DOĞRANMIŞ TALE - İlqar Altay Kaşıkçı olayı haqda yazır

Baxış sayı:
5374

Və yaxud ölümü də xeyir gətirən xeyirxah insan - Camal Kaşıkçı

Səsli-küylü Kaşıkçı məsələsinə məncə yekun vurub bağlamaq olar artıq.

Camal Koşeqqi (Kaşıkçı) faciəsinin nəticəsi, nə və hansı yolla, gedişatla bitəcəyi məsələsinə nəhayət aydınlıq gəldi. Aydınlığı Türkiyə cumhur başqanı bu gün, Parlamentdə açıqlamasında bəyan etdi. Gedişat, istiqamət zatən mənə bəlli idi. Hadisənin İlk günlərindən. Xüsusən də 2 gün öncə, Səudiyyə Krallığının 3-cü fərqli yekun açıqlamsından sonra. Elə buradan başlayaq..

Əvvəl, hadisənin 3-cü günü, 2 oktyabrda Səudiyyə tərəfi bildirdi ki, Kaşıqçı həmin gün sənədini götürüb, konsulluğu tərk edib və onun sonrakı taleyi barədə məlumatları yoxdur. 2-ci dəfə isə, 19 oktyabrda bəyan etdilər ki, bəli, jurnalist konsulluqda ölüb, amma yumruq davası nəticəsində (jurnalist guya 18 nəfər "ölüm qrupu" ilə yumruq davasına çıxıbmış).

3-cü dəfə 22 oktyabrda yekunda artıq bildirdilər ki, Camal Kaşıkçı onun Səudiyyəyə gətirilməsi barədə "sanksiyalaşmamış" əməliyyat zamanı sərt müqavimət göstərib, qışqırıb və onun əllə ağzını yumarkən təsadüfən boğulub ölüb. Və bu son qəti yekun versiya yəqin ki, əvvəlkilər kimi təkcə Səudiyyənin mətbəxində düşünülüb hazırlanmayıb. Bu bəyanatı vermək və sonradan arxasında durub başqa versiya ortaya çıxmayacağına əmin olub, ifşa olunmamaq üçün ən azı, bunun arxasında duran 2 güclü aidiyyətli ölkə daha var və olmalıdır.

Bu son, düşünülmüş rəsmi planlı versiya nə deməkdir? Yəni ki, icazəsiz əməliyyatdır və Səudiyyə rəhbərliyinin bundan xəbəri yoxdur, jurnalisti öldürmək məqsəd planı olmayıb, ölüm qəsdən yox, ehtiyatsızlıq üzündən baş verib. Tamam. Gələcək ittihamın və məhkəmənin ssenarisi hazırdır! Rəhbərlik, yəni ki, şahzadə Məhəmməd ibn Salman kənarda qalır, əməliyyatı isə, icazəsiz (guya) təşkil edən bir rəhbər generalı və qalan tutulan 15 nəfərı edam gözləmir, çünki ehtiyatsılıqdan-təsadüfdən baş verən ölümdür.. Və bunlar da bir müddət həbsdə (həbs şəraiti sayılarsa) qalandan, ara sakitləşib soyuyandan sonra əfv, ya da başqa konstitusion ya, şəriət qanunu ilə azadlığa çıxırlar. (Çıxandan sonra isə vəliəhd tərəfdən təbii ki, öz cəfakeşlik mükafatlarını alırlar). Qalır konsulluqdakı edamın telefon audio yazısı məsələsi, onu Ərdoğan tərəf ortaya çıxarmaz, necə ki, bu günkü çıxışında qeyd etmədi və uzağı, inkar da etmək olar saxta kimi. Başqa bir tərəfdən isə, Kaşıkçının yaxın-doğmaları ilə iş, barışıq aparılır, danışıqlar gedir və artıq, jurnalistin nəsil ağsaqqalı və oğlu çəkinmədən Səudiyyə Krallığına gəlib, kral ailəsi ilə görüşüb və əgər sabah da çıxış edib desələr ki, bizim atamızın ölümünü siyasi alətə çevirməyin, olub keçib, heç də təəccüblənməyək. Yəni, bu arada yaxşı işləyiblər işin üstündə.

