Axtarış
The search found 105701 results in 0.204 seconds.
Search results
Qonşu ölkədə marixuana festivalı… – Hökumətdən şok tələb
Gürcüstanın müxalifətdə olan Girçi Partiyası paytaxt Tiflisdə marixuana festivalı keçirmək niyyətindədir.
Bu barədə jurnalistlərə açıqlamasında partiyanın lideri Georgi Çaparidze deyib.
Partiya lideri bildirib ki, festival oktyabrın 20-də - prezident seçkilərindən bir həftə əvvəl şəhər parklarından birində təşkil olunacaq:
“Azadlığa ehtiyacı olan bütün vətəndaşlar bu festivala gəlməlidir. Hesab edirəm ki, Gürcüstan hökuməti marixuana yetişdirilməsini və istehsalını qanuniləşdiribsə, bu festivalın keçirilməsi üçün də heç bir problem yoxdur”.Muxalifet - 12-10-2018
Sumqayıtda 4 tələbə dönərdən zəhərləndi
Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub.
Sumqayıt Musiqi Kollecinin tələbələri - 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır./Report/Muxalifet - 12-10-2018
Türkiyə bunu da gördü: iki kişi evləndi - VİDEO/FOTO
Türkiyədə qanunveriliyin icazə verməməsinə baxmayaraq, homoseksual iki kişi toy salonunda evlənib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, cütlüyü yoldaşları tək buraxmayıblar.
Toyun görüntülər sosial şəbəkədə böyük maraqla qarşılanıb.
Muxalifet - 12-10-2018
"Telefonda başqası ilə danışırdı, sosial şəbəkədə də yazışırdı..."
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.Elan olunmuş ittiham üzrə M.Müzəffərov özünü təqsirli bildiyini deyib.Muxalifet - 12-10-2018
Konor və Həbib UFC-dən diskvalifikasiya edildi
Nevada ştatının atletika komissiyası müvəqqəti olaraq rusiyalı Həbib Nurməhəmmədovu və irlandiyalı Konor Makqreqoru diskvalifikasiya edib.
Diskvalifikasiya oktyabrın 15-dən 24-dək davam edəcək və daha sonra komissiya döyüşçülərə qarşı sanksiyalar barədə qərar verəcək.
Komissiya Nurməhəmmədov və Makqreqor arasında Las-Veqasda baş tutan görüşdən sonrakı insidentlə bağlı müzakirələr aparıb.
Bundan əvvəl Nurməhəmmədov “Instagram” hesabında UFC-nin yalnız onun komandasına qarşı sanksiyalar tətbiq etməsindən qəzəbləndiyini bildirib. (oxu.az)Muxalifet - 12-10-2018
Ziyafət Əsgərov deputatlara XƏBƏRDARLIQ ETDİ
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara xəbərdarlıq edib.
Z.Əsgərov qanuna dəyişiklik layihələrinə səsvermə zamanı iclasda kənar səslərin olduğunu deyib: "Zalda səs var, xahiş edirəm, sakit olun”.
Qeyd edək ki, MM-in bugünkü plenar iclasına Ziyafət Əsgərov sədrlik edir.Muxalifet - 12-10-2018
Sürüşmə zonasındakı evlərin qazı kəsildi
Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidəki mənzillərə təbii qazın verilişi dayandırılıb.
Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib.
İ.Kərbəlayevin sözlərinə görə, sürüşmə baş verən kimi ərazidə olan 11 fərdi evə təbii qazın verilişi dayandırılıb:
"Hazırda əməkdaşlarımız hadisə yerindədirlər. Günün sonuna qədər veriləcək qərarı gözləyirik. Qərardan asılı olaraq əraziyə qazın verilib verilməyəcəyi məlum olacaq".Muxalifet - 12-10-2018
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolda ehtiyyatlı olun
Bakı-Ələt-Astara avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Bu barədə Muxalifet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.Muxalifet - 12-10-2018
SON DƏQİQƏ: Məhkəmə Bransonla bağlı QƏRARINI AÇIQLADI - (YENİLƏNDİ)
Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan keşiş Endryu Bransonun işi üzrə məhkəmə bu gün qərar çıxarıb. AzVision.az “Milliyet”ə istinadən xəbər verir ki, məhkəmə amerikalı keşişin ev dustaqlığından azad olunması və ona qarşı məhkəmə-nəzarət şərtlərinin aradan qaldırılması barədə qərar çıxarıb.
