Axtarış

The search found 105700 results in 0.173 seconds.

Search results

  1. ​Həmin Kerri Kavano: “Con Bolton Qarabağa görə gəlmir...”

    “Hərçənd Qarabağ məsələsi şübhəsiz ki, prezident Trampın milli təhlükəsizlik müşaviri Con Boltonun səfəri zamanı gündəmdə olacaq, ancaq bu məsələ onun səfərinin əsas məqsədi deyil”.
    Muxalifet.az Virtualaz.org-a istinaden xəbər verir ki, bu sözləri Minsk Qrupunun keçmiş amerikalı həmsədri, istefada olan diplomat Kerri Kavano erməni KİV-lərinə açıqlamasında  Con Boltonun, habelə dövlət katibinin köməkçisinin müavini Corc Kentin regiona səfərini şərh edərkən deyib.

    Muxalifet - 20-10-2018

  2. “Vəliəhd Şahzadəni xilas etmək üçün həbs olunan 18 nəfəri edam edəcəklər”

    Səudiyyə Ərəbistanının Camal Qaşıqçı cinayətini qəbul etməsindən sonra Türk-Ərəb Media Dərnəyinin sədri Turan Kışlakçı mühüm bir açıqlama verib.
     
    Kışlakçı, həbs olunan 18 nəfərin əhəmiyyətli şəxslər olduğunu bildirərək "Öldüyünü qəbul etdilər. Təbii hazırda önəmli olan şey cəsədin harada və nə vəziyyətdə olmasıdır. Bu 18 nəfərin yaxın günlərdə edam olunduğunu eşidəcəyik. Bu 18 nəfərin içərisində Türkiyəyə gələn 15 nəfərin hamısı var. Şahzadə Məhəmməd bin Salmanı xilas etmək üçün bu insanları qurban verəcəklərini düşünürəm" deyib.

    Muxalifet3 - 20-10-2018

  3. Azərbaycanlı 22 yaşlı tələbə qız qəzaya düşdü -Türkiyədə (VİDEO)

    Türkiyədə 22 yaşlı azərbaycanlı tələbə qız motosikletlə qəzaya düşüb.
    Muxalifet.az xəbər verir ki, qəza dünən axşam saat 19.30 radələrində Uşak-İzmir yolunda baş verib. Uşakdan Hacıkadem istiqamətində gedən E.Y. (52) idarə etdiyi 64 DF 110 dövlət nömrəli avtomobili ilə kuruqdan dönərkən qarşıdan gələn 20 GC 609 dövlət nömrəli motosikletə çırpılıb.

    Muxalifet - 20-10-2018

  4. “CƏHƏNNƏM LAYİHƏSİ” RUSİYAYA NƏ VƏD EDİR? – Amerikan biznesi körpülərin yandırılmasından narahatdır

    Amerikanın biznes qrupu xəbardlarıq edir ki, hal-hazırda ABŞ konqresində müzakirə olunan Rusiyanın iri banklarına qarşı sanksiyaların genişləndirilməsi təklifi qlobal enerji tədarükü sferasında qarmaqarışıqlıq yarada bilər.

    Muxalifet - 20-10-2018

  5. ​Xaçmazda 117 sərxoş sürücü aşkarlanıb

    Xaçmaz rayonunda yol hərəkət qaydalarına riayət olunması və baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür.

    Muxalifet - 20-10-2018

  6. Suriyanı viran qoydular, indi də tikmək uğrunda savaşırlar

    Təxminən 400 milyard dollarlıq bərpa və inşa layihəsi yalnız iqtisadi deyil, həm də siyasi məna daşıyır

    Oktyabrın 27-də İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya dövlət və hökumət başçılarının sammiti keçiriləcək. Ərdoğan, Putin, Merkel və Makronun iştirak edəcəyi sammitin əsas mövzusu Suriyadır. Toplantının əsas mövzusu İdlibdəki vəziyyət, münaqişənin davamlı həlli prosesi və Suriyanın yenidən inşası kimi məsələlərdir.

    Muxalifet - 20-10-2018

  7. AK Partiyadan Qaşıqçı cinayəti ilə bağlı açıqlama

    AK Partiyanın İnsan Hüquqları üzrə sədr müavini Leyla Şahin Usta, Camal Qaşıqçı-nın ölümü ilə bağlı açıqlama verib verib.
     
