Axtarış
The search found 105701 results in 0.106 seconds.
Search results
“Həbiblə yanaşı bir müsəlman obrazı da məğlub oldu..." - Millət vəkilindən İRAD
Deputat Fazil Mustafa Həbib-Konor döyüşü ilə bağlı münasibət bildirib.
Muxalifet.az millət vəkilinin sosial şəbəkədə paylaşdığı statusu olduğu kimi təqdim edir:Muxalifet3 - 10-10-2018
Putinlə Trampın görüş tarixi və yeri bəlli oldu
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüş tarixi və yeri bəlli olub.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, liderlər Arktika Şurasının 2019-cu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan zirvə görüşünə dəvət ediliblər. Görüş Finlandiyada baş tutacaq.
Qeyd edilir ki, görüşün tarixi ilə bağlı danışıqlar gedir. Mümkün variantlardan biri 14 fevral - Müqəddəs Valentin günüdür.
Muxalifet3 - 10-10-2018
"Bu, Avropa multikulturalizmi üçün yeni bir sınaqdır"
Avropada mühacir və diaspor cəmiyyətlərinin radikallaşması ən qısa müddətdə həll edilməsi tələb olunan bir problemdir. Mühacir və etnik icmaların nümayəndələri müxtəlif səbəblərə görə vətənlərini tərk edirlər, hərbi münaqişələr, sosial və iqtisadi qeyri-sabitlik buna təsir edən əsas amillərdir. Təəssüf ki, Yaxın Şərqdə və Şimali Afrikada baş verən qeyri-sabitlik mühacir və qaçqınların nəzarətsiz axını ilə nəticələndi. Avropa isə milyonlarla qaçqının çevik qəbuluna və səmərəli inteqrasiyasına hazır deyil.
Muxalifet3 - 10-10-2018
Sabah ABŞ yerlə-yeksan olacaq - XƏBƏRDARLIQ
Ötən ay ABŞ-ın Cənubi və Şimali Karolina ştatını cənginə alan "Florens" qasırğasından sonra daha bir təhlükə yaşanacaq.
Muxalifet.az xəbər verir ki, bu dəfə oktyabrın 11-i Bakı vaxtı ilə 01:00-da "Mikayel" qasırğası Florida ştatına çatacaq.
Qasırğa saatda 225 kilometr sürətlə ştata yaxınlaşır. Qasırğanın şiddətini daha da artıracağı və sürətinin saatda 233 kilometri keçəcəyi barədə əhaliyə xəbərdarlıq edilib.
Qeyd edək ki, sözügedən qasırğanın son 100 ilin ən güclüsü olacağı ehtimal edilir.
Muxalifet3 - 10-10-2018
Putin Həbibə: Atana deyəcəm, səni cəzalandırmasın
Rusiya Prezidenti Vladimir Putin UFC versiyası üzrə dünya çempionu Həbib Nurməhəmmədovla görüşüb
Muxalifet3 - 10-10-2018
QAŞIQÇI CİNAYƏTİ SÜRƏTLƏ BÖYÜYÜR - Jurnalisti öldürən sui-qəsd qrupu haqda məlumatlar yayıldı
Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna daxil olan və orada yoxa çıxan jurnalist Camal Qaşıqçı ətrafında müəmmalar davam edir. Xəbər verdiyimiz kimi, artıq ABŞ prezidenti Tramp Qaşıqçının itkin düşməsi xəbərindən narahat olduğunu bildirib. Dövlət Departamenti isə Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək istintaqla əməkdaşlıq etməyə çağırıb. Bu arada Səudiyyə Ərəbistanında “Müctəhid” ləqəbi ilə yazan sosial media fəalı Qaşıqçı təhqiqatının vəliəhd-şahzadə Məhəmməd bin Salmanın karyerası üçün son olacağını bildirib.
Muxalifet4 - 10-10-2018
Tramp Putinə görə Hindistanı təhdid etdi
Hindistan Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərinin alınmasına görə yaxın günlərdə sanksiyanı görəcək.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp Hindistanın düşündüyündən də tez sanksiyaları görəcəyini deyib.
