Axtarış

The search found 105701 results in 0.117 seconds.

Search results

  1. İngiltərədən “Qaşıqçı” açıqlaması: Sonu pis olar

    İngiltərənin xarici işlər naziri Ceremi Hunt, Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçı-nın öldürüldüyü iddiaları doğru olduğu təqdirdə Səudiyyə Ərəbistanı üçün ciddi nəticələri olacağını deyib.
     
     Hunt, "Özlərini uzun müddətdir Səudiyyənin dostları kimi düşünən insanlar bunun çox ciddi bir vəziyyət olduğunu deyir. Bu iddialar doğrudursa, ciddi nəticələr doğuracaqdır. Çünki dostluğumuz və tərəfdaşlığımız ortaq dəyərlərə əsaslanır. Həqiqətən çox narahatıq" deyib.

    Muxalifet3 - 11-10-2018

  2. ​Qızlara qarşı bunu etməyin - 9 maddə

    Qız övladları ilə tez-tez, səhər yuxudan duranda, gecə yatmamışdan qabaq sanki böyüklə danışırmış kimi danışmaq lazımdır. Çoxlu-çoxlu qucaqlayın. 3 yaşa qədər doyunca öpün, emosional inkişafını təmin edin. Bəlli bir yaşdan sonra onun ən yaxın rəfiqəsi, dostu olmağa çalışın. Səmimi olmaqdan qorxmayın, qız uşaqları səmimiyyəti hər zaman dəyərləndirə bilir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızlar Günü münasibətlə sosioloq Cavid İmamoğlu qeyd edib.
    Cavid İmamoğlu aşağıdakı hərəkətlərin qız övladlarının tərbiyəsinə mənfi təsir etdiyini bildirib:

    Muxalifet3 - 11-10-2018

  3. ​Nazirdən sərəncam: 635 şəxs DİN-dən uzaqlaşdırıldı

    Türkiyə Daxili İşlər naziri Süleyman Soylu 635 nazirlik əməkdaşının vəzifədən kənarlaşdırılması barədə sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir kimi, işdən çıxarılan şəxslər terror təşkilatları ilə əlaqədə, narkotiklərin qanunsuz dövriyyəsində, insan alveri və qaçaqmalçılıqda təqsirli bilinirlər.
     

    Muxalifet3 - 11-10-2018

  4. ​İşləmək üçün ən yaxşı ölkələr açıqlandı

    Sinqapur yaşamaq və işləmək üçün ən yaxşı ölkə olub. 
    Muxalifet.az lenta.ru-ya istinadla xəbər verir ki, bununla bağlı “Expat Explorer”in illik sorğusunda məlumat verilib.
    Gəlirin səviyyəsinə görə Sinqapur yalnız beşinci yeri tutub. Orada orta illik əməkhaqqı 162,2 min dollar təşkil edib. Ən çox qazanc əldə edilən ölkə isə İsveçdir. Burada orta illik gəlir 202 min dollardır. Onu ABŞ (185,1 min dollar), Honkonq (178,7 min dollar) və Çin (172,7 min dollar) izləyir. 

    Muxalifet3 - 11-10-2018

  5. ​Azərbaycanda orta aylıq əmək haqqı azalıb

    Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% artaraq 541,2 manat olub. Amma bu, yanvar-iyul aylarının yekunları ilə müqayisədə 0,2% azdır.
    Muxalifet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 
    Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    Muxalifet3 - 11-10-2018

  6. ​Türk lider istefa verdi: Putinə ərizə...

    Başqırdıstan Respublikasının Prezidenti Rüstəm Xamitov vəzifəsindən istefa verib.
    Muxalifet.az xəbər verir ki, R.Xamitov əhaliyə müraciətində istefa etdiyini bildirib.
    “Mənim işim və Başqırdıstan lideri olaraq vəzifəm tamamlandı. İstefa ərizəmi Rusiya Federasiya liderinə göndərdim”, - deyə o bildirib.
    Xamitov həmçinin 2019-cu il prezident seçkilərində iştirka etməyəcəyini də vurğulayıb.