    Usta, açıqlamasında "Türk səlahiyyətlilər, prokurorluq və hüquq-mühafizə əməkdaşlarının apardığı araşdırmada bir sıra dəlilər əldə edilmişdi. Səudiyyə rəsmilərinin hadisə bu nöqtəyə gəlmədən əvvəl açıqlama versəydi daha qiymətli olardı. İş onsuz da açıldıqdan sonra məcbur qalıb bu açıqlama verdilər. Hadisə bütün dəlilləri ilə açıqlanacaq yaxında" deyə söyləyib.
    Sədr müavini Usta, açıqlama verərkən bu məqamlara toxunub:

    Muxalifet3 - 20-10-2018

  8. ABŞ Suriyada namaz zamanı məscidi vurdu

    ABŞ rəhbərliyindəki koalisiya təyyarələri, terror təşkilatları İŞİD ilə PKK arasında toqquşmaların yaşandığı Deyrizora bağlı Əl Susa rayonundakı Osman Məscidini, namaz zamanı hədəf alıb. Yerli mənbələr hadisədə bəzi mülki insanların həyatını itirdiyini, bəzilərinin isə yaralandığını bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 20-10-2018

  9. ​DƏHŞƏTLİ HADİSƏ: Ölmüş atasının meyitini 10 il evində gizlətdi

    Fransada dəhşətli hadisə baş verib.
    Muxalifet.az xəbər verir ki, dünyasını dəyişən xalası oğlunun evinə gedib və onun evdə 10 il əvvəl dünyasını dəyişmiş atasının meyitini gizlətdiyini aşkar edib.
    Fransa mətbuatının xəbərinə əsasən, 79 yaşlı Andre Arno adlı fransız atasının meyitini mumiyalayıb və 10 il evində saxlayıb. 79 yaşlı Andrenin ölümündən sonra bu sirr üzə çıxıb.

    Muxalifet - 20-10-2018

  10. ​ABŞ mətbuatından Ərdoğana TƏRİF – “Heç kim onun qədər…”

    “Səudiyyəli jurnalist Camal Qaşıqçı itkin düşəndən sonra Türkiyə bu hadisəni araşdırmaqdan daha çoxunu etdi. Öz torpaqlarında həyasızca, bir dövlətin dəstəyi ilə təşkil edilən edama bütün dünyanın diqqətini yönəltdi”.
    Muxalifet.az xəbər verir ki, bu sözlər ABŞ-ın "Vaşinqton Post" qəzetində C.Qaşıqçı hadisəsi ilə dərc edilən məqalədə qeyd olunub.
    Məqalədə həmçinin C.Qaşıqçı cinayəti ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyindən bəhs edilib: “Heç kim Ərdoğan qədər təzyiq göstərmədi”.

    Muxalifet - 20-10-2018

  11. İnterpolun axtardığı azərbaycanlı Rusiyada tutuldu

    Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub.
    DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılmışdı.
    Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.

    Muxalifet - 20-10-2018

  12. Beyləqan məktəbində pambıq tarlası: Direktorun ikiqat qazanc yeri

    Dünyanın mütərəqqi ölkələri təhsilə, Azərbaycanın təhsil işçiləri də pambığa sərmayə qoyurlar. 

    Bu haqda Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu özünün Facebook səhifəsində yazıb.

    Bu şəkildə gördüyünüz pambıq sahəsi Beyləqan rayonu, Birinci Şahsevən kəndinin Gəray Əsədov adına 1 nömrəli orta məktəbinin həyətindədir.

    Məktəbin direktoru ikiqat qazanc yeri tapıb, bir tərəfdən məktəbdən, digər tərəfdən də ucuz işçi qüvvəsinin cəlb edilməsi yolu ilə pambıqçılıqdan qazanır.

    Muxalifet4 - 20-10-2018

  13. VİDADİ ZEYNALOV və DOSTLARI NİYƏ HƏBSDƏN BURAXILMADI? - Sensasiyalı səbəb

    Oktyabrın 19-da Ali Məhkəmədə o vaxt Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanan (RYTN) qurumun Aparat rəhbəri olmuş Vidadi Zeynalov və digərlərinin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilməli idi. Amma “report”un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses baş tutmayıb.

    Muxalifet - 20-10-2018

  14. Mingəçevirə yiyə duran niyə tapılmır?

    Təxminən 2 aydır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başsız qalıb. Qeyd edək ki, 2012-ci ilin aprelindən bu il avqustun 28-dək şəhərə Niyazi Bayramov rəhbərlik edib. Bu il iyulun 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə məlum sui-qəsddən ayyarım sonra Niyazi Bayramov Gəncəyə başçı təyin olundu.

