Axtarış
The search found 105701 results in 0.103 seconds.
Search results
Qazaxıstan Milli Bankının rəhbəri bədxərc Zamirə haqda
Qazaxıstan Milli Bankının rəhbəri Daniyar Akşiyev bu ölkənin Vahid Milli Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankında qalan pulları və bankın keçmiş rəhbərinin xanımı Zamirə Hacıyevanın Londondakı bədxərcliyi arasında əlaqə barədə jurnalistlərin sualları ilə qarşılaşmalı olub.
Muxalifet - 17-10-2018
Qəbələdə yanaraq ölən ərəb turist Azərbaycanda dəfn olunacaq
Bir neçə gün əvvəl Qəbələdə kirayə yaşadığı evdə yanaraq ölən Suriya vətəndaşının cənazəsi ölkəsinə göndərilməyib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 1995-ci il təvəllüdlü Alhamidi Arvan Azərbaycanda dəfn olunacaq.
“Ölən ərəbin meyiti ölkəsinə aparılmayıb. O, burada dəfn ediləcək”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində suriyalı ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.Muxalifet - 17-10-2018
Azərbaycanın “Avroviziya” mahnısı - VİDEO
Ötən gecə Azərbaycanın "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsi üçün nəzərdə tutduğu mahnı və klip təqdim olunub.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işi yarışmanın rəsmi "Youtube" səhifəsində yerləşdirilib.
Mahnı "I Wanna Be Like You" adlanır, müəllifləri Aytən İsmixanova, Elvira Miçiyeva və İsa Məlikovdur.
Xatırtladaq ki, müsabiqə noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək.Muxalifet - 17-10-2018
Bibiheybət məscidi təhlükədə: İstinad divarı uçdu - Foto
Bibiheybət yolunda (Bibiheybət məscidinin yaxınlığı) qeydə alınan sürüşmə zamanı istinad divarının bir hissəsi uçub.
Hazırda ərazidə təmizləmə işləri aparılır.Muxalifet - 17-10-2018
Pompeo Səudiyyə kralı ilə 15 dəqiqə görüşdü! 100 MİLYON DOLLAR ALDI
“New York Times” qəzetində yer alan xəbərə görə, Ər-Riyad rəhbərliyi Suriyada terror təşkilatı İŞİD-dan azad edilən bölgələr üçün ABŞ-a 100 milyon dollarlıq yardım edib. 100 milyon dollar Pompeonun dünən Səudiyyə Ərəbistanına etdiyi səfər zamanı dərhal ABŞ hökumətinə aid hesablara yatırılıb.
Pompeo itkin düşən jurnalist üçün gəlmişdi
Muxalifet3 - 17-10-2018
Paşinyan niyə indi istefa verdi? - Ermənistandakı siyasi dalğanın pərdəarxası
"Ermənistanın baş naziri Nikol Paşinyanın istefası taktiki xarakter daşıyır. Paşinyan erkən parlament seçkisini dekabrın əvvəlində keçirmək istəyir. Ancaq bunun üçün Konstitusiyaya görə birincisi baş nazir istefa verməlidir, ikincisi parlament 14 gün ərzində yeni baş nazir seçməməlidir. Bu zaman seçki qanununa görə parlament avtomatik yeni parlament seçkisi təyin etməlidir”.
Bu barədə politoloq Elxan Şahinoğlu deyib.Muxalifet - 17-10-2018
Bakıda avtobus qəzasına görə 2 nəfər həbs olundu
Bakıda bir nəfərin ölümünə səbəb olan avtobus sürücüsü və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətin avtodəstə rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib.
Muxalifet - 17-10-2018
Trampdan "Qaşıqçı" açıqlaması: Əgər məlumatları olubsa...
ABŞ prezidenti Donald Tramp, Ağ Evə yaxınlığı ilə tanınan Fox TV kanalına, 2 oktyabrda rəsmi prosedurlar üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedəndən sonra bir daha ondan xəbər alınmayan jurnalist Camal Qaşıqçı-nın “yox” olmasına dair açıqlama verib.
Xarici işlər naziri Mayk Pompeonun, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedərək vəliəhd şahzadə Məhəmməd bin Salmanla bir araya gəldiyini bildirən Tramp, "Hazırda vəliəhd şahzadə Kral ilə birlikdə, nə baş verdiyini anlamağa çalışır. Çox şey müəyyən olunacaq" deyib.Muxalifet3 - 17-10-2018
“Mən Qarabağ xalqının müstəqillik və azadlıq istəyini dəstəkləyirəm” – SURİYA DİNİ LİDERİNDƏN SƏRSƏM AÇIQLAMA
Suriyanın tanınmış dini liderlərindən olan Şeyx Əhməd Bədr ad-Din Hassun Suriya və dünyanın digər bölgələrindəki münaqişələrlə bağlı Rusiya mətbuatına verdiyi müsahibədə Dağlıq Qarabağ haqqında danışıb.
Muxalifet.az xəbər verir ki, dini lider regionda uzun müddətdir mövcud olan münaqişəli ərazilərin artıq həll edilməli olduğunu deyib və onlardan biri kimi Qarabağı misal göstərib.Muxalifet4 - 17-10-2018
Paşinyan ABŞ səfirinin "Qarabağı qaytarın" bəyanatına CAVAB VERDİ: "Ermənistan..."
“ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj hesab etmək olar”.
Bu barədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bəyanatını şərh edərkən deyib.
