Axtarış

The search found 105701 results in 0.132 seconds.

Search results

  1. Xüsusi təyinatlılarımızın bu videosu ermənilər tərəfindən ŞİKAYƏT EDİLİR - VİDEO

    Xüsusi Təyinatlı Qüvvəlin maraqlı videosu yayımlanıb. 
    Muxalifet.az  xəbər verir ki, xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib. 
    Hərbçilərimiz çətin sınaqları məharətlə dəf edərək şərti düşmənə qarşı döyüşür. Həm dənizdə, həm də çətin coğrafi dağ relyefində sınaqlardan keçən xüsusi təyinatlılarımız düşmənə bir növ göz dağ verib. 
    Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələr 30 aprel 1999-cu ildə yaranıb. 

    Muxalifet3 - 11-10-2018

  2. ​İsrail F-35-ləri yoxlayacaq - Əmr

    İsrail ordusu ölkədəki bütün F-35 qırıcılarında yoxlama aparacaq.
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, buna səbəb ötən ay Şimali Karolina ştatında F-35 təyyarəsinin qəzaya uğramasıdır.
    İsrail Hərbi Hava Qüvvələrinin komandanı Amikom Norkinin bununla bağlı əmr verdiyi deyilir.
    Qeyd edək ki, az öncə Pentaqon dünya üzrə bütün F-35-lərin yanacaq borusunda yoxlamaların aparılacağı barədə açıqlama yaymışdı.
     

    Muxalifet3 - 11-10-2018

  3. ​Arda Turan 3 saat dindirildi, sərbəst buraxıldı

    Futbolçu Arda Turan Beşiktaş rayon Polis Şöbəsində 3 saat ifadə verib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 saatlıq dindirmədən sonra futbolçu sərbəst buraxılıb. Prokuror qəsdən adam yaralama və silahla təhdid ittihamları ilə Arda Turanın həbsini tələb edib. Bu səbəbdən də futbolçu sorğuya çəkilib.
    Turanın qarşılıq şikayət etdiyi bildirilir. 

    Muxalifet3 - 11-10-2018

  4. ​Qonşumuzda siqaretin qutusu 70 manata qalxdı

    Türkmənistanda tütün məhsullarının satışının sərt şəkildə məhdudlaşdırılmasından sonra ölkə əhalisinin siqaret çəkən hissəsinin əksəriyyəti bütov qutu siqaret almaq imkanından məhrum olub. Çünki qara bazarda siqaretin bir qutusunun qiyməti 70 türkmən manatına qalxıb. Bu, rəsmi məzənnə ilə təqribən 20 dollar və ya 34 Azərbaycan manatı deməkdir.

    Muxalifet3 - 11-10-2018

  5. ​Kadırovu qəzəbləndirən çeçen süpürgəçi işləyəcək

    Moskva metrosunda “Ahmat gücdür” deyərək insanların üzərinə içki bankası atan Çeçenistan sakini bundan sonra Qroznı şəhərinin abadlaşdırma idarəsində işləyəcək. Muxalifet.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün Telegram-kanalında bildirib. O qeyd edib ki, Turpal Xasiyev bu gün atası və qardaşları ilə birgə “Qroznı” telekanalında yayımlanan verilişlərin birinin qonağı olub. “Turpal deyirdi ki, Moskvaya işləmək üçün getmişdi. Özünə əziyyət verməsin deyə onun işlə təmin edilməsi məsələsi yerindəcə həll edilib.

