Münbiçdə MKİ-PKK TOPLANTISI

ABŞ, Türkiyənin israrla boşaldılmasını istədiyi Münbiçə MKİ və XİN-dən nümayəndən heyəti göndərib. Şimali İraqdakı Ərbildən Münbiçə gedən ABŞ heyəti, PKK-nın 'hərbi və siyasi” təmsilciləriylə görüşüb. Şebdi Şirin-dəki ABŞ hərbi qərargahında baş tutan toplantıda yığıncaq iki saatdan çox davam edib.
“Yeni Şafak” qəzetinə məlumat verən yerli qaynaqlar PKK'lılara "ABŞ və Türkiyənin ortaq patrul-keşik xidməti əsnasında və geri çəkilməklə bağlı problem çıxarmayın" mesajı verildiyini söyləyib.
ABŞ, Suriyanın şimalında PKK-nın işğalı altındakı bölgəlrdə diplomatik və sahə fəaliyyətlərini artırıb. Türkiyə və ABŞ-ın razılaşdığı 3 mərhələli Münbiç planında son dövrəyə keçilib. Vaşinqton Xarici İşlər Nazirliyi və MKİ səlahiyyətlilərindən ibarət Münbiçə 9 nəfərlik bir heyət göndərib. PKK ilə görüşə MKİ-nin Orta Şərq masasından 4 səlahiyyətlinin də qatıldığı müəyyən olunub.
PKK-nı RAZI SALMA SƏFƏRİ
ABŞ-dan gələn heyət, ilk olaraq 19 oktyabrda PKK'nın siyasi və hərbi nümayəndələri ilə bir araya gəlib, sonra Münbiç'dəki qeyri-hökumət təşkilatları və tayfa nümayəndələri ilə görüşüb.
Yerli qaynaqlar verdiyi məlumata görə, MKİ Yaxın Şərq masasından səlahiyyətlilər PKK-ya "Türkiyə ilə başlayacaq ortaq patrul xidməti və sonrasındakı geri çəkilmə müddətində hər hansı bir problem çıxarılmaması" istiqamətində xəbərdarlıq edib. Yerli mənbələr, “Mediaya verdiyiniz bəyanatlarınıza diqqət edin. Təmas nöqtələrindəki döyüşçülərinizə heç bir problem çıxarmamaları üçün xəbərdarlıq edin' deyə PKK-ya təlimat verildiyini deyib.
Müxalifət.az