Axtarış

The search found 105700 results in 0.112 seconds.

Search results

  1. Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

    Bu gün Bakı Apellyasiya Məhkəməsində bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
    “Report”un məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
    Qərara əsasən, M.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib.
    Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir.

    Muxalifet - 17-10-2018

  2. ​Rusiya və Misir prezidentlərinin görüşü ləğv edilib

    Rusiya və Misir prezidentləri Vladimir Putin ilə Əbdül Fəttah əs-Sisi arasında geniş formatda keçirilməsi planlaşdırılan görüşün Kerçdə baş vermiş partlayışdan sonra ləğv olunmasına qərar verilib.
    Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətindəki mənbə məlumat verib.
    "Bəli, danışıqlar ləğv edildi. Əvvəlcədən planlaşdırılan nahar da sual atındadır", - mənbə deyb.
    Qeyd edək ki, bu gün Kerçdə Politexnik Kollecində partlayış baş verib. İlkin məlumatlara görə, 18 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

    Muxalifet - 17-10-2018

  3. ​Melaniya Trampın təyyarəsinə duman doldu, məcburi eniş etdi

    ABŞ-ın birinci ledisi Melaniya Trampın olduğu təyyarənin kabinəsinə dolan duman məcburi enişə səbəb olub.
    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın Filadelfiyadan havaya qalxan şəxsi təyyarəsi içəri sızan duman və yanıq qoxusu ilə əlaqədar Merilendə geri dönüb. 
    Təyyarədəki sərnişinlərə yaş dəsmallar paylanıb. 
    Qeyd edək ki, birinci xanım Filadelfiyada narkotik asılılığından əziyyət çəkənlər və onların ailələri ilə görüşəcəkdi. 

    Muxalifet - 17-10-2018

  4. ​Sürüşmə zonasında çatlar genişlənib - SON DURUM

    Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, saat 18:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən ərazidə gərginlik davam edir. Gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub. Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.

    Muxalifet - 17-10-2018

  5. ​İlham Əliyev Aydan Rzayevaya YÜKSƏK VƏZİFƏ VERDİ

    Prezident İlham Əliyev Aydan Rzayevanın Azərbaycanın Avstraliyada fəxri konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
    Muxalifet.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Aydan Atif qızı Rzayeva Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırılsın.

    Muxalifet - 17-10-2018

  6. Baş nazir prezidentin tələbini rədd etdi – Gürcüstanda siyasi böhran dərinləşir

    Prezident seçkisi öncəsi Gürcüstanda siyasi gərginlik olduqca yüksək həddə çatıb. Son günlər vəziyyət o dərəcədə gərginləşib ki, artıq hakim partiyanın yüksək eşalonlarında da ciddi qarşıdurma müşahidə olunmaqdadır.
    Belə ki, bir müddət öncə hakim “Gürcü arzusu” partiyasının tanınmış simalarının müxtəlif cinayətlərdə iştirakını təsdiqləyən audioyazılar yayımlanmağa başlayıb. Olduqca ilginc faktları və cinayətləri üzə çıxaran həmin səs yazıları ölkədə siyasi böhrana yol açmaqdadır.

    Muxalifet - 17-10-2018

  7. ​İsrail bombalandı: yaralılar var

    İsrail raket zərbələrinə məruz qalıb.
    Raket zərbələri oktyabrın 17-də Qəzza sektoru tərəfdən endirilib.
    Mərmilərdən biri Beer Şeva şəhərindəki evlərdən birinə düşüb, xəsarət alanlar var.
    Daha bir mərmi isə Təl-Əvivdən cənuba, Bat Yam şəhəri yaxınlığında dənizə düşüb.
    İsrail hərbçiləri raket əleyhinə sistemlərin niyə işə düşmədiyini aydınlaşdırırlar.
    Buna cavab olaraq İsrail aviasiyası Qəzza sektoruna zərbələr endirib. Fələstinlilərin məlumatına görə, bir nəfər ölüb, ən azı 10 nəfər yaralanıb.

    Muxalifet - 17-10-2018

  8. ​Erməni faşizmi təhlükəsinə qarşı... - Polkovnik

    “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda 20-dən çox ölkənin veteranlar təşkilatların rəhbərləri, Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun iştirak edir. Konfransda beynəlxalq təhlükələrə qarşı mübarizə mövzusu müzakirə olunur. Tədbirdə Azərbaycanın üzləşdiyi erməni faşizmi təhlükəsinə qarşı mübarizə yollarını müəyyənləşdirir, beynəlxalq təşkilatları Azərbaycan həqiqətləri barədə məlumatlandırırıq.

    Muxalifet3 - 17-10-2018

  9. ​Bakıda yeni yağış-kanalizasiya xətləri çəkilir - Foto

    İntensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədilə əlavə xətlərin çəkilişi işləri görülür. Bu məqsədlə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından Sabunçu yol qovşağı istiqamətində yağış sularının kənarlaşdırılması üçün əlavə 60 metr uzunluğunda xətt çəkilib və ərazidə yeni yağış barmaqlıqları quraşdırılıb.
    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Muxalifet3 - 17-10-2018

  10. Nikol pis durumda: Torpaqlar geri qaytarılmalıdır - Navasardyan

    ABŞ-Ermənistan münasibətlərində “məxməri inqilabdan” sonra ikinci nəfəs açılıb.

    Muxalifet3 - 17-10-2018

  11. ​Azərbaycanda maaşlar artırıldı: 2000 manat

    Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, sərəncama əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilib.
     