Bununla yanaşı, məhkmə Bransonun 3 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm verib. Həbs cəzası bitdikdən sonra isə, branson tamamilə sərbəst buraxılacaq və ABŞ-a geri dönə biləcək.Muxalifet - 12-10-2018
Gəncə hadisələrinin iştirakçılarından daha biri tutuldu - Moskvada
Azərbaycanın sorğusu əsasında Gəncə hadisələrinə görə axtarışda olan daha bir nəfər Moskvada saxlanılıb.
Muxalifet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxsin adı açıqlanmır. Bildirilir ki, 34 yaşı var. O, terrorizm, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət əleyhinə çağırışlar və dövlət xadiminin həyatına qəsd ittihamı ilə bu ilin iyulundan axtarışda olub. Həmin şəxs Moskvanın arxitektor Vlasov küçəsində saxlanılıb.
İstintaq məlumatına görə, həmin şəxs Gəncə şəhərində baş verən iyul hadisələri ilə əlaqəlidir.Muxalifet - 12-10-2018
Siyavuş Novruzov qəbul qaydalarının dəyişməsini TƏNQİD ETDİ
“Qəbul qaydaları dəyişib bu, ictimaiyyəti narahat edən məsələdir. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Məclisin müvafiq komitəsi, lazım olsa rektorlar dəvət edilməldir ki, vahid strategiya müəyyən olunsun”.
Bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisdə buraxılış və qəbul imtahanlarına Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən birlikdə edilən dəyişikliklərdən danışarkən deyib.
Millət vəkili qeyd edib ki, qəbul imtahanına altı ay qalmış yeni qaydaların açıqlanması doğru deyil:Muxalifet - 12-10-2018
Məhkəmə “keşiş Brunson” qərarını verdi!
Türkiyə ilə ABŞ arasında münasibətlərin gərilməsinə səbəb olan ABŞ-lı keşiş Endryu Kreyq Brunsona 3 il 1 ay 15 gün həbs cəzası verilib və ev həbsi ilə xaricə çıxış qadağası qaldırılıb. Bu is'ə o anlama gəlir ki, keşiş Brunson rahat arxasınca gələn təyyarə ilə ABŞ-a qayıda biləcək.
Müxalifət.azMuxalifet3 - 12-10-2018
“UŞAQLARIN RUS SEKTORUNA GÖNDƏRİLMƏSİNİN QARŞISINI ALMALIYIQ” – Gövhər Baxşəliyeva
Milli Məclisin bugünkü iclasında deputat Gövhər Baxşəliyeva rus sektoruna daxil olan uşaqların sayının artmasından narahat olduğunu söylədi. “Bu, kökündən səhv bir meyldir, biz vaxtında bunun qarşısını almalıyıq. Bu, mənim rus dilinə qarşı çıxmağım kimi anlaşılmamalıdır. Rusiya bizim strateji partnyorumuzdur, dost dövlətdir. Amma rus dili ingilis kimi tədris olunmalıdır”-deyə, o, bildirdi.
Muxalifet - 12-10-2018
Premyer Liqada ayın ən yaxşıları məlum oldu
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu və baş məşqçisi müəyyənləşib.
Muxalifet.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard ən yaxşı futbolçu seçilib. Belçikalı oyunçu ötən ay Premyer Liqada 4 oyunda 5 qol vurub.
