Axtarış
The search found 105701 results in 0.16 seconds.
Search results
MTRŞ: Yeni xəbər kanalı üçün güclü radioverici alınıb, televiziya yayıma hazırdır
“Azərbaycanda ixtisaslaşmış (xəbər) yeni televiziya kanalının yerüstü yayımı üçün 2,4 kilovat gücündə radioverici alınıb”.
Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov deyib.
MTRŞ rəsmisi qeyd edib ki, xəbər kanalı oktyabrın sonunda yayıma başlamalıdır: “Əslində kanal yayım üçün tam hazırdır. Artıq Bakıdan veriliş gedir. Siqnal olduqdan sonra yerüstü yayıma keçmək çətin deyil. Yayımın Full HD formatında olması nəzərdə tutulub”.Muxalifet - 16-10-2018
Trampdan Ərdoğan və Türkiyə övgüsü
ABŞ prezidenti Donald Tramp, Türkiyəyə qarşı isti mesajlar verir.
Türkiyə ilə Amerika arasındakı münasibətlər yeni mərhələyə girir.
Əlaqələrin bərpa olunması ilə birlikdə xarici valyuta məzənnələrində də azalma baş verir, bazarlar rahatıayır.
ABŞ prezidenti Donald Trampın Türkiyəyə yönəlik isti mesajları, əlaqələrin bərpa olunmasından böyük bir məmnuniyyət duyduğunun göstəricisidir.Muxalifet3 - 16-10-2018
Paşinyandan ŞOK ADDIM: Heç kim bunu gözləmirdi
Ola bilsin ki, iclas zamanı istefa verdi.
Ermənistan baş naziri Nikol Paşinyanın bu gün istefa verməsi gözlənilir. Sputnik Azərbaycan “Armenpress”-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.
“Baş nazir öz istefası barədə hökumətin növbədənkənar iclasında elan edəcəkmi?” sualına cavab olaraq Yeqoyan vurğulayıb: “Mən bu suala cavab verə bilmərəm. Ola bilsin ki, iclas zamanı, ola bilsin, bir saat sonra, ola da bilər, 7 saat sonra”.Muxalifet - 16-10-2018
Düşməni QORXUYA SALACAQ GÖRÜNTÜLƏR: hücum hən an başlaya bilər - VİDEO
Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün keçiriləcək əməliyyata ciddi hazırlaşır.
Türkiyə mediası “Mehmetcik”in ASA-ya verdiyi təlimdən çəkilən görüntüləri dərc edib.
Görüntülər əsgərlərin təlimlərdə nə qədər çətin tapşırıqları yerinə yetirdiyini göstərir. Türkiyə KİV-inin yazdığına görə, görüntülər Münbiçdə türk əsgəri və ASO ilə vuruşmağı gözə alan terrorçular üçün gözdağıdır.Muxalifet - 16-10-2018
Camal Qaşıqçı araşdırmasında 3 fərqli ssenari
Səudiyyə Ərəbistanı, Camal Qaşıqçı-nın səhvən öldüyünü açıqlamağa hazırlaşır. Araşdırma ilə bağlı fərqli ssenarilər üzərində dayanılır.
İstanbulun Səudiyyə Ərəbistanı Baş Konsulluğuna giriş edən Camal Qaşıqçı, ortadan yox oldu.
Səudiyyə rəsmilərinin bu vaxta qədər dirənişinə rəğmən Türk rəsmiləri dünən Konsulluğa girərək araşdırma aparıb.
9,5 saat davam edən araşdırmalardan sonra Səudiyyə Ərəbistanın, Camal Qaşıqçının səhvən öldürüldüyünü açıqlamağa hazırlaşdığı gündəmə gəldi.
Bu iddia, Amerikanın CNN televiziyasınındır.Muxalifet3 - 16-10-2018
Sürüşmə zonasındakı torpaqları Abutalıbov satıb? - Keçmiş merdən iddialara cavab
Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesindəki (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə ilə bağlı ilkin rəy açıqlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Modern.az-a Baş nazirin müavini Hacıabala Abutalıbov məlumat verib.
"Sürüşmə səbəbi sudur”Muxalifet - 16-10-2018
Suriyada kritik gəlişmə! Azad Suriya Ordusu ilə və YPG/PKK arasında döyüş
YPG/PKK terrorçuları, dünən gecə saatlarında Afrindən cənub-şərqə yayılaraq işğal etdiyi Tel Rifat rayonundan Mareyə təcavüz atəşləri açıb.
