Axtarış

The search found 105701 results in 0.081 seconds.

Search results

  1. ​Bakıda polis reydi: narkoman, sərxoş, vəsiqəsiz sürücülər...

    Bakıda reyd zamanı avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb.
    Bu barədə Muxalifet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
    Belə ki, Binəqədi rayonunda ictimai asayişi pozan, piyadaların və digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücülər barəsində ölçü götürülməsi üçün vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər davam etdirilir.

    Muxalifet - 25-10-2018

  2. Dağıstanda tikintidə ölən azərbaycanlıların şəxsiyyətləri məlum oldu

    Dağıstanda tikintidə ölən azərbaycanlıların şəxsiyyətləri məlum olub.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, oktyabrın 23-də Dərbəndin Salman küçəsində tikilməkdə olan binadan yıxılaraq ölən şəxslər Zaqatala rayon Suvagil kənd sakinləri - 1959-cu il təvəllüdlü Nəsib Mikayıl oğlu İsgəndərov, 1973-cü il təvəllüdlü Camal Kamal oğlu Zəkəriyev və 1963-cü il təvəllüdlü Zərbalı Taleh oğlu Əhmədovdur.
    Faciəli şəkildə ölən fəhlələr bu gün Zaqatalaya gətirilərək doğulduqları Suvagil kəndində torpağa tapşırılıblar.

    Muxalifet - 25-10-2018

  3. ​Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib

    Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış, Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib.
    Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə EGE Hospitalın mətbuat xidmətinin rəhbəri Türkan Məmmədli məlumat yayıb. O bildirib ki, qazi təcili olaraq Hospitala yerləşdirilib:

    Muxalifet - 25-10-2018

  4. Konsulluğun kanalizasiyasında Qaşıqçının DNT izinə rast gəlindi

    İstanbuldakı Səudiyyə Baş Konsulluğu və konsulluq iqamətgahında aparılan araşdırmada iki binanın bağlı olduğu kanalizasiyalara gedən borularının söküldüyü və Polis laboratoriyasına göndərildiyi bildirilib.
     
    Boruların analiz olunmasına başlanıb. İlk araşdırmalarda baş konsulluğun yaşayış evi və binasının sökülən kanalizasiya ilə əlaqəli borularında bəzi tapıntılara rast gəlinib. Qaşıqçının DNT nümunələrinin müqayisəsi üçün araşdırmaya başlanılıb.
     
    ƏVVƏL RƏDD ETDİLƏR, SONRA RAZILIQ VERDİLƏR
     

    Muxalifet3 - 25-10-2018

  5. ​Devlet Bahçeli iqtidarı bu dəfə də sarsıda biləcəkmi?

    2016- cı ilin oktyabrından bəri AKP iqtidarını qeydsiz-şərtsiz dəstəkləyən və hətta ölkənin siyasi rejiminin dəyişdirilməsində baş rolu oynayan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçelinin "ümumi əfv" məsələsində prezident Erdoğan ilə ulduzunun barışmadığı artıq hamıya məlum oldu.
    Bahçelinin təkidi və inadıyla 6 aydan bəri Türkiyənin gündəmini məşğul edən "əfv məsələsi"nin qabağına prezident Ərdoğan eni də hündürlüyü də xeyli qabaritli olan bir divar çəkdi.Həm də MHP-nin əfv təkidini "narkotika məhkumları" ilə eyniləşdirərək.

    Muxalifet - 25-10-2018

  6. ​Amerikalı general: “Çinlə müharibə 15 il sonra başlayacaq”

    ABŞ ordusunun Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodces Çinlə müharibənin 15 il sonra başlayacağını təxmin edib.
    Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Polşada Təhlükəsizlik üzrə Varşava Forumunda açıqlamasında deyib.
    “ABŞ çox güclü Avropa dəstəyinə ehtiyac duyur. 15 il sonra mən ABŞ-ın Çinlə müharibə vəziyyətində olacağını düşünürəm”.
    Hodces ABŞ-ın həm Rusiyaya, həm də Çinə qarşı eyni vaxta mübarizə apata bilməyəcəyini xatırladaraq, Avropanın hərbi xərclərini artırmalı olduğunu təkrarlayıb.