    Muxalifet3 - 11-10-2018

  6. ​Tramp: Onlar bizi səfeh sayırlar

    ABŞ prezidenti Donald Tramp Çinə xəbərdarlıq edib. 
    Muxalifet.az xəbər verir ki, Tramp Fox News telekanalının canlı yayımında Çin iqtisadiyyatına daha ağır zərbə vurmağa hazır olduğunu bəyan edib. 
    “Əgər Pekin dayanmasa, Çin iqtisadiyyatına daha ağır zərbə vurmağa hazıram. Biz yüksək effektə nail olduq. Onların iqtisadiyyatı sürətlə geriləməyə başladı. Mənim bu prosesi gücləndirmək üçün imkanlarım var. Onlar uzun müddət yaxşı yaşayıblar. Mənə elə gəlir ki, onlar bizi səfeh sayırlar, lakin amerikalılar belə deyillər”, - deyə o vurğulayıb.

    Muxalifet3 - 11-10-2018

  7. Bu gün keşiş-casus Brunsonun məhkəməsidir - Buraxıla bilər

    Terror təşkilatları FETÖ və PKK adına cinayət törətdiyi və casusluq iddiaları ilə İzmirdə ev həbsində saxlanılan amerikalı keşiş-casus Brunson, 4-cü dəfə  məhkəmədə hakim qarşısına çıxmaq üçün ev həbsində tutulduğu dairəsindən alınaraq sıx təhlükəsizlik tədbirləri ilə məhkəməyə gətirilib.
     
    25 iyul 2018 tarixindən bu yana ev həbsində tutulduğu dairəsində cəzasını çəkən ABŞ-lı keşiş-casus, təhlükəsizlik nöqteyi nəzərdən məhkəmə iclasının başlamasından xeyli əvvəl saat 05.30 radələrində bir avtomobillə ədliyyə binasına gətirilib.

    Muxalifet3 - 12-10-2018

  8. Üç ölkəni birdən Türkiyə qorxusu sardı: TƏLAŞA DÜŞDÜLƏR

    İsrailin baş naziri Benjamin Netanyahu bölgədə Türkiyə əleyhinə cəbhəni genişləndirmək istəyir. Netanyahu, keçən ay Qüdsdə Yunanıstan xarici işlər naziri Nikos Kotzias və Yunan Kiprinin xarici işlər naziri Nikos Christodoulidis ilə bir araya gəlib.
     

    Muxalifet3 - 12-10-2018

  9. Sumqayıtda ŞOK HADİSƏ - Dənizə baş vuran kişi canını tapşırdı

    Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.
    "Report"un məlumatına görə, Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və "Damba" adlanan əraziyə gələrək suya baş vurub.
    Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticəsə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.
    Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb.
    Hər 3 dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

    Muxalifet - 12-10-2018

  10. Zamirə Hacıyevanın Londondakı sərvəti Azərbaycana qaytarıla bilər

    “The Telegraph” qəzetinin yazdığına görə Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin rəhbəri etiraf edib ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin dəbdəbəli Harrods ticarət mərkəzində sağa-sola pul xərcləyən arvadından müsadirə olunan sərvət Azərbaycan dövlətinə verilə bilər.

    Muxalifet - 12-10-2018

  11. Səudiyyənin baş konsulu təlaşda: 4 GÜNDÜR İŞƏ ÇIXMIR

    Dünyaca məşhur jurnalist Camal Qaşıqçının (59) itkin düşməsi ilə bağlı istintaq davam edir. Hər gün yeni təfərrüatlar ortaya çıxır.
     

    Muxalifet3 - 12-10-2018

  12. Rusiya yığmasının hücumçusu həbs olundu – FOTO

    Hər iki futbolçu dekabrın 8-dək həbsdə qalacaq.
    Qeyd edək ki, oktyabrın 8-də Kokorin və Mamayev iki davada iştirak ediblər. Əvvəlcə futbolçular başqa üç nəfərlə birlikdə teleaparıcı Olqa Uşakovanın sürücüsünü döyüblər. 33 yaşlı Vitali Salovçuk ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Muxalifet - 12-10-2018

  13. ​"Maykl" qasırğası 6 nəfəri öldürdü

    ABŞ-da "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
    Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli hakimiyyət dairələrinə istinadən "Reuters" məlumat yayıb.
    Bildirilir ki, onlardan biri Şimali Karolina ştatında həyatını itirib.
    Bundan əvvəl 5 nəfərin öldüyü məlum idi.

