Axtarış
The search found 105701 results in 0.131 seconds.
Search results
Rusiyada polislər azərbaycanlını güllələdi
Rusiyanın Sankt-Peterburq üzrə istintaq orqanları 1993-cü ildə Azərbaycanda anadan olan vətəndaş barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci bəndinin 2-ci hissəsində (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq hərəkəti) nəzərdə tutulan cinayət üzrə iş açıb.
Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, oktyabrın 13-də polis əməkdaşları daha öncə Krasnoselsk rayonunda qaçırılmış avtomobili saxlayıblar.Muxalifet3 - 14-10-2018
Lələtəpədən qaçmış ermənilər ordumuzun tutduğu mövqelərə baxır... - VİDEO
2016-ci ilin aprel savaşına aid yeni görüntülər yayılıb.
Muxalifet.az-ın Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim etdiyi video-görüntülərdən bir neçə atış və partlayış səsindən sonra erməni əsgərlərin səngərdən qaçıb geridə qoyduqları Lələtəpə yüksəkliyinə durbinlə baxdıqları və jurnalistə Azərbaycan ordusunun harada və necə yerləşməsi, neçə və hansı texnikaya malik olması haqda məlumat verdiyi bəlli olur.
Muxalifet3 - 14-10-2018
Kanadada Azərbaycan şəhəri ilə bağlı mühüm addım
Kanadanın Riçmond Hill şəhərinin Bələdiyyə İdarəsi xiyabanlardan birinə “URMIA” adı verib.
Muxalifet.az xəbər verir ki, Bələdiyyə İdarəsinin bu qərarı azərbaycanlı siyasətçi, tanınmış alim Dr. Rza Moridinin səyləri nəticəsində mümkün olub.
Dr. Rza Moridi Güney Azərbaycanın Urmiyə şəhərində doğulub. Uzun illərdir Kanadada yaşayan soydaşımız 2007-ci ildən Richmond Hill şəhərindən Ontario parlamentinə 4 dəfə deputat seçilib.
Muxalifet3 - 14-10-2018
Kreml Sərkisyanla görüşü niyə gizli saxlayır?
Ermənistan Prezidenti Armen Sərkisyan həftənin əvvəlində Moskvada olub və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. Ancaq bu barədə nə Rusiya, nə də Ermənistan mənbələri xəbər yayıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, faktiki bu görüş yarıgizli xarakter daşıyıb:Muxalifet3 - 14-10-2018
Mettis istefaya gedə bilər - Tramp açıqladı
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.
Muxalifet.az-ın məlumatına görə, Tramp Mettisin istefaya gedəcəyini istisna etməyib. Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Donald Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib". Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.
"Lakin ola bilsin, istefaya getsin", - deyə Tramp bildirib.
Muxalifet3 - 14-10-2018
10 min km uzaqlıqda: Kosmonavtlar nədən qorxur
Kosmonavtlar və astronavtlar ən çox kosmosa planlaşdırılmış uçuşlarının uğursuz alınmasından qorxurlar.
Muxalifet.az xəbər verir ki, bu barədə rus kosmonavt Sergey Prokopyev danışıb.
“Biz hər şeyin qaydasında getməsini istəyirik. Kosmonavtlar və astronavtlar ən çox startın uğursuz alınmasından qorxurlar”, - kosmonavt bildirib.
Muxalifet3 - 14-10-2018
ŞOK! Ana qızını 30 manata kişilərə satarkən yaxalandı - VİDEO
Muxalifet.az xəbər verir ki, hadisə Türkiyənin Mersin əyalətində baş verib.
Muxalifet3 - 14-10-2018
Ərdoğan üçün dua edirəm – Bransondan gözlənilməz AÇIQLAMA
Türkiyənin çətin dönəmdən keçdiyini bilirik və bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğan üçün dua edirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri 2 gün öncə Türkiyədə azadlığa buraxılan rahib Endryu Bransonun atası Ron Branson “Amerikanın səsi”nə açıqlamasında deyib.
“Bir ölkənin lidersiniz və ölkədə iqtisadi çətinliklər yaşanır. Üzərinizdə təzyiq var. Onun (Ərdoğan) üçün dua edirik. Tanrı ona aldığı qərarlarla kömək olsun”, - deyə Branson bildirib.Muxalifet3 - 14-10-2018
“Ölülərin kitabı” 1.3 milyona satıldı
Monakoda keçirilən hərracda “Ölülərin kitabı”adlandırılan papirus 1.3 milyon avroya satılıb.
