Axtarış

The search found 105701 results in 0.099 seconds.

Search results

  1. Ərdoğandan GÖZLƏNİLMƏZ ETİRAF: "Gecikdik və bədəl ödədik..."

    FETÖ yanlış bir sistemin nəticəsidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    “FETÖ 1970-ci illərin ortasında bədənə girmiş, 40 il müddətində o bədəndə gizlicə böyümüş, bədənin fərqli orqanlarına yayılmış xəbis bir yaradır. FETÖ ilə mübarizə həqiqi anlamda sadəcə bizim dönəmimizdə aparılıb. Ancaq biz də gecikdik və bu gecikməyin əvəzini təəssüf ki, ödədik”, - Ərdoğan bildirib.
     

    Muxalifet3 - 15-10-2018

  2. Ermənistan ordusunda kütləvi zəhərlənmə: Paşinyana məktub göndərildi

    Ciddi iqtisadi siyasi böhranla üzləşən Ermənistan hərbi sahədə də iflasa uğrayıb. İşğalçı ölkədə əsgərlər arasında intihar və sui-qəsd hallarının sayı artıb. Bunlar erməni cəmiyyətində ciddi narazılıqlara yol açıb. Belə ki, oktyabrın əvvəlində qulluq keçdiyi hərbi hissədə öldürülən əsgərin ailəsi isə Gümrüdə etiraz aksiyasına başlayıb.

    Muxalifet3 - 15-10-2018

  3. ​Türkiyə ilə sərhəddə TIR növbəsi 15 kilometrə qədər uzandı

    Türkiyə ilə Bolqarıstan sərhədində uzunluğu 15 kilometrə qədər olan TIR tıxacı yaşanır.
    Muxalifet.az xəbər verir ki, rəsmilər Ədirnədə yerləşən Qapıqala Sərhəd Məntəqəsində TIR-ların uzun növbələr təşkil etməsinin səbəbini onların eyni anda sərhəddən keçmək istəmələri ilə əlaqələndirir.
    TIR sürücüləri isə ötən gündən növbənin davam etdiyini, hansı səbəbdən gözlədiklərini bilmədiklərini qeyd ediblər.

     

    Muxalifet3 - 15-10-2018

  4. ​Türk ordusu İraqda terrorçuların sığınacağını vurdu

    Türk ordusu İraqın şimalı Zap bölgəsində hərbi əməliyyatlara davam edir.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat yayan Türkiyə Silahlı Qüvvələri bu gün aparılan hava əməliyyatında separatçı terror təşkilatına aid sığınacaq, silah anbarlarının məhv edildiyini bildirib.
     

    Muxalifet3 - 15-10-2018

  5. Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

    Bərdə rayonunda su arxından meyit tapılıb.
    Muxalifet.az-ın report-a istinadən məlumatına görə, bu barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.
    Meyitin Bərdə rayon sakini, 1994-cü təvəllüdlü Elvin Mehman oğlu İmanlıya məxsus olduğu müəyyənləşib. Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.
    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
     

    Muxalifet3 - 15-10-2018

  6. ​Türkiyə polisləri Səudiyyə Konsulluğuna daxil oldu

    Yoxa çıxan jurnalist Camal Qaşıqçı işini araşdıran türkiyəli polislər Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunun binasına daxil olub.
    Muxalifet.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və Türkiyə rəsmilərindən ibarət nümayəndə heyəti İstanbul Polis İdarəsində müvafiq orqanlarla söhbət etdikdən sonra oranı tərk ediblər.
    Daha sonra polislər konsulluğun binasına daxil olub.
     

    Muxalifet3 - 15-10-2018

  7. ​Arda Turan həbs olunacaq?

    "Başakşəhər"in yarımmüdafiəçisi Arda Turan həbs oluna bilər.
    Muxalifet.az-ın yaydığı xəbərə görə, Ardanın əvvəlcə gecə klubunda vurduğu, ardınca isə xəstəxanaya gedərək, silahla təhdid etdiyi müğənni Berkay Şahinin vəkili məhkəməyə ünvanladığı şikayətdə futbolçunun həbs olunmasını istəyib. Müğənni özü də mətbuata son açıqlamasında Ardaya lazımi cəzanın veriləcəyini inandığını bildirib.