    Muxalifet - 25-10-2018

  7. Tramp söz verdi: Bomba göndərənləri tutacağam

    ABŞ prezidenti Donald Tramp, dünən sabiq ABŞ prezidentləri Barak Obama və Bill Klintonun evlərinə partlayıcı maddə göndərənləri tezliklə tutacağı ilə bağlı söz verib. Siyasi rəqiblərini dəfələrlə çox sərt bir dillə tənqid edən və ara seçkilərdə Konqresin nəzarətini ələ keçirdikləri təqdirdə ölkəni məhv edəcəklərini iddia edən Tramp, Viskonsin kampaniya mitinqində partlayıcı maddə olan paketlərlə bağlı "Bütün tərəflərin sülh və harmoniya içində bir araya gəldiyini görmək istəyirik. Hər cür siyasi zorakılıq aktı və ya təhdidi, demokratiyamızın özünə bir təcavüzdür" deyib.

    Muxalifet3 - 25-10-2018

  8. Rusiya generalı: “ABŞ 13 pilotsuz aparatla bizim hərbi bazaya hücum etdi...”

    Rusiya müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin ABŞ-ı Suriyadakı Hmeymim aviabazasına pilotsuz aparatlara hücum həyata keçirməkdə ittiham edib. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, general Fomin bu hadisənin 2018-ci ilin yanvarında baş verdiyini deyib.

    “13 dron vahid döyüş düzümü ilə gəlirdi və ümumi komanda ilə idarə olunurdu. Həmin vaxt Amerikanın “Poseidon-8” kəşfiyyat-təyyarəsi Aralıq dənizi üzərində 8 saat idi ki, dövrə vururdu”-müdafiə nazirinin müavini bildirib.

     

    Muxalifet - 25-10-2018

  9. ​Erməni nazirlə görüş nəzərdə tutulub - Məmmədyarov

    ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfərə gələcəklər.
    Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
    O, qeyd edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilin sonuna qədər daha bir görüşünün keçirilməsi nəzərdə tutulub.
    "Görüşün tarixi və yeri barədə dəqiq məlumat yoxdur. Həmsədrlərin regiona səfəri zamanı bu barədə müzakirə aparılacaq".

    Muxalifet - 25-10-2018

  10. “İngiltərə ruhunu Səudiyyəyə satıb” – “Guardian”-dan sərt yazı

    Britaniyada dərc olunan “Guardian” qəzetinin müəlliflərindən olan Ouen Cons, "İngiltərə ruhunu Səudiyyə xanədanına satdı. Təəssüflər olsun" başlıqlı bir məqalə qələmə alıb.
     
    İngiltərənin dünyanın ən iyrənc diktaturasından biri ilə mənfəətpərəst münasibətinin axır ki, ictimaiyyətdə müzakirə edilməyə başlandığını qeyd edən Ouen Cons, buna Yəməndə dünyanın ən böyük humanitar böhranlarından birinə çevrilən müharibə deyil, jurnalist Camal Qaşıqçı cinayətinin yol açdığını bildirib.

    Muxalifet3 - 25-10-2018

  11. Ermənistan küncə sıxışdırılır və... - Boltonun səfəri NƏ VƏD EDİR?

    "Con Boltonu ilk növbədə regionda təhlükəsizlik məsələsi maraqlandırır. Bu səfər həm iki dövlət arasındakı mövcud münasibətlərə, həm də onun bundan sonrakı inkişafına təsir edə bilər".

    Bu sözləri Publika.az-a açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakı səfərini şərh edən politoloq Fikrət Sadıqov deyib.

    Muxalifet - 25-10-2018

  12. Külək əsəcək, yağış yağacaq

    Sabahın hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var.
    Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 16-18, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 25-10-2018

  13. Məsud Özil-dən “Türkiyədə oynayarsan” sualına bomba cavab!

    İngiltərədə “Arsenal”-ın formasını geyinən ulduz Türk futbolçu Məsud Özil, “Karyerasının sonrakı dövrlərində Türkiyədə oynayarsan” sualına hər kəsi intizarda qoyan bir cavab verib.
     
    İngiltərə Premier Liqasının 9.hafta oyununda “Leicester City” qarşısında 1 qol, 1-də pas verməklə möcüzələr yaradan Məsud Özil, “Arsenal” klubunun Twitter hesabından aparılan sual-cavabda iştirak edib. Ulduz oyunçu bu söhbət zamanı yönəldilən bir suala karyerasının sonrakı dövrlərində Türkiyədə forma geyə biləcəyi siqnalını verib.
     

    Muxalifet3 - 25-10-2018

  14. Xırdalanda BİABIRÇI OLAY: Yaşlı ər-arvad intim fotoları ilə şantaj edildi

    İnternet vasitəsi ilə tanış olduğu qadını və onun ərini şantaj etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Nizami Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    2011-ci ilin axırlarında Nizami Cəfərova tanışı Elçin Pirişov Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Samirə Məmmədova ilə “Odnoklassniki” internet saytında tanış olmaq, onun şəxsi fotