Axtarış
The search found 105701 results in 0.093 seconds.
Search results
Qaşıqçı hadisəsində yeni gəlişmə: Bütün sirri o cihaz həll edə bilər
Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın itkin düşməsilə əlaqədar olaraq araşdırma qrupları Səudiyyə Ərəbistanının Baş Konsulluğuna girəcək. Baş konsulun iqamətgahınında da tədqiq edilib edilməyəcəyi hələlik bəlli deyil. Qaşıqçı-nın qolundakı ağıllı saat, harada olduğu barədə ipucu verə bilər.
“APPLE WATCH” SİRRİ ÇÖZƏ BİLƏR
Muxalifet3 - 11-10-2018
Trampdan Türkiyəyə “Qaşıqçı” təklifi
ABŞ prezidenti Tramp, Səudiyyə Ərəbistanlı ən üst səviyyə bir şəxslə Qaşıqçı məsələsini danışdığını bildirib.
Qaşıqçı hadisəsi ilə bağlı Səudiyyə Ərəbistandan kiminlə danışdığını söyləməyən Tramp, "Bu çox kədərli bir vəziyyətdir, çox pis bir vəziyyətdir. Belə bir şeyin bir jurnalistin və ya hər hansı bir kimsənin başına gəlməsinə icazə verə bilmərik" deyib.
"Bu vəziyyət Ağ Evdə bizim üçün çox önəmli bir məsələdir. Sonuna qədər gedəcəyik" deyən Tramp, mövzuya bağlı olaraq Türkiyə ilə birgə çalışaraq hadisəyə aydınlıq gətirə biləcəklərini deyib.Muxalifet3 - 11-10-2018
“Oğru dünyası”nda istifadə olunan sözlərin İNANILMAZ MƏNALARI - FOTO
Həbsxana həyatının bir-birindən maraqlı qanunları var. Lakin bu dəfə biz o qanunlardan deyil, həbsxanada işlədilən sözlərin inanılmaz mənalarından söz açacağıq. Məsələn, xoruz. Biz bu sözü normal qarşılasaq da, cinayət aləminin jarqonunda xoruz ifadəsi o qədər də yaxşı səslənmir. “Petux”: rus dilində bu, Xoruz deməkdir. Amma cinayət aləmində, xüsusilə post-sovet məkanındakı həbsxanalarda bu ifadə ən alçaq söz olaraq qəbul olunur.
Publika.az cinayət aləminin tədqiqatçısı “Fima Jiqanes” təxəllüsü ilə tanınan Aleksandr Sidorovun bu haqda fikirlərini təqdim edir:
Muxalifet - 11-10-2018
Elmar Vəliyevin adamına qarşı SENSASİON İTTİHAMLAR – Gəncəni rəsmən qarət edib
Gəncə şəhərini uzun illər ərzində talan etmiş, xeyli vətəndaşa saxta sənəd vermiş, onlarla adamın torpaq satmaq adı ilə pulunu alıb mənimsəmiş Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevə cinayət işi açılması barədə ötən sayımızda məlumat vermişdik.
Muxalifet4 - 11-10-2018
Bu xəstələrə beynəlxalq elektron kartlar veriləcək – “Səhiyyə Nazirliyi razılıq verəcəyi təqdirdə…”
Dünyadakı hemofiliyalı xəstələrin tibbi yardım almaq imkanlarını genişləndirmək məqsədilə beynəlxalq elektron kartlar yaradılacaq.
Bunu Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova deyib.
Onun sözlərinə görə, hemofiliyalı xəstələr bu kart vasitəsilə harada olmasından asılı olmayaraq – istər ölkə daxilində, istərsə də ölkə xaricində lazımi tibbi xidmətlə təmin olunacaq.
Muxalifet - 11-10-2018
Ordumuzun mövqeləri atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 11-10-2018
Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi...
Xəbər verdiyimiz kimi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, bankdan milyardlarla dolların talanmasını təşkil etdiyi üçün hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Londonda ərinin mənimsədiyi pullar hesabına aldığı mülklərə həbs qoyulub.
Muxalifet - 11-10-2018
Bakıda 23 yaşlı oğlan ağır qəza törətdi: ÖLƏN VAR
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nizami rayonu Qara Qarayev prospektində 1995-ci il təvəllüdlü Diniyev Elməddin Ramiz oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yola çıxan 60-65 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, orada keçinib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.Muxalifet - 11-10-2018
Fransa prezidenti Ermənistana gəldi
Fransa prezidenti Emmanuel Макrоn xanımı Bricit Makronla birgə Yerevana gəlib.
Ermənistan mətbuatı xəbər verir ki, “Zvartnots” beynəlxalq hava limanında Fransa prezidentini ölkənin XİN başçısı Zoqrab Mnatsakanyan qarşılayıb.
E.Makron “Frankofoniya” beynəlxalq təşkilatının 17-ci zirvə görüşündə iştirak etmək üçün oktyabrın 11-12-də Ermənistanda işgüzar səfərdə olacaqMuxalifet - 11-10-2018
Ovlanmasına icazə verilən heyvan növləri - SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ovlanmasına icazə verilən heyvan növlərinin siyahısını açıqlayıb.
Nazirlikdən Muxalifet.az-a verilən məlumata görə, ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən növlər: çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldaq.Muxalifet - 11-10-2018
Səudiyyədən Türkiyəyə Baş Konsulluqda axtarışla bağlı şübhəli müarciət - TƏLAŞDADIRLAR
Səudiyyə Ərəbistanının Türkiyənin Xarici İşlər Nazirliyinin çağırışından sonra Baş Konsulluqda Türk rəsmilərin araşdırma aparmasına icazə verilmişdi. Ancaq hansısa yeni gəlişmələrdən sonra Səudiyyə bu icazəyə görə peşiman olub.
Türkiyənin təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Səudiyyə rəsmiləri bu gün Türk orqanlarına yenidən müraciət edib və konsulluq binasında aparılacaq araşdırmanın irəli bir tarixə təxirə salınması təklif edib. Bu da müəyyən şübhələrə yol açıb.Muxalifet3 - 11-10-2018
Bakını bu günə kim salır? - Məmurlara SON XƏBƏRDARLIQ
Neçə illərdir Bakının əksər rayonlarında yaşayış binalarının balkonlarının artırılması prosesi gedir. Özəl binalarda da bu hallara rast gəlinir.
Muxalifet - 11-10-2018
Qulaqcıqlar sağlamlıq üçün təhlükəlidir
ÜST ekspertləri vətəndaşları sağlamlıqlarına qarşı diqqətli olmağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qulaqcıqların sağlamlıq üçün təhlükəli olduğunu elan edib.
Muxalifet.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, ÜST-nin məlumatına görə, qulaqcıqlar yüksək səsli musiqilərə qulaq asan insanlar sağlamlığını məhv edir.
İnsanlar özləri hiss etməsə də, müasir şəhərlərdə gündəlik səs-küy əhalinin sağlamlığına mənfi təsir göstərir.Muxalifet - 11-10-2018
Gimnastımız olimpiya çempionu oldu
Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
Muxalifet.az xəbər verir ki, gimnast Yelizaveta Luzan birinci yeri tutub. O, qrup üzrə lent yarışında qalib olub.
Qeyd edək ki, bunadək cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb.Muxalifet - 11-10-2018
“Qaşıqçı” olayının Türkiyədə törədilməsi ilə verilən mesajlar..
Camal Qaşıqçı, boşanma sənədlərini almaq üçün əvvəl Vaşinqtondakı Səudiyyə Ərəbistanı səfirliyinə müraciət etmiş, oradan İstanbula istiqamətləndirilmişdir.
Türk-Ərəb Media Dərnəyinin başqanı Turan Kışlakçının izahatına görə, Qaşıqçı, bir dövr mətbuat danışmanlığını etdiyi Londondakı Səudiyyə Ərəbistanı səfirliyi ilə təmas qurmuş, onu İstanbula yönəltmişlər.Muxalifet3 - 11-10-2018
Ziya Məmmədova məxsus zavodda KÜTLƏVİ İXTİSAR – İşə yalnız qohumları götürülür (ŞİKAYƏT)
Sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus "Garant Holding”in törəmə müəssisəsi olan "Fortis Group” tikinti materialları istehsal edən zavodda 60-a yaxın işçi işdən çıxarılıb.Muxalifet - 11-10-2018
Ruhi və əsəb pozğunluğu yaşayan müğənni xəstəxanaya yerləşdirildi
Ruhi, əsəb və digər psixoloji problemləri olan Selena Qomez xəstəxanaya yerləşdirilib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb müğənninin uzun müddət sevgili olduğu, hətta evlənməyə hazırlaşdığı Castin Biberin bu yaxınlarda məşhur model Heyli Bolduinlə gözlənilmədən evlənməsi olub. İddialara görə, gənc müğənni ötən ay həftə ərzində iki dəfə xəstəxanaya aparılıb. Los-Ancelesdə tibb mərkəzinə yatırılan 26 yaşlı ulduzun analizləri nəticəsində məlum olub ki, leykosit sayı aşağı düşüb.Muxalifet - 11-10-2018
“DAHA KİMLƏRİN AİLƏSİ LONDONDA MƏSKUNLAŞIB”? – “Vurulmuş Hacıyevadan başlayıblar”
Xəbər verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda on milyonlarla dollarlıq xərcləmələrinə görə Böyük Britaniya hökumətinin diqqətini çəkib. Britaniya Ali Məhkəməsi araşdırmaların mərkəzinə düşən Z.Hacıyevadan sərvətinin mənbəyini izah etməyi tələb edib. Əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.
Muxalifet - 11-10-2018
ABŞ-dan terrorçu YPG/PKK-ya növbəti dəstək
ABŞ qüvvələri, Münbiçdəki işğalını davam etdirmək üçün rayon mərkəzi ətrafında təxminən 30 kilometr uzunluğunda xəndək qazan YPG/PKK-ya yeni ağır texnikalar göndərib.
Münbiçdəki yerli mənbələrdən alınan məlumata görə, İraqın şimalından Suriyanın şimal-şərqinə hərbi və lojistik daşımaları davam edən ABŞ ordusu, rayondakı YPG/PKK ünsürlərinə də növbəti dəstək göndərib.Muxalifet3 - 11-10-2018
İlham Əliyevin nəvəsi telekanallara müsahibə verdi - VİDEO
Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov müsahibə verib.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Mikayıl Ağalarovun müsahibəsi AZTV və İTV telekanallarında verilib.
Həmin görüntülrə sonradan sosial şəbəkələrdə yayılıb. M.Ağalarovun görüntüləri sosial mediada böyük maraqla qarşılanıb.
Həmin videonu təqdim edirik:Muxalifet - 11-10-2018