    Muxalifet3 - 11-10-2018

  7. ​Bakıda avtobusda "manyak"ın qadına əxlaqsızlıq anı KAMERAYA DÜŞDÜ - VİDEO

    Bakının Məhəmmədi kəndindən "Koroğlu"ya işləyən "217" nömrəli sərnişin avtobusunda iyrənc olay baş verib.
    Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, Zabrat 2 adlanan ərazidən avtobusa minən orta yaşlı kişi basabasdan istifadə edərək öndə tək nəfərli oturacaqda əyləşən qadına qarşı əxlaqsız hərəkətlər edib.
    Kişi əlini önə apararaq bir neçə dəqiqə davamlı olaraq qadının sinəsinə toxunub. Bunu digər sərnişinlərin görmədiyindən arxayın olmaq üçün sağa-sola tez-tez göz gəzdirən kişi əxlaqsız əməlini davam etdirib.

    Muxalifet3 - 11-10-2018

  8. ​İngiltərədən Səudiyyəyə xəbərdarlıq: Ağır nəticəsi olacaq

    Camal Qaşıqçının öldürülməsi iddiaları təsdiqini taparsa, bunun Səudiyyə Ərəbistanı üçün nəticələri ağır olacaq.
    Muxalifet.az xəbər verir ki, bunu İngiltərə Xarici İşlər naziri Ceremi Hant deyib.
    “Səudiyyəlilərin dostu olduğunu düşünənlər də bunun çox ciddi məsələ olduğunu deyir. Dostluğumuz və ortaqlığımız birgə dəyərlərə söykənir. Həqiqətən çox narahatıq”, - deyə XİN rəhbəri bildirib.
    Qeyd edək ki, Qaşıqçı bir müddət əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda yoxa çıxıb. Onun Ər-Riyaddan gələn xüsusi qrup tərəfindən öldürüldüyünü iddia edilir.
     

    Muxalifet3 - 11-10-2018

  9. ​Qasırğa bu ölkədə 8 can aldı

    Hindistanın Orissa və Andra Pradeş əyalətlərində müşahidə edilən "Titli" qasırğası nəticəsində 8 nəfər dünyasını dəyişib.
    Muxalifet.az xəbər verir ki, 300 min nəfər təhlükəsiz yerlərə təxliyyə edilib.
    800-dən çox sığınacağın yaradıldığı bildirilib.
    Bölgədə nəqliyyatın hərəkəti iflic duruma düşüb.
     

    Muxalifet3 - 11-10-2018

  10. ​Məhkəmədən qərar: 17 nəfərə ölüm hökmü çıxarıldı

    Misirin İsgəndəriyyə şəhərinin hərbi məhkəməsi 2016-2017-ci illərdə ölkədəki kilsələrdə partlayışlar törətməkdə təqsirli bilinən 17 nəfər barəsində ölüm hökmü çıxarıb.

    Muxalifet3 - 11-10-2018

  11. ​Tramp dünyanı aldatdı: Qaşıqçı olayında...

    Amerikalı mütəxəssislərin Camal Qaşıqçı olayı ilə bağlı istintaqa başlaması yönündə yayılan məlumatlar əsassızdır.
    Muxalifet.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan diplomatik mənbələr məlumat verib.
    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qaşıqçı olayı ilə bağlı istintaqa cəlb olunduqlarını bildirmişdi.
     

    Muxalifet3 - 11-10-2018

  12. ​İstanbulun yeni hava limanından Bakıya ilk reys... - Tarix açıqlandı

    İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək.
    Bu barədə trend Türkiyə Baş Dövlət Hava Limanları İdarəsinə (DHMİ) istinadən məlumat verir.
    Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.
    İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.
    Bakıya aviabiletlərin satışına isə ötən gündən başlanıb.
    Qeyd edək ki, Türkiyədən 282 istiqamətdə uçuşlar həyata keçirilir. Yeni aeroportun istismara verilməsi ilə bu göstərici 350 olacaq.
     

    Muxalifet3 - 11-10-2018

  13. ​Məkkədən Mədinəyə 1 saat 20 dəqiqəyə...

    Həcc və Ümrə ziyarətçilərinin dini ayinlərini rahat yerinə yetirmələri üçün Məkkə və Mədinə şəhərləri arasında sürətli dəmiryol xətti istifadəyə verilib.
    Muxalifet.az xəbər verir ki, oktyabrın 11-də Yaxın Şərqin ən böyük nəqliyyat layihələrindən biri olan Harameyn dəmiryolu xəttində sürət qatarlarının ilk səfəri həyata keçirilib.

