Axtarış
The search found 105700 results in 0.139 seconds.
Search results
ABŞ-dan sanksiya qərarı: iranlı generallar terrorçular siyahısına daxil edildi
ABŞ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Oman 9 nəfəri terrorçular siyahısına daxil edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda Taliban terror qrupu ilə əlaqədə ittiham edilən 6 nəfər, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusu, iranlı generallar Qasım Süleymani, Həmid Abdullahi və Əbdürrza Şehlayi də var.
Qeyd edək ki, Qasım Süleymani İran İslam İnqilabı Keşikçiləri Korpusunun İraq, Suriya və bəzi ərəb ölkələrində fəaliyyət göstərən "əl-Qüds" qoşununa başçılıq edir.Muxalifet4 - 24-10-2018
Azərbaycanda işsizlik 5 faizdir? - Dünya İqtisadi Forumu bu rəqəmi haradan alıb?
Azərbaycanda işsizlik 5 faizdir, Dünya İqtisadi Forumunun (DİF) hesabatında deyilir. Müstəqil ekspertlər isə bu rəqəmin daha böyük olduğunu bildirir.
DİF-in Azərbaycanda işsizliyin 5 faiz olması barədə məlumatı Prezident İlham Əliyevin ilin əvvəlində Nazirlər Kabinetinin ilin yekunlarına dair iclasında dediklərilə üst-üstə düşür.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin əvvəlində Davosda etdiyi çıxışında Azərbaycanda işsizlik səviyyəsinin aşağı olduğunu demişdi.
Muxalifet4 - 24-10-2018
Ermənistanda baş nazir seçkisi başladı
Ermənistanda baş nazirin seçilməsi üzrə parlament iclası keçirilir.
Muxalifet.az “news.am” saytına istinadən xəbər verir ki, “Çıxış” blokunun parlament fraksiyası baş nazir vəzifəsinə öz namizədini irəli sürmüş tək siyasi gücdür.
Bu vəzifəyə baş nazir vəzifələrinin müvəqqəti icraçısı Nikol Paşinyan iddia edir. Bununla belə, o, növbədənkənar parlament seçkilərini keçirilməsinə nail olmaq üçün bu vəzifəyə seçilməyi arzulamır.Muxalifet - 24-10-2018
Novosibirskdə “Dostluq Körpüsü” forumu keçirilib
Rusiya Federasiyasının (RF) Novosibirsk şəhərində “Dostluq Körpüsü: Rusiya - türkdilli və slavyandilli ölkələr və müasirliyin qlobal çağırışları” mövzusunda regionlararası forum keçirilib. Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Sodrujestvo” türkdilli və slavyandilli xalqlar arasında əməkdaşlıq Fondu, Rusiya Yazıçılar Birliyinin Novosibirsk regional bölməsinin və Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə baş tutub.
Muxalifet4 - 24-10-2018
Əməkdar artistin maşınından oğurluq edənlər tutuldu
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Muxalifet - 24-10-2018
“MÜDRİKLİK MƏBƏDİ”NƏ SÖZARDI...
Əlisa Nicat! Bu ad mənim göz önümə fəlsəfənin dərinliklərindən inciləri külünglə qazıb çıxaran, nəfəs dərmədən düşüncə sistemimizi mənəvi qidalarla təmin edən, hər şeydən yazmağı bacaran və eyni zamanda davamlı yazan bir müəllifi gətirir. Əlisa Nicatın adı ilə daha çox assosasiya olunan ruhların dialoqu və pritçaları ilə ifadə etdiyi heyrətamiz məna yükü çağdaş fəlsəfi üslubumuzda qırmızı xətlə keçir. Pritçaları, tarixi romanları və fəlsəfi tərcümələri ilə böyük bir fəlsəfi zənginlik yaradıb. İnsan böyük bir ürək yanğısı və əzmkarlığı ilə fəlsəfə irsimizə davamlı tövhələr verib.
Muxalifet4 - 24-10-2018
Ermənistanda parlamentin buraxılması prosesi başlanır: Keçmiş hakim partiya vədinə əməl edəcəkmi?