    Muxalifet - 12-10-2018

  14. Şok edən Qəndil etirafları! 2 TƏCAVÜZ, 5 EDAM

    Iyul ayında İraqın şimalındakı PKK düşərgələrindən qaçaraq Şırnakın Silopi mahalında təhlükəsizlik güclərinə təslim olan K. Jinda (42) və D. Delila (39) kod adlı qadın terroristlərin ifadələri, PKK-nın terrorçubaşı Murat Karayılanın sapıq və pozğun intim əlaqələrini və edamlarını ifşa edib.
     

    Muxalifet3 - 12-10-2018

  15. ​Rusiya Gürcüstanla viza rejiminin ləğvini planlaşdırır – Karasin AÇIQLADI

    Rusiya Gürcüstanla viza rejiminin ləğvini planlaşdırır.
    Bunu Rusiya xarici işlər nazirinin köməkçisi Qriqori Karasin deyib.
    Onun sözlərinə görə, viza rejiminin ləğv edilməsi Rusiyadan asılıdır:
    “Təhlükəsizlik və terrorizmlə mübarizə məsələlərini həll etsək, gec-tez vizasız rejimə keçid mümkün olacaq. Bu istiqamətdə diplomatik qarşıdurma yoxdur.

    Muxalifet - 12-10-2018

  16. ​Ramzan Kadırov Həbibi belə qarşıladı - VİDEO

    Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışlarında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədova avtomobil hədiyyə edib.
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Kadırov hədiyyəni atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov fondu adından bağışlayıb.
    Bundan başqa, Həbibin atası məşqçisi Əbdülmanap Nurməhəmmədova "Çeçenistanın Əməkdar bədən tərbiyəsi işçisi” fəxri ünvanı verilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet - 12-10-2018

  17. 100 kiloluq bomba ilə yaxalandı: HƏR YERİ QANA BULAYACAQDI

    ABŞ-da 6 noyabrda Konqresə keçiriləcək ara seçkilərində 100 kq-lıq bombayla qətliam həyata keçirmək hazırlığında olduğu irəli sürülən bir adam, Nyu-Yorkda yaxalanıb.
     
    Nyu-York Cənub Bölgəsi Prokurorluğunun hazırladığı dosye ilə çərşənbə günü keçirilən əməliyyatla yaxalanan 56 yaşlı Pol Rosenfeldin, seçki günü, paytaxt Vaşinqtonda Konqres binası ilə Vaşinqton abidəsi arasında yer alan ərazidə hazırladığı 100 kq-lıq bombayla intihar aksiyası keçirmək hazırlığında olduğu irəli sürülüb.

    Muxalifet3 - 12-10-2018

  18. Bu gün Milli Məclis var – Deputatlar 54 məsələ üçün toplaşır

    Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək.

    İclasda Azərbaycanla Serbiya arasında bir sıra sazişlərin təsdiq ediləcək, o cümlədən Cinayət Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, Mülki Prosessual Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, “Təhsil haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və digər bir sıra qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq.

    Muxalifet - 12-10-2018

  19. ​Con Bolton Bakıya nə vaxt gələcəyini AÇIQLADI

    ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, xarici siyasətdə sərt xətt tərəfdarı olan və xüsusən İrana qarşı aqressiv mövqeyi ilə tanınan Con Bolton Rusiyaya və Cənubi Qafqaz respublikalarına səfərinin tarxini açıqlayıb. Virtualaz.org xəbər verir ki, bu səfər barədə ilk dəfə bir neçə gün əvvəl erməni politoloqlardan biri məlumat yaymışdı. Amma rəsmi kanallarda bu haqda heç nə deyilmirdi.

    Muxalifet - 12-10-2018

  20. Cəbhədə atəşkəs pozuldu - 27 dəfə

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

    Muxalifet - 12-10-2018

Pages