Axtarış

The search found 105700 results in 0.231 seconds.

Search results

  1. ​Kanadalı xanım muğamı elə ifa etdi ki... - VİDEO

    Kanadalı gənc xanım Polina Dessiatniçenko tarda klassik muğama aid olan “Nəva”nı ifa edib.

    Muxalifet - 22-10-2018

  2. ​Gürcüstan vətəndaşı avtomobillə narkotik keçirmək istədi

    Narkotik vasitə kinoloji xidmət itinin tətbiqi ilə aşkar edildi
    Gömrükçülər narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, “Mazımçay” gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi avtomobilə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. 

    Muxalifet - 22-10-2018

  3. Botoks etdirmək istəyən xanımların NƏZƏRİNƏ: Cinsi həzzi... FOTO

    Botoks etdirən qadınlar gözəl görünə bilərlər, amma bu, yataqda dezavantaja çevrilir.

    Muxalifet.az xarici mətbuata istinadla xəbər verir ki, araşdırmalara görə, botoks etdirən qadınların orqazma çatması çətinləşir.

    Muxalifet - 22-10-2018

  4. ŞAD XƏBƏR: Bakı-Naxçıvan dəmir yolu xətti çəkilə bilər

    Bakı-Naxçıvana dəmir yolunun tikintisi məsələsinə baxılır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

    Onun sözlərinə görə, hazırda Azərbaycan hazırda bu məsələ üzərində işləyir.

     

    C.Qurbanov deyib: "Dəmir yolunun tikintisi üzrə işlər yeni baxış tələb edir. Hökumət bu məsələyə baxır".

    Muxalifet - 22-10-2018

  5. Ərdoğan Camal Xaşoginin qətlinin təfərrüatlarını AÇIQLAYACAQ

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, səudiyyəli müxalif jurnalist Camal Xaşoginin (Camal Kaşıkçı) öldürülməsinin təfərrüatlarını sabah parlamentdə, AKP-nin qrup toplantısında açıqlayacaq. Virtualaz.org xəbər verir ki, Ərdoğan hadisənin bütün təfərrüatlarının açıqlanmalı olduğunu deyib.

    Qeyd edək ki, "The Washinton Post" qəzetinin yazarı Camal Xaşogi Türkiyə hakimiyyəti ilə yaxın münasibətlərə, o cümlədən prezidentlə şəxsi münasibətlərə malik olub. Ərdoğan onun haqqında "arkadaş" kimi bəhs edirdi.

    Muxalifet - 22-10-2018

  6. ​Bolton Qarabağla bağlı Bakıya yeni ideyalar verəcək – Rusiyalı ekspert

    ABŞ-ın Şərqi Anadoludakı geostrateji maraqları Cənubi Qafqazda vəziyyəti dəyişə bilər. Rusiya Dövlət Humanitar Universitetinin Regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, politoloq Sergey Markedonov hazırda Rusiyada olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun daha sonra Cənubi Qafqaz ölkələrinə nəzərdə tutulan səfərini şərh edərkən belə deyib.

    Muxalifet - 22-10-2018

  7. ​Eldar Əzizov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT

    Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru dəyişdirilib.
    Muxalifet.az "Report”a istinadən xəbər verir ki, departamentin direktoru Ramiz Hacıyev işdən çıxarılıb.
    Həmin vəzifəyə İntiqam Məmmədov təyin olunub.

    Muxalifet - 22-10-2018

  8. Sabaha olan hava proqnozu AÇIQLANDI

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 22-10-2018

  9. ​Kəndin 100-ə yaxın sakini polisə aparıldı - Qubada

    Qubada əmisi oğlunun arvadını qaçırdığı üçün döyülərək öldürülən Elşad Əsədovla bağlı yeni faktlar məlum olub. 
    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda 100-ə yaxın Tülər kənd sakini hadisə ilə bağlı polis şöbəsində dindirilir.
    Bundan başqa, məlum olub ki, E. Əsədov Bakıdan kəndə gətirilərək dar bir küçədə bağlanılıb. Daha sonra sakinlər onu təpikləyərək öldürüb.
    Mərhumun meyiti atasına təhvil verilib. Lakin kənddə adam olmadığından dəfn edilməyib.
    Qaçırılan Aynur Əsədova da hazırda Quba rayon hüquq mühafizə orqanındadır. 

    Muxalifet - 22-10-2018

  10. Noyabrda 3 gün iş OLMAYACAQ

    Azərbaycanda noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.
    Bu, həftənin cümə gününə təsadüf edir.
    Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq.
    Noyabrın 12-də Konstitusiya günü, 17-də isə Milli Dirçəliş günü qeyd edilsə də, həmin günlər iş günü hesab olunur.