Paşinyan həmişə olduğu kimi danışıqların ruhuna zidd mövqe sərgiləyərək bildirib ki, “Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib”.Muxalifet - 17-10-2018
MƏMURLAR HAQQINDA ƏN ÇOX YAZAN SAYTLAR – Ötən həftənin statistikası
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlər təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 17-10-2018
Arda Turan və Berkay Şahin hakim qarşısına çıxacaq
Bir neçə gün əvvəl gecə klubunda dalaşan Arda Turan və Berkay Şahinin məhkəmə prosesinin vaxtı məlum olub.
Muxalifet.az xəbər verir ki, tərəflər prosesə vəkilləri ilə qatılacaqlar. Eyni zamanda Ardanın Özləm Ada Şahinə zorakılıq etdiyini gördüyünü deyən şəxs də şahid olaraq dindiriləcək.
Məlum olub ki, ilk məhkəmə prosesi 2019-cu ilin 30 yanvar tarixinə təyin edilib. Tərəflər bu tarixdə məhkəmədə üz-üzə gələcəklər.Muxalifet - 17-10-2018
“Kişi intim pirsinqini baha etmişəm ki, müraciət olmasın” - Aysel usta
“Təqribən 9 il əvvəl pirsinq etdirmək üçün usta axtarırdım. Onda başa düşdüm ki, Bakıda bu sahə inkişaf etməyib. O vaxt başqa bir sahədə çalışırdım və istiqaməti dəyişmək qərarına gəldim”.
Beləliklə o, qarşısına məqsəd qoyaraq əvvəl Bakıda, sonra Rusiyada tibb təhsili alır. Üzərində çalışması, bu sahəni sevməsinin nəticəsidir ki, sadəcə özünü yox, həm də pirsinq sahəsini ölkəmizdə inkişaf etdirə bilib.
“Qafqazinfo”nun budəfəki qonağı hamının “Pirsinq Aysel” kimi tanıdığı Aysel Məmmədovadır.
Muxalifet - 17-10-2018
MKİ Hitlerin seksual oriyentasiyasını AÇIQLADI: "Gənc oğlanlarla...."
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Nasist Almaniyasının lideri Adolf Hitlerin seksual oriyentasiyası haqqında məruzəni məxfilikdən çıxarıb.
“RİA-Novosti” agentliyi xəbər verir ki, məruzəyə görə, Hitler biseksual idi, həmçinin sado-mazoxist meyllərinə malik idi.Muxalifet4 - 17-10-2018
Casus Brunson indi də məhkumluqdan qurtulmaq istəyir
Amerikalı casus Brunsonun vəkili, müvəkkilinə verilən həbs cəzasının "üsul və qanuna zidd olduğu" iddiasıyla İzmir Bölgə Ədliyyə Məhkəməsinə müraciət edib.
Müxalifət.azMuxalifet3 - 17-10-2018
Pompeo ilə görüşdən sonra Çavuşoğlundan “Qaşıqçı” açıqlaması
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra jurnalistlərə açıqlama verib. Jurnalist Camal Qaşıqçı-nın itməsinə dair danışan Çavuşoğlu, bu gün Səudiyyə Ərəbistanının konsulluğunun iqamətgahında və bütün avtomobillərində axtarış aparılacağını bildirib.
Müxalifət.azMuxalifet3 - 17-10-2018
Bayılda sürüşmə oldu, 1 ev tamamilə dağıldı, digərləri zərər gördü
Oktyabrın 17-də səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsinin “Amfiteatr” ərazisindəki Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən bildiriblər ki, sürüşmənin səbəbi təbii amillər deyil, texnogen səbəblərdir. Sürüşmə nəticəsində 9 nömrəli ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur.
Muxalifet4 - 17-10-2018
UFC prezidenti Həbib Nurməhəmmədovla bağlı qərarını açıqladı - “ÇIXIŞLARINI DAVAM ETDİRƏCƏK”
Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC himayəsi altında çıxış etməyə davam edəcək.
Bunu təşkilatın prezidenti Deyna Uayt bəyan edib.
“O qalır. Biz bacardıq və işimizə davam edəcəyik. Həbib üzülmüşdü və özündən çıxmışdı”, - Uayt deyib.
UFC prezidenti qeyd edib ki, Nurməhəmmədovun çox emosional döyüşü olub, buna baxmayaraq, onlar münasibətlərini qoruya biliblər.
“Həbib əla oğlandır”, - təşkilat rəhbəri əlavə edib.
Uayt bildirib ki, Zubayra Tuhuqovun turnirdəki taleyi barədə hələ qərar verilməyib.
Muxalifet4 - 17-10-2018
ABŞ senatorundan Trampa sillə kimi sözlər: “Qaşıqçı hadisəsi ilə bağlı Səudiyyədən nə qədər aldın?”
ABŞ-ın Demokrat Partiyasının öndə olan Massaçusets senatoru Elizabet Uorren, prezident Donald Trampı jurnalist Camal Qaşıqçı-nın İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda itməsi prosesindəki davranışı səbəbiylə tənqid edib.
Muxalifet3 - 17-10-2018
Buzovnada evə basqın: Maskalılar 82 yaşlı qadını... - Dəhşət
Bakının Xəzər rayonunda yaşayış evinə basqın olub.
Belə ki, oktyabrın 16-da, saat 18 radələrində Buzovna qəsəbəsində 82 yaşlı qadının evinə iki nəfər maskalı şəxs girib.
Onlar Bakı şəhər sakini olan 82 yaşlı qadın döyərək evdən 1000 manatını və mobil telefonunu apardılar.
Yaşlı qadın baş verən quldurluq hadisəsi ilə bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə müraciət edib.
Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib.
Muxalifet4 - 17-10-2018