Mütəllim Rəhimli Ədalət Partiyasının yeni sədri seçilib
17-05-2025 20:43
Baxış sayı:
121

Bu gün Ədalət Partiyasının qurultayı keçirilib.
APA-nın xəbərinə görə, Mütəllim Rəhimli partiyanın yeni sədri seçilib.
Qurultayda partiyanın rəhbər strukturları yenidən formalaşdırılıb.
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.