Axtarış
The search found 105700 results in 0.094 seconds.
Search results
Hansı «zərərli ərzaq»lar faydalı da ola bilirmiş? – Diyetologiyada yenilik
Diyetoloqlar bütün ərzaq məhsullarını iki böyük qrupa bölürlər: zərərli ərzaqlar və faydalı ərzaqlar.
Muxalifet - 19-10-2018
"Arda Türkiyəyə tətil üçün də gəlməsin" - Mustafa Dənizli
"Kasımpaşa”nın baş məşqçisi Mustafa Dənizli Arda Turan haqqında açıqlama verib.
Muxalifet.az xəbər verir ki, Dənizli Türkiyə mətbuatına açıqlamasında bunları deyib:
"Ardanın özünə də demişəm, o, heç Türkiyəyə tətil üçün də gəlməsin. O, türk futbolunun bir dəyəridir. Türkiyəyə gəlməməli idi. Cenk Tosun da gəlməsin. Karyerasında geriləsə belə, bura qayıtmasın”.
Mustafa Dənizli 2013/14 mövsümündə "Xəzər Lənkəran”ın "sükanı arxasında" olub.
Müqavilə ilə "Barselona"ya məxsus olan Arda, icarə əsasında "Başakşəhər" forması geyinir.Muxalifet - 19-10-2018
Qaşıqçı buna görə aradan götürdülər!
Camal Qaşıqçı, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana qarşı twitter üzərindən əməliyyat planlaşdırıbmış. O plan İsrail tərəfindən ifşa edilib, Məhəmməd bin Salmana bildirilmişdir. Sonra isə Qaşıqçı-ya təhdid prosesi başlayıb.
Taha Dağlı / Haber7
Qaşıqçı düyününün İstanbul ayağında ortaya çıxan faktlar vəliəhd şahzadə Məhəmməd bin Salmanı işarə edirdi.
Böhranın ABŞ ayağında da izlər onu göstərir.Muxalifet3 - 19-10-2018
Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovniki
Muxalifet - 19-10-2018
Peskov Putinlə Tramp arasındakı münasibətdən danışdı
"Heç bir münasibət Vladimir Putini öz hədəflərindən yayındıra bilməz".
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın 1-ci kanalına müsahibə verərkən deyib. O, federasiya başçısı Vladimir Putinin digər ölkələrin siyasi liderləri ilə olan şəxsi münasibətlərindən danışarkən ABŞ lideri Donald Trampla olan münasibətlərin üzərində xüsusi ilə dayanıb:Muxalifet - 19-10-2018
Krımın keçmiş maliyyə naziri yol qəzasında öldü
Krım Dövlət Şurasının sədrinin məsləhətçisi, regionun keçmiş maliyyə naziri Pavel Tokarev avtomobil qəzasında həlak olub.
Muxalifet.az "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Krım Respublikasının Dövlət Şurasının saytında məlumat yayılıb.
Bildirilib ki, o, 57 yaşında dünyasını dəyişib. Faktla bağlı istintaq başladılıb.
Qeyd edək ki, Tokarev 2006-cı ildən 2010-cu ilə qədər Krımın maliyyə naziri vəzifəsində çalışıb.Muxalifet - 19-10-2018
"Səni axtarıram"da manyakın əməlləri üzə çıxdı — VİDEO(+18)
"Xəzər" telekanalında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan "Sən axıtarıram" verilişində daha bir dəhşətli hadisənin üstü açılıb.
Proqrama müraciət edən Daşkəsən rayonu, Tapan kəndinin 15 yaşlı sakini Aytac Bağırova atası Firdovsi Bağırovun öz valideynlərini öldürməyə cəhd etdiyini qeyd edib. X.Hidayətqızının iştirakıyla Daşkəsənə yollanan çəkiliş qrupu dəhşətli mənzərəylə üzləşiblər. Aytacın dediyi kimi, F.Bağırov öz valideynlərini, həmçinin övladlarını və həyat yoldaşını öldürməyə cəhd edib.Muxalifet - 19-10-2018
Yasamaldakı növbəti sosial evlər SATIŞA ÇIXARILACAQ
Yaxın vaxtlarda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində növbəti binalardakı mənzillərin satışına başlanacaq.
Bu barədə Muxalifet.az-ın sorğusuna cavab olaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib.
D.Dadaşova qeyd edib ki, konkret tarix bəlli olmasa da, yaxın müddətdə növbəti binalardakı mənzillərin satışı ilə bağlı elan veriləcək.
MİDA rəmisi həmçinin deyib ki, Yasamal Yaşayış Kompleksində tikilən binların hamısı hazırdır və tam təmirlidir.Muxalifet - 19-10-2018
Ermənistana qan udduran Azərbaycanın XÜSUSİ QRUPU - Əməliyyatların ŞOK DETALLARI
Bu gün Ermənistana ağır kiber zərbələr endirməklə tanınan Azərbaycanın ilk haker komandalarından biri “Anti-armenia Team” qrupunun fəaliyyətə başlamasının 7-ci ildönümü tamam olur.