Qeyd edək ki, bu yaxınlarda Rusiya lideri Vladimir Putin Hindistana səfər edib. Bu ölkə ilə S-400-lərlə bağlı 5 milyard dollarlıq saziş imzalayıb.
Muxalifet3 - 10-10-2018
ABŞ-da NƏFƏSLƏR TUTULDU: Son 100 ilin ən güclü QASIRĞASI - CANLI YAYIM
Ötən ay ABŞ-ın Cənubi və Şimali Karolina ştatını cənginə alan "Florens" qasırğasından sonra daha bir təhlükə yaşanacaq.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu dəfə oktyabrın 11-i Bakı vaxtı ilə 01:00-da "Maykl" qasırğası Florida ştatına çatacaq.
Qasırğa saatda 225 kilometr sürətlə ştata yaxınlaşır. Qasırğanın şiddətini daha da artıracağı və sürətinin saatda 233 kilometri keçəcəyi barədə əhaliyə xəbərdarlıq edilib.
Muxalifet4 - 10-10-2018
Almaniyaya nə qədər miqrant gəlib? - Nazir açıqladı
Bu ilin əvvəlindən Almaniyaya təqribən 100 min qaçqın gəlib.
Muxalifet.az xəbər verir ki, Almaniya Daxili İşlər naziri Horst Zeyehofer bu məlumatı oktyabrın 10-da mühafizəkar XDİ/XSİ bloku fraksiyasının iclasında elan edib.
Adətən noyabr və dekabr aylarında Almaniyaya miqrant axını azalır. Buna görə DİN rəhbəri hesab edir ki, bu il miqrantların ümumi sayı 200 mini aşmayacaq.Muxalifet3 - 10-10-2018
Hakerlər WhatsApp yazışmalarına yol tapıblar
WhatsApp messencerindəki zəifliyin hakerlərə istifadəçilərin akkauntlarına və yazışmalarına yol tapmağa imkan verdiyi aşkarlanıb.
Muxalifet.az The Register nəşrinə istinadən verdiyi məlumata görə, bu, istifadəçilərin görüntülü zənglərə cavab verdikləri an mümkün olurmuş.
Problem iOS və Android əməliyyat sistemləri üzərində çalışan qurğulara aiddir.
WhatsApp messencerindəki zəiflik avqustun sonunda aşkarlanıb. Oktyabrın əvvəlində isə WhatsApp-ın sahibi olan “Facebook” şirkəti problemin aradan qaldırıldığını bəyan edib.
Muxalifet3 - 10-10-2018
Ermənilər Azərbaycandakı “dayılarına” sığınır…
Mövcud rejim ermənilərə qucaq açır, bəs öz vətəndaşlarımıza niyyə diqqət yoxdur?
Muxalifet4 - 2-10-2015
“Qazprom” milyonları itirdi
“Naftoqaz Ukrainı” şirkəti Rusiyanın “Qazprom” şirkətinin qaz tranzitinə görə artıq ödədiyi vəsaitdən 9 milyon dollar tutub.
Muxalifet.az xəbər verir ki, bu məbləğ Stokholm arbitraj məhkəməsinin qərarı əsasında borcun bir hissəsinin ödənilməsinə yönələcək.
Bildirilir ki, ötən il məhkəmə Ukraynaya qaz nəqlinə dair sazişə əsasən qiymət yaranma formuluna yenidən baxıb, nəticədə bu, “Naftoqaz”ın xidmətlərinin qiymətinin ucuzlaşmasına gətirib çıxarıb.Muxalifet3 - 10-10-2018
Avropa Şurası Rusiyaya xəbərdarlıq etdi
Rusiya Avropa Şurasının büdcəsinə ödənişi 2019-cu ilin ortalarınadək bərpa etməsə, qurumun nizamnamə orqanlarına üzv dövlətlərin siyahısından çıxarıla bilər.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib.