Niyə, son bəyanat versiyanı rahat verdi Kral ailəsi? Çünki onların həmin bu son ölüm versiyasını, Vəliəhdin xəbərsizliyi, konsulluqda ehtiyatsızliqdan ölüm versiyasını təkzib edəcək əsas faktlar hamısı artıq, Ailənin əlindədir! Kaşıqçının doğranmış meyid parçaları da, əməliyyatı, qəssablığı törətmiş qatil qrupun son nəfərinə kimi və hətta baş konsulun özü də komplekt Səudiyyədədir. Bu tərəfdən də krallıq rəsmiləri artıq bəyan ediblər ki, istintaq Səudiyyədə keçirilməlidir, səbəbi isə odur ki, hadisə Səudiyyə dövlətinin suveren ərazisi sayılan İstanbul konsulluğunda baş verib.

Vəssalam. Di gəl indi sübut elə ki, Kaşıkçı təsadüfən boğulmayıb, əksinə, doğranıb, çemodanlara yığılıb və elə həmin gün həmin qəssablarla birlikdə Səudiyyəyə uçurdulub, qatı düşmənin başı da şahzadəyə təqdim olunub, keçmiş zamanlardakı kimi. Səudiyyə 100 faiz arxayın olmasa ki (həm də okeanın o tayındakı "sovetnikləri"), meyidin hissələri haradasa tapılıb üzə çıxmayacaq, bəyan edər ki, boğulub ölüb? Bilmirlər ki, sabah doğranmış meyid üzə şıxsa bunlar nə vəziyyətə düşərlər? O, konsulun həyətindən meyid hissələri tapılıb, guya Səudiyyə tərəfdən gələn və tələsik geri qayıdan killer-əməliyyatçılar, elə həmin gün vaxt tapıb İstanbuldan 90 km aralı meşəyə gediblər, nə bilim meyidi kiməsə yerli adama veriblər Ərdoğan bəy də deyir o adamın yerini bizə deyin, Türkiyə polisinin də meşə axtarışları, hamısı iz azdırma, görüntü yaratmaqdır. Bu cür işi, istintaqı dağıtma variantlarını yaxşı bilirik. Bax beləcə, nağıla döndərdilər, bir doğranmış taleni..

Qalır, xaricdəki daha 3 tərəfin razılığını almaq. Bir Türkiyə-T Ərdoğan, ərazisində hadisə baş verən ziyançəkən tərəf. İkinci ABŞ-Tramp Kaşıkşının rezident olub, yaşayıb işlədiyi ölkə və həm də Səudiyyənin patronu tərəf, 3-cü Kaçıkşının zərərçəkən nişanlısı Xədicə Çengiz. Bunlar da artıq, məncə həll olunmuş məsələdir. Necə ki, Ərdoğanın bu günkü çıxışından, Amerika və Avropanın hay-küysüzlüyündən və Xədicənin də səssizliyi, artıq paralel olaraq tərəflərin sinxron gedişat həmrəyliyidir.

Keçək, Ərdoğanın çıxışına. Çıxışın əsas qayələri və onlara qarşı suallar. Sualların əsasını mən ilk dəfəki təhlil yazımda vermişdim və yenə həmin suallar qalır. Çünki, təəssüf ki, bir gözlənilən tutarlı açıqlama olmadı bu, obyektiv demək lazımdı. https://m.facebook.com/story.php?story_fbid=1370315176432762&id=100003628791648

R. T. Ərdoğan:
1. Səudiyyə komandası Cəmal Qaşıqçı yoxa çıxmamışdan əvvəl İstanbuldakı meşədə və Yalova adasında olub. 
Cavab: Bu komanda səhər Səudiyyədən gəlib İstanbula enib, tələsik yetişib konsulluq yaxınlıqda otellədrdə yerləşib, oradan da konsulluqda gəlib hazırlaşıb Kaşıqçını gözləyib və edamı bitirəndən sonra, tələsik həmin gün meyid hissələrini götürüb gedib. Yalova meşəsi də 90 km aralıda gedib-gəlmək 3-4 saat çəkir ən azı..

