Axtarış
The search found 105700 results in 0.154 seconds.
Search results
Generaldan İNANILMAZ SÖZLƏR: Rusiya tezliklə dağılacaq
“Rusiya Sovet İttifaqının dağılmasına gətirib çıxaran durğunluq mərhələsinə daxil olub. Düşünürəm ki, əgər prezident Vladimir Putinin belə siyasəti davam edərsə, onda Rusiyanı çətin zamanlar gözləyir Rusiya tezliklə SSRİ-nin taelyini təkrarlayacaq”.
Muxalifet.az xəbər verir ki, bunu Ukraynanın “Apostrof” nəşrinə təhlükəsizlik məsələləri üzrə ekspert, xarici kəşfiyyat veteranı, general-leytenant Vasiliy Boqdan bildirib.Muxalifet3 - 19-10-2018
Avropanın ən böyük günəş elektrik stansiyası açıldı
Portuqaliyanın kiçik şəhəri olan Orikada Avropanın ən böyük günəş elektrik stansiyası işə salınıb.
Muxalifet.az xəbər verir ki, stansiya 25 min ailəni elektrik enerjisi ilə təmin edə biləcək. Adi istilik elektrik stansiyaları ilə müqayisədə günəş elektrik stansiyası atmosferə ildə 50 min ton daha az karbon qazı buraxır.
Yeni elektrik stansiyasının işə salınması ilə Portuqaliya demək olar ki, 2020-ci ilədək bərpaolunan enerji mənbələri üzrə öz məqsədlərinə çatıb. Portuqaliyada bərpaolunan enerjinin payı 29 faiz təşkil edir, 2020-ci ilədək bu, 31 faizə çatmalıdır.Muxalifet3 - 19-10-2018
Suriya Ər-Riyadı tələbinə görə peşman etdi: Adı belə yoxdur
Səudiyyə Ərəbistanının nə konstitusiyası, nə də bir parlamenti var. Hətta adı belə yoxdur.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri çıxış edib.
"Səudiyyə Ərəbistanı krallığı demək Fransa respublikası və ya Tramp Birləşmiş Ştatları demək kimi bir şeydir", - Cəfəri vurğulayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı davamlı olaraq, Suriyada yeni konstitusiyanın yaradılmasını tələb edir və BMT-də gündəmə gətirir.
Muxalifet3 - 19-10-2018
Vasif Talıbov onları təltif etdi - Siyahı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet3 - 19-10-2018
Qərbi Nil virusu təhlükəsi yayılır: 41 ölü, 306 yoluxma
Yunanıstanda bir il ərzində Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə, bu xəstəliyə yoluxanların sayı isə 306 nəfərə çatıb.
Muxalifet.az xəbər verir ki, hazırda 13 nəfər xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, Qərbi Nil virusu Yunanıstanda birinci dəfə 2010-cu ildə aşkarlanıb. 2010-2014-cü illərdə xəstəlikdən 80 nəfər vəfat edib. 2015-2016-cı illərdə isə xəstəliyə yoluxanlar barədə məlumat daxil olmayıb. 2017-ci ildən başlayaraq bu virusa yoluxmaların sayı yenidən artmağa başlayıb.
Virus ağcaqanadlar vasitəsilə yayılır.
Muxalifet3 - 19-10-2018
Rusiyada zavodda partlayış - Video
Rusiyanın Sankt-Peterburq şəhərində "Avanqard" pirotexnika məmulatları zavodunda partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb.
Yaralıların olduğu bildirilir.
Muxalifet3 - 19-10-2018
Abedən Çin səfəri öncəsi "panda" diplomatiyası
Yaponiya Baş naziri Şinzo Abe gələn həftə Çinə edəcəyi rəsmi səfər öncəsi iki ölkə arasında inkişaf edən əlaqələrin göstəricisi kimi Çindən bir panda alınması barədə razılıq əldə edib.
Muxalifet.az xəbər verir ki, Abe pandanın Yaponiyada zooparkalardan biri üçün icarəyə götürülməsi üçün sifariş verib.