Muxalifet.az xəbər verir ki, hərrac “Hоtel des Ventes de Monte-Carlo” hərrac evi tərəfindən təşkil olunub.
Məlumata görə, qədim Misir papirusu dini mövzulara həsr olunmuş mətnlərin toplusundan ibarətdir. Sözügedən papirusu qədim misirlilər ölüyə qəbir dünyasında yol göstərməsi üçün məzarlara qoyublar.
Papirus e.ə 595-589-cu illərdə II Psammetixin hakimiyyəti dövrünə aid edilir. 192 başlıqdan ibarət “Ölülər kitabı”nın uzunluğu 17 metrdir.
Muxalifet3 - 14-10-2018
“Azərbaycan fantastik komandadır”— Malta yığmasının baş məşqçisi
"Komandam yaxşı performans göstərdi. Azərbaycan çox yaxşı komandadır. Biz səfərdə qol vurduq, qələbə qazandıq. Oyunçular hər şeyini verdi. Kosovo ilə oyundan fərqli çıxış etdik. Baxmayaraq ki, çətin oyundan gəlmişdik, komandanın çıxışından razı qaldım".
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Malta yığmasının baş məşqçisi Rey Farruciya Bakıda Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:Muxalifet3 - 14-10-2018
İrandan Trampı qıcıqlandıracaq iddia
İranın rəsmi xəbər agentliyi İRNA-ya görə, İran prezidentinin birinci müavini İshaq Cihangir, Dünya Standartlar Günü münasibətiylə paytaxt Tehranda təşkil edilən bir konfransda etdiyi çıxışda, "Neft satmaq üçün əvvəlki müştərilərimizlə işi davam etdirmə yollarını axtararkən eyni zamanda yeni müştərilər də tapdıq" deyib.
Bəzi neft şirkətlərinin İrandan neft alışını durdurduğuna toxunan Cihangir, mövcud müştərilərin sanksiyalara qarşı həll yolları axtarışının təbii olduğunu ifadə edib.Muxalifet3 - 15-10-2018
TSQ-dən Münbiç açıqlaması
Türk Silahlı Qüvvələri, “Fərat Qalxanı” əməliyyat sahəsi ilə Münbiç arasında, 14 oktyabrda 60-cı razılaşdırılmış müstəqil patrul-keşik xidmətinin həyata keçirildiyini açıqlayıb.
Müxalifət.azMuxalifet3 - 15-10-2018
Səudiyyə Ərəbistanı Baş Konsulluğunda hərəkətlilik
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda axşam saatlarında hərəkətlilik müşahidə olunub. Konsulluqdan iki qara çanta və bir dizüstü kompüterlə çıxan üç nəfər çıxıb və mülki nömrəli avtombillə ərazidən uzaqlaşıb.
Saat 22.00-də başlayan hərəkətlilik zamanı ilk olaraq iki mülki nömrəli avtomobil konsulluğun qapısına yaxınlaşıb. Bir müddətdən sonra içəridən çıxan mülki geyimdə olan iki nəfər avtomobillərə minərək Konsulluqdan ayrılıb.
QARA ÇANTALI 3 KİŞİ KNSULLUQDAN AYRILIB
Muxalifet3 - 15-10-2018
Yunanıstanda məcburi köçkünlər üçün intihar düşərgəsi
Yunanıstanda 7000 nəfərlik Lesbon adasında yaşayan Moria Qaçqınlar Düşərgəsi bir ölüm düşərgəsi kimidir. Bu, mənim həyatımda gördüyüm ən pis düşərgədir ", - deyən Sərhədsiz Həkimlərin sahə koordinatoru Luca Fontana, düşərgədə mövcud olan acınacaqlı vəziyyətlə bağlı bunları söyləyib: Həkim briqadamız 6-18 yaş arası uşaqlar ilə zehni sağlamlıq fəaliyyətlərini araşdırıb. Dörd uşaqdan biri özlərinə zərər verir və intihar etməyi düşünür. 78 nəfər intihara təşəbbüs göstərib. Bu düşərgə dərhal bağlanmalıdır.”