     

    Muxalifet3 - 17-10-2018

  12. ​Nazir "Xarı bülbül" festivalının bərpasından danışdı

    Biz "Xarı bülbül" beynəlxalq festivalının bərpa edilməsində maraqlıyıq.
    Muxalifet.az xəbər verir ki, bunu report -un sualını cavablandırarkən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
    Nazir bildirib ki, bu mütləq baş verəcək: "Əlbəttə ki, biz "Xarı bülbül" beynəlxalq festivalının bərpa edilməsində maraqlıyıq. Amma festivalın tarixçəsi Şuşa ilə bağlı olduğu üçün onun yenidən bərpa olunması məsələsi də Şuşanın azad olunacağı günə bağlıdır".
    Ə.Qarayev ölkənin regionlarında mədəni dəyərlərin təbliği məqsədlə yeni layihələr həyata keçiriləcəyini bildirib.

    Muxalifet3 - 17-10-2018

  13. ​Putin Sisi ilə memorandum imzaladı: Sənaye zonası yaradılır

    Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Rusiyada rəsmi səfərdə olan Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Sisi arasında danışıqlar aparılıb.

    Muxalifet3 - 17-10-2018

  14. ​Tramp Qaşıqçı ilə bağlı geri addım atdı: Uzaqlaşmaq istəmirik

    Yoxa çıxan jurnalist Camal Qaşıqçı məsələsinə görə Səudiyyə Ərəbistanından uzaqlaşmaq istəmirik.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
    Bundan əlavə, Tramp terrora qarşı mübarizədə Səudiyyə Ərəbistanına ehtiyaclarının olduğunu söyləyib.
     

    Muxalifet3 - 17-10-2018

  15. ​ŞOK: Kamal Qaşıqçını tikə-tikə doğrayıb,üzünün dərisini soydular - 18+ FOTOLAR (ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN)

    Muxalifet.az veteninfo.az-a istinadən xəbər verir ki,bir müddət öncə Səudiyyə Ərəbistanının Türkiyədəki Konsulluğuna girdikdən sonra,yoxa çıxan jurnalist Kamal Qaşıqçı ilə bağlı bütün detallar üzə çıxıb.Məlum olub ki, Səudiyyə Ərəbistanlığından jurnalisti qətlə yetirmək üçün xüsusi cəlladlar gəlib.Artıq Türkiyə təhlükəsizlik əməkdaşalrı konsulluqda baş verən bütün qandonduran cinayəti tamamilə açıb ortaya qoyublar.Məlum olub ki, cəlladlar ilkin olaraq Qaşıqçını xüsusi qəddarlıqla döyüvlər,sonra isə onu elektirik mişarı ilə doğrayıblar.Veteninfo.az-a Türkiyədəki qaynaqlardan daxil olan bu qa

    Muxalifet3 - 17-10-2018

  16. ​Küveytli ekspertdən Azərbaycan turizmi ilə bağlı yeni kataloq

    Oktyabrın 17-də Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ərəb Turizm Təşkilatının elektron turizm üzrə eksperti, küveytli bloqqer Xalid Əl-Vəsmi ilə görüşüb.

    Muxalifet3 - 17-10-2018

  17. ​Rusiyadan Qaşıqçı ilə bağlı: Bütün dünyanın...

    Moskva rəhbərliyi Ankara və Ər-Riyadın yoxa çıxan jurnalist Camal Qaşıqçı ilə bağlı istintaqın aparılmasında əməkdaşlıq etməsindən məmnundur.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.
    Zaxarova bütün dünyanın Qaşıqçı ilə bağlı həqiqətləri öyrənməsini istədiklərini söyləyib.
     

    Muxalifet3 - 17-10-2018

  18. ​ABŞ Türkiyəyə sanksiyaları ləğv edəcəkmi? - Pompeo açıqladı

    Türkiyəyə tətbiq edilən sanksiyaların ləğv edilib-edilməməsi ilə bağlı yaxın vaxtlarda qərar veriləcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyəyə səfəri zamanı deyib.
     

    Muxalifet3 - 17-10-2018

  19. ​Neymar Argentina ilə görüşdə bu nəticəyə imza atdı

    Braziliya milli komandasının ötən gün Argentina yığması ilə keçirdiyi yoldaşlıq görüşü beşqat dünya çempionlarının hücumçusu Neymar üçün əlamətdar olub.
    Muxalifet.az xəbər verir ki, oyunun taleyini həll edən yeganə qolun müəllifi Mirandaya məhsuldar ötürmə verən Neymar nəticədə “qol+pas” sistemi ilə 100 xal (59 qol və 41 qolla nəticələnən ötürmə) qazanıb. O, bu göstəriciyə komandada 94 matç keçirməklə nail olub.

    Muxalifet3 - 17-10-2018

  20. “Rusiya Qarabağı qaytarsa Ermənistanı itirə bilər...” – Gözlənilməz AÇIQLAMA

    Ermənistanda stabilliyin pozulması və digər faktorları nəzərə alsaq, Qarabağ münaqişəsinin “dondurulması” uzun müddət davam edə bilməz.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri oxu.az-ın müxbiri ilə söhbətində rusiyalı politoloq, Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk deyib. 
    Onun sözlərinə görə, Qarabağ ətrafındakı Azərbaycan rayonlarının geri qaytarılması ilə bağlı danışıqlar, həqiqətən də, çoxdur. Ancaq bu, danışıqdan başqa bir şey deyil, çünki “Lavrov planı” deyilən bir şey yoxdur. 

    Muxalifet3 - 17-10-2018

Pages