    Muxalifet3 - 15-10-2018

  8. ​Sürücülər DİQQƏT! "Bu prospektdə aldanmayın!" - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

    Görüntüləri təqdim edirik:
     

    Muxalifet3 - 15-10-2018

  9. ​F-35-lərin uçuşuna icazə verildi - QƏRAR

    F-35 hərbi təyyarələrinin bütün dünyada uçuşlarını dayandırması barədə tətbiq edilən qadağa tamamilə aradan qaldırılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə bu gün ABŞ Müdafiə Nazirliyi qərar verib.
    Qeyd edək ki, ötən ay F-35B qırıcısının qəzaya uğramasından sonra sözügedən təyyarələrin uçuşlarını dayandırmas barədə qadağa gətirilmişdi. F-35 tarixində ötən ay ilk qəza olub.
     

    Muxalifet3 - 15-10-2018

  10. ​Fələstinlilər dəniz yolu ilə mühasirəni yarmaq istədi: 80 yaralı

    İsrail Qəzza mühasirəsini dəniz yolu ilə yarmaq istəyən fələstinliləri hədəf alıb.
    Muxalifet.az xəbər verir ki, qanlı hücumda 80 fələstinli yaralanıb.
    Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada yaralıların Qəzzadakı xəstəxanalara yerləşdirildiyi bildirilib.
    Qeyd edək ki, fələstinlilər 30 martdan bu yana İsrail sərhədində "Böyük qayıdış yürüşü" adı altında dinc mitinqlər keçirir.
     

    Muxalifet3 - 15-10-2018

  11. Branson davasında kim uddu: Ərdoğan, yoxsa Tramp?

    Türkiyə və ABŞ arasında siyasi qalmaqala səbəb olan amerikalı keşiş Endryu Branson ötən həftə İzmir şəhər məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. O, artıq Amerikadadır və prezident Donald Trampla görüş keçirib.
    Türkiyə FETÖ və PKK terror təşkilatını dəstəkləməkdə ittiham etdiyi Bransonu niyə azad etdi? Bu, iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?
    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-ın suallarına cavab tapmağa çalışıb. O, hesab edir ki, Türkiyə Bransonu azad etməklə ABŞ-a jest edib.

    Muxalifet4 - 15-10-2018

  12. ​İlk iş günündə 13-cü mərtəbədən düşərək öldü – ANBAAN GÖRÜNTÜLƏR

    Türkiyənin Karaman vilayətində bir inşaat işçisi ilk iş günündə binanın 13-cü mərtəbəsindən düşərək həyatını itirib.
    Muxalifet.az xəbər verir ki, işçinin düşmə anı anbaan kameralara düşüb.
     

    Muxalifet3 - 15-10-2018

  13. ​Suriyada İran S-300-ləri idarə edəcək? - Tehrandan cavab

    Rusiyanın Suriyaya yerləşdirdiyi S-300 hava müdafiə sistemlərinin İran əsgərlərinin səlahiyyətində olacağı barədə iddialar əsassızdır.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İran İnqilab Mühafizəçilərinin komandiri İsmayıl Kövsəri çıxış edib.
    "İsrail mediası tamamilə yalan məlumat yayır. Suriya ordusu S-300 sistemlərini istifadə etmək üçün lazımi bacarıq və imkanlara malikdir. Suriyanın bu sistemlərdən istifadə etmək üçün başqalarının köməyinə ehtiyacı yoxdur", - Kövsəri qeyd edib.
     