Muxalifet3 - 15-10-2018
İraq və Türkiyə arasında imzalar atıldı
İraqda yeni hökumət qurulana qədər vəzifəsinə davam edən baş nazir Heydər İbadinin ofisindən edilən açıqlamada, Nazirlər Kabinetində, İraq və Türkiyə Daxili İşlər Nazirlikləri arasındakı təhlükəsizliklə bağlı iş birliyi protokolunun təsdiq edildiyi ifadə edilib.
Açıqlamada əməkdaşlıq protokolu ilə bağlı məlumat verilməyib.
Digər tərəfdən, Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə, protokol iki ölkə arasında sərhəd təhlükəsizliyi mövzusunda təhlükəsizlik koordinasiyası məqsədi daşıyır.Muxalifet3 - 15-10-2018
Ortaya çıxdı: Bir gün əvvəl Konsulluqda sınaqdan keçiriblər
Səudiyyəli jurnalist Camal Qaşıqçının 2 oktyabrda nikah sənədləri üçün İstanbula getdiyi və ondan sonra itkin düşdüyü araşdırmada maraqlı bir detal ortaya çıxıb. Camal Qaşıqçının Səudiyyənin İstanbuldakı Baş Konsulluğuna 13:15-də girişindən sonra, 15: 07-də 34 CC 1865 nömrəli bir qara Mersedes Vito markalı mikro avtobus 500 metrə məsafədəki Baş Konsulluğun qapalı avtoparkına daxil olub.
GARAJA GİRİB ÇIXDI
Muxalifet3 - 15-10-2018
Münbiçdə 7 istiqamətdə əllər tətikdə: ƏMƏLİYYAT AN MƏSƏLƏSİDİR
Azad Suriya Ordusunun(ASO) Münbiç Hərbi Məclisinin başçısı Adnan Əbu Faysal, TSQ və ASO birliklərinin əməliyyat üçün 7 nöqtədə əllərinin tətikdə olduğunu söyləyib. Münbiçdə 5 min PKK terrorçusunun olduğunu deyən Faysal, "Şərqdə Kıraata kəndindən başlayaraq Çad, Toghar, Hardani, Avn Dedet, Mahselli, Arab Həsən kəndlərindən Sukkariyye qəsəbəsinə uzanan xətt boyunca 20 mindən çox döyüşçü ilə döyüşməyə hazırıq" deyib. Faysal, PKK-nın tək güvendiyi qüvvənin ABŞ olduğunu qeyd edib.
Muxalifet3 - 15-10-2018
Türkiyəyə qarşı QORXUNC PLAN son anda təxirə salındı: ABŞ 60 gün ərzində... – ŞOK DETALLAR
ABŞ prezidenti Donald Tramp avqustun sonunda amerikalı rahib Endrü Bransonun ev həbsi ilə bağlı vəziyyətlə əlaqədar bütün diplomatik personalı Türkiyədən geri çağırmağı planlaşdırırdı.
Muxalifet.az xəbər verir ki, bu haqda Dövlət Departamenti və Ağ Evdəki mənbələrə istinadən “ABC News” telekanalı bildirib.
“Biz hansısa bir vaxtda Türkiyə ilə münasibətlərdə apokalipsisdən qorxurduq”, - Dövlət Departamentindəki yüksək vəzifəli mənbə bildirib.Muxalifet - 15-10-2018
Səudiyyə Kralı Ərdoğana zəng etdi
Səudiyyə Ərəbistanının kralı Salman Türkiyə prezidenti Ərdoğana zəng edib. Kral Salman, Türkiyənin ortaq istintaq qrupu qurulmasına razılıq verdiyi üçün prezident Ərdoğana təşəkkür edib.
Prezident sarayındakı qaynaqlardan əldə edilən məlumata görə, Camal Qaşıqçı hadisəsinin aydınlaşdırılması mövzusu müzakirə edilib. Prezident Ərdoğan və Kral Salman, hadisənin araşdırılması çərçivəsində ortaq bir işçi qrupunun qurulmasının əhəmiyyətini vurğulayıb.
Telefon danışığında Kral Salman, "Türkiyə ilə güclü əlaqəmizə kimsə zərər verə bilməz" deyə bildirib.Muxalifet3 - 15-10-2018
Muxtar Babayevin səlahiyyətləri artırıldı - Baş nazirdən QƏRAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
Bu barədə qərarı Novruz Məmmədov imzalayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına publik hüquqi şəxs Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi əlavə edilib./Unikal/Muxalifet - 15-10-2018