Axtarış

The search found 105700 results in 0.102 seconds.

Search results

  1. ​“Milan”dan Fatih Terimlə bağlı paylaşım

    Futbol üzrə İtaliya çempionatının əsas derbisi sayılan “Milan” – “İnter” mayçından əvvəl türk məşqçi Fatih Terim gündəmə gəlib.
    Muxalifet.az xəbər verir ki, “Milan” klubu Fatih Terimin baş məşqçi olduğu dönəmdə futbolçusu Kontranın “İnter”ə vurduğu qolu paylaşıb və videoda türk çəşqçiyə də yer verib.
    Klub Terimi “İmperator” təxəllüsü ilə xatırlayıb.
    Qeyd edək ki, Fatim Terim 2001-ci ildə “Milan”ı çalışıdırıb.
     

    Muxalifet3 - 21-10-2018

  2. ​Avropa təhlükədə: Trampın bu qərarı...

    ABŞ Ortamənzilli Nüvə anlaşmasından çıxması qərarına yenidən nəzər yetirməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Hayko Maas deyib. O bildirib ki, Tramp bu qərarın Avropada hansı nəticələrə gətirib çıxaracağını düşünməlidir:
    “Bu razılaşma 30 ildə Avropanın təhlükəsizliyinin bir qarantı oldu. Rusiyanın bu anlaşmanın müddəalarını pozması yönündə ittihamların araşdırılmasının vacibliyini qeyd etdik. İndi isə ABŞ-ın bu razılaşmadan çıxması ilə bağlı qərarını yenidən dəyərləndirməsini istəyirik”.

    Muxalifet3 - 21-10-2018

  3. "Oğru aləmi"nin əfsanəsi Zerkalo Klara: Atası Atatürkün dostu, özü Lotu Bəxtiyarın düşməni idi - VİDEO

    "Qara Volqa”nın üzvü olan məşhur qadın oğru 32 illik məhbus həyatı yaşamış Zerkalo Klaranın həyat yolu olduqca maraqlı hadisələrlə zəngindir. Zerkalo Klara adı ilə tanınan əsil adı Klara Yusifzadə olan qadın Azərbaycanın tanınmış oğrusudur. 1934 ildə məşhur inqilabçı Ağababa Yusifzadənin qızı olaraq dünyaya gəlib. Atası ona Klara adını məşhur alman siyasətçisi Klara Setkinin şərəfinə verib. Klaranın dediyinə görə anası ömrünün sonuna qədər adını doğru tələffüz edə bilməyərək ona "Qlara” deyirmiş.

    Muxalifet3 - 21-10-2018

  4. ​Ölkəmiz beynəlxalq sərgidə təmsil olunur - Parisdə...

    Fransa paytaxtının şimalında yerləşən “Paris-Nord Villepinte” sərgilər parkında SIAL Paris beynəlxalq ərzaq sərgisi açılıb.
    Muxalifet.az xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov sərginin açılış mərasimində iştirak edib.

    Muxalifet3 - 21-10-2018

  5. ​Bakıda restoranlar bunu da etdi: Oxatan kirpini...

    Bakıda restoranların birində müştərilərə oxatan kirpi əti verilib.
    Muxalifet.az-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, bunu təsdiq edən video müştərilər tərəfindən çəkilərək Yutuba yüklənib.
    Görüntüdə onlar kirpi kababının dadlı olduğunu deyirlər. Bundan başqa, elə video çəkənlər tərəfindən oxatan kirpi ətinin payız aylarında yeyilməsi də tövsiyə edilir.
    Qeyd edək ki, oxatan kirpinin ovlanması qadağandır və nəsli kəsilmək üzrə olduğundan onun adı "Qırmızı kitab”a salınıb.