    Muxalifet3 - 15-10-2018

  14. ​Külli miqdarda saxta dollar satan azərbaycanlı saxlanıldı

    Gürcüstanda külli miqdarda saxta 100 dollarlıq əskinaslar satan Azərbaycan vətəndaşı saxlanılıb.
    Muxalifet.az  xəbər verir ki, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
    Əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşından 617 ədəd saxta 100 dollarlıq əskinaslar (61 700 dollar) müsadirə olunub.
    Faktla bağlı istintaq davam etdirilir.
    Azərbaycan vətəndaşını 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
     

    Muxalifet3 - 15-10-2018

  15. Кадыров пригласил Макрона и Пашиняна на танцфестиваль

    Глава Чечни Рамзан Кадыров пригласил президентов Франции и Армении - Эммануэля Макрона и Никола Пашиняна на танцевальный фестиваль в республику.

    Об этом передает Oxu.Az со ссылкой на Интерфакс.

    Как пишет чеченский лидер в своем Telegram-канале, решение пригласить политиков в республику он принял после просмотра видео, на котором Пашинян и Макрон вместе танцуют кавказский танец.

    Muxalifet4 - 15-10-2018

  16. ​Rusiya 8 ayda Azərbaycana nə qədər maşın ixrac edib?

    2018-ci ilin 8 ayının yekunlarına görə, Rusiya Azərbaycana 1745 avtomobil ixrac edib.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, “AVTOSTAT” analitik agentliyinin məlumatına görə, hesabat dövründə Rusiya istehsalı olan minik avtomobillərinin ixrac həcmi (Gömrük İttifaqına daxil olan ölkələr istisna olmaqla) 18.223 vahid təşkil edib.

    Muxalifet3 - 15-10-2018

  17. ​Pompeo Türkiyəyə gəlir: Qaşıqçı olayı gündəmdə...

    ABŞ Dövlət katibi Mayk Pompeo yoxa çıxan jurnalist Camal Qaşıqçı ilə bağlı Türkiyəyə səfərə gəlir. Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, Pompeonun öncə Səudiyyə Ərəbistanına, daha sonra Türkiyəyə yollanacağı bildirilib.

    Muxalifet3 - 15-10-2018

  18. ​Ölkənin qızıl-gümüş bazarında bahalaşma var

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, oktyabrın 15-də qızılın qiyməti oktyabrın 12-i ilə müqayisədə 4,0205 manat artaraq 1 unsiya üçün 2077,6295 manat təşkil edib.
    Gümüş 0,0919 manat bahalaşaraq 1 unsiya üçün 24,8843 manata bərabər olub.
    Platinin qiyməti 1,9465 manat artaraq 1430,8305 manat, palladiumun qiyməti isə 21,199 manat azalaraq 1822,3235 manat təşkil edib.
    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
     

    Muxalifet3 - 15-10-2018

  19. "Türkiyə ilə keşiş Bransonun azadlığı üçün heç bir razılıq əldə edilməyib" - TRAMPDAN AÇIQLAMA

    ABŞ prezidenti Türkiyə ilə keşiş Endrü Bransonun azad edilməsi ilə bağlı heç bir müzakirə aparılmadığını bildirib.

    "Türkiyə ilə heç bir razılıq əldə edilməyib. Bu gün Türkiyə haqda 2 gün əvvəllə müqayisədə başqa cür düşünürəm. 2 gün əvvəl belə düşünmürdüm" - deyə, Donald Tramp deyib.

    Türkiyədə iki il həbsdə qalmış amerikalı keşiş azad edildikdən sonra dünən Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.

    Muxalifet4 - 15-10-2018

  20. Rusiya həbsxanasında nə etmək olar? - NAVALNININ MƏSLƏHƏTLƏRİ

    Rusiyalı müxalifət lideri Aleksey Navalnının qardaşı Oleq Navalnı məhbəsdəki həyatı haqda kitab nəşr edib. Kitab “3 ½. Məhkum hörməti və qardaşlıq hissi ilə” adlanır. O, gündəlik məhbus həyatı haqda Amerikanın Səsinin bəzi suallarını cavablandırıb.

    Muxalifet4 - 15-10-2018

Pages