Axtarış
The search found 105700 results in 0.119 seconds.
Search results
Vəliəhd şahzadə Qaşıqçının ölümünü Səudiyyə Kralından gəzlədib
Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın, Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürüldüyünə dair məlumatı günlərlə atası kral Salman bin Əbdüləzizdən saxladığı ortaya çıxıb.
Muxalifet3 - 23-10-2018
Sponsor axtaran aktrisa: “Sevgili də ola bilərik” - VİDEO
Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Naz (Abbasova) maraqlı etiraflar edib.
Muxalifet.az bildirir ki, yenicag.az-a açıqlama verən cazibədar aktrisa özünə sponsor axtardığını bildirib.
Həmin videonu təqdim edirik:
Videonu izləmək üçün şəklə klikləyin:Muxalifet - 23-10-2018
Bakı metrosunda qatarda problem yarandı – İntervalda gecikmə oldu
Bakıda metroda qatarların hərəkətində gecikmə olub.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, intervalda baş verən gecikməyə səbəb “Neftçilər” stansiyasında qatar dalandan çıxarkən nasazlıq yaranması olub: “Saat 07:50-də “Neftçilər” stansiyasında 38-ci marşrut üzrə hərəkətdə olan, dalandan çıxan qatarda texniki problem yaranıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Bu səbəbdən digər qatarların intervalında 7-9 dəqiqə gecikmə yaranıb”.Muxalifet - 23-10-2018
Lotu Quli Türkiyədə yenidən saxlanıldı
Türkiyənin Miqrasiya xidməti Azərbaycanın məşhur kriminal avtoriteti Nadir Səlifovu (Lotu Quli) yenidən saxlayıb.
Virtualaz.org Lotu Qulinin qohumlarına istinadən bildirir ki, saxlanılmanın səbəbi açıqlanmır. Ancaq etibarlı mənbələrin məlumatına görə, Türkiyə tərəfi kriminal avtoritetin deportasiyası imkanlarına baxır. Xatırladaq ki, Türkiyə məhkəməsi N.Səlifovun azad olunması haqda cəmisi bir neçə gün əvvəl qərar qəbul etmişdi...Muxalifet - 23-10-2018
Qaşıqçının öldürülməsində əsas icraçı Türk Kəşfiyyatının radarına düşdü
Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın 2 oktyabrda ölkəsinin İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşməsilə bağlı yeni bir gəlişmə baş verib. Qaşıqçı cinayətinin əmrini və planını Səudiyyədən gətirən ən kritik şəxsin kimliyi və fotoları ortaya çıxıb.
Camal Qaşıqçı-nın qətl edilməsində əmr və planları həyata keçirən şəxsin konsulluğun attaşesi Əhməd Abdulla Almuzaini olduğu irəli sürülüb.Muxalifet3 - 23-10-2018
ABŞ-da Corc Sorosa qarşı sui-qəsd cəhdi
Amerikalı milyarder, iş adamı Corc Sorosun Nyu-Yorkun Westchester səmtindəki evinin poçt qutusundan içərisində partlayıcı maddə olan paket tapılıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, rəngli inqilabların sponsoru kimi tanınan Soros demokratlara verdiyi dəstəyə görə sağ radikal qrupların hədəfinə çevrilib.Muxalifet - 23-10-2018
Ermənistan cəbhədə təxribata ara vermir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.Muxalifet - 23-10-2018
"Arsenal"dan möhtəşəm qələbə - VİDEO
İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.
Muxalifet.az xəbər verir ki, turun son oyununda "Arsenal" doğma meydanda "Lester Siti"ni qəbul edib. Qarşılaşma "topçular"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
9 turdan sonra Premyer Liqanın turnir cədvəlində ilk iki pillədə aktivlərində 23 xal "Mançester Siti" və "Liverpul" qərarlaşıb. "Çelsi", "Arsenal" və "Tottenhem" 21 xalla 3-5-ci yerləri bölüşürlər. "Lester Siti" 12 xalla 11-cidir.