    Muxalifet - 22-10-2018

  11. ​Qurd xəstəliyi olan uşaqlarla bağlı VACİB ADDIM

    Qurd xəstəliyi aşkarlanan uşaqlara dərman veriləcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyevin "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə" verdiyi əmrdə bildirilir.
    Əmrə əsasən qurd invaziyası hallarının azaldılması üçün əhalini ambulator müayinələrə və müalicəyə cəlb etmək məqsədilə qurd invaziyasına dair maarifləndirici görüşlər təşkil olunmalı, müxtəlif maarifləndirici materiallar çap edilərək paylanmalı və video çarxlar hazırlanmalıdır.

    Muxalifet - 22-10-2018

  12. ​Rusiya: "ABŞ-dan açıqlama gözləyirik"

    Moskvadan ABŞ prezidenti Donald Trampın nüvə müqaviləsindən geri çəkilmək qərarına daha bir reaksiya gəlib. 
    Muxalifet.az rus mətbuatına istinadən xəbər verir ki, Rusya Xarici İşlər naziri Sergey Lavrov nüvə müqaviləsindən geri çəkilməyi planlaşdıran ABŞ-dan açıqlama gözlədiklərini bildirib.
    Qeyd edək ki, Tramp şənbə günü Rusiya ilə ölkəsi arasında keçmişdə imzalanan "Orta mənzilli nüvə silahları müqaviləsi"ndən geri çəkiləcəklərini bildirmişdi.

    Muxalifet - 22-10-2018

  13. ​Bakıda evli qadının Facebook macərası: “İntim şəklini göndər...”

    Bakıda evli qadını şantajla pul tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
    Astan Əzizov 8 il azadlıqdan məhrum edilib.
    İttihama görə, Astan Əzizov Sevinc Əliyevanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib.

    Muxalifet - 22-10-2018

  14. Camal Qaşıqçı ilə bağlı SENSASİYALI İDDİA: paltarlarını geyindirib... - FOTO

    Camal Qaşıqçı cinayətinin üstünü örtmək üçün onu öldürüb geyimlərini dublyoruna geyindirdilər.
    Muxalifet.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından sui-qəsd üçün gələn 15 nəfərin məqsədi Qaşıqçını ölkəyə qayıtmağa razı salmaq olub. Lakin onlar buna etiraz edən Qaşıqçını boğmağa çalışıblar.

    Muxalifet - 22-10-2018

  15. ​“Bu bloqerlərin müxalifəti gözdən salan, xalqın müqavimət hərəkatını parçalayan cəhdləri yolverilməzdir” – ADP-dən BƏYANAT

    Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Bayıl və Badamdar ərazilərində baş verən sürüşmələrdən vətəndaşlara dəyən ziyanlardan narahat olduğunu bildirib və hakimiyyəti bu ərazilərdə, bütövlükdə Bakı ətrafında gözlənilən sürüşmə təhlükələrini ardan qaldırmaq üçün önləyici addımlar atmağa çağırıb.

    Muxalifet4 - 22-10-2018

  16. BU DA DÖVLƏT MƏMURUNUN MİLYONLUQ AVTOPARKI – Bankı da varmış + Fotolar

    Maliyyə Bazarlarına Nəzarət Palatasınin keçmiş rəhbəri Rüfət Aslanlı on avtomobildən artıq maşının olduğu şəxsi avtoparka malikdir. Virtualaz.org araşdırıb ki, R.Aslanlının qohumlarının, öz şirkətləri və nəzarəti altında olan müəssisələrin adına yazdırdığı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür.

    Muxalifet - 22-10-2018

  17. ​20 günün qəza statistikası: 38 ölü, 138 yaralı

    Oktyabr ayının 20 günündə respublikanın avtomobil yollarında 72 yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 38 nəfər ölüb, 138 nəfər isə xəsarət alıb.

    Muxalifet - 22-10-2018

  18. Elmar Vəliyevin oğlu istefa verdi

    “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.
    Muxalifet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, E.Vəliyev qərarını işlərinin çoxluğu ilə əlaqələndirib. Onun yerinə hələlik heç bir təyinat yoxdur. 
    Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi. O, Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin oğludur. 

    Muxalifet - 22-10-2018

  19. SON DƏQİQƏ: Müəllimlərin maaşı ARTIRILACAQ

    Noyabrda peşə təhsili müəssisələrinin müəllimlərinin növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili deyib. İmtahanda 600-ə yaxın peşə təhsili müəllimin iştirak edəcəyini deyən A.Əlili qeyd edib ki, istehsalat təlim ustaları, ixtisas fənn müəllimləri və indiyə qədər qiymətləndirmədə iştirak etməyən mühəndis pedoqoji sahənin müəllimləri də imtahana cəlb olunacaq.

    Muxalifet - 22-10-2018

  20. ​Həkimlər daun sindromu olan uşağın ürəyini dayandırdı və…

    Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat olunub.
    Universitetdən verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər qüsuru, 1 ədəd geniş mədəcikarası çəpər qüsuru olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb.

    Muxalifet - 22-10-2018

Pages