Təşkilat, ağır silahlar və artilleriya ilə ASO hədəflərini və mülki əhalinin yerləşdiyi yaşayış yerlərini hədəf alıb.
ASO-nun qarşılıq verməsi ilə başlayan qarşıdurmada, bir ASO əsgəri yaralanıb. Qarşıdurma təxminən 3 saat sürüb.
Əhalinin sıx olaraq yaşadığı bölgələrdən olan Mare-də insanlar, terror təşkilatının hücumlarına tez-tez məruz qalır.
Müxalifət.azMuxalifet3 - 16-10-2018
Metrosunda sərnişin dünyasını dəyişib
Bakı metrosunda sərnişin ölüb.
“Report” xəbər verir ki, metronun “Xalqlar dostluğu” stansiyasının platformasında 1954-cü il təvəllüdlü Təhməz Qurbanov qatar gözləyən zaman qəfil dünyasını dəyişib.
Araşdırma zamanı onun infarkt keçirərək dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 16-10-2018
SON DƏQİQƏ: Ermənistana keçən daha bir şəxs SAXLANILDI - İkinci “Azərbaycan casusu” QALMAQALI?
Ermənistan sərhədini keçən Türkiyə vətəndaşı tutulub.
Ermənistan KİV-ləri xəbər verir ki, bu haqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin mətbuat xidməti bildirib.
Türkiyə vətəndaşı Gümrü sərhəd dəstəsi tərəfindən saxlanılıb.
“Sərhədi pozan ərazini diqqətlə müşahidə edir və gizlicə hərəkət etməyə çalışırdı”, - xəbərdə qeyd edilir.
Onun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi bildirilir.Muxalifet - 16-10-2018
“Azərbaycan idmanında korrupsiya yoxdur” – Azad Rəhimov
“Azərbaycanda idman sahəsində korrupsiya anlayışı yoxdur”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransında iştirak edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnlistlərə açıqlamasında bildirib.Muxalifet - 16-10-2018
“Məmurlar öz işini yerinə yetirə bilmir” - Deputatlar şəhid ailələrinə dəstək oldu
Deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bir qrup şəhid ailəsinin birdəfəlik ödəməni ala bilməməsi ilə bağlı problem qaldırıb.
Deputat qeyd edib ki, ölkə prezidenti mütərəqqi addım ataraq şəhid ailələrinə 11 min manat birdəfəlik müavinət verilməsi məsələsini təmin edib: “Bu çox vacib addım idi. Ancaq çox sayda adam var ki, onlar bu hüquqdan yararlana bilmir. Bildirilib ki, vaxtilə 50 min manat olan pulu alıblar. Onlar isə bunu almadığını deyir.Muxalifet - 16-10-2018
Nazirlikdən həyəcan təbili: “Sürüşmənin təsiri yaşayış evlərinə tərəf artıb”
Badamdar sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik dinamikası dayanmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcəyi gözlənilir.
Qeyd olunub ki, sürüşmənin təsir dairəsi yaşayış evlərinə tərəf artıb.Muxalifet - 16-10-2018
Tramp kürsüsünü ona verir: Amerikanın ilk qadın prezidenti olacaq - FOTO
Xüsusilə, Oval Ofisin divarından asılan tablo tamaşaçıların diqqətini çəkib.
Donald Trampla yanaşı, Ronald Reyqan, ata və oğul Corc Buş, Abraam Linkoln və Riçard Nikson kimi keçmiş prezidentlərin olduğu masadan kənarda olan bir qadın bir çox iddialara və komplo-nəzəriyyələrə səbəb olub.Muxalifet - 16-10-2018
ETİMADIMIZI QARABAĞIMIZ KİMİ İTİRDİK - Məğrur Bədəlsoy yazır
16 oktyabr sabahımız xeyirə açılmadı. Fred Asifin qardaşı Ədalət bəyin obaşdan telefonuma Etimad Qazinin şəklini atması ilə ürəyim yerindən oynadı. Kaş bu soraq yalan olaydı! Qazimiz ŞƏHİD olub! Onsuz da elə 25 ildir bir ayaqda duran gəzəri şəhid idi. Son çağlar tez-tez görüşməsək də vaxtaşırı telefonla hal-əhval tuturduq. Heç vaxt ürəyindəki, içindəki ağrılardan söz açmazdı. Bircə ağrısı -acısı Qarabağ idi. Uğrunda canını, qanını verdiyi ANA VƏTƏN ! İndi Qarabağ bir Qazisini də itirdi, bir Şəhid qazandı. Etimadsız dünyamız , görən necə olacaq?