Panda baş nazirin Çin səfərində ona təhvil veriləcək.
Qeyd edək ki, Çin ilk dəfə 1972-ci ildə Yaponiya ilə normallaşan ikitərəfli əlaqələrin xatirəsinə Tokiodakı Ueno zooparkına bir panda hədiyyə etmişdi.
Muxalifet3 - 19-10-2018
“Milli Qəhrəmanın adına olan məktəbin ərazisi satılıb” – Video
Milli Qəhrəman Eldar Həsənovun adı verilən Cəlilabad şəhər 3 saylı ümumi orta məktəbin idman meydançasının ərazisi satılıb və həmin ərazidə yaşayış evləri tikilib.
Muxalifet.az xəbər verir ki, bu barədə bizimyol.info-ya Cəlilabad sakini Bayramov Emil Dənizxan oğlu bildirib.
Onun sözlərinə görə, məktəb üçün yeni inzibati binanın inşa olunmasına ehtiyac var: “Şagirdlər tədris üçün yararsız vəziyyətdə olan daxmalarda təhsil alırlar”.
E.Bayramov bildirib ki, Milli Qəhrəman Eldar Həsənovun büstü də baxımsız vəziyyətdədir.Muxalifet3 - 19-10-2018
Ərdoğanla bütün hədəflərə uğurla çatırıq - İlham Əliyev
Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. Biz “Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var.
Muxalifet3 - 19-10-2018
Pakistanda güclü zəlzələ oldu: zərərçəkənlər və dağıntılar...
Pakistanın Minqora şəhərinin şimal-şərqində 6,7 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, zəlzələ İslamabad, Ravalpindi, Abbotabad şəhərləri və Murqab yaşayış sahəsində də güclü olub.
Axşam saat 17.24 dəqiqədə baş verən zəlzələdə zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.
Tacikistan ərazisində isə zəlzələ 5,2 bal gücündə olub.
Muxalifet3 - 19-10-2018
Ona Türkiyədə nə video, nə də səs yazısı verildi - Tramp
Mayk Pompeoya Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğundakı hadisə ilə bağlı nə bir video, nə də ki, səs yazısı verilib.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.
Qeyd edək ki, daha öncə də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pompeoya hər hansı səs yazısının verilməsi məsələsinin gündəmdə olmadığını bəyan edib.
Muxalifet3 - 19-10-2018
Castin Biber etiraf etdi: “Heyli Bolduinlə evləndim”
Selena Qomezdən ayrıldıqdan sonra Heyli ilə sevgili olan müğənni Castin Biber evləndiyini etiraf edib.
Muxalifet.az xəbər verir ki, Los-Anceles şəhərində yemək yeyən Castin və Heyli cütlüyü evlilik barədə sualları cavablandırıb. Castin evləndiklərini söyləyib.
Castin bir müddət əvvəl evləndiyi barədə xəbərləri sosial şəbəkədəki səhifəsində yalanlamışdı. Amma müntəzəm olaraq bu suallarla üzləşdiyi üçün evləndiyini boynuna alıb.
Kanadalı müğənni sevgilisinin çətin vaxtlarında hər zaman ona dəstək olan bir mələk olduğunu bildirib.
Muxalifet3 - 19-10-2018
Ölkədə qızıl-gümüş bahalaşdı
Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, məlumatına görə, oktyabrın 19-da qızılın qiyməti oktyabrın 18-i ilə müqayisədə 6,137 manat artaraq 1 unsiya üçün 2086,597 manat təşkil edib.
Gümüş 0,0229 manat bahalaşaraq 1 unsiya üçün 24,8452 manata bərabər olub.
Platinin qiyməti 4,0545 manat azalaraq 1411,391 manat, palladiumun qiyməti isə 11,152 manat artaraq 1835,2095 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Muxalifet3 - 19-10-2018
ABŞ Husyanovanı ittiham etdi: Seçkilərə müdaxilə...
ABŞ Ədliyyə Nazirliyi Yelena Husyanova adlı Rusiya vətəndaşının 6 noyabrda baş tutacaq seçkilərə müdaxilə təşəbbüsü ilə çıxış etməsi barədə məlumat yayıb.