2. Türkiyənin əlində ciddi sübutlar var ki, Səudiyyə rəsmiləri 
Camal Kaşıkçının qətlini əvvəlcədən planlaşdırıb. 
Cavab: Hanı sübutlar, hanı o telefon audio yazısı, niyə ictimailəşmir?

3. Səudiyyənin İstanbul konsulluğundakı təhlükəsizlik kameraları yoxa çıxıb.
Cavab: Yoxa çıxıbsa, niyə Camal Kaşıkçının içəri girmə grüntüsü var?

4. Səudiyyənin 15 nəfərdən ibarət olan komandası Camal Kaşıkçı qətl edilən gün konsulluğa daxil olub yerləşir.
Cavab: Olsun də, adi söhbətdir hamı bilir inkarı da yox .

5. Bu qətllə bağlı həbs olunan 18 nəfərin çoxu Türkiyə Təhlükəsizlik Xidmətinin müəyyən etdiyi şəxslərdir. 
Cavab: Bu yenilik deyil, Səudiyyənin versiyasına uygundur və bunu Səudiyyə də inkar etmir.

6. Cəmal Qaşıqçı xüsusi zoraklıq və qəddarlıqla öldürülüb... 
Cavab: Bu da elə bir güclü arqument deyil və prosesin gedişində onun ağzını tutub boğma versiyasını da qəddar və zorakl ölüm kimi dəyərləndirmək olar..

Ancaq, Ərdoğana yönəlik mənim ilk analitik yazımdakı suallar qalır.

1. Niyə, Kaşıqçı evlilik arayışını yaşadığı Vaşinqtonda yox, Türkiyədə, İstanbulda alırdı? 
2. 2 oktyabrda 13:45-də konsulluğa girib 4 saat müddətində çıxmayanda nişanlısı Xədicə saat 17.00-da Kaşıkçının içəri girərkən tapşırdığı kimi AK parti genəl başqan yardımçısı Yasin Oktaya, Türk-Ərəb media Dərnəyinə və yerli polisə xəbər verir. Yasin Oktay rəsmi yazlb ki, həmən, Baş Xüsusi xidmətə, Polisə və Prezident köməkçisinə xəbər verir, bütün tərəf və xidmətlər bundan hali olub, tədbirlər görülüb hər şey nəzarətdədir və xüsusi qeyd edir ki, ölkədən quş uçub gedə bilməz. Dərhal da, elə həmin gün prokurorluq araşdırmaya başlayır. Necə olur ki, axşam saat 18.00-da həmin 2 şəxsi təyyarə ilə 15 nəfər "ölüm qrupu", 22-00-da isə daha 3 aidiyyətli şəxs Türkiyədən Səudiyyəyə uçub gedə bilir? 
3. 5 oktyabrda, artıq əməliyyatçılar və dəlil sübutlar Səudiyyə Krallığına daşınandan 3 gün sonra Krallıq arxayınçılıqla rəsmi bildirir ki, konsulluğa daxil olub istintaq araşdırmasına razıdır. Amma niyə, bu daxil olma, istintaq bundan 10 gün sonra 15-də baş tutub? Bu 10 gündə nələr baş verib ki, yubadılıb həmin dəhşətli cinayət araşdırma tədbirləri? Konsulluq da o arad gül kimi təmizləınib, izsiz-tozsuz..
4. Bir gün sonra,16 oktyabrda prosessual qaydada, şübhəli şəxs qismində Baş konsul Muhammed el-Uteybin evində, həyətində axtarış aparılır. Və həmin konsula da həmin axşam Səudiyyəyə uçub getməyə imkan verilir. Konsul, səfir, deputat toxunulmazlığının da müəyyən çərçivəsi var və o demək deyil ki, istədiyi cinayəti törədib uçub gedə bilər. Niyə imkan verilib?
5. Və nəhayət, bu günkü çıxışında Ərdoğanın Kral ailəsinin bu işi vicdanla aracağına inandığını bəyan edir. Nədəndir bu inam bu kəskin, başkəsən diktator ailəsinə? 
6. Bir də bir əsas məsələ. Bu günkü çıxışda Ərdoğanın səsinin tonu. Həmişə öz üsyankar alovlu səsi ilə qışqırıb bağıran və dünyanı hədəyə alan Ərdoğan bu gün çox sakit mülayim çıxış etdi, Türkiyəni problemə salan bu boyda hadisyə rəgmən. Elə bil öz oğlu törədibmiş kimi, peşimançı grünüşündə. ABŞ-ın öz səfirliyini Qüdsə köçürtmə qərarına qarşı çıxışının səs küy, əzmkarlığı ilə, İstanbul konsulluğundakı dünya diplomatiya tarixində görünməmiş edama aid çıxışın fərqi ilə müqayisədə.
Mən bir araşdırmaşı kimi bu faktları obyektiv ortaya qoymaqda özümə borc bilməklə, qardaş Türkiyənin cumhur başqanını elə də qınamaq fikrində deyiləm doğrusu. Çünki insan byük dövlət rəhbəridir, bir siyasətçi kimi yanaşar yəqinm ki, bu ağır cinayət hadisəsinə. Ola da bilsin, götür-qoy edir, ölkənin gəliri-çıxarını hesablayır ki, bəlkə də bu hadisədə Səudiyyəyə edilən güzəşt, Türkiyənin dilomatik, dövlətçilik, siyasi-ictimai nüfuzuna dəyən zərbəni, qat-qat çox üstələyən sərfiyyata malikdir, dövlət üçün və xalq üçün. Ola da bilər. Təbii ki, mən təqdir etmirəm, amma Ərdoğanı bir siyasətçi və dövləti xalqına məsul şəxs kimi başa düşməyə də çalışıram.