Muxalifet4 - 16-10-2018
Böyük Britaniyadan Türkiyəyə tam dəstək: ARXANIZDAYIQ
İngiltərənin xarici işlər naziri Ceremi Hunt, Səudiyyəli jurnalist Camal Qaşıqçı hadisənin ölkəsini narahat etməyə davam etdiyini bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Londonda keçirdiyi görüşdən sonra yazılı bir açıqlama edən Hunt, "Camal Qaşıqçı hadisəsi dərin bir narahatlıq mənbəyi olaraq qalır. Bu gün şəxsən cənab Mövlud Çavuşoğluna da təkrar etdiyim kimi, İngiltərə Türkiyənin hadisəylə bağlı araşdırmasını tamamilə dəstəkləyir" deyə qeyd edib.Muxalifet3 - 16-10-2018
Qaşıqçı hadisəsində yeni gəlişmə
Səudiyyə Ərəbistanı Baş Konsulluğunda dünən gecə baş tutan və 9 saat davam edən axtarışlar bu gün səhər etibarilə bitdiyi bildirilmişdi. Əldə olunan yeni məlumata görə, axtarışlar bu gün də geniş bir heyətlə davam edəcəyi bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Baş Konsulluğunda ortadan qeyb olan və günlərdir xəbər alınmayan Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın axtarışı işləri dünən başlayıb və polis dəstələri 9 saat davam edən bir araşdırma həyata keçirib.Muxalifet3 - 16-10-2018
Rusiyanın Ermənistana qarşı “B” planı
“Soros uşaqları” dinc oturmur: Ermənistanda Rus Dram Teatrı rus məktəbləri kimi bağlana bilər; Moskvadan yeni hökumətə eks-prezident Köçəryanın dilindən sərt ismarış: “Paşinyan seçkiləri udsa, Ermənistan uduzacaq...”
Ermənistanda 8 may inqilabından sonra siyasi proseslər aydınlaşmaq əvəzinə getdikcə mürəkkəbləşir. Əsas sual isə işğalçı ölkənin xarici siyasət kursu ilə birbaşa bağlıdır. Çünki daxildəki vəziyyət xeyli dərəcədə hansı xarici siyasət oriyentasiyanın seçilməsindən asılı olacaq.Muxalifet3 - 16-10-2018
Yağış yağacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.Muxalifet - 16-10-2018
Rusiya Qafqaza ordu göndərir: Hədəf kimdir? - Video
Rusiya ordusunun böyük hərbi karvanı İnquşetiyaya tərəf yollanır.
Bu barədə məlumatı Feysbukdakı “Qafqazı Anlamaq” qrupu paylaşıb. Bu hərbi kolonun iki həftədir paytaxt Maqasda davam edən aksiyaları yatırmaq üçün İnquşetiyaya getdiyi açıqlanıb.
Bəzi mənbələr isə bu hərbi qrupun Dağıstan və Çeçenistan sərhədində olduğunu iddia ediblər. Onların fikrincə, ordu Çeçenistan rəhbəri Ramzan Kadırova təzyiq üçün göndərilib.
Bəzi Feysbuk istifadəçiləri isə hərbçilərin Şimali Osetiyada hərbi təlimdə iştirak edəcəyini açıqlayıb.Muxalifet3 - 16-10-2018
Sərdar Ortaçın xanımı motosikletdən yıxıldı - Vəziyyəti ağırdır
Müğənni Sərdar Ortaçın model xanımı Kloe Mayamidə ağır qəza keçirib. Muxalifet.az xəbər verir ki, o, motosikletdən yıxılaraq yaralanıb. Modelin sol qolu, çanağı, qabırğası, diz qapağı sınıb, sol qaşı yarılıb.
Bu barədə Sərdar “İki sayfa” proqramına açıqlamasında bildirib. O, hadisənin ötən gecə baş verdiyini qeyd edib:
“Möcüzə olub ki, şikəst qalmayıb. Dünən xəbəri eşitmişəm, yerimdə otura bilmirəm. 21 oktyabrda yanına gedəcəm. Təxirə sala bilmədiyim işlər var. Menecerimi yanına göndərdim. Sol tərəfi demək olar ki, tamamilə sınıb”.Muxalifet - 16-10-2018