    Muxalifet3 - 21-10-2018

  6. ​Merkel bloku dağılır: Nazir istefa ilə hədələdi

    Almaniyanın Daxili İşlər naziri Horst Zeehofer istefaya gedə biləcəyi barədə məlumat verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazıb.
    Məlumata görə, nazir bu barədə rəhbərlik etdiyi Xristian-Sosial Birliyinin Bavariyada seçkilərdə üstünlük qazana bilməməsindən sonra danışıb. Nazir günahkar yerinə qoyulmaqdansa, tezliklə öz postunu boş buraxacağını qeyd edib.
    Qeyd edək ki, Bavariyada keçirilən seçkilərdə kansler Angela Merkelin bloku üstünlük qazana bilməyib.
     

    Muxalifet3 - 21-10-2018

  7. ​Trampın müşaviri Moskvada

    ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya səfər edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
    Boltonun rus rəsmilərlə ölkəsinin orta və yaxın mənzilli raketlərlə bağlı müqavilədən çıxmaq niyyəti ətrafında müzakirələr aparması gözlənilir.
     

    Muxalifet3 - 21-10-2018

  8. ​Tiflisdən azərbaycanlılarla bağlı qərar...

    Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze oktyabrın 21-də keçirdiyi brifinqdə bildirib. O deyib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5 yerli müşahidə missiyasından 12 müşahidəçi izləyəcək.

    Muxalifet3 - 21-10-2018

  9. ​Ermənistanda sensasion seçkilər: 4 şəhərdən 3-ündə...

    21 oktyabr tarixində Ermənistanın 4 iri şəhərində növbədənkənar meriya seçkiləri keçirilib. Şəhərlərdən 3-ündə sensasion dərəcədə aşağı seçici aktivliyi müşahidə edilib.
    Muxalifet.az xəbər verir ki, baş nazir Nikol Paşinyan “məxməri inqilab”dan danışaraq, Eçmiədzin və Armavirdə öz əhatəsində olan namizədləri dəstəkləsə də, bu şəhərlərdə aktivlik xeyli aşağı olub.
    Ermənistan Mərkəzi Seçki Komitəsinin 20:00-a olan məlumatına görə, Eçmiədzində seçki məntəqələri bağlanan ərəfədə seçicilərin yalnız 34,95 faizi səsvermə hüququndan istifadə edib.

    Muxalifet3 - 21-10-2018

  10. ​Trampın avtomobil karvanı izlənmə rekordu qırır - VİDEO

    ABŞ prezidenti Donald Trampın avtomobil karvanı sosial şəbəkələrdə ən çox izlənilən videolardan birinə çevrilib. Muxalifet.az xəbər verir ki, şatlardan birində lentə alınan görüntülərdə xeyli sayda xidməti motosiklet və maşınların keçdiyi görünür.

    Muxalifet3 - 21-10-2018

  11. ​İyunun 5-i təqvimə önəmli gün kimi düşə bilər

    İyun ayının 5-nin Urmu gölü günü kimi qəbul olunması təklif olunur. Biz bu təşəbbüsü müsbət hesab edirik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri tanınmış güneyli milli-mədəni fəal Abbas Lisani Urmu gölünün adına bir gün təyin olunması ilə bağlı keçirilən imzatoplama kampaniyası haqda deyib.

    Muxalifet3 - 21-10-2018

  12. ​Boltonla Putinin görüşü ləğv edilə bilərmi? - Kreml açıqladı

    ABŞ Prezidenti Donald Trampın 1987-ci il müqaviləsindən çıxacaqları yönündə açıqlamasına baxmayaraq, Con Boltonla Rusiya Prezidenti Vladimir Putinin görüşü ləğv edilməyəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
    “Bu toplantı baş tutacaq. Hazırlıqlar aparılır”, - deyə sözçü bildirib.
    Qeyd edək ki, Trampın müşaviri C.Bolton hazırda Moskvada səfərdədir.
     

    Muxalifet3 - 21-10-2018

  13. ​Deputat BMT-ni və həmsədrləri sərt tənqid etdi

    Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq bəyanatlar verilib, mühüm sənədlər qəbul edilib.
    Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib.

    Muxalifet3 - 21-10-2018

  14. İordaniyadan İsrailə soyuq duş!

    İordaniyanın kralı II Abdullah, El-Bakura və El-Gamr ərazilərini İsrailə kiralamayı nəzərdə tutan müqaviləni sonlandırma qərarı aldıqlarını açıqlayıb.
     