    Muxalifet3 - 11-10-2018

  14. ​Türkiyədən İraqla bağlı addım: Bəsrə və Mosulda...

    Bəsrə və Mosul şəhərlərindəki konsulluqlarımız yenidən fəaliyyətə başlayacaq.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
    “təhlükəsizlik səbəbindən bir müddət əvvəl İraqın Bəsrə və Mosul şəhərlərindəki konsulluqlarımız bağlanmışdı”, - deyə o bildirib.
     

    Muxalifet3 - 11-10-2018

  15. ​Azərbaycan daha bir mötəbər yarışa ev sahibliyi edəcək

    Avstriyanın Vyana şəhərində Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsinin toplantısı keçirilib.
    Muxalifet.az-ın məlumatına görə, Azərbaycan Atıcılıq Federasiyası 2020-ci ildə Qəbələdə şəhərində güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının rəsmi təşkilatcısı təyin edilib.
    Beləliklə, 2020-ci ildə Azərbaycana güllə atıcılığı üzrə Dünya Kubokunun keçirilməsi həvalə olunub. Yarışlar güllə atıcılığın 10 olimpiya növündə keçiriləcək:
    Kişilər - Qadınlar
    10 m pnevmatik tapança - kişilər
    10 m pnevmatik tapança - qadınlar

    Muxalifet3 - 11-10-2018

  16. ​F-16 qırıcısı yandı: yaralananlar var

    Belçikanın “Floren” aviabazasında texniki baxış zamanı F-16 qırıcısı yanıb.
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 əməkdaş xəsarət alıb.
    Qırıcının tamamilə yararsız hala düşdüyü deyilir.
    Hadisənin səbəbləri araşdırılır.
     

    Muxalifet3 - 11-10-2018

  17. “İvanişvili seçkini saxtalaşdırsa, bu, onun sonu ola bilər” – AZƏR SÜLEYMANOV

    “Mən indidən deyə bilərəm ki, Qriqol Vaşadaze gələcəyin prezidentidir”
     

    Muxalifet4 - 11-10-2018

  18. ​Rusiya hökumətini yıxmaq istəyənlər ələ keçdi - Əməliyyat

    Hizbut-Təhrir qruplaşmasının Rusiya üzrə rəhbəri və digər region liderləri Tatarıstanda ələ keçirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında deyilib.
    Qruplaşma liderlərinə yönəlik əməliyyatda Daxili İşlər Nazirliyinin və Milli Qvardiya bölmələrinin də iştirak etdiyi bildirilib.
    Məlumatda bildirilib ki, dünyəvi xilafət qurmaq doktrinası üzrə hərəkət edən sözügedən şəxslər Rusiyada suveren dövləti məhv etmək yönündə konstitusiyaya zidd fəaliyyətdə olublar.
     

    Muxalifet3 - 11-10-2018

  19. ​Azərbaycanda qızıl bahalaşıb

    Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
    Muxalifet.az-ın Trend-in məlumatına görə, oktyabrın 11-də qızılın qiyməti oktyabrın 10-u ilə müqayisədə 6,4685 manat artaraq 1 unsiya üçün 2028,9245 manat təşkil edib.
    Gümüş 0,165 manat ucuzlaşaraq 1 unsiya üçün 24,2918 manata bərabər olub.
    Platinin qiyməti 17,0425 manat azalaraq 1389,427 manat, palladiumun qiyməti isə 8,8825 manat azalaraq 1819,6885 manat təşkil edib.
    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
     

    Muxalifet3 - 11-10-2018

  20. ​Millimizin oyunu təxirə salına bilər - Farer adaları

    Farer adaları və Azərbaycanın futbol yığmaları arasındakı UEFA Millətlər Liqası matçı təxirə salına bilər.
    Muxalifet.az-ın report-a istinadən verdiyi məlumata görə, səbəb "Torsvollur" arenasının dumana bürünməsidir.
    Hazırda Farer adalarının paytaxtında çiskinli hava hökm sürür.
    Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də start götürməlidir.
     

    Muxalifet3 - 11-10-2018

Pages