Ən yaxşı baş məşqçi adına isə "Vulverhempton"un çalışdırıcısı Nunu Eşpiritu Santu layiq görülüb. "Canavarlar" ötən ay 4 oyunun 3-də qalib gəlib, 1-də heç-heçə edib.Muxalifet - 12-10-2018
Keşiş Brunsonun vəkili danışdı
Müvəkkilinin sərbəst olduğunu deyən vəkil Halavurt, "Elektron qandal çıxarılır, ölkə xaricinə gedə bilər" deyib.
Brunsonun vəkili İsmayıl Cəm Halavurt," Müvəkkilim artıq azaddır, kiçik bir cəza verildi. İstədiyi yerə gedə bilər. Dolayısıyla ədliyyə nəzarəti də qaldırıldı. Elektron qandalı çıxarılır. Ev həbsi qadağası da qalxdı, ölkə xaricinə də çıxa bilər" deyib.
Bir jurnalistin “Amerikaya necə gedəcək" sualına, "Təbii ki, təyyarə ilə gedəcək” cavabını verib.
Müxalifət.azMuxalifet3 - 12-10-2018
Trampdan Brunsonla bağlı ilk açıklama
ABŞ prezidenti Donald Tramp Brunsonun sərbəst buraxılması ilə bağlı ilk açıqlamasını Twitter üzərindən edib.
ABŞ prezidenti Tramp, "Keşiş Brunsonun azadlığı üçün çox intensiv işlədik" deyə tvitterdə yazıb.
Müxalifət.azMuxalifet3 - 12-10-2018
Prezident İnam Kərimovu sədr təyin etdi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:“Komissiyanın sədri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Komissiyanın üzvləriMuxalifet - 12-10-2018
Əməkdar artist: “Başqaları kimi 5-6 arvad...” - VİDEO
ARB TV-nin “Canım Sizə desin” verlişinin növbəti qonağı Əməkdar artist Cavanşir Məmmədov olub. Əməkdar artist maraqlı açıqlama verib: “Hərə bir şeyin həvəskarı olur. Bu, pis deyil ki? Maşın almışam da, gedib başqaları kimi 5-6 dənə arvad almamışam ki... Biri o tində, biri bu tində. Arvad bir dənə olar. Atalar deyib ki, yaxşı at, yaxşı arvad və bir balaca da para. Yəni maşın, o vaxt at olub. Amma para çox olanda insan davranışını dəyişir, ayağını başqa cür atır”.
Muxalifet - 12-10-2018
Trampdan şok açıqlama: “SƏUDİYYƏ JURNALİST ÖLDÜRDÜ DEYƏ 110 MİLYARDDAN VAZ KEÇƏ BİLMƏRİK”
ABŞ prezidenti Donald Tramp, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın itkin düşməsi səbəbindən Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdırmağa hələ hazır olmadığını deyib.
“Washington Post”-un xəbərinə görə, Ağ Evdə verdiyi açıqlamada, “Bu, qəbul edilə bilməz" deyən Tramp, "Səudiyyə Ərəbistanı bizdən 110 milyard dollarlıq hərbi sursat alır. Bu da iş sahəsi yaradır. Jurnalist öldürdü deyə onları cəzalandıra bilmərik" deyib.
Müxalifət.azMuxalifet3 - 12-10-2018
Türk məşhurlar Bakıda: ən bahalı filmimiz - Foto
Bu gün “Gənclik” TM-də yerləşən “CinemaPlus” kinoteatrında “Qış nağılı” filminin mətbuat konfransı keçirilib.
Muxalifet.az xəbər verir ki, konfransda Türkiyənin məşhurlar simaları - müğənni Halil Sezai və aktrisa Müge Bozla yanaşı, Azərbaycanın tanınmış müğənni və aktyorları iştirak edib.
Mərasimdə çıxış edən filmin baş prodüseri Cəfər Axundzadə bunları deyib:Muxalifet3 - 12-10-2018