Axtarış

The search found 105753 results in 0.216 seconds.

Search results

  1. Həbib Putinlə görüşə getdi

    UFC üzrə çempion Həbib Nurməhəmmədov Ulyanovskda keçiriləcək “Rusiya: idman dövləti” idman forumuna yola düşüb.
    Muxalifet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, döyüşçü forumda digər idmançılarla birlikdə ölkə prezidenti Vladimir Putinlə görüşəcək.
    Prezident və döyüşçünün ayrı görüşü planlaşdırılmayıb.

    Muxalifet - 10-10-2018

  2. ​"Qarabağ"ın futbolçusu Konqo millisinə dəvət aldı

    "Qarabağ"ın futbolçusu Con Delarj növbəti dəfə Konqo yığmasının heyətinə dəvət alıb.
    Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
    Konqo millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Liberiyanı qəbul edəcək, oktyabrın 16-sı isə Liberiyanın qonağı olacaq.

    Muxalifet - 10-10-2018

  3. Cahangir Hacıyevin arvadı məşhur mağazadan 35 milyonluq alış-veriş edib - ŞOK FAKTLAR

    Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Böyük Britaniyada yerləşən "Harrods” mağazasında 10 ildə 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib.
    BakuPost xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Saytın yazdığına görə, o, ödənişləri ərinin bankının 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.

    Muxalifet - 10-10-2018

  4. İlham Əliyevdən Mikayıl Cabbarovla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.

    Muxalifet - 10-10-2018

  5. Yunanıstandan ABŞ-a qalmaqal təklif!

     Yunanıstanın müdafiə naziri Panos Kammenos, Amerikalı həmkarına qəribə bir təklif edib. Kammenos, ABŞ-ın yalnız Suda Körfəzində deyil, Larissa, Volos və Aleksandrapolistdə (Dədəağac) də qalıcı bir şəkildə hərbi qüvvə yerləşdirməsini istəyib.
     
    Kammenos,  ABŞ-ın müdafiə naziri Ceyms Mattis ilə Pentaqonda bir araya gəldiyi görüşdə Yunanıstanın ABŞ-ı yeganə etibarlı strateji tərəfdaş kimi gördüyünü bildirib.

    Muxalifet3 - 10-10-2018

  6. Bakı toyxanaları Prezidentin xəbərdarlığından sonra

    Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edib. Xüsusən axşam saatlarında Bakını tüstü bürüdüyünü deyən Prezident bu xəbərdarlığa əməl etməyən şadlıq evlərinin, məişət obyektlərinin bağlanacağını bildirib.

    Muxalifet - 10-10-2018

  7. ​ABŞ vətəndaşlarına Qarabağa səfər etməməyi məsləhət görür

    "ABŞ öz vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi məsləhət görür. Eyni zamanda, biz Amerika vətəndaşlarını Krıma da səfər etməməyə çağırırıq".
    Bunu Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini Corc Kent deyib.
    O, qeyd edib ki, Amerika vətəndaşlarının, diplomatlarının işğal olunmuş torpaqlara getməsi tövsiyə olunmur və mən də getmirəm.

    Muxalifet - 10-10-2018

  8. ​"Qeyrətiniz, namusunuz varsa, gedin torpaqlarınızı alın!" – Diaspor sədri - VİDEO

    Muxalifet.az a24.az-a istinadən xəbər verir ki, son günlər adı daha çox qalmaqallarda hallanan Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov mətbuatın gündəmini yenidən zəbt edib.
    Məsələ ilə əlaqədar olaraq telefon bağlantısı yaradan A.Kərimov haqqında deyilən bəzi məlumatlara aydınlıq gətirib. Bununla yanaşı, o, yenə də bir sıra qalmaqallı fikirlər səsləndirib. Eyni zamanda, onun barəsində məlumatlar yayan media mənsublarını təhqir edib.

    Muxalifet3 - 10-10-2018

  9. ​Nebenzya Heyliyə hədiyyə sözü verdi

    Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya istefa verən ABŞ-ın qurumdakı təmsilçisi Nikki Heyliyə vida hədiyyəsi hazırladığını bildirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA informasiya yazıb.
    “O, çox xarizmatik insan idi, o bizim hamımız üçün fərqli biri idi”, - Nebenzya bildirib.
    Rus diplomat hədiyyənin nədən ibarət olacağını açıqlamayıb.
    Qeyd edək ki, ölkələr arasındakı soyuq münasibətlərə baxmayaraq hər iki dövlət rəsmisi arasındakı səmimi münasibət heç kimə sirr deyil.
     

    Muxalifet3 - 10-10-2018

  10. ​Deputatımız Buriçə yazılı sualla müraciət etdi: Qarabağ...

    AŞPA-nın payız sessiyası çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Xorvatiyanın Baş nazirinin müavini və xarici və Avropa işləri üzrə nazir Mariya Buriç komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verdikdən sonra parlamentarilərin suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin sədrinə yazılı sualla müraciət edib.

    Muxalifet3 - 10-10-2018

  11. ​Türkiyə bəyan etdi: Soçi razılaşması yerinə yetirildi

    Suriyanın İdlib şəhərində təhlükəsizlik bölgəsindən ağır silahların çıxarılması yekunlaşıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
    Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimirn Putin arasında Soçidə keçirilən görüşdə İdliblə bağlı razılaşma imzalanıb. Sözügedən proses razılaşmaya əsasən aparılıb.
     

