Axtarış

The search found 105701 results in 0.131 seconds.

Search results

  1. ​Yaponiyadan Qaşıqçı ilə bağlı Ər-Riyada - Çağırış

    Yaponiya hökuməti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsini azad sözə və informasiyaya qarşı cinayət adlandıraraq pisləyib.
    Muxalifet.az xəbər verir ki, bu barədə oktyabrın 24-də Tokioda keçirilən ənənəvi mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.
    “Baş verən hadisə azad sözə və informasiyaya qarşı birbaşa cinayətdir. Yaponiya hökuməti bu qətli kəskin pisləyir. Ümid edir ki, həqiqət maraqlı ölkələrin iştirakı ilə tezliklə üzə çıxacaq”, - deyə baş katib vurğulayıb.

    Muxalifet3 - 24-10-2018

  2. ​İspaniya Qaşıqçı olayında Ər-Riyadın tərəfini tutdu

    Səudiyyə Ərəbistanına silah satışında İspaniya maraqlıdır.
    Muxalifet.az xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançez Camal Qaşıqçının öldürülməsinə münasibət bildirərkən deyib.
    Sançez Qaşıqçının öldürülməsini "dəhşətli" adlandırsa da, sözügedən ölkəyə silah satışının dayandırılmasında maraqlı olmadıqlarını bildirib:
    "Əgər mənə harada olmağım lazım olduğunu soruşursunuzsa, İspaniyanın və strateji sektorların maraqlarını müdafiə edən bir mövqedəyəm".
     

    Muxalifet3 - 24-10-2018

  3. ​Hava kəskin dəyişir: yağış, qar, sel - XƏBƏRDARLIQ

    Oktyabrın 26-dan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.
    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
    Azərbaycanın rayonlarında hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.
    Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, dağlıq ərazilərdə qara keçəcəyi gözlənilir.

    Muxalifet3 - 24-10-2018

  4. ​Bolqarıstandan Türkiyəyə jest: terrorçu geri qaytarıldı

    Türkiyənin təhlükəsizlik orqanları tərəfindən axtarışda olan daha bir təhlükəli PKK terrorçusu Bolqarıstan ərazisində ələ keçib.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, "Haki Sədat" ləqəbli Hakkı Görən Bolqarıstan polisi tərəfindən saxlanılıb. Terrorçu Kapukule gömrük-keçid məntəqəsində Türkiyə tərəfinə təhvil verilib. Bildirilir ki, o, Bolqarıstan ərazisinə qaçaq yolla keçib. Terrorçu Bolqarıstan ərazisindən Fransaya getmək niyyətində olub. Polis onun üzərindən 2000 avro aşkar edib.

    Muxalifet3 - 24-10-2018

  5. ​Ərdoğan olduğu müddətcə buna nail ola bilməyəcəklər - Vəliəhd

    Camal Qaşıqçı cinayəti çox acıvericidir və ədalət yerini tapacaq. Kimlərsə Türkiyə ilə aramızı vurmağa çalışır.
    Muxalifet.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman bildirib.
    "Səudiyyə Ərəbistanı və Türkiyə arasında çat yaratmaq istəyənlər var. Kral Salman, mən və Ərdoğan olduğumuz müddətcə buna nail ola bilməyəcəklər", - Salman deyib.
    Qeyd edək ki, bir müddət öncə vəliəhd və Ərdoğan arasında Qaşıqçı cinayəti ilə bağlı telefon danışığı baş tutub.
     

    Muxalifet3 - 24-10-2018

  6. ​Bu ölkə milli bayramını Bakıda qeyd etdi

    Oktyabrın 24-də Avstriyanın Bakıdakı səfirliyi bu ölkənin milli bayramı – Milli Gün münasibətilə rəsmi qəbul təşkil edib.
    Muxalifet.az xəbər verir ki, tədbir Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

    Muxalifet3 - 24-10-2018

  7. ​Ər-Riyad ciddi öhdəliklər götürüb - Pompeo

    Səudiyyə Ərəbistanı jurnalisti Camal Qaşıqçı cinayətinə tam aydınlıq gətirilmədiyi müddətcə qane olmayacağıq.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.
    "Səudiyyə Ərəbistanının bu məsələdə ciddi öhdəliklər götürdüyünü görürük, amma nə olduğuna tam aydınlıq gətirilmədiyi müddətcə qane olmayacağıq", - Pompeo deyib.
     

