Bu gün Səudiyyə Konsulluğunda axtarış aparılacaq
15-10-2018 13:49
Baxış sayı:
5170

Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələr, Səudiyyəli jurnalist Camal Qaşıqçının daxil olub, sonra çıxa bilmədiyi Səudiyyənin İstanbuldakı Baş Konsulluğunda günortadan sonra axtarış aparılmasının gözləndiyini bildirib.
Qeyd edək ki, Türkiyə XİN Səudiyyə rəsmilərinə axtarış aparılmasına icazə üçün bazar ertəsinə kimi vaxt tanımışdı. Əks təqdirdə, baş konsul da daxil, bütün diplomatik heyətin ölkədən deportasiya ediləcəkləri xəbərdarlığını etmişdi. Bu gün vaxt tamam olub.
Müxalifət.az