Səudiyyə Ərəbistanın Qaşıqçının ölməsi ilə bağlı açıqlamasına ABŞ-dan ilk reaksiya

Ağ Ev sözçüsü Sarah Sanders, Səudiyyə Ərəbistanının, Qaşıqçı-nın öldüyünü təsdiq etdikdən sonra məsələ ilə bağlı yazılı açıqlama verib. Səudiyyə Ərəbistanının Qaşıqçı-nın aqibətinə dair bildirdiyi istintaq nəticələrinin və şübhəlilərə qarşı gördüyü tədbirlərin ABŞ rəhbərliyi tərəfindən qəbul edildiyini bildirən Sanders, açıqlamasında bu ifadələrə yer verib: BEYNƏLXALQ ARAŞDIRMALARI YAXINDAN TƏQİB EDƏCƏYİK “Cənab Qaşıqçı-nın öldüyünün təsdiq edildiyini eşitmək bizi kədərləndirdi. Qaşıqçı-nın ailəsinə, nişanlısına və əzizlərinə dərin hüznlə başsağlığı veririk. Bu faciəli hadisəyə qarşı beynəlxalq araşdırmaları yaxından təqib etməyi davam etdirəcəyik. Zamanında, şəffaf və hüquqa uyğun gerçəkləşəcək ədaləti müdafiə edəcəyik." Qeyd edək ki, Səudiyyə Ərəbistan rəhbərliyi, 2 oktyabrda İstanbul Baş Konsulluğuna girdikdən sonra xəbər alınmayan Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın konsulluq binasında baş verən dava-dalaş nəticəsində öldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanı Prokurorluğunun apardığı istintaq nəticəsində, Camal Qaşıqçı-nın İstanbul Baş Konsulluğuna gəldiyi zaman burada olan başqa Səudiyyə vətəndaşlarla mübahisə etdiyi, mübahisənin davaya çevrilməsi və bunun nəticəsində Qaşıqçı-nın həyatını itirdiyi bildirilib. Müxalifət.az