Axtarış
The search found 105701 results in 0.081 seconds.
Search results
Səudiyyə Kralından kritik həmlə
ABŞ-ın xəbər agentliyi “Bloomberg” Səudiyyə Ərəbistanı rəsmilərinə əsaslandırdığı xəbərə görə, Səudiyyə Ərəbistanının kralı Salman, İstanbuldakı Səudiyyə Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Qaşıqçı üçün daxili istintaq təlimatı verib.
Qeyd edək ki, ABŞ-ın “Vaşinqton Post” qəzetinin müəllifi olan Səudiyyəli müxalif jurnalist Camal Qaşıqçı 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna girəndən sonra itkin düşmüşdü. Camal Qaşıqçının öldürülmüş ola biləcəyindən narahatlıq duyulur.
Müxalifət.azMuxalifet3 - 15-10-2018
Obama və xanımı veriliş aparıcısı olacaq
Ötən ilin may ayında ABŞ-ın 44-cü prezidenti Barak Obama və xanımı Mişel Obamanın “Netflix” ilə razılaşdığı irəli sürülmüşdü. Şirkətin direktor müavini Ted Sarandos cütlüyün veriliş aparıcılığı ilə bağlı iddialara cavab verib. Onun sözlərinə görə, sabiq prezidentin apardığı veriliş siyasi məzmun daşımayacaq.
“Vanity Fair” jurnalına müsahibə verən Sarandos “Obama hakimiyyəti və bütün həyatı boyu əldə etdiyi təcrübələrini hekayə şəklində ifadə etmək istəyir” , - deyə bildirib.Muxalifet - 15-10-2018
Lerikdə “QAZ-66” aşdı - ÖLƏN VAR
Lerik rayonunda yol qəzası baş verib. Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 14-də saat 14 radələrində rayonun Vıjaker kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kəndin sakini Nazim Şərifov idarə etdiyi "QAZ-66” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, Conu kənd sakini Təvəkkül Mirzəyev hadisə yerində ölüb. Lerik rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.
Muxalifet - 15-10-2018
İraqdan ABŞ açıqlaması: BÖLGƏDƏN ÇƏKİLİN
İraqda 12 mayda keçirilən parlament seçkilərindən birinci çıxan “Sairin” Koalisiyasının millət vəkili Abid Əl Sadə, ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsində qərarlı olduqlarını deyib.
İraqda olan bütün xarici qüvvələrə qarşı olduqlarını bildirən Abid Əl Sadə, "İraqın terrorçulara qarşı özünü müdafiə edə biləcək gücə sahib olduğunu" deyib.Muxalifet3 - 15-10-2018
“Modern hospital”da xəstənin ölüm səbəbi bəlli oldu – Həkimin başı dərddə – FOTO
Azərbaycanda mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki “Qaranquş” sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümünün səbəbi açıqlanıb.
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, ölümün bilavasitə səbəbi orqanizmin ümumi intoksikasiyası (zəhərlənmə) olub:Muxalifet - 15-10-2018
Yapon mütəxəssis Bakıdakı sürüşmə haqqında: "Böyük təhlükə var"
"Dəqiq məlumat əldə üçün ərazidə tədqiqat işləri aparmalıyıq. Hazırda yuxarıdakı evlər üçün böyük təhlükə var"
Bunu sürüşmə zonasında jurnalistlərə açıqlamasında Yaponiyadan gətirilən mütəxəssis deyib. O, bildirib ki, sürüşmə ərazisində olan 11 ev sökülərsə, daha fərqli qabaqlayıcı tədbirlər görülə bilər.
Yapon mütəxəssis sürüşmə ilə bağlı dəqiq nəticələri ərazi tam öyrənildikdən sonra deyə biləcəyini vurğulayıb.Muxalifet - 15-10-2018
Azərbaycanlı qadınları Rusiyaya satan şəxs həbs edildi
Azərbaycanlı qadınları Rusiyada və Ukraynada cinsi istismara məruz qoyan 1977-ci il təvəllüdlü Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
Məhkəmənin qərarı ilə Elçin Heydərovun barəsində həbs-qətimkan tədbiri seçilib.Muxalifet - 15-10-2018
Naxçıvan Muxtar Respublikasında təhsil alan 5 tələbə “Nar”-dan təqaüd alacaq
Elm və təhsilin inkişafına dəstəyi ilə seçilən “Nar”-ın Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində elan etdiyi Təqaüd proqramının nəticələri məlum oldu. Beləki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbə “Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq.
2018-2019-cu tədris ilində təqaüd alacaq tələbələr aşağıdakılardır:Muxalifet4 - 13-10-2018
AST Telmanın qardaşı oğlu 10 milyona azadlığa çıxır
Moskva Şəhər Məhkəməsi müğənni Avraam Russonun oğurlanmasında təqsirli bilinərək iki ay müddətinə həbs edilmiş Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovun 10 milyon rubl müqabilində zaminə buraxılması barədə qərar qəbul edib.
Muxalifet.az "TASS"-a istinadən xəbər verir ki, bunu Z.Mərdanovun vəkili Aleksey Smirnov deyib. Onun sözlərinə görə, 10 milyon rubl ödənildikdən sonra Z.Mərdanov azadlığa çıxacaq.Muxalifet - 15-10-2018
Öz işçisini maşınla vurub şikəst etdi, POLİSƏ RÜŞVƏT VERİB İŞİ BAĞLADI – Göyçay sakini Ramil Usubov və Zakir Qaralova müraciət edib
Göyçay şəhəri 1-ci Ərəbcəbirli kənd sakini Allahverdiyev Səxavət Ədalət oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. S.Allahverdiyev yazır: “Mən işləmək üçün Bakı şəhərinə gedib, Nizami rayonu Qara Qarayev qəsəbəsinin Özbəkistan küçəsində yerləşən avtoyuma sexində işləyirdim. Həmin avtoyuma sexini Alim adlı şəxs icarəyə götürmüşdü. 30.04.2018-ci il tarixdə avtomobil yuyan zaman Alim “BMW x5” markalı avtomobili qarşıya sürən zaman məni hasarla avtomobilin arasında qoyaraq vurdu. Nəticədə sol ayağım - omba sümüyüm sındı.