O qeyd edib ki, üzvlük haqlarının iki il ərzində ödənilməməsi sanksiyaların tətbiqi üçün əsasdır.
Konkret olaraq Rusiyanın Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti dayandırıla bilər.
Muxalifet3 - 10-10-2018
Heydər Əliyev “xəyanətkar” deyib işdən qovdu, İLHAM ƏLİYEV VƏZİFƏ VERDİ – ŞOK FAKTLAR
"Azəryolservis" rəhbərinin “ulduz”u niyə Heydər Əliyev öləndən sonra parladı?
Muxalifet4 - 14-12-2015
Parlament sədri: Türkiyə banan respublikası deyil!
Türkiyə iqtisadiyyatını hədəf alanlar uğur qazana bilməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu Küveyt parlamentinin sədri Mərzuk Əl-Qanim deyib.
“Türkiyə banan respublikası deyil, iqtisadi gərginliyi geridə qoyacaq. Türkiyəyə qarşı müəyyən şərtlər irəli sürənlər var. Türkiyəyə qarşı iqtisadi savaş elan etmək istəyənlərə bunu deyirik: Bacarmayacaqsınız!”
Muxalifet3 - 10-10-2018
Cavid Qurbanovun xəyanət ssenarisi - ŞOK FAKTLAR
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri hakimiyyət pillələrinin olimpinə doğru necə irəliləməkdədir?
II yazıMuxalifet4 - 6-01-2016
Fətullah Gülənin yeni təlimatı ortaya çıxdı
Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra bütün evləri ifşa olan FETÖ-çular, yeni ünvan tapmaqda çətinlik çəkirlər. Təşkilata məxsus ev sayının kişilərdə 94%, qadınlarda 81% azaldığı bildirilir. Saxlanacaq yer tapa bilməyən təşkilatın indi də tələbələr üzərindən kirayə ev axtardıqları üzə çıxıb. Təşkilat üzvlərinə evlərdə 3-4 nəfər qalmaları üçün də göstəriş verilib.
Muxalifet3 - 11-10-2018
İŞİD kimyəvi silah əldə etdi: RUSİYA YAYIMLADI
Rusiya Müdafiə Nazirliyi, İŞİD terror təşkilatının Qərb ölkələrinin təxribatları və məsuliyyətsizliyi nəticəsində kimyəvi silah əldə etdiyini iddia edib.
Nazirlik açıqlamasında İŞİD-ın əldə etdiyi kimyəvi silahları Əl Nusra terror təşkilatı ilə bir münaqişədə istifadə etdiyini qeyd edib.
Edilən açıqlamada, münaqişələrdə bəzi “Ağ dəbilqəlilər” mülki müdafiə təşkilatı əməkdaşlarının da öldürüldüyü bildirilib.Muxalifet3 - 11-10-2018
“Nyu-York Times” qəzetindən fövqəladə Vəliəhd Şahzadə Salman qərarı!
ABŞ-ın aparıcı qəzetlərindən olan “New York Times” (NYT), son dövrdə Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın aqibəti barəsində tənqidlərin hədəfi olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın himayəsində keçiriləcək “Gələcəyə Sərmayə Təşəbbüsü” adlı konfransdan sponsorluğunu çəkdiyini açıqlayıb.
“NYT” sözçülərindən Eileen Mörfi, etdiyi açıqlamada, qəzetin şahzadə Məhəmmədin himayəsində 23-25 oktyabrda Ər-Riyadda keçiriləcək konfransdan media sponsorluğunu çəkdiyini bildirib.Muxalifet3 - 11-10-2018
Trampdan Qaşıqçıya görə Səudiyyəyə “Magnitsky” qərarı tələb olundu
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, ABŞ prezidenti Donald Trampın, Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna daxil olduqdan sonra xəbər alınmayan Camal Qaşıqçı-nın aqibəti haqqında "Qlobal Magnitsky İnsan Haqları Məsuliyyət Qanunu" çərçivəsində istintaq açılmasını tələb edib.
Muxalifet3 - 11-10-2018