Axtarış
The search found 105701 results in 0.083 seconds.
Search results
ABŞ Gülənlə bağlı hərəkət keçdi: Branson faktoru...
Fətullah Gülənin fəaliyyəti araşdırılır.
Muxalifet.az xəbər verir ki, bu sözləri amerikalı respublikaçı senator Lindsey Qraham deyib.
“Sözügedən şəxsin yürütdüyü fəaliyyətin Türkiyə hökumətinə qarşı olub-olmadığı, cinayət çərçivəsinə daxil olub-olmadığı yoxlanılır”, - deyə Qraham bildirib.
Qraham araşdırmanın kimin təlimatı ilə aparıldığını qeyd etməyib.
Qeyd edək ki, senatorun Bransonun azad edilməsindən sonra bu yöndə açıqlama verməsi diqqət çəkən məqamdır.
Muxalifet3 - 12-10-2018
30 milyon Feysbuk hesabı oğurlandı
Feysbuk administrasiyası 30 milyon istifadəçiyə aid hesabın hakerlər tərəfindən ələ keçirildiyini bildirib.
Muxalifet.az xəbər verir ki, Feysbuk rəhbərliyi olayın Federal Təhqiqatlar Bürosu (FTB) ilə birgə araşdırıldığını vurğulayıb.
Hücumun arxasında kimlərin dayandığı açıqlanmır.
Muxalifet3 - 12-10-2018
Nigeriyada 800-dən çox uşaq girovluğundan xilas edilib
Nigeriyanın şimal-şərqində 833 uşaq "Boko Haram" terror qruplaşmasının girovluğundan azad olunub.
Muxalifet.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin uşaq fondu UNİCEF-in saytında bildirilib.
Məlumata görə, buna "Vətəndaş birgə məqsədli qrupu" (CJTF) nail olub. Qurum keçən il beynəlxalq təşkilatla uşaqların terror qruplaşmalarına cəlb edilməsinin qarşısının alınması üçün tədbir görməyi öhdəsinə götürməklə bağlı iş planı imzalayıb.Muxalifet3 - 12-10-2018
Türkiyədə yaşayan minlərlə azərbaycanlının problemi həll olunur
Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlıların problemləri həll edilir. Uzun zamandır bu ölkədə yaşayan azərbaycanlar sənədləri qaydasında olmadığına görə müəyyən məhdudiyyətlərlə üzləşiblər. Türkiyə mətbuatının məlumatına görə bu ölkədəki Azərbaycanıların sayı 100 minə yaxındır.
Muxalifet.az xəzər tv-yə istinadla bildirir ki, artıq problem həllini tapmaq üzrədir. Belə ki, şəxsiyyətini təsdiqləyən heç bir sənədi olmayan vətəndaşların qeydiyyatı aparılır. Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev açıqlamasında məsələnin mərhələli şəkildə həllini tapacağını bildirib.Muxalifet3 - 12-10-2018
Qaşıqçı olayında sirr pərdəsini aralayacaq detal
“Sabah” qəzeti, 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra ortadan qeyb olan və öldürüldüyü bildirilən Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın edam edildiyi anların səs qeydlərinin olduğu məlumatını əldə edib.
Muxalifet3 - 13-10-2018
Türkiyədən Səudiyyəyə ultimatum: “Ya axtarışa icazə veriləcək, ya da deportasiya olunacaqlar”
Türkiyənin təhlükəsizlik orqanları, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna 2 oktyabr günü girdikdən sonra ortadan qeyb olan Qaşıqçı-nın öldürüldükdən sonra basdırılmış ola biləcəyi ehtimalını qiymətləndirir. Bu səbəblə gözlər konsulluq binası və 300 metr yaxınlığındakı Səudiyyənin baş konsulu Məhəmməd el-Katibinin iqamətgahına çevrilib. Bu iki ünvana girib, axtarış aparmaq üçün Ər-Riyadla müzakirələr davam edir.
