Axtarış
The search found 105700 results in 0.083 seconds.
Search results
Yağış Badamdardakı sürüşməni aktivləşdirdi - UÇQUN OLUB
Bakının Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə ərazisində aktivlik yenidən artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan bildiriblər ki, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən gecədən yağan yağış ərazidə aktivlik dinamikasını artırıb. Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb. Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.
Muxalifet4 - 17-10-2018
“Vaşinqton Post” qəzeti Qaşıqçıya görə Səudiyyə Şahzadəsinə həqarət etdi
“Vaşinqton Post” qəzetinin köşə yazarı David Ignatius, itkin düşən Səudiyyəli jurnalist Camal Qaşıqçı məsələsinə dair, "Cinayət araşdırmasını bağlamaq, həyasız bir şəkildə özünə güvənən bir kraliyyət şahzadəsi üçün də asan olmayacaq" deyə öz köşəsində yazıb.
Devid Ignatius, "Məhəmməd bin Salmanın artan qəzəbi, Camal Qaşıqçı haqda sualların önünə keçməyəcək" başlıqlı köşə yazısında vəliəhd şahzadəni sərt şəkildə tənqid edib.Muxalifet3 - 17-10-2018
İcra başçısının "sağ əli" 280 min manat rüşvət alarkən tutulub? –ADİL VƏLİYEV HAQQINDA ŞOK İDDİA
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 17-10-2018
TANINMIŞ FİZİKDƏN SENSASİON İDDİA: “Allah mövcud deyil, bəşəriyyət 100 il ərzində…”
Böyük Britaniyalı nəzəriyyəçi, fizik Stiven Hokinq ölümündən əvvəl yazdığı “Ciddi məsələlərə qısa cavablar” kitabında Allahın mövcud olmadığını bildirib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda kitaba istinadən CNN telekanalı bildirib.
Alim dəfələrlə bildirirdi ki, ateistdir. Onun sözlərinə görə, dünyada olan bütün prosesləri fiziki qanunlarla izah etmək olar.
Muxalifet4 - 17-10-2018
Texnologiya Texnikumunda GÜCLÜ PARTLAYIŞ: 10 ölü, 50 yaralı - VİDEO
Krımda Texnologiya Texnikumunda partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, PEN TV-nin məlumatına görə, hadisə nəticəsində 10 insan həlak olub, 50 nəfər yaralanıb.
İlkin informasiyaya görə, hadisəyə səbəb məişət qazının partlaması olub.
TASS agentliyinin təcili xidmətlərdəki həlak olanlar və zərərçəkənlərin olduğu barədə informasiyanı təsdiq edib. Həmçinin həkimlərə istinadən agentlik dəqiqləşdirib ki, 10 nəfər partlayışın qurbanı olub.Muxalifet - 17-10-2018
7 əcnəbi Azərbaycan sərhədini saxta sənədlə keçmək istədi - FOTO
Dövlət Sərhəd Xidməti (DSX) son günlərdə 7 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıb.
Muxalifet4 - 17-10-2018
Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar... - JURNALİSTİ PARÇALARA AYIRAN CƏLLADIN ADI VƏ SƏS YAZISI AÇIQLANDI
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda oktyabrın 2-də “yoxa çıxan” müxalif jurnalist Cama Xaşogi (yaxud Camal Kaşıkçı) qalmaqalı getdikcə böyüyür və dramatik xarakter alır. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, oktyabrın 15-də axşam konsulluq binasında Türkiyə və Səudiyyə Ərəbistanından olan istintaq qruplarının apardığı araşdırmanın ardınca Qərb KİV-lərinə Xaşoginin necə öldürüldüyü barədə yeni təfərrüatlar sızdırılıb.
Muxalifet4 - 17-10-2018
Avtoxuliqanlıq edən Elçin Əhmədova 20 gün həbs verildi - FOTO
Yasamal Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sürücü Elçin Əhmədov 99-GB-678 dövlət nömrə nişanlı BMV markalı avtomaşınla Cəfər Cabbarlı küçəsində, həmçinin İnşaatçılar prospektində təhlükəli manevrlər edib.