Muxalifet4 - 15-10-2018
Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi
“Ermənistanda baş nazir Nikol Paşinyanın başçılığı ilə anarxiya və qanunsuzluq hökm sürür”.
Bu barədə ABŞ Dövlət Departamentinin keçmiş spikeri və Bəhreyndəki keçmiş səfir Adam Ereli öz fikirlərini “The Washington Times” nəşrində yazıb.
O, Ermənistanda baş verən hadisələri digər qonşu ölkələrlə müqayisə edərək tamamiilə məyus olduğunu qeyd edib. Misal üçün Ereli Ermənistandakı “narıncı inqilab”ı Ukrayna və Gürcüstanla müqayisə edərək burada tam əks istiqamətdə proseslərin getdiyinə diqqət çəkir.Muxalifet - 15-10-2018
Qvardiola İtaliya çempionatına keçir?
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola İtaliya çempionatında məşqçilik edə bilər.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, Qvardiola "İtaliya klubunda çalışarsan" sualına maraqlı cavab verib. "Mənim alman futbolundan anlayışım yox idi. Əvvəllər düşünürdüm ki, ölsəm belə, Bundesliqa klubunu çalışdırmaram. Amma mənə "Bavariya"dan təklif gələrkən bu təklifi qəbul etməli olduğumu anladım. Gələcəkdə italyan klubunun birində çalışa bilərəm. Niyə də olmasın ki?" - İspan mütəxəssis deyib.Muxalifet - 15-10-2018
Qüdrət Şükürov xəstəxanaya yerləşdirildi
“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov xəstəxanaya yerləşdirilib.
Sabiq məmurun səhhətində ciddi problemlər yaranıb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda Q. Şükürov istintaqın nəzarəti altında müalicə alır. Lakin onun barəsində hələlik məhkəmə tərəfindən heç bir qətimkan tədbiri seçilməyib.Muxalifet - 15-10-2018
SON DƏQİQƏ: Kölndə atışma, insanlar girov götürüldü - FOTO
Köln şəhərində vağzal ərazisində naməlum şəxs tərəfindən insanlar girov götürülüb.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, polislərdən birinin sözlərinə görə, girov götürülən insanları aptekdə saxlayırlar.
Şahidlərə istinadən “Focus” nəşri şəhərdə atışma haqqında məlumatı yayıb. Zərərçəkənlərin olduğu ehtimal edilir. KİV dəqiqləşdirib ki, hər şey kişi və qadın arasında davadan sonra başlanıb.Muxalifet - 15-10-2018
Qobustan sakinləri torpaqlarının qanunsuz yollarla ələ keçirildiyini iddia edir – “Hər sotunu 2000 manata sataraq 4 milyon gəlir əldə etmişdir”
Qobustan rayonu, Qaracüzlü kənd sakinləri - Hüseynov İbrahim Məhəmmədəli oğlu, Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu, Abdullayev Soltan Abdulla oğlu Xalıqov Təbriz Babazadə oğlu, Yusifov Əzim oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Muxalifet4 - 15-10-2018
“MedEra” Hospitalda BİABIRÇILIQ – Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Vətəndaş Günay Cahangirova Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişə ekspert kimi çıxan həkimdən şikayətçidir. Muxalifet.az xəbər verir ki, Unikal.org-a müraciət edən Cahangirova Günay Valid qızı “MedEra” Hospitalın Neyrocərrahı Əliosman Qədimbəylinin onu yanlış müalicə etdiyini iddia edir: “Xoşqədəm xanımın verilişini hər gün izləyirəm, ona böyük hörmətim var. Onun verilişində Əliosman Qədimbəylini təriflədiklərinə görə “MedEra” Hospitalına getdim. Əliosman Qədimbəyli dedi ki, başım, belim və sinə hissəm MRT olunmalıdır. Bizi MRT olunmaq üçün başqa bir hospitala yönəltdi.
Muxalifet - 15-10-2018
İnam Kərimov Heydər Əsədovun daha bir kadrını İŞDƏN ÇIXARDI
Kənd Təsərrüfatı naziri İnam Kərimov sabiq nazir Heydər Əsədovun daha bir kadrını vəzifəsindən azad edib.
Muxalifet.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin İnvestisiya Şöbəsinin müdiri Rzayev Ramiz İlyas oğlunu işdən çıxarıb. İ.Kərimovun müvafiq əmri ilə həmin vəzifəyə Pərviz Məmmədov təyin edilib.
Qeyd edək ki, sözügedən xəbəri Kənd Təsərrüfatı Nazirliyindən təsdiqləyiblər.Muxalifet4 - 15-10-2018
Ov zamanı dostunu güllələyib öldürdü - Bərdədə QANLI OLAY - Fotolar
Bərdə rayonunda ov zamanı ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Muxalifet4 - 15-10-2018
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!
“Nar”-ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışlarının on ikinci mövsümü davam edir. Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Beləki, yarışın yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.
Muxalifet4 - 15-10-2018
Təqaüdçülərə ŞAD XƏBƏR - Pensiyalar artdı
Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb. 2018-ci il 1 oktyabr tarixinə olan nəticələrə əsasən, Azərbaycanda pensiyaçıların sayı 1 milyon 309 min nəfərdir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların cari ildə də mütəmadi artımına imkan verib.Muxalifet - 15-10-2018