Axtarış
The search found 105700 results in 0.085 seconds.
Search results
Səudiyyə Kralından “Qaşıqçı” açıqlaması
Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı ilə bağlı açıqlama verən Səudiyyə Ərəbistanının kralı Salman, "Məsuliyyətlərini yerinə yetirməyənlərdən hesab soruşulacaq. Qaşıqçının ölümündən məsul olanlar və vəzifəni yerinə yetirməyənlər, kim olursa-olsun hesab verəcək" deyib.
QAŞIQÇI NECƏ ÖLDÜRÜLDÜ?
Muxalifet3 - 23-10-2018
Elmar Vəliyevi güllələyən şəxsin həbs müddəti UZADILDI
Nəsimi Rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərov, onun qohumu, Gəncədə terror aktı, iğtişaşların planlaşdırılması, təşkil edilməsində ittiham olunan Ceyhun Qurbanov və Aydın Qurbanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Muxalifet - 23-10-2018
Ərdoğanın “Qaşıqçı” açıqlamasına ilk dəstək İngiltərədən gəldi
Ərdoğanın Qaşıqçı cinayətinin planlı olduğuna dair açıqlamasına ilk dəstək Böyük Britaniyadan gəldi. İngiltərənin baş naziri Mey, Ərdoğanın Səudiyyə rəhbərliyinin açıqlamalarından sonra hələ də cavablandırılmayan sualların qeyd etdiyini söyləyib.
Baş nazir Mey, sözçüsü vasitəsilə yaydığı mesajda, "Ərdoğanın açıqlamalarının, Qaşıqçı məsələsində hələ də sual işarələri olduğu həqiqətininqeyd etdiyini" bildirib.
İngiltərənin baş naziri, bu suallara yalnız Səudiyyənin cavab verəcəyi fikrini bölüşüb.
Muxalifet3 - 23-10-2018
İngilislərdən “Qaşıqçının cəsədi tapıldı” iddiası
İngilis xəbər telekanalı “Sky News”, Türk rəsmilərinə əsaslandırdığı xəbərində, Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı-nın cəsəd parçalarının, baş konsulun evinin həyətində olduğunu iddia edib. Cəsədin hissələrə bölündüyü və üzünün tanınmaz halda olduğu qeyd olunub.
“Sky News” xəbərində, Qaşıqçı-nın öldürüldükdən sonra bədəninin hissələrə ayrıldığını və üzünün tanınmaz halda olduğunu iddia edib.
Müxalifət.azMuxalifet3 - 23-10-2018
Ermənistan kartofu Azərbaycana gətirilir? - RƏSMİ CAVAB
Bir sıra kütləvi informasiya vasitələrində Gürcüstandan Azərbaycana idxal edilən kartofun insan sağlamlığı üçün təhlükə törədə biləcəyi və idxal edilən məhsulun içində Ermənistan mənşəli kartofun olduğuna dair iddialar irəli sürülüb və bu iddialarda gömrük orqanlarına qarşı ittihamlar yer alıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, ölkə ərazisinə gətirilən bütün mal və nəqliyyat vasitələrinin, o cümlədən kartofun qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədləri yoxlanıldıqdan sonra idxalına icazə verilir.Muxalifet - 23-10-2018
Ərdoğandan Qaşıqçı həmləsi!
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın ailəsinə zəng edərək başsağlığı verib.
Prezident Ərdoğan, Qaşıqçı-nın öldürülməsindən dərin üzüntü duyduğunu, cinayətin aydınlanması üçün hər şeyin ediləcəyini vurğulayıb.
Müxalifət.azMuxalifet3 - 23-10-2018
Ronaldonun 2 milyonluq saatı
İtaliyanın "Yuventus" klubunun portuqaliyalı futbolçusu Kristian Ronaldo Çempionlar Liqasında "Mançester Yunayted"lə səfərdə oynayacaqları matçdan əvvəl təşkil olunan mətbuat konfransında bahalı saatı ilə diqqət çəkib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı superulduzun qolunda olan saatın qiyməti təxminən 2 milyon avrodur. Saat Jacob & Co Cavair Tourbillion seriyasına aiddir və 424 parça briliyyantla bəzədilib.
Qeyd edək ki, K. Ronaldo 2013-cü ildən bəri bu firmanın bahalı məhsullarını reklam edir.Muxalifet - 23-10-2018
Xocalı bəyanatı İordaniyanın nüfuzlu nəşrində...
Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevin Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) tərəfindən yayılmış bəyanatı İordaniyanın nüfuzlu “Orobanyus” nəşrində dərc edilib.
Muxalifet.az xəbər verir ki, “Dmitri Savelyev: Xocalıda törədilmiş hadisə Azərbaycan xalqına qarşı soyqırımıdır” sərlövhəli materialda Xocalıda Azərbaycan qarşı törədilmiş soyqırımından bəhs olunur.Muxalifet3 - 23-10-2018
Əhaliyə növbəti ŞAD XƏBƏR – VİDEO
Muxalifet.az həmin görüntüləri daha ətraflı təqdim edir:
Muxalifet3 - 23-10-2018
Azərbaycanlı general terrorçuların siyahısına salındı
İran İslam İnqilabı Keşikçiləri Korpusu və onun xaricdəki qolu “Qüds gücü” birləşməsinin komandanı Qasım Süleymani Səudiyyə Ərəbistanı və Bəhreyn tərəfindən terrorçular siyahısına salınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Səudiyyənin SPA agentliyi məlumat yayıb.
Muxalifet3 - 23-10-2018
Ərdoğandan Qaşıqçı ailəsinə başsağlığı: Hər şeyi edəcəyik!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının ailəsinə başsağlığı verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adminitrasiyası məlumat yayıb.
Telefon əlaqəsi zaman Ərdoğan bu olaydan dərindən kədərləndiyini, Türkiyə olaraq bu prosesi izləyəcəklərini və cinayətin açılması üçün hər şeyi edəcəklərini bildirib.
Türk lider mərhumun ailə üzvlərinə səbr və dözümlülük arzu edib.
Muxalifet3 - 23-10-2018
Sabah Bakının bu ərazisində qaz olmayacaq
Sabah Bakı şəhərinin Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Muxalifet3 - 23-10-2018
MKİ rəhbəri Türkiyədə: Tramp qərarını verəcək - Qaşıqçı olayı
Hazırda Cina Haspel Qaşıqçı olayı ilə bağlı sübutları araşdırmaq üçün Türkiyədədir.
Bu barədə ABŞ vitse-prezidenti Mayk Pens məlumat verib.
“Prezident Tramp dəlillərə baxaraq, ABŞ-ın milli maraqlarına uyğun qərarını verəcək”, - deyə Pens bildirib.
Muxalifet3 - 23-10-2018
Azərbaycan və Rusiya DİN rəhbərləri arasında görüş...
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyasının daxili işlər naziri, RF-nin polis generalı Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Muxalifet3 - 23-10-2018
SON DƏQİQƏ: Ermənilər Tərtəri Avropaya hazırlayır - FOTOLAR
Tərtər rayonunun işğal altındakı Ağdərə şəhərindəki futbol stadionu tanınmamış respublikaların CONİFA (İngilis: Confederation of Independent Football Associations; Müstəqil futbol assosasiyası konfederasiyası) bayrağı altında 2019-cu ilin mayında keçirilməsi planlaşdırılan futbol üzrə qanunsuz Avropa çempionatı üçün hazırlanır.
Muxalifet3 - 23-10-2018
Azərbaycandan Fransaya etiraz - Qanunsuz səfər
Fransanın Sent Etyen şəhərinin meri Qael Perdrionun ölkəmizin işğal edilmiş Şuşa şəhərinə qanunsuz səfərini qətiyyətlə pisləyirik.
Muxalifet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilib.
Bəyanatda bildirilib ki, Fransanın yerli özünüidarəetmə orqanının beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycan qanunlarını kobud şəkildə pozaraq, eləcə də Fransa milli qanunlarına zidd olaraq atdığı bu addım Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.Muxalifet3 - 23-10-2018
Putindən Trampa təklif: Parisdə görüşək...
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.
Muxalifet.az xəbər verir ki, Kreml rəhbəri həmkarı Donald Trampla noyabrın 11-də Parisdə görüşə biləcəyini Boltona bildirib.
Putin vurğulayıb ki, ABŞ və Rusiya arasında birbaşa təmaslar faydalı ola bilər:
“Təbii ki, ABŞ tərəfli bu kimi təmaslarda maraqlı olarsa...”.
Qeyd edək ki, C.Bolton Moskvada səfərdədir.
Muxalifet3 - 23-10-2018
Avropadan Qaşıqçı açıqlaması: Bundan sonra Səudiyyə...
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Səudiyyə konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı növbəti açıqlama verib.
Muxalifet.az-ın məlumatına görə, Moqerini bildirib ki, AB-nin bu yöndəki qərarları Səudiyyənin bundan sonrakı addımları ilə bağlı olacaq.
Muxalifet3 - 23-10-2018
Qonşu ölkədə qasırğa xəbərdarlığı: 4-5 ballıq...
Oktyabrın 25-dən 27-dək Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi, Qara dəniz sahillərində 4-5 ballıq qasırğa olacağı barədə əhaliyə və turistlərə ciddi xəbərdarlıq edilib.
Muxalifet.az xəbər verir ki, məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Agentliyi yayıb.Muxalifet3 - 23-10-2018
BMT-dən Qaşıqçı bəyanatı: Türkiyə tələb edərsə...
Türkiyənin tələbi olarsa səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı istintaq məsələsini dəyərləndirə bilərik.
Muxalifet.az xəbər verir ki, bu barədə BMT-nin bəyanatında deyilib.
Bəyanatla bağlı ətraflı məlumat verilməyib.
Muxalifet3 - 23-10-2018