    Muxalifet4 - 20-10-2018

  15. Azərbaycanlı rəqqasədən ŞOK SÖZLƏR: Nikahsız uşaq dünyaya gətirərəm, amma evli kişi... - VİDEO

    Azərbaycanlı oriental rəqqasə Aytən şəxsi həyatından danışıb.
    Rəqqasə bildirib ki, o, nikahdan kənar övlad dünyaya gətirə bilər: “Sevdiyim şəxsdən nikahdankənar övlad dünyaya gətirə bilərəm. Amma evli olmamalıdır. Yəni, evli bir insanı mən paylaşa bilmərəm”.
    Aytən daha sonra bildirib ki, gələcəkdə övladlığa uşaq da götürə bilər: “Əgər ailə qurandan sonra övladım olmasa, övladlığa uşaq götürərəm. 50-60 yaşında qadınlar var ki, bu yaşa qədər övladları olmayıb.

    Muxalifet - 20-10-2018

  16. Azərbaycanın ilk kök modeli: “Biz toppuşlar da öz sözümüzü deyəcəyik” - FOTOLAR

    Azərbaycanın ilk "plus size" modeli Şahanə Nadirli son dövrlərdə model biznesində böyük populyarlıq qazanıb. O, Sputnik Azərbaycan-a müsahibəsində özü və uğurları barədə danışıb. — Şahanə, mümkünsə, oxuculara özünüz haqda məlumat verərdiniz. Siz necə model oldunuz? — Mən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunuyam. İxtisasca rejissoram, amma hazırda o sənətlə məşğul deyiləm. Həmişə dünyaca məşhur olan modelləri izləmişəm. Dünyanın ən kök modeli Tess Holideydir. Onun 1.65 sm boyu, 150 kq çəkisi var. Həmçinin dünyanın ən alçaq boylu modeli Dryu Prestadir, boyu 1.10 sm-dir.

    Muxalifet4 - 20-10-2018

  17. "Star" zavodu Türkiyənin ilk xüsusi sənaye bölgəsi elan edildi

    Dünən açılışı edilən "Star" neft emalı zavodui ilə əlaqədar Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən verilən açıqlamada "İzmir-Aliağa'da açılan "Star" zavodunun prezident Ərdoğanın qərarı ilə Türkiyənin ilk xüsusi sənaye bölgəsi elan edildiyi bildirilir.

    Türkiyə mediasının yazdığına görə,  "SOCAR Turkey Enerji A.Ş.-nin bürokratik maneələr olmadan 2 milyard dollarlıq investisiya tapması gözlənilir.

    Sənaye və texnologiya naziri Mustafa Varank bu barədə danışarkən deyib:

    Muxalifet - 20-10-2018

  18. Minaya düşən Azadın vəziyyəti orta-ağırdır

    Tərtərdə minaya düşən məcburi köçkün Azad Həsənov 20 gündən sonra evə buraxıla bilər. Hələlik stasionar müalicə davam edir.
    Bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, onun vəziyyəti orta-ağırdır.
    "Hazırda müalicələr davam edir. Huşu üstündədir. Normal şəkildə qidalanır. 20 gündən sonra vəziyyətinə yenidən baxılacaq. Əgər müalicələr müsbət nəticə versə, daha tez zamanda buraxıla bilər. Ümumilikdə xəstə həkim nəzarətindədir. Həyati təhlükəsi yoxdur".

    Muxalifet - 20-10-2018

  19. DÖVLƏTİ TALAYAN SABİQ MƏMURLARIN UŞAQLARININ LÜKS HƏYATI - FOTOLAR

    Məmurlar dövləti talayıb yorulduqdan sonra istirahətə çıxırlar və  oğurladıqları pullarla harın həyat tərzini davam etdirirlər

    Muxalifet - 20-10-2018

  20. UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən DANIŞDI

    UFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədovla Floyd Meyvezer arasında baş tutması gözlənilən görüş barədə danışıb.
    O, ESPN telekanalına açıqlamasında bunun şayiədən başqa bir şey olmadığına işarə vurub: “Buna fikir verməyin. Hər şeydən əvvəl Meyvezerin komandası bizə, ümumiyyətlə, müraciət etməyib. Həbibin isə UFC ilə qüvvədə olan müqaviləsi mövcuddur”.
    Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrın 14-də amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb. Meyvezer isə bildirib ki, Nurməhəmmədov boks qaydaları ilə döyüşməyə razılıq versə, buna hazırdır. (oxu.az)

    Muxalifet - 20-10-2018

Pages