çoxmilyonlu sərvətə malikdilər.
    Ermənistan KİV-ri xəbər verir ki, zaman-zaman müstəqil jurnalistlər hər iki eks-prezidentə məxsus mülk və sərvətin miqdarını açıqlayırlar.
    Qanunsuz əldə olunmuş vəsaitlər hesabına yaradılna ailə biznesini keçmiş prezidentlər öz övlarlarına həvalə ediblər.
    Məsələn, ölkənin ikinci prezidenti Robert Koçaryan (1998-2008) biznes aktivlərinin idarə olunmasında oğulları Sedrak (1981), Levon (1985) və qızı Qayaneyə (1983) arxalanır.

    Muxalifet - 11-10-2018

  15. Türkiyə Trampın iddiasını yalanladı

    ABŞ prezidenti Donald Trampdan, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra bir daha ondan xəbər alınmayan Səudiyyə jurnalisti Camal Qaşıqçı haqqında daha bir mühüm açıqlama edib.
     
    NƏLƏR OLDUĞUNU ÖYRƏNMƏK MƏCBURİYYƏTİNDƏYƏM
     
    “Fox News”-a açıqlama verən Tramp, məsələ ilə yaxından maraqlandıqlarını söyləyərək," Amerikalı müfəttişlər hadisəyə daxil oldu, jurnalistə nə olduğunu öyrənmək məcburiyyətindəyəm" deyib.
     
    TRAMP AÇIQLAMALARINI SƏRTLƏŞDİRİB
     

    Muxalifet3 - 11-10-2018

  16. ​Kadırovu qəzəbləndirən çeçen ÜZR İSTƏDİ - Video

    İnsanların üzərinə içki bankası atan Çeçenistan vətəndaşı əməlinə görə üzr istəyib. O, bununla bağlı video-müraciət yayıb. 
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, video "MDK" "Telegram" kanalında yerləşdirilib. 
    "Məni respublika rəhbərliyi və valideynlərim pis danladı", - özünü təqdim etməyən gənc deyib. 

    Muxalifet - 11-10-2018

  17. Rusiya hər yerdə onları axtarırdı: TÜRKİYƏDƏ YAXALANDILAR

    Kayseri  Polis İdarəsinin əməkdaşları tərəfindən İŞİD terror təşkilatının Miqrasiya və Maddi-Texniki Komitəsinin Türkiyə üzrə məsul şəxsi Abu Cafar kod adlı şəxs ilə əlaqəsi olduğu müəyyən edilən, aralarında Abu Cafarın qardaşlarının və qohumlarının da olduğu şəxslərə qarşı əməliyyat keçirilib.
     
    Keçirilən əməliyyatda Rusiya əsilli Raşid Enikeev, Rusiya təbəəsi Elena Rakmanova, Suriya əsilli Mahmud Şeyx Məhəmməd, Sümeyya Şeyx Məhəmməd, Ahmad Alakel, Minah Milli Al Ali və Misir əsilli Nada Əhməd M. adlı 7 nəfər yaxalanaraq saxlanılıb.

    Muxalifet3 - 11-10-2018

  18. 68 min əhaliyə ŞAD XƏBƏR - Prezident SƏRƏNCAM İMZALADI

    Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd olunur ki, 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılsın.

    Muxalifet - 11-10-2018

  19. ABŞ-dan sürpriz F-35 qərarı! Dayandırıldı

    ABŞ-ın F-35 proqramının sözçüsü Co Dellavedova 28 sentyabrdakı qəzadan sonra bütün F-35 xəyalət təyyarələrinin uçuşlarını müvəqqəti olaraq dayandırdıqlarını deyib. Qeyd edək ki, ABŞ Dəniz Piyadalarına aid bir F-35b döyüş təyyarəsi sentyabrın 28-də Cənubi Karolinadakı təlim uçuşu zamanı qəzaya uğrayaraq düşmüş, pilot paraşütlə tullanaraq xilas olmuşdu. Hadisə, F-35 tipli təyyarələrin tarixində bir ilkdir. Müxalifət.az

    Muxalifet3 - 11-10-2018

  20. Azərbaycanda hər 1000 kişiyə 1005 qadın düşür - Əhali sayı AÇIQLANDI

    İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatıb.
    Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
    Bildirilib ki, əhalinin bir kvadrat kilometrə düşənsayı 115 nəfər olub. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

    Muxalifet - 11-10-2018

Pages