Axtarış
The search found 105700 results in 0.142 seconds.
Search results
Kadırov onu çoban adlandıran ağsaqqaldan ÜZR İSTƏDİ
Çeçenistan rəhbəri Ramzan Kadırov İnquşetiyada keçirilən etiraz aksiyalarının təşkilatçıları ilə münasibətlərə aydınlıq gətirmək üçün qonşu respublikaya gedib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Kadırov onu çoban adlandıran ağsaqqal Muxajir Nalgiyevdən üzrhaqlıq eşitmək üçün Surxaxi kəndinə yollansa da, nəticədə özü üzr istəməli olub.
Ağsaqqal Nalgiyev üzrhaqlıq etdiyi üçün Kadırov da ondan üzr istəyib.
Muxalifet4 - 21-10-2018
İdarə rəisinin meyiti meşədən tapıldı - İMİŞLİDƏ
İmişli rayonunda tapılan meyitin şəxsiyyəti müəyyənləşib.
Bu, əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.
İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.
9:28
Muxalifet4 - 21-10-2018
Sürüşmə zonasında çatlar genişlənir - QƏRARGAHDAN AÇIQLAMA - YENİLƏNDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvləri Badamdar sürüşmə zonasında müşahidələr və monitorinqləri davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmanın saat 15:00-a olan nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində kəsilmiş yamacda uçqun-töküntu prosesi və quruntun yerdəyişməsi müşahidə edilir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda səhər saatları ilə müqayisədə genişlənmə qeydə alınıb.
Muxalifet4 - 21-10-2018
“Paşinyan “Böyük Ermənistan” istəyənlərin fəaliyyətinə azadlıq verib” - POLİTOLOQ
"Hazırda Ermənistanda vəziyyət siyasi böhran həddindədir".
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Paşinyan vəzifəsindən istefa verib, Prezident Armen Sərkisyan isə Moskvanın bilavasitə dəstəyi ilə həm Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində, həm də ölkənin idarə edilməsində mühüm rıçaqları ələ keçirib:
Muxalifet4 - 21-10-2018
Təyyarə avtomobil yoluna düşdü - VİDEO
Sosial şəbəkələrdə təyyarənin avtomobil yoluna çıxmasını əks etdirən götüntülər yayılıb. Hadisə ABŞ-ın Lonq-Aylend adasında baş verib.
"RİA Novosti" xəbər verir ki, kiçikmühərrikli təyyarənin avtomagistrala enməsi nəticəsində xəsarət alan olmayıb, ancaq təyyarəyə zərər dəyib. Təyyarə Nyu-York ştatının kiçik hava limanından qalxıb və Lon-Aylend adasındakı hava limanında eniş etməli idi. Lakin eniş zamanı pilot təyyarəni vaxtında saxlaya bilməyib və təyyarə hava limanından kənara çıxıb.
Muxalifet4 - 21-10-2018
“Amnesty International”dan Con Boltona Azərbaycanla bağlı ÇAĞIRIŞ
Oktyabrın 22-də ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton ümumi təhlükəsizlik narahatlıqlarını müzakirə etmək üçün Azərbaycana səfər edəcək. Səfərdən öncə insan haqları təşkilatı Amnesty International USA Milli Təhlükəsizlik Şurasına məktub göndərib. Məktubda təşkilat cənab Boltonu Azərbaycan rəsmilərindən müstəqil ədliyyəyə qarşı kampaniyalarına son qoymalarını, insan haqları müdafiəçilərini azadlığa buraxmalarını tələb etməyə, Azərbaycan höküməti ilə insan haqları məsələsində danışıqlar aparmağa çağırır.
Muxalifet4 - 21-10-2018
Zaqataladakı kütləvi zəhərlənmə ailəvi istirahət mərkəzində baş verib? - YENİLƏNİB
Zaqatala rayonunda baş vermiş kütləvi zəhərlənmənin ailəvi istirahət mərkəzlərindən birində qeydə alındığı ehtimal edilir.
“Report”un məlumatına görə, zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-nin Yolxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər ötən gün axşam saatlarında rayonun Qazangül inzibati ərazisində fəaliyyət göstərən “Hope Lake” ailəvi istirahət mərkəzində olublar.
Onlar ailəvi istirahət mərkəzində xəmir xörək və digər qidalar qəbul ediblər. Zəhərlənmə əlamətləri özünü ailə evə qayıtdıqdan sonra büruzə verib.
Muxalifet4 - 21-10-2018
Boşanmaq istəyən qadına qarşı AĞLASIĞMAZ ƏMƏL: çılpaq görüntüsünü... - BAKIDA
Bakıda evli qadını şantajla pul tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Astan Əzizov 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, Astan Əzizov Sevinc Əliyevanı (ad və soyad şərti verilib - red.) şantaj edərək pul tələb edib.
Muxalifet4 - 21-10-2018
NASA inanılmaz layihəni GERÇƏKLƏŞDİRİR – Veneraya səyahət…
Venera Aydan, hətta Marsdan da daha az "qonaqpərvər" yer sayılır. Bu səbəbdən də alimlər nadir hallarda onu pilot ekspedisiyalar üçün obyekt kimi nəzərə alırlar. Lakin buna baxmayaraq, Amerikanın NASA aerokosmik agentliyi belə bir missiyanın planlaşdırıldığını açıqlayıb.
Muxalifet.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu ekspedisiya zamanı astronavtlar Veneranın səthi üzərində olmayacaq, onun orbitində işləyəcəklər.
Muxalifet4 - 21-10-2018
"Bakubus" avtobusu qəzaya düşdü - Sərnişinlər boşaldıldı
Bu gün saat 09:10 radələrində Nərimanov rayonu ərazisində zəncirvari yol qəzası baş verib.