Qaldı ki, bu məsələdə 2-ci vacib aidiyyətli tərəf olan ABŞ. O da Səudiyyə kral ailəsinin bu cür ifşasız gedişatı ilə, yəqin ki, daha çox razıdır. Çünki, bu cür təsadüfi ölüm-versiyada, həm öz Amerika ictimaiyyəti, beynəlxalq təşkilatların güclü təzyiqi ilə üzləşmir, həm də Yaxın Şərqdə Səudiyyə Ərəbistanı kimi varlı və strateji əhəmiyyətli dostunu-müttəfiqini itirmir. Yoxsa son ghünlər artıq Putin dişini itiləyib hazırdır, Səudiyyəni ABŞ-la münaqişədə özünə çəkmək üçün. Bu arada görünür ki, bir ABŞ-Səudiyyə-Türkiyə üçbucağı yarandı bu məsələ ətrafında, ABŞ-ın dəstək və arxayın salması ilə, qalan o iki bucağı.

Bir də ki, yalqız gəlin, Xədicə Çengiz xanım. O da Şərq, müsəlman qadınıdır, durub üsyan etməyəcək yəqin ki. Olacağa çarə yoxdur, Allahın işidir, qismət belə imiş. kimi deyib barışacaq öz bəxtsiz taleyi ilə. Ancaq, onu da köməksiz, "qanpulusuz" buraxmaz yəqin ki, ərəb adət-ənənəsi üzrə, son günlər dəcəl oğlu vəliəhd Muhemmedə görə milyardlar dolu pul kisəsinin ağzını geniş açmış kral Salman ibn Əbdül-Əziz. Necə ki, Camal Kaşıkçının doğmalarını hiss olunur ki, əliaçıqlıqla yola verib. Olan, yazıq Camal Kaşıkçıya oldu, bu arada həyatın tufan-burulğanına düşdü, getdi.. Və yaxşı da bahalı bazarlıq getdi, bir doğranmış talenin üzərində..

Budur, bu səs-küylü hadisə ətrafındakı obyektiv həqiqətlər.

İlqar ALTAY

QEYD: Şəkildə, o boyda kral az qala ikiqat əyilib Camal Kaçıkçının oğlu ilə grüşəndə.. Günahkar, baiskardır axı.