    Muxalifet3 - 22-10-2018

  15. Ərdoğan-Tramp arasında telefon danışığı

    Türkiyənin prezidenti Ərdoğan ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
     
    Türkiyədəki qaynaqlardan əldə edilən məlumata görə, telefon danışığında iki ölkə arasında münasibətlər, terrorla mübarizə, Camal Qaşıqçı və Suriyadakı proseslər müzakirə edilib.
     
    TERRORİZMLƏ MÜBARİZƏDƏ ƏMƏKDAŞLIQ STRATEGİYASI
     

    Muxalifet3 - 22-10-2018

  16. Ərdoğandan kritik “Qaşıqçı” açıqlaması: TARİX VERDİ

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Camal Qaşıqçının itkin düşməsi ilə bağlı ətraflı bir açıqlama verəcəyini söyləyib.
     
    Ərdoğan Camal Qaşıqçının öldürülməsi ilə bağlı kritik açıqlama verib:
    “Qaşıqçının öldürülməsi hadisəsinin açılmasında biz qərarlı olduğumuzu dedik. Biz onu çıxaracağıq dedik. Çərşənbə axşamı hadisə ilə bağlı ətraflı açıqlama verəcəyəm. Biz burada ədalət axtarırıq. Bura 15 adam gəldi, 18 adam həbs olundu. Bunları ətraflı izah etmək lazımdır. Çərşənbə axşamı hər şeyi daha ətraflı söyləyəcəyəm.”

    Muxalifet3 - 22-10-2018

  17. Səudiyyə Ərəbistanından “şahzadə Məhəmməd bin Salman” açıqlaması

    Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr, ABŞ-ın “Fox News” xəbər kanalına etdiyi açıqlamada, vəliəhd şahzadə Məhəmməd bin Salmanın jurnalist Cemal Qaşıqçı cinayətinə dair məlumat və məsuliyyəti olmadığını bildirib.
     
    Qaşıqçının ölümündə adı keçən şəxslərin vəliəhd bin Səlmana yaxın kəslər olmasına baxmayaraq, onun hadisədən necə xəbərsiz ola bildiyinə dair suala isə Cubeyr, bu şəxslərin vəliəhdə yaxın olmadığını iddia edib.

    Muxalifet3 - 22-10-2018

  18. Münbiçdə MKİ-PKK TOPLANTISI

    ABŞ, Türkiyənin israrla boşaldılmasını istədiyi Münbiçə MKİ və XİN-dən nümayəndən heyəti göndərib. Şimali İraqdakı Ərbildən Münbiçə gedən ABŞ heyəti, PKK-nın  'hərbi və siyasi” təmsilciləriylə görüşüb. Şebdi Şirin-dəki ABŞ hərbi qərargahında baş tutan toplantıda yığıncaq iki saatdan çox davam edib.
     
    “Yeni Şafak” qəzetinə məlumat verən yerli qaynaqlar PKK'lılara "ABŞ və Türkiyənin ortaq patrul-keşik xidməti əsnasında və geri çəkilməklə bağlı problem çıxarmayın" mesajı verildiyini söyləyib.

    Muxalifet3 - 22-10-2018

  19. Əyləncə gecəsində DƏHŞƏTLİ ANLAR: bir anda hamı… - VİDEO

    ABŞ-ın Cənubi Karolina ştatının Klemson şəhərində əyləncə gecəsi zamanı salonun döşəməsi çöküb.
    Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, internetdə dərc edilən görüntülərə görə, onlarla rəqs edən insan döşəmənin çökməsi ilə qəflətən aşağı mərtəbəyə yıxılır.
    Hadisə nəticəsində 30 nəfər xəstəxanalara çatdırılıb.

    Muxalifet - 22-10-2018

  20. Həyətyanı sahələrinizdəki ağacları icazəsiz kəsə bilərsinizmi? – Nazirlikdən cavab

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağacların vətəndaşların özləri tərəfindən kəsilə bilib-bilməməsi ilə bağlı müraciətlərə aydınlıq gətirib.

    Muxalifet - 22-10-2018

Pages