Qrupdan Publika.az-a verilən məlumata görə, “Anti-armenia Team” bu yaşına qədər haker qrupu üçün vacib əhəmiyyət kəsb edən bütün istiqamətlərdə - həm təşkilati, həm də kiberhücum əməliyyatları baxımından yüksək nəticələr əldə edib.Muxalifet - 19-10-2018
Bakıda cibgir qızların paltarından gileyləndi: “ÇOX DAR GEYİNİRLƏR”
Statistikaya əsasən məlum olur ki, son vaxtlar Bakıda cibgirlik hallarının sayı xeyli azalıb.
Muxalifet - 19-10-2018
Sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb
Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.
“Report” xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov keçirdiyi brifinqdə deyib ki, Zığ, Masazır Zəli gölü, “At yalı” qəsəbəsindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur.Muxalifet - 19-10-2018
Almaniyada ATIŞMA: polislər yaralanıb
Almaniyada atışma olub.
Muxalifet.az Trend-ə istinadən xəbər veirr ki, insident ölkənin qərbində, Reynland-Pfalts federal torpağının Kirxhaym-an-der-Vaynştrasse şəhərində qeydə alınıb.
Bildirilir ki, səhər saatlarında polisin əməliyyatı zamanı atəş səsləri eşidilib. İki polis əməkdaşı ağır yaralanıb. Onlardan biri qadındır.
Digər təfərrüatlar barədə hələ məlumat verilmir.Muxalifet - 19-10-2018
Azərbaycanlı milyarder seçki ərəfəsində Amerikada “qurama” şirkəti niyə açıb?
“The Guardian” qəzetinin yazdığına görə azərbaycanlı milyarder, “Crocus Group” şirkətinin sahibi Araz Ağalarov ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində “qurama” şirkət açıb. Virtualaz.org xəbər verir ki, “Silver Valley Consulting” adlı şirkət həmin ilin mayında təsis olunub. Bu haqda sorğu materiallarına və tənzimləyici orqanlarının reyestrinə istinadən bildirilir.
Muxalifet - 19-10-2018
Öldürüb cəsədini yol nişanından asdılar - DƏHŞƏTLİ GÖRÜNTÜ
Türkiyənin Qəhrəmanmaraş şəhərinin Andırın qəsəbəsi yaxınlığında naməlum şəxs və ya şəxslər tülkünü öldürəndən sonra cəsədi yol kənarındakı hərəkət nişanından asıbar.
Muxalifet.az "Milliyet"ə istinadən xəbər verir ki, ayağından asılmış heyvan cəsədini görən yerli sakinlər bu barədə aidiyyatı qurumlara məlumat veriblər.
Tülkünü lövhənin üzərindən götürən ovçu “Bunu edən insanlıqdan xəbərsizdir. Nə olursa olsun, o da bir canlıdır”, deyə, bildirib.Muxalifet - 19-10-2018
İstanbulda atışma olub, yaralanan var
İstanbulun Eminönü bölgəsində naməlum şəxs ətrafa 7-8 dəfə atəş açıb.
Muxalifet.az xəbər verir ki, hadisə zamanı 1 nəfərin yaralandığı bildirilir. Əraziyə çoxlu sayda polis cəlb olunub.Muxalifet - 19-10-2018
İstirahət günlərində səyahətə çıxanların NƏZƏRİNƏ
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Muxalifet - 19-10-2018
Sərhəddə BÖYÜK SIXLIQ: Azərbaycanlı zəvvarlar 1 sutkadır, gözləyirlər - VİDEO
Azərbaycan-İran sərhədində sıxlıq yaranıb. Muxalifet.az Baku.ws-ya istinadən xəbər verir ki, Kərbəlaya ziyarətə gedən zəvvarların da olduğu avtobuslar Astara gömrük postunda dayanıb. 20-dən çox avtobus 1 sutka gündən artıqdır ki, sərhəddən İran ərazisinə buraxılmır. Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Natiq Axundov açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda nisbi sıxlıq yaranıb.
Muxalifet - 19-10-2018
İzmirdə 6.3 milyard dollalıq Azərbaycan layihəsinin açılış mərasimi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (SOCAR Turkey Aegean Refinery) açılış mərasimi keçirilir.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, SOCAR prezidenti Rövnəq Abdullayev, hər iki ölkənin dövlət və hökumət rəsmiləri iştirak edir.
Muxalifet - 19-10-2018
“Qaşıqçının qətlində Trampın da günahı var…” – Jurnalist son məqaləsində nədən yazıb?
“Səudiyyəli jurnalist və dissident Camal Qaşıqçının qətlində həmçinin Donald Trampın da günahı var…”
“AzPolitika” Qərb mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın nüfuzlu dərgiləri C.Qaşıqçının ölümünə görə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yanaşı, Donald Trampı da günahlandırır.
Muxalifet - 19-10-2018
"Qızım həmişə döyülüb, 2 dəfə də uşağı tələf olub"- əri tərəfindən yandırılan qızın anası
Arvadını yandıraraq öldürən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hadisə baş verən mağazanın işçisi Samir Abdullayev ifadə verib.
Şahid söyləyib ki, həmin gün Məsud əlində bir şüşə ilə içəri daxil olub və mərhumun üstünə qaçıb.Muxalifet - 19-10-2018