Muxalifet3 - 13-10-2018
Terrorçudan qan donduran etiraf: "PKK TƏZƏ DOĞULAN KÖRPƏMİ AVROPAYA SATDI"
Türkiyənin təhlükəsizlik mənbələrindən verilən məlumatlara görə, sentyabr ayında təhlükəsizlik qüvvələrinə təslim olan bir qadın terrorçunun qan donduran ifadəsi, PKK/PYD-nin körpələrdən belə mənfəət güdən çirkli üzünü ortaya çıxarıb.
İfadəsində Suriyada terror təşkilatı tərəfindən istifadə edilən bir xəstəxanada E.A. adında bir terrorçunun ona təcavüz etdiyini və nəticədə hamilə qaldığını söyləyən qadın terrorçu, doğuş üçün 2017-ci ilin sentyabrında bölgədəki bir başqa xəstəxanaya göndərildiyini və doğuş etdiyini söyləyib.Muxalifet3 - 13-10-2018
ABŞ-dan SON HƏMLƏ - FETÖ liderinin fəaliyyəti nəzarətə götürüldü
ABŞ senatoru Lindsli Qrehem FETÖ lideri Fətullah Gülənin fəaliyyətinin araşdırıldığını söyləyib.
FETÖ lideri Gülənlə bağlı sorğu aparıldığını bəyan edən senator nəticənin necə olacağını səbirsizliklə gözlədiklərini bildirib. Bu fəaliyyətin Türkiyə hökumətinə qarşı olub-olmaması da yekunda qərara təsir edə bilər.Muxalifet - 13-10-2018
Ortalığı qarışdıracaq iddia! ABŞ-a "gizli baza”..
ABŞ-ın 2013-2017-ci illər arasında Kiprdəki İngilis Ağrotur hərbi bazasını gizli bir şəkildə istifadə etdiyi ortaya çıxıb.
“ABC News” kanalının xəbərinə görə, ABŞ-ın İngilis bazasından, təhlükəli bölgələrdən hərbi personal təxliyəsi üçün istifadə etdiyi bildirilib. 5 vertolyot və 40 personalın yerləşən bazanın 4 illik xərcinin isə 70 milyon avro olduğu iddia edilib. Təpkilərdən sonra açıqlama verən Yunan Kiprinin hökumət sözçüsü Prodromos Prodromu, "Xəbərin məzmununu ABŞ mənbələrinə sorun" - deyib.Muxalifet3 - 13-10-2018
Yağış yağacaq, külək əsəcək - Bü günün hava proqnozu
Azərbaycanda bü günə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var . Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Muxalifet - 13-10-2018
“Nə olsun heç nə demir, əsas odur ki, Vaqif müəllim danışır…” – Naşirdən nazir müavininə ittihamlar
Bu günlərdə Frankfurtda keçirilən kitab yarmarkasında iştirak edən “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu qalmaqallı yazı ilə çıxış edib.
O, yarmarkada iştirak edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin tədbirlərdəki iştirakına toxunub. Naşir nazir müavinin məzmunsuz çıxışlarından tutmuş, stendimizdəki vəziyyətlə bağlı acınacaqlı məqamları qələmə alıb. Həmin yazını təqdim edirik:
Bu il Frankfurt kitab yarmarkasının qonağı Gürcüstandır.Muxalifet - 13-10-2018
Sürüşmə zonasında SON VƏZİYYƏT - Nazirlik AÇIQLADI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri növbətçilik rejimində davam etdirirlər.
Bu barədə Trend-ə Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir.Muxalifet - 13-10-2018
ABŞ-dan terrorçulara “Suriya masasında yer” zəmanəti!
Tramp rəhbərliyi, silahlı ordu qurduğu terror təşkilatı PYD/PKK-nı Suriyada masaya oturtmaq üçün hərəkətə keçib. Suriyada terror ordusu sayəsində Fəratın şərqini işğal altına alan ABŞ, indi də təşkilatı müharibədən sonra qurulacaq sülh masasında müstəqil aktyor kimi görmək üçün qollarını çırmalayıb. ABŞ-ın xarici işlər naziri Mayk Pompeo, terror təşkilatı PYD-nin sülh danışıqlarında masaya oturmasını təmin edəcəklərini söyləyib.