    Muxalifet3 - 24-10-2018

  8. ​Ermənistan tezliklə real addımlar atmalıdır - XİN

    Ermənistan baş naziri vəzifələrini icra edən Paşinyanın təkrarən səsləndirdiyi “Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca, biz problemin həllindən uzağıq” deyə açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, status kvonun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir. Seçki öncəsi dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi bu kimi əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb.

    Muxalifet3 - 24-10-2018

  9. ​Baş məşqçi "Qəbələ"nin uğurundan danışdı: Məcbur etdik

    UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyununda "Şerif” (Moldova) – "Qəbələ” matçından (1:3) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Emin İmaməliyevin mətbuat konfransı keçirilib.

    Muxalifet3 - 24-10-2018

  10. ​Britaniya Qaşıqçı ilə bağlı sanksiyalara başlayır?

    Jurnalist Camal Qaşıqçının qətlində şübhəli hesab edilən şəxslərin vizaları ləğv ediləcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş naziri Tereza Mey bildirib.
     

    Muxalifet3 - 24-10-2018

  11. ​Həbibdən Konora təklif: Onu bizə gətir, sonra döyüşək

    Rusiya döyüşçüsü, mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov 100 milyon qarşılığında qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə irlandiyalı döyüşçü Konor Makqreqorla revanş görüşünə hazırdır.
    Muxalifet.az xəbər verir ki, bu haqda Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz bildirib.
    Lakin o, tələb olunan pulun hansı valyuta olduğunu dəqiqləşdirməyib.
    “İndi sən revanş istəyirsən, amma revanş 100 milyonu bizə gətirməsən olmayacaq. Alkoqol mağazanı aç və satışlara diqqət ayır", - Həbibin meneceri vurğulayıb.

    Muxalifet3 - 24-10-2018

  12. ​ABŞ xalqı: Tramp Ər-Riyada qarşı sərt mövqe göstərmir

    ABŞ xalqının yarısından çoxu ABŞ Prezidenti Donald Trampın öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı kifayət qədər sərt mövqe sərgiləmədiyini düşünür.
    Muxalifet.az xəbər verir ki, "Axios" xəbər saytının apardığı sorğuya əsasən, xalqın 56 faizi Trampın Ər-Riyada qarşı mövqeyinin kifayət qədər yumuşaq olduğunu düşünür.
    32 faiz insan isə Trampın Qaşıqçı ilə bağlı açıqlamalarının ağlabatan olduğunu hesab edir.
     

    Muxalifet3 - 24-10-2018

  13. ​Azərbaycanda qızıl bahalaşdı

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.
    Muxalifet.az-ın məlumatına görə, oktyabrın 24-də qızılın qiyməti oktyabrın 23-ü ilə müqayisədə 13,745 manat artaraq 1 unsiya üçün 2094,3745 manat təşkil edib.
    Gümüş 0,4164 manat bahalaşaraq 1 unsiya üçün 25,1438 manata bərabər olub.
    Platinin qiyməti 22,95 manat artaraq 1414,74 manat, palladiumun qiyməti isə 38,2755 manat artaraq 1942,216 manat təşkil edib
    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
     

    Muxalifet3 - 24-10-2018

  14. ​Avropaya yardım edəcəyik - Putin

    Avropaya enerji tədarükü məsələsində yardım etməyə davam edəcəyik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin İtaliya Baş naziri Cuzeppe Konte ilə görüşündə bildirib.
    "İtaliya ilə enerji əməkdaşlığı sadəcə tədarüklə məhdud deyil. Enerji yataqlarının işlənməsinə dair birgə layihələrimiz var. Bundan başqa, Amur bölgəsində qaz emalı zavodu inşa edilir. İtaliyanın iş adamlarının Rusiya elektrik enerjisinin inkişaf etdirilməsinə töhfə vermək əzmindən də məmnunuq", - Putin söyləyib.
     

