Axtarış
The search found 105701 results in 0.075 seconds.
Search results
Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb
2018-ci il sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 8 milyard 020,8 milyon manat təşkil edib.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, əmanətlərin 63 faizi xarici, 37 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,5 faiz artıb.Muxalifet3 - 16-10-2018
Azərbaycanda benzin və dizelin istehsalı artıb
Cari ilin 3 rübündə Azərbaycanda 1 milyon 517,9 min ton dizel yanacağı, 906,3 min ton avtomobil benzini, 169,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 469,1 min ton ağ neft, 61,2 min ton yanacaq mazutu, 108,5 min ton sürtkü yağları, 219,2 min ton neft bitumu və 195,9 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 9 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 408,3 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artıb.Muxalifet3 - 16-10-2018
Nazirliklərin avtomobilləri satışa çıxarıldı – SİYAHI və QİYMƏTLƏR
Nazirlik və Komitələrə məxsus avtomobil parkının azaldılması prosesi davam edir.
Muxalifet.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus KAMAZ-55111 markalı avtomobillərin qiyməti 3 min 150 manatdan başlayır.Muxalifet3 - 16-10-2018
Tramp daha bir ölkəyə xəbərdarlıq etdi
ABŞ prezidenti Donald Tramp Hondurasa xəbərdarlıq edib.
Muxalifet.az xəbər verir ki, o özünün “ Twitter” səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər.
“ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik”, - deyə o vurğulayıb.Muxalifet3 - 16-10-2018
Gürcüstanın hökumət binası qarşısında “Azərbaycanlı qızları müdafiə edin!” adlı aksiya keçirilib
Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında “Azərbaycanlı qızları müdafiə edin!” şüarı altında aksiya keçirilib.
Muxalifet.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Gürcüstanın Qadınlar Hərəkatı tərəfindən təşkil olunmuş aksiyada oktyabrın 12-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində oğurlanmış 17 yaşlı azərbaycanlı qızın polis tərəfindən bu günə qədər tapılmamasına etiraz bildirilib.
Hərəkat üzvləri əllərində “Səbrimiz tükənib!”, “Qadın zorakılığına son qoyulsun!” şüarları tutublar.Muxalifet3 - 16-10-2018
Tovuzda evin damından tullanan 39 yaşlı kişi ayaqlarını sındırdı
Tovuz sakini evin damından yıxılaraq ayaqlarını sındırıb.
Muxalifet.az hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Qorxmaz Abbas oğlu özünə məxsus evin damından yerə tullanarkən yıxılıb.
Hadisə nəticəsində Q.Hüseynovun hər iki ayağı daban hissəsindən sınıb.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Muxalifet3 - 16-10-2018
"Vaşinqton Tayms"dan Boltonun Bakı səfəri ilə bağlı məqalə...
Birləşmiş Ştatların nüfuzlu “Vaşinqton Tayms” qəzeti “Kaspian Qrup Holdinqs”in direktoru Rob Sobhaninin “Con Bolton Azərbaycana yola düşür” sərlövhəli məqaləsini dərc edib.
Muxalifet3 - 16-10-2018
ŞOK: Məmurların maaşına xitam verildi – RƏSMİ AÇIQLAMA
Bir neçə ay öncə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə bəzi deputatlara yüksək vəzifə verilib. Sərəncəma əsasən onlar milli məclisdəki yerini tərk edərək yeni vəzifələrinin icrasına başlayıblar.
Ancaq məmur təyin olunan sabiq deputatların hələ də deputat maaşlarını alıb-almaması sual doğrur.
Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev Unikal.org-a açıqlamasında bildirib ki, prezidentin sərəncam verdiyi gündən onların deputat maaşına xitam verilib.Muxalifet3 - 16-10-2018
ABŞ açıqladı: İranın neft hasilatı azalıb
ABŞ sanksiyaları nəticəsində İranın neft hasilatı əhəmiyyətli dərəcədə azalıb.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi deyib.
“Söhbət əhəmiyyətli azalmadan gedir. ABŞ İranla sazişdən çıxdıqdan sonra yenidən sanksiya tətbiq etməyə başladı”, - deyə amerikalı rəsmi bildirib.
Muxalifet3 - 16-10-2018
Ermənistan prezidenti hökumətin istefasını qəbul etdi
Ermənistan prezidenti Armen Sarkisyan yerli hökumətin istefasını qəbul edib.
Muxalifet.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
"Ermənistan hökumətinin istefası qəbul olundu", - deyə prezidentin saytına yerləşdirilən məlumatda qeyd olunub.
Qeyd edək ki, bir müddət öncə ölkənin baş naziri Nikol Paşinyan parlamentin buraxılmasından ötrü rəsmi səbəb yaratmaq üçün öz postunu tərk etmişdi. Buna baxmayaraq o, Nazirlər Kabinetinin rəhbəri vəzifəsini davam etdirəcək.
Muxalifet3 - 16-10-2018
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
Gürcüstanda prezidentliyə namizədliyin geri götürülməsi ilə bağlı müddət başa çatıb.
Muxalifet.az report-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze deyib.
O bildirib ki, qeydiyyata alınmış 25 namizədin heç biri namizədliyinin geri götürülməsi ilə bağlı müraciət etməyib:
“Buna müvafiq olaraq, seçki bülleteninə 25 namizədin hamısı daxil ediləcək”.
Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. 25 namizədin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.Muxalifet3 - 16-10-2018
Trampdan Səudiyyə Şahzadəsi haqda açıqlama
ABŞ prezidenti Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhəmməd bin Salmanla telefon danışığı aparıb.
Muxalifet3 - 17-10-2018
İsraildən ilk “Qaşıqçı” açıqlaması
Səudiyyə Ərəbistanının London mərkəzli “İlaf” qəzetinə açıqlama verən adının açıqlanmasını istəməyən İsrailli bir təhlükəsizlik səlahiyyətlisi, Səudiyyəli jurnalist Qaşıqçı hadisəsiylə əlaqədar "Tel Aviv rejiminin, Türkiyədən gələn xəbərlərə deyil, Səudiyyə Ərəbistanının açıqlamalarına güvəndiyini" söyləyib.
İsrailin, Qaşıqçı hadisəsini yaxından təqib etdiyini ifadə edən səlahiyyətli, Türkiyədən yayımlanan xəbərlərin dəlillərə əsaslanmadığını irəli sürüb və Tel Əvivin, Riyad rəhbərliyinin yanında yer aldığını qeyd edib.Muxalifet3 - 17-10-2018
Qaşıqçını musiqi sədaları altında doğrayıblar: SƏS YAZISI ƏLDƏ EDİLDİ
2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdikdən sonra itkin düşmüş jurnalist Camal Qaşıqçı olayı ilə bağlı sir pərdəsi açılıb. Məlumatlara görə, Türkiyənin əlində Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğundakı vəhşi cinayətlə əlaqədar birdən çox səs qeydi var. Səs qeydlərinin birində dünən Ər Riyada qaçan baş konsul Məhəmməd Üleybi, edamın konsulluğun xaricində icra edilməsini istəyir. Cavab isə “Əgər yaşamaq istəyirsənsə, sus” deyə qeyd edilib.
Muxalifet3 - 17-10-2018
İsrail döyüş təyyarələri ilə hücum etdi
Təl Əviv administrasiyası bir raket atıldığı iddiası ilə Qəzza Zolağındakı üç fərqli nöqtəyə döyüş təyyarələriylə hücum edib.
İsrail ordusunun açıqlamasında, Qəzzadan Beerskaba'ya atılan raketdən sonra Qəzzaya döyüş təyyarələriylə hücum edildiyi qeyd edilib.Açıqlamaya görə, İsrail döyüş təyyarələri Qəzzada üç fərqli bölgəni hədəf alıb. Fələstin mənbələri itki və yaralının olmadığını bildirib.
Müxalifət.azMuxalifet3 - 17-10-2018
Sənədi olmayan evlərlə bağlı NAZİRLİKDƏN MÜHÜM AÇIQLAMA
Azərbaycanda bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi (“kupça”) olmayan fərdi evlərin sakinlərinə müraciət edərək onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər. Vətəndaşlara bələdiyyələr tərəfindən təqdim edilmiş tədiyyə bildirişlərində hətta bu da xüsusi qeyd edilir ki, vergini müəyyən edilmiş müddətdə ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək.
Muxalifet - 17-10-2018
Beynəlxalq Valyuta Fondu da Səudiyyə Şahzadəsinin konfransından imtina etdi
Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Muhamməd bin Salman tərəfindən ev sahibliyi ediləcək olan FII konfransında iştirak etməkdən imtina edən insanların sayı artır. Anadolu Agentliyinin verdiyi məlumata görə, BVF-nin başçısı Kristin Lagarde də Yaxın Şərqə olan planlı səfərini təxirə salıb. Lagarde gələn həftə Səudiyyə Ərəbistanına "Çöldəki Davos" konfransına qatılmq üçün gedəcəkdi.
Qeyd edək ki, biznes dünyasının əhəmiyyətli isimlərinə əlavə olaraq, beynəlxalq mətbuat orqanları da konfransda iştirakdan imtina edirlər.Muxalifet3 - 17-10-2018
ABUTALIBOV YENƏ “SÜRÜŞDÜ” – Günah rəhmətlikdə imiş…
Eldar Əzizov sabiq meri necə inandırıb?
Badamdarda baş verən sürüşmə bizim məmurların özlərinin də nə qədər “sürüşkən” olduğunu bir daha ortaya qoydu. Ancaq son 2-3 gündə sürüşmənin səbəbləri, buradakı tikililərin tarixçəsi, onların qanuniliyi və s. barədə nə qədər qarışıq və bir-birini təkzib edən fikirlər səsləndirsələr də, torpaq öz işindədir, sürüşməyində davam edir…
Muxalifet - 17-10-2018
Canlı yayımda ŞOK ANLAR: əxlaqsızlığa görə...
Türkiyənin Bursa şəhərində bir qadın sosial şəbəkə hesabından canlı yayım açaraq insan alverçilərinin tələsinə düşdüyünü və həyatının təhlükədə olduğunu bildirib.
Türkiyə mediası xəbər verir ki, çağırışından sonra Bursa şəhərinin hüquq mühafizə orqanları tərəfindən polis idarəsinə gətirilən Xədicə adlı qadın verdiyi ilkin ifadədə hər şeyi təkzib edib. Hadisədən sonra polisə ifadə verən gənc qadının sevgilisi onun narkotik maddə istifadəçisi olduğunu və bütün bunları xəyal etdiyini deyib.Muxalifet - 17-10-2018
Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
Hazırda Bakıda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heyder Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Muxalifet.az-a verilən məlumata görə, bu addım yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə atılıb.Muxalifet - 17-10-2018