Muxalifet4 - 21-10-2018
İran millət vəkili Tehranda “Azərbaycan” şeirini səsləndirdi – VİDEO
İran kuboku çərçivəsində keçirilən “Urmiya 90” və “Perspolis” görüşü zamanı çəkilən görüntülər maraqla qarşılanıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentdəki millət vəkili Hadi Bahaduri Tehranın “Azadi” stadionunda “Urmiya 90” komandasının tərəfdarları ilə birlikdə Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini oxuyub.
Muxalifet4 - 21-10-2018
MESSİNİN QOLU SINDI - Meydanlardan kənarda qalacaq
Dünən İspaniya çempionatında "Barselona"nın “Sevilya”ya qarşı keçirdiyi oyunda komandanın superulduzu Lionel Messi ağır zədələnib.
Muxalifet.az xəbər verir ki, oyunun 27-ci dəqiqəsində rəqiblə mübarizə zamanı qolu sınan klubunun argentinalı forvardı təxminən 20 gün meydana çıxa bilməyəcək.
Bildirilir ki, Messi gələn həftə "Real Madrid" və Çempionlar Liqasında "İnter"ə qarşı keçiriləcək hər iki matçı buraxacaq.
Muxalifet4 - 21-10-2018
Bakıda DƏHŞƏT: Kranla qaldırılan yük fəhlənin başına düşdü, yerindəcə öldü
Bakıda dəhşətli ölüm hadisəsi baş verib.
Belə ki, Nizami rayonu Çobanzadə küçəsində “Buxar Mühəndislik” MMC-də yük kranı ilə qaldırılan yük təhlükəsizlik qaydalarının pozulması nəticəsində fəhlənin üstünə düşüb. Ağır xəsarət alan Məmmədrzayev Əzizağa Saatmirzə oğlu aldığı xəsarətlərdən vəfat edib.
Muxalifet4 - 21-10-2018
Artıq işçilər nahar fasiləsində yata biləcək - 60 DƏQİQƏLİK İCAZƏ VERİLİR
Gündəlik iş qrafikimiz bədənimizi və zehnimizi elə yorur ki, qısa müddətlik də olsa, dincəlmək ehtiyacı duyuruq. Amma ofis şəraitində buna nail olmaq mümkünsüzdür. Təhsildə də dünya lideri olan finlandiyalılar işçilərin göstəricilərini yüksəltmək məqsədilə bu problemə çözüm yolu tapıblar
Publika.az xəbər verir ki, Helsinki şəhərinin “Sofia Future Farm” şirkəti ofislərdə xüsusi təlimlər icra edən məşqçilər hazırlayır.
Muxalifet4 - 21-10-2018
İnterpol sədri öldürülüb? – ARVADINDAN AÇIQLAMA
İnterpol sədri Men Xunveyin həyat yoldaşı ərinin öldürülməsindən şübhələnir.
Muxalifet.a axar.az-a istinaədn xəbər verir ki bu barədə CNN informasiya yayıb.
“Mən düşünürəm ki, bu siyasi təqibdir. Onun hələ də sağ olmasına əmin deyiləm. Onlar qəddar və iyrəncdirlər. Ona nəsə edə bilərlər”, - həyat yoldaşı bildirib.Muxalifet4 - 21-10-2018
“Orada Qarabağ heç kimi maraqlandırmır” – ABŞ-dan AÇIQLAMA
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, Birləşmiş Ştatların indiki administrasiyasını Dağlıq Qarabağ münaqişəsi maraqlandırmır.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, keçmiş diplomat bu barədə Amerikanın “Atlantic Council” analitik mərkəzi tərəfindən təşkil edilmiş “Dondurulmuş münaqişələr və Kremlin gündəmi” mövzusunda müzakirələrdəki çıxışı zamanı deyib. Uorlik bildirib ki, o Tramp administrasiyasının Qarabağ məsələsi ilə maraqlandığına dair hər hansı əlamət görmür.
Muxalifet4 - 21-10-2018
"Xocalı faciəsinin günahkarları hələ də yaşayır" – RUS DEPUTAT
Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səylər göstərilməlidir.
Bunu Trend-ə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəsinin açılışında deyib.
Muxalifet4 - 21-10-2018
Müharibədə 3 dəfə yaralanan xanım döyüşçüdən PREZİDENTƏ SENSASİON MÜRACİƏT – “Nazirlikdən dedilər ki, sənə daxma tikməyə maddi imkanımız yoxdur”
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 18, Mədən -1, ev 215-də kirayədə yaşayan 1-ci qrup Qarabağ Müharibəsi əlili Rəsulova Sevgili Almurad qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Muxalifet4 - 21-10-2018
Böyük təxribatın qarşısı alındı - DTX-DAN ƏMƏLİYYAT
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə seçkiqabağı təxribatın qarşısını alıb.
Bu barədə DTX məlumat yayıb.
Muxalifet4 - 21-10-2018
Narkotik qəbul edən İran vətəndaşı Biləsuvarda ağır qəza törədib, OĞLU İLƏ ŞƏRİK OLAN HƏKİM “YÜNGÜL XƏSARƏT” DİAQNOZU QOYUB – Şikayət
Cəlilabad rayon sakini Alıyev Məhəmməd Allahşükür oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə yetkili orqanlara müraciət edən M.Alıyev qəza zamanı ağır xəsarət almasına rəğmən, həkim Firdovsi Abasovun və işi aparan müstəntiq Hakim Şahbazovun”yüngül xəsarət” adı altında, qanunsuz olaraq onun işini bağlamağa cəhd etdiklərini iddai edir:
Muxalifet4 - 21-10-2018