Muxalifet4 - 17-10-2018
Təranədən efirdə ŞOK TƏKLİF: "Mənə ana desən, nə istəsən sənə edəcəm" - VİDEO
Ötən gün ailə üzvləri ilə "5/5"də yeni yaşını qeyd edən Təranə Qumral gözlənilmədən aparıcı Zaur Kamala etdiyi təkliflə hər kəsi məəttəl qoyub.
Muxalifet.az xəbər verir ki, xanım ifaçı canlı yayımda aparıcıya "Sənə icazə verirəm, bundan sonra mənə "ana" de. Vallah, sənə elə bir analıq edəcəm ki ..." sözləri ilə müraciət edib.
Zaur müğənninin sözünü yarımçıq kəsərək "Neyləyəcəksən?" soruşub.
Təranə Qumral "İnsan ana olanda nə edir?! Ev, maşın, nəyin yoxdur onu edəcəm" ifadələrini işlədib.Muxalifet - 17-10-2018
ABŞ-da QALMAQAL: Ağ Evdə “Melaniya Tramp”dan erotik rəqsi - VİDEO
ABŞ-ın məşhur repçisi T.İ.nin yeni klipi qalmaqala səbəb olub.
Klipin süjet xəttinə əsasən, Donald Tramp Ağ Evdən helikopterlə ayrılır. Bunu fürsət bilən repçi Oval Ofisdəki masada əyləşir. Bu zaman onun qarşısına birinci xanım Melaniya Trampa bənzəyən bir qadın gəlir. Uzun pencək geyinən qadın erotik rəqs edir.
Video görüntü sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Ağ Ev də video çarxa reaksiya verib. Melaniya Trampın mətbuat katibi Stefani Qrişam video çarxı tənqid edib.
Muxalifet - 17-10-2018
“Qapını açdım uçdu” - Evi dağılan xanım
“Bildirilir ki, haqqımızda Nazirlər Kabinetinə məlumat verilib, cavab gözlənilir. Sənədlərimiz, hər şey qaydasındadır”.
Bu sözləri “Qafqazinfo”ya bu gün səhər saatlarında Bayıl qəsəbəsi, Buxta küçəsində baş verən sürüşmə zamanı evi uçan vətəndaş Rəhilə Ağayeva deyir.
Ərazidə yerləşən mənzil 9, ev 19 a-nin sahibi olan xanım bildirib ki, hadisədən bir neçə gün öncə Səbail rayon İcra Hakimiyyətindən gəlib vəziyyətin təhlükəli olduğunu bildiriblər:Muxalifet - 17-10-2018
Ramil Quliyev finala yüksəldi
Avropa Atletika Assosiasiyasının mükafatları oktyabrın 26-da sahiblərinə veriləcək.
Muxalifet.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Atletika Federasiyasından məlumat verilib.
Məlumata görə, dünya və Avropa çempionu Azərbaycan əsilli idmançı Ramil Quliyev "ilin atleti" səsverməsində ardıcıl olaraq ikinci dəfə finala çıxıb.Muxalifet - 17-10-2018
Bayılda təhlükə: 43 ev qəzalı vəziyyətdədir
"Bayılın Buxta küçəsindəki evlərdə kanalizasiya suları boş sahəyə axıdılır. Yaz ayında orada uçqun baş verib və təxminən 43 evdə qəzalı vəziyyətə düşüb. Bu gün sürüşmə nəticəsində doqquz nömrəli ev tamamilə uçub. Həmin evin yanındakı iki evdə də deformasiyalar müşahidə olunur".