Muxalifet3 - 13-10-2018
Azərbaycanlı qadın Türkiyədən qovuldu - RÜSVAYÇI SƏBƏB
Fahişəliklə məşğul olan azərbaycanlı qadın Türkiyədən deportasiya edilib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın vilayətinin Sultanhisar rayonunda fahişəliklə məşğul olan üç qadın saxlanılıb.
Onlardan biri azərbaycanlıdır. O, ölkədən deportasiya edilib, digər ikisi isə polis nəzarətindədir.Muxalifet - 13-10-2018
Trampdan “Brunson” açıqlaması
ABŞ prezidenti Donald Tramp, keşiş Endryu Brunsonun sərbəst buraxılmasından sonra açıqlama verib.
Jurnalistlərin suallarını cavablandıran Tramp, "Keşiş Brunsonun sərbəst buraxılması sevindirici haldır. Onun yenidən aramıza qayıtmasından şərəf duyuruq. Bu gün onu Ağ Evdə qəbul edəcəm" deyib.
Jurnalistlərin “Brunsonun qayıtması ilə Türkiyəyə tətbiq olunan sanksiyaların qaldırılıb qaldırılmayacağı sualına isə, "Türkiyə ilə keşiş Brunson azad edildikdə sanksiyalar ləğv ediləcək deyə bir müqavilə bağlamamışıq" deyə cavab verib.Muxalifet3 - 13-10-2018
Lukaşenko ilə Putinin QAZ-69-la gəzintisi - VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.
Bu haqda Modern.az Belarus mətbuatına istinadən xəbər verir.
Lukaşenko rusiyalı həmkarına özünün kiçik vətəninin görməli yerini göstərib. Aleksandriyadakı şəhərcikdə Belarus prezidenti Vladimir Putini "QAZ-69" avtomobilində gəzdirib. Lukaşenko Putinə böyüyüb boya-başa çatdığı evi göstərib. Sonra prezidentlər kənddə gəziblər.Muxalifet - 13-10-2018
Kadırovdan həbs edilən futbolçulara gözlənilməz təklif
Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hazırda həbsdə olan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevi “Axmat” futbol klubuna götürməyə hazır olduğunu bəyan edib.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, Kadırov futbolçuların cinayət işinin necə yekunlaşacağının qərarına təsir etməyəcəyini bildirib.Muxalifet - 13-10-2018
Bransonun vida sözləri: “Türkiyəni sevirəm, həmişə sevəcəyəm” - VİDEO
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin İzmir şəhər məhkəməsinin qərarı ilə azadlığa çıxan amerikalı keşiş Endryu Branson ölkədən ayrılarkən deyib.
20 il Türkiyədə yaşayan Branson baş verənlərə baxmayaraq, Türkiyəni hələ də sevdiyini, bundan sonra da sevəcəyini söyləyib.
Keşişin həyat yoldaşı Norin Branson isə Türkiyəyə belə vida mesajı yollayıb: “Baş verənlərə rəğmən Türkiyəni sevirik”.Muxalifet - 13-10-2018
Baş nazirdən qiymətli kağızlarla bağlı YENİ QƏRAR
Baş nazir Novruz Məmmədov "Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nı təsdiq edib.
BakuPost xəbər verir ki, qaydalara görə, monitorinq iştirakçılarına benefisiar mülkiyyətçi barədə məlumatlar sorğu əsasında məlumat saxlayıcısı tərəfindən aşağıdakı hallarda verilir:Muxalifet - 13-10-2018
ABŞ Türkiyənin sərhədləri yaxınlığında 4 il... - Ortalığı qarışdıracaq ŞOK İDDİA
Bu iddia ilə ABC telekanalı çıxış edib.
Telekanalın xəbərinə görə, bazadan təhlükəli bölgələrdən təxliyə əməliyyatlarının aparılması üçün istifadə olunub. 5 helikopter və 40 nəfərlik şəxsi heyətin olduğu bazanın 4 illik xərci 70 milyon avro olub.
Xəbəri şərh edən Yunanıstan hökumətinin sözçüsü Prodromos Prodromun sözlərinə görə, Birləşmiş Ştatlar 2012-ci ildə Böyük Britaniyanın bazalarını istifadə etmək istəsə də, Londondan rədd cavabı almışdı.Muxalifet - 13-10-2018