"Arsenal" 3-1 "Lester Siti"Muxalifet - 23-10-2018
Türk polisi əyləncə mərkəzində ƏMƏLİYYAT keçirdi: 5 azərbaycanlı qadın saxlanıldı
Türkiyənin Niğde şəhərində polislər əyləncə mərkəzində əməliyyat həyata keçirib.
Muxalifet.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində iş icazəsi olmayan 7 əcnəbi qadın saxlanılıb.
Saxlanılardan 5-i Azərbaycan, 1-i Özbəkistan, 1-i Qırğızıstan vətəndaşı olub.
Onlardan 1 ədəd ov tüfəngi, 1 ədəd tapança, 7 ədəd tapança gülləsi və xeyli sayda sursat aşkar edilib.
Əcnəbi qadınlar Rayon Miqrasiya İdarəsinə təhvil verilib və onların deportasiya ediləcəyi bildirilib.Muxalifet - 23-10-2018
Bakıda avtomobil yük maşınının altına girdi – ÖLƏN VAR
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, Qobu-Güzdək yolunda “Vaz 2107” markalı minik avtomobili “Tatra” markalı ağır tonnajlı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin 33 yaşlı sürücüsü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbi araşdırılır.Muxalifet - 23-10-2018
İki uşağını atıb ər evindən qaçan gəlin: "Yaxşı yaşamaq istəyirəm" (VİDEO)
ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələn Yeganə adlı qız ər evindən qaçıb və iki uşağını atıb.
Yeganə Zaurla söhbətində bildirib ki, heç bir halda o ailəyə qayıtmaram.
Yeganə yaxşı və sərbəst yaşamaq istədiyini söyləyib:
"Uşaqlarım üçün çox darıxıram. Ürəyim partlayır. Amma ora qayıdan deyiləm"./Unikal.org/Muxalifet - 23-10-2018
Aydın Xırdalanlı adaşı Aydın Sani haqqında GİZLİNLƏRİ AÇDI: "Get, yerini bil!" - VİDEO
Aydın Xırdalanlı tələbəsi Aydın Sani haqqında heç kəsin bilmədiyi məqamlardan danışıb. Məşhur meyxanaçı bu barədə A24.Az-a açıqlama verib. O, bildirib ki, bir vaxtlar əlindən tutub meyxana deməyə apardığı şəxs indi onun haqqında həqiqətə uyğun olmayan iddialar irəli sürür. Xırdalanlı qeyd edib ki, 10 il əvvəl Axund Azərin təklifi ilə o, Aydın Sanini Maştağada bir neçə toya aparıb, lakin Aydın Sani deyişmələrdə uğursuz olub. Nəticədə Xırdalanlı Axund Azərə bildirib ki, Aydın Sani deyişə bilmir: “Sonra keçdi qəzəl yazmağa. 1-2 il əvvəl də mənə zəng elədi ki, oxumaq istəyirəm.
Muxalifet - 23-10-2018
Səudiyyə vəliəhdinə daha bir “hücum”
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın “2030 vizyonu” çərçivəsində ölkəyə investisiya cəlb etmək məqsədilə keçirmək istədiyi "Gələcəyə Sərmayə Təşəbbüsü" (FII) konfransının rəsmi saytı kiber hücuma məruz qalıb.
“Çöldəki Davos" adlandırılan konfransın saytına “hücum” edən hakerlər "Səudiyyə Ərəbistanı rəhbərliyini dünyada terrorizmi dəstəkləyən ölkə olmaqla günahlandıran fotoşəkilli bir mesaj buraxıb.Muxalifet3 - 23-10-2018
Bahalı onkoloji preparatların saxtaları yayılır – Apteklərə və xəstəxanalara da yol tapıb
Rusiyada bahalı onkoloji preparatların saxtalaşdırılması ilə bağlı qrupun izinə düşüblər.
Rossdravnadzor dələduzların daha tələbatlı olan Herseptin adlı preparatın saxtasını hazırladıqlarını aşkarlayıb. Dərmanın qutusu olduğu kimi hazırlanır, içindəki tabletlər isə kustar üsulu ilə hazırlanır. Böyük bir dərman partiyası cəlbeidici qiymətə olduğundan apteklər şəbəkəsinə, hətta xəstəxanalara da daxil olub.
Laboratoriyada dərmanların ekspertizası göstərdi ki, preparatın keyfiyyəti yoxdur, tamamilə başqa tərkibdədir.Muxalifet - 23-10-2018
Qaşıqçının cəsədi Səudiyyəyə aparıldı” İDDİASI
Jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda həyatını itirdiyi ilə bağlı aparılan açıqlamadan sonra gözlər Qaşıqçı-nın cansız bədəninin harada olduğuna yönəlib. İstintaq orqanlarının diqqətinin 15 nəfərlik sui qəsd qrupunda yer alan Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana ən yaxın şəxslərdən biri olan Mahər Abdulaziz Mutrebə kökləndiyi müəyyən olunub.
Muxalifet3 - 23-10-2018
Əhəd Abıyev ƏMƏLİYYAT OLUNDU
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində problem yaranıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Əhəd Abıyev Bakıda yerləşən klinikalardan birində böyrəyindən əməliyyat olunub. Onun urologiya şöbəsinə yerləşdiyi bildirilir. Əhəd Abıyev səhhətində yaranan problemlə əlaqədar olaraq hazırda məzuniyyətə çıxıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əməliyyat olunduğunu təsdiqləyib:Muxalifet - 23-10-2018
Səudiyyə Ərəbistandan maraqlı “Qaşıqçı” açıqlaması!
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr, İstanbuldakı Baş Konsulluqda öldürülən jurnalist Camal Qaşıqçı haqqında "Bir daha heç vaxt Camal Qaşıqçı hadisəsi kimi bir hadisə olmayacaq" sözünü verib.
Cübeyr, açıqlamasının davamında, Qaşıqçı-nın ölümündən məsul olanların mütləq cəzalandırılacağını qeyd edərək, əhatəli bir istintaq aparılması və hadisənin aydınlanması üçün çalışdıqlarını deyib.
Müxalifət.azMuxalifet3 - 23-10-2018
Azərbaycanlı müğənni klipində həmcinsi ilə öpüşdü - VİDEO
"Azərbaycanın səsi" yarışması ilə məşhurlaşan müğənni Albina Pyakşova uzun müddətdir anonsunu paylaşdığı klipini təqdim edib.
"Tək sən" adlanan klipdə söz-söhbətlərə səbəb olacaq görüntülər əks olunub. Albina ekran işində vannada uzanan yerdə görüntülənib.
Görünüşü ilə fərqli imic yaradan müğənninin ekran işində həmcinsi ilə öpüşməsi gündəm yaradıb.
Qeyd edək ki, klipin rejissorları Muxtar Həsənovski və Emil Həşimlidir. /open/
Sözügedən görüntüləri təqdim edirik:Muxalifet - 23-10-2018
Ərdoğan Qaşıqçı bombasını BU GÜN PARTLADACAQ - Dünyanın ən qəddar qadını Ankaraya GÖNDƏRİLDİ
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan və sonradan qətli Ər-Riyad tərəfindən etiraf edilən səudiyyəli jurnalist Camal Qaşıqçı məsələsi dünya siyasətinin bir nöm rəli mövzusu qalmaqda davam edir.
Muxalifet.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, Qaşıqçı mövzusunun müzakirəsi üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Hespel bu gün Türkiyəyə gəlib.
ABŞ prezidenti Donald Tramp tərəfindən göndərilən Hespel Qaşıqçının istintaqı üzərində çalışacaq.Muxalifet - 23-10-2018
Səudiyyə Ərəbistanına daha bir şok! Dünya nəhəngi dayandırdı
Dünyanın ən böyük kinoteatr zəncirləri arasında yer alan İngilis Vue şirkəti, Səudiyyə Ərəbistanında 30 kinozalından ibarət olan layihəsini dayandırmaq qərarı verdiyi bildirib.
“The Guardian” qəzeti, şirkətin Abdulmohsen al-Hokair Qrupu ilə Səudiyyə Ərəbistanında 30 kinozalını əhatə edən layihəni rəfə qaldırdığını bildirib.Muxalifet3 - 23-10-2018