Muxalifet.az xəbər verir ki, nazirlik sözügedən qadının bu məqsədlə müvafiq şəxsləri təşkilatlandırdığını bildirib.
Muxalifet3 - 19-10-2018
Qaşıqçının harada öldürüldüyü bəlli oldu
Əl-Cəzirə televiziyası, Camal Qaşıqçı-nın Konsulluqda harada öldürüldüyünün müəyyən edildiyini bildirib.
Əl-Cəzirə xəbər kanalı canlı yayımda Camal Qaşıqçı cinayəti ilə bağlı yeni detallar irəli sürüb.
Səs qeydlərinə və axtarış işlərində olan dəlillərə əsaslanaraq Camal Qaşıqçının Konsulluğa girər girməz bir neçə nəfərin hücumuna məruz qalaraq öldürüldüyü iddia edilib.Muxalifet3 - 20-10-2018
Qaşıqçı cinayəti ilə bağlı Konsulluq işçilərinə “susun” təlimatı verilib: 45 şahid var
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan Camal Qaşıqçı araşdırmasında yeni bir hadisə baş verib. Prokurorluq, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda işləyən 20 Türk personal "şahid” sifətilə ifadəyə çağrılıb.
Muxalifet3 - 20-10-2018
Səudiyyə Ərəbistanın Qaşıqçının ölməsi ilə bağlı açıqlamasına ABŞ-dan ilk reaksiya
Ağ Ev sözçüsü Sarah Sanders, Səudiyyə Ərəbistanının, Qaşıqçı-nın öldüyünü təsdiq etdikdən sonra məsələ ilə bağlı yazılı açıqlama verib. Səudiyyə Ərəbistanının Qaşıqçı-nın aqibətinə dair bildirdiyi istintaq nəticələrinin və şübhəlilərə qarşı gördüyü tədbirlərin ABŞ rəhbərliyi tərəfindən qəbul edildiyini bildirən Sanders, açıqlamasında bu ifadələrə yer verib: BEYNƏLXALQ ARAŞDIRMALARI YAXINDAN TƏQİB EDƏCƏYİK “Cənab Qaşıqçı-nın öldüyünün təsdiq edildiyini eşitmək bizi kədərləndirdi. Qaşıqçı-nın ailəsinə, nişanlısına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.
Muxalifet3 - 20-10-2018
BMT-dən Səudiyyə Ərəbistanın açıqlamasına ilk reaksiya
BMT-nin baş katibi Guterres, Camal Qaşıqçı-nın ölümündən dərin kədər duyduğunu bildirərək, sürətli, hərtərəfli, şəffaf istintaq çağırışı edib.
Müxalifət.azMuxalifet3 - 20-10-2018
Səudiyyə vəliəhdi bin Salmana yeni vəzifə verildi
Səudiyyə Ərəbistanının jurnalist Camal Qaşıqçı-nın öldüyünü açıqlamasından sonra mübahisələrin mərkəzindəki vəliəhd şahzadə Məhəmməd bin Salmana yeni vəzifə tapşırılıb.
Bu çərçivədə Səudiyyə Ərəbistanı Baş Kəşfiyyat İdarəsinin yenidən qurulması üçün vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında nazirlik komitəsinin yaradılması qərara alınıb.Müxalifət.az
Muxalifet3 - 20-10-2018
Səudiyyə Ərəbistanı Qaşıqçının öldürüldüyünü qəbul etdi: 18 nəfər həbs olundu
Səudiyyənin baş prokuroru, jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda bir münaqişə zamanı öldüyünü açıqlayıb.
Səudiyyə Ərəbistanında kralın fərmanı ilə, Səudiyyə Ərəbistanı Baş Kəşfiyyat İdarəsinin sədr müavini Əhməd Asiri vəzifədən alınıb.
18 SƏUDİYYƏLİ HƏBS OLUNDU
Bundan başqa, 18 nəfər həbs olunub və ən səlahiyyətli hərbi personal vəzifədən alınıb.Muxalifet3 - 20-10-2018