    Muxalifet3 - 24-10-2018

  15. ​Bolton Bakıdan İrəvana getdi

    ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Bakıdan İrəvana yola düşüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb. Boltonun İrəvanda baş nazir əvəzi N.Paşinyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, müdafiə naziri David Tonoyan, XİN rəhbəri Zöhrab Mnatsakanyanla görüşəcəyi gözlənilir.
    Qeyd edək ki, Bakıya Moskvadan gələn Bolton burada Prezident İlham Əliyev də daxil olmaqla, bir sıra yüksək səviyyəli görüşlər keçirdi.
     

    Muxalifet3 - 24-10-2018

  16. “Fətullah Gülən dərhal Türkiyəyə təhvil verilməlidir” – Trampın keçmiş müşaviri

    ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri J. D. Qordon, “FETÖ başçısı Gülən, həm Türkiyə, həm də ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır, dərhal Türkiyəyə təhvil verilməlidir” deyib.
     
    Qeyd edək ki, Qordon, 2016-da ABŞ-ın “The Hil” qəzeti üçün qələmə aldığı məqaləsində, Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsini və etdiklərinin bədəlini Ankarada ödəməsi lazım olduğunu yazmışdı.

    Muxalifet3 - 25-10-2018

  17. “MKİ direktoru Qaşıqçının öldürülməsinin səsyazmasını dinləyib” – ABŞ-dan İDDİA

    Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti araşdırması çərçivəsində görüşlər keçirmək üçün Türkiyəyə gələn ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspelin, Qaşıqçı-nın öldürülməsinə dair səs qeydlərini eşitdiyi iddia edilib.
     
    ABŞ-ın “Vaşinqton Post” qəzeti, "Haspelin görüşləri haqqında məlumat sahibi olan adamları" qaynaq göstərərək Qaşıqçı-nın öldürülməsi ilə bağlı xəbər yayıb.
    Xəbərdə, adları açıqlanmayan bu şəxslərə istinad edərək, Haspelin Türkiyə səfərində səs qeydlərinə qulaq asdığı irəli sürülüb.

    Muxalifet3 - 25-10-2018

  18. Qaşıqçının cəsədi ilə bağlı yeni iddia

    Səudiyyə rəsmilərin, Türk polisinin baş konsulluğun bağçasındakı quyuda axtarış aparmasına icazə vermədiyi ortaya çıxıb. Bu baxımdan diqqətlər yenidən quyuya cəlb olunub.
     

    Muxalifet3 - 25-10-2018

  19. ABŞ tikan üstündə! Ağ Evdə bomba təşvişi

     ABŞ ard-arda gələn xəbərlərlə sarsılıb. Bill və Hillari Klinton cütlüyünün evinə göndərilən bir paketdə partlayıcı qurğu tapılıb. Sonra ABŞ-ın digər keçmiş prezidenti Barak Obamanın da evinə bombalı paket göndərildiyi qeyd olunub. Sonra isə Ağ Evə yeridilməyə çalışılan bombalı paketin yaxalandığı bildirilib.
     
    Paketin içərisinə yerləşdirilən bombanın, ötən bazar ertəsi günü Amerikalı milyarder sərmayəçi Corc Sorosa göndərilən bomba ilə oxşar xüsusiyyətlər daşıdığı qeyd olunub.

    Muxalifet3 - 25-10-2018

  20. ABŞ şokda! Bütün qazancları itirdi

     Nyu-York birjasında indekslər günü sərt düşüşlə başa çatdıraraq builki bütün qazanclarını itirib.
     
    Dou Cons Sənaye İndeksi 608,01 xal (2,41 faiz) azalma ilə 24.583,42 xala, Standard&poors 500 İndeksi də 84,59 xal (3,09 faiz) azalış-la 2.656,10 xala enib. Beləliklə, hər iki indeks builki bütün qazanclarını itirmiş olub.
    Nasdaq Texnoloji İndeksi də 329,14 xal (4,43 faiz) itkiylə 7.108,40 xala enib və 2011den bu yana ən böyük gündəlik azalmanı qeyd edib.
    Müxalifət.az

    Muxalifet3 - 25-10-2018

Pages