Muxalifet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.Muxalifet - 17-10-2018
Qarabağ əlilinin ölkədən çıxışına qadağa qoyulub – İRANA MÜALİCƏYƏ GETMƏLİDİR, AMMA…
Qobustan rayon Qaracüzlü kənd sakini Hüseynov İbrahim Məhəmməd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən vətəndaş yazır:
“Hörmətli, Mehriban xanım!Muxalifet4 - 17-10-2018
Saakaşvili HAQQINDA ŞOK İTTİHAM: iş adamının qətlini sifariş verib?
Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixail Saakaşvilini müxalifətçi iş adamı Badri Patarkatsişvilinin qətlini sifariş verməkdə ittiham edir.
Muxalifet.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hadisə icraçılarından birinin evində axtarış zamanı iş adamının qətlə yetirilməsinin müzakirə olunduğu barədə audiosəs yazısı tapılıb.
“Söhbət zamanı Q.D. (qətlin icraçısı) qətlin Saakaşvili tərəfindən sifariş edildiyini təsdiqləyib”-deyə rəsmi açıqlamada deyilir.Muxalifet - 17-10-2018
Bakının mərkəzində - Səməd Vurğun küçəsində sürüşmə baş verdi - 60 METR UZUNLUĞUNDA, 3 METR ENİNDƏ
"Səməd Vurğun küçəsində 60 metr uzunluğu, 3 metr enində sürüşmə qeydə alınıb".
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Muxalifet4 - 17-10-2018
Kriminal avtoritet GÜLLƏLƏNƏRƏK ÖLDÜRÜLDÜ
Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi.
Muxalifet.az xəbər verir ki, bu barədə Criminal.Az saytına mərhumun dostu Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb.
Köçəri dəfn olunması üçün doğulduğu Bərdə rayonuna aparılıb.Muxalifet - 17-10-2018
Ermənistan Qarabağa üçüncü yol çəkir - PAŞİNYAN TORPAQLARI QAYTARMAĞI DÜŞÜNMÜR...
Bu həftənin bazar ertəsi Qarabağda Ermənistanla işğal altındakı Azərbaycan ərazilərini birləşdirən arasında üçüncü yolun tikintisinə dair müzakirələr keçirilib. Bu yol Araz çayı boyunca, yəni, Zəngilan, Cəbrayıl və Füzulidən keçməlidir.
Ermənistan KİV-in məlumatına görə, layihənin reallaşması ilə "Arsax Ruts İnvestment" (ARİ) investisiya şirkəti məşğul olacaq. Bundan əlavə, şirkət Laçın rayonunda 20, Kəlbəcərdə 50 mənzil inşa edəcək. Mənbənin məlumatına görə, ARİ-nin arxasında avstraliyalı ermənilər durur.
Muxalifet4 - 17-10-2018
Xəstəxanada BİABIRÇILIQ: Yerə yıxılan xəstəyə həkimlər kömək etmədi - VİDEO
Azərbaycanda halı pisləşib xəstəxanaya gələn şəxsə həkimlər kömək etməyib.
Muxalifet.az "kanal 13"-ə istinadən xəbər verir ki, Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına müraciət edən xəstəyə baxmağa həkim tapılmayıb. Bu isə ətrafda olan vətəndaşların haqlı narazılığına səbəb olub. Yerə yıxılan xəstə kömək istəsə də həkimlərdən ona yaxınlaşan olmayıb.Muxalifet - 17-10-2018
İrana silah keçirmək istəyən azərbaycanlı mühakimə olundu
Azərbaycan vətəndaşı ona verilən silahı İrana keçirmək istəyərkən Qazaxıstanda saxlanılıb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, istintaq zamanı kişi ona şər atıldığını deyib.
Birinci məhkəmə instansiyası azərbaycanlıya bəraət verib. Manqistau Vilayət Prokurorluğunun əməkdaşları işə yenidən baxılmasını istəyiblər.
İkinci məhkəmə zamanı sübutlar kifayət qədər olduğundan hakim azərbaycanlının 5 il 5 ay müddətinə azadlıqdan məhrum olunması qərarını çıxarıb.Muxalifet - 17-10-2018