Ermənistan Milli Məclisində bu gün "Yelk" ("Çıxış") parlament fraksiyası tərəfindən baş nazir vəzifəsinə irəli sürülmüş Nikol Paşinyanın namizədliyi üzrə səsvermə keçirilməli və qabaqcadan razılaşdırıldığı kimi, Paşinyan seçilməməlidir.
Hazırda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan, parlamentdə təmsil olunan digər üç fraksiyalarla namizəd irəli sürməmək haqqında razılıq əldə etdikdən sonra, oktyabrın 16-da istefa verib.
Muxalifet4 - 24-10-2018
Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş edildi
Bakı Ali Neft Məktəbinin (BANM) möhtəşəm Konqres zalında Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan «Nəsimi» filminin 45 illiyi münasibəti ilə filmin özü nümayiş olunub.
Muxalifet4 - 24-10-2018
Qaşıqçı cinayətində yeni gəlişmə: SƏUDİYYƏ QƏBUL ETDİ
“Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsindən sonra son dəqiqə xəbərləri gəlməyə davam edir. Assosiated Press(AP), Səudiyyə rəsmilərinin, izi itirmək üçün Qaşıqçıya oxşar dublyor istifadə etdiklərini qəbul etdiyini bildirib.
Muxalifet3 - 24-10-2018
Abşeronda ana 2 azyaşlı uşağı ilə İTKİN DÜŞDÜ
Abşeron rayonu Xırdalan şəhərində yaşayan bir ailənin üç üzvü itkin düşüb.
Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xırdalanda kirayədə yaşayan 1988-ci il təvəllüdlü Hüseynova Günay İmran qızı 2014-cü il təvəllüdlü qızı Aylin və 2015-ci il təvəllüdlü oğlu Aminlə birgə evdən çıxıb və geri qayıtmayıblar.
Ana və iki azyaşlının axtarışları polislər tərəfindən davam etdirilir.Muxalifet - 24-10-2018
Cavanşir Məmmədov həmkarını BİABIR etdi: “Kişi kalqotka geyinər?” - VİDEO
Bir müddət öncə müğənni Samir Oruc əməkdar artist Cavanşir Məmmədovun saçına rəngləməsini lağa qoymuşdu.
Muxalifet.az xəbər verir ki, əməkdar artist ARB telekanalının “Show News” verilişində Samirə cavab verib.
O da öz növbəsində həmkarını lağa qoyub və onun kalqotka geyindiyini dilə gətirib:
“Bu o stul üstündə mahnı çalan oğlandır da. Yəni gəl gör kimə ilişirsən. Sizin hamınıza biz yol açmışıq, biz dolandırırıq. Sənin Cavanşir Məmmədov haqqında danışmağa ixtiyarın yoxdur. Özün kalqotka geyinib, səhnəyə çıxırsan. Kişi kalqotka geyinər?”.Muxalifet - 24-10-2018
NATO-dan nüvə təhdidi açıqlaması!
NATO-nun baş Katibi son dəqiqə açıqlama ABŞ-ın nüvə müqaviləsindən çıxması və nüvə təhlükəsi məsələsinə münasibət bildirib. NATO baş katibi Stoltenberg, ABŞ-ın nüvə müqaviləsindən çıxdığı təqdirdə, ittifaqın təhlükəsizliyini yenidən qiymətləndirmələri lazım olduğunu vurğulayıb.
Müxalifət.azMuxalifet3 - 24-10-2018
Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin POLİSƏ APARILDI - Şok fakt
Quba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.
Həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində E.Ə.-nin əmisinin gəlini, 25 yaşlı A.Ə. ilə birgə Bakıda tutularaq Qubaya gətirilməsi, gənc oğlanın Tülər kəndində ağaca bağlanaraq döyülməsi, qarışıqlıq zamanı ona bıçaq xəsarətinin kim tərəfindən yetirilməsi və sair barədə araşdırmalar aparılır.Muxalifet - 24-10-2018
Avropa İttifaqından "Qaşıqçı" açıqlaması
Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürülməsinə dair, "Avropanın yeganə marağı, arxasında kim olduğuna baxmadan bütün detalları ortaya çıxarmaqdır" deyib.