    Muxalifet3 - 10-10-2018

  12. ABŞ Rusiya silahlarının ABŞ-da istehsal edilməsini istəyir

    Muxalifet.az xəbər verir ki, bu barədə "Vaşinqton İnterest" nəşri məlumat yayıb.
    Məlumata görə, ABŞ Xüsusi Qüvvələr Komandanlığı "Kalaşnikov" avtomatlarına bənzər silahların yenidən mühəndislik yolu ilə bələdiyyədə istehsal edilməsi üzərində kəşfiyyat işi aparılmasını tələb edib.
    Qeyd edilir ki, ABŞ rus silahlarının qeyri-orijinallarının İraq və Suriyada Rusiya istehsalı kimi istifadə edilməsindən dolayı belə bir tələb edib. Vaşinqton qeyri-orijinal rus silahları və ehtiyat hissələrinin satılmasının qlobal silah bazarını alt-üst etdiyini bildirib.
     

    Muxalifet3 - 10-10-2018

  13. ​UEFA-dan millimizə şad xəbər: 50 faiz artırıldı

    UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırılıb.
    Muxalifet.az xəbər verir ki, qurum turnirdə iştirak edən ölkələrin məbləğlərini 50 faiz artırıb.
    UEFA A, B, C və D liqalarında yer alan yığmalara müvafiq olaraq, 2.25 milyon avro, 1,5 milyon avro, 1,12 milyon avro və 750 min avro (əvvəlki məbləğlər - 1,5 milyon avro, 1 milyon avro, 750 min avro və 500 min avro) ödəyəcək. Bütün liqalarda qrupda birinci yeri tutan komandalar öz mükafatlarını ikiqat artırmış olacaqlar.

    Muxalifet3 - 10-10-2018

  14. SON DƏQİQƏ: Təmas xətti DƏYİŞDİ: ordu 1200 metr irəlilədi və... - RƏSMİ AÇIQLAMA

    Ukrayna ordusu Donbasda təmas xəttində yerləşən “boz zona”da bir kilometrdən çox irəliləyib.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Birləşmiş güclərin əməliyyat qərargahından bildiriblər.
    “Birləşmiş güclər Volnovaxsk rayonunun yaşayış məntəqələrindən birində təmizləmə həyata keçirərək 1200 metr irəlilədi. Ərazi minalardan təmizlənib və orada müdafiə istehkamları qoyulub”, - qərargahın mətbuat mərkəzinin Feysbuk səhifəsində deyilir.

    Muxalifet3 - 10-10-2018

  15. ​Şok ehtimal: Qaşıqçı Yəmənə görə öldürülüb

    O, son dövrdə Yəmən məsələsi ilə çox ciddi məşğul olub. Yəməndə çox ciddi müharibə cinayətləri işlənilib. Ər-Riyad rəhbərliyinin Yəməndə etdiklərinin bəziləri inanılmazdır. ABŞ rəhbərliyi də bunların bir qisminə göz yumdu.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı ilə bağlı danışarkən türkiyəli jurnalist Dəniz Zeybəkçi bildirib.

    Muxalifet3 - 10-10-2018

  16. ​Əfqanıstanda terror aktları: 2798 ölü, 5252 yaralı

    Bu ilin doqquz ayında Əfqanıstanda 2798 dinc sakin terror aktlarının, silahlı toqquşmaların və hərbi əməliyyatların qurbanı olub. Həmin dövr ərzində daha 5252 nəfər yaralanıb.
    Muxalifet.az xəbər verir ki, bu məlumatlar BMT-nin Əfqanıstana dəstək missiyasının illik hesabatında yer alıb. Hesabatda, həmçinin bildirilir ki, ötən illə müqayisədə zərərçəkənlərin sayı 3 faiz azalıb, həlak olanların sayı isə 5 faiz artıb. Beləliklə, ölənlərin və yaralananların sayı ümumilikdə 8 min nəfəri ötüb.

    Muxalifet3 - 10-10-2018

  17. ​Bu gün danışmaqdansa, sabah iş görməliyik - Qurbanov

    Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Rəqibi tanıyırıq və bilirik ki, yaxşı şansı var. Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı hazırlaşmışıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqası çərçivəsində Farer Adaları ilə səfərdə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oktyabrın 10-da keçirilən mətbuat konfransında deyib.

    Muxalifet3 - 10-10-2018

  18. ​Soydaşımızdan Ukraynada böyük uğur: Elmi Şuranın üzvü oldu

    Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, soydaşımız Arif Quliyev Ukrayna Mədəniyyət Nazirliyi yanında Mədəniyyət Araşdırmalar Mərkəzinin Elmi Şurasının üzvü seçilib.
    Muxalifet.az xəbər verir ki, o, şurasının üzvlüyünə Azərbaycan-Ukrayna arasında mədəni dialoqun inkişafında, multikultural ideyaların yayılmasında göstərdiyi xidmətə görə layiq bilinib.

    Muxalifet3 - 10-10-2018

  19. ​Elçin Qurbanovun həbsi ilə bağlı RƏSMİ MƏLUMAT

    Bakı şəhər Prokurorluğu sabiq prokurorluq əməkdaşı Elçin Qurbanovun həbsi ilə bağlı məlumat yayıb.

    Muxalifet3 - 10-10-2018

  20. ​Tramp Qaşıqçıdan danışdı: Son dərəcə vəziyyət pisdir

    Jurnalist Camal Qaşıqçı ilə bağlı Ər-Riyad rəsmiləri ilə danışdım, son dərəcə vəziyyət pisdir.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
    "Səudiyyə Ərəbistanı hökumətindən suallarımıza cavab gözləyirik. Jurnalist Camal Qaşıqçının itməsi dərindən araşdırılmalıdır. Türkiyə ilə yaxın əlaqədəyik, sonuna qədər gedəcəyik. Qaşıqçının nişanlısını Ağ Evdə görmək istəyirəm", - Tramp qeyd edib
     

    Muxalifet3 - 10-10-2018

Pages