Tusk, Qaşıqçı-nın öldürülməsini "şok edici" şəklində səciyyələndirərək, bunları qeyd edib:Muxalifet3 - 24-10-2018
“Azərbaycanda rus dilində tədris Konstitusiyaya ziddir” - PARTİYA SƏDRİ
Sərdar Cəlaloğlu:"Hakimiyyətdə olan ruspərəst qüvvələr rus dilini dövlət dili ilə bərabər işlək dil səviyyəsinə gətirib çıxarmaq istəyir"
“Rusiya bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, biz azad xalqıq, rus mədəniyyəti, onun dili və əxlaqı ilə heç bir əlaqəmiz yoxdur”
Muxalifet4 - 24-10-2018
Dağıstanda meyitləri tapılan 3 Azərbaycan vətəndaşının ölüm səbəbi açıqlandı
Rusiyanın Dağıstan Respublikası üzrə İstintaq Komitəsi tikinti işləri zamanı yüksəklikdən yıxılan üç azərbaycanlı fəhlənin ölüm faktı üzrə yoxlama aparıb.
Komitənin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşları hündürlükdə işləyən zaman texniki təhlükəsizlik qaydalarını pozaraq sığorta kəmərindən istifadə etməyiblər.
İstintaq müəyyən edib ki, onların üzərində olduqları iş platformasının trosu qırılıb və sürüşmə baş verib. Bu zaman yüksəklikdən yerə yıxılan fəhlələr aldıqları xəsarətlərdən oradaca keçiniblər.Muxalifet - 24-10-2018
Aereportda ƏMƏLİYYAT: Çantalardan 137 adda dərman, 35 eynək...(VİDEO)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatı, qida əlavəsi və tibbi ləvazimatın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dən verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Əjdər Kərimov gömrük nəzarətini "yaşıl kanal”la keçərkən saxlanılıb və çantalarının rentgen aparatında yoxlanılması üçün "qırmızı kanal”a yönləndirilib.
Yoxlama nəticəsində çantalarda dərman preparatlarının olduğu müəyyən edilib.Muxalifet - 24-10-2018
Kiyevdə əhali yenidən küçələrə çıxdı - QAZIN BAHALAŞMASINA ETİRAZ
Ukraynanın paytaxtı Kiyevdə mitinq keçirilir.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun "Batkivşina" partiyasının təşkil etdiyi mitinqin iştirakçıları qazın qiymətinin qalxmasına etiraz edirlər.
Prezident Administrasiyasının inzibati binasının yaxınlığına toplaşan etirazçıların qarşısını polis əməkdaşları kəsib.
Mitinq sakit şəkildə keçir.Muxalifet - 24-10-2018
Türkiyə əleyhinə terroru bəsləyən Qərb
Türkiyənin ölkə xaricində keçirdiyi əməliyyatlardan sonra küncə sıxışdırılan terror təşkilatı PKK/YPG, fəaliyyətini davam etdirə bilməsi üçün xarici qüvvələr tərəfindən qidalandırılır.
Muxalifet3 - 24-10-2018
DOĞRANMIŞ TALE - İlqar Altay Kaşıkçı olayı haqda yazır
Və yaxud ölümü də xeyir gətirən xeyirxah insan - Camal Kaşıkçı
Səsli-küylü Kaşıkçı məsələsinə məncə yekun vurub bağlamaq olar artıq.
Camal Koşeqqi (Kaşıkçı) faciəsinin nəticəsi, nə və hansı yolla, gedişatla bitəcəyi məsələsinə nəhayət aydınlıq gəldi. Aydınlığı Türkiyə cumhur başqanı bu gün, Parlamentdə açıqlamasında bəyan etdi. Gedişat, istiqamət zatən mənə bəlli idi. Hadisənin İlk günlərindən. Xüsusən də 2 gün öncə, Səudiyyə Krallığının 3-cü fərqli yekun açıqlamsından sonra. Elə buradan başlayaq..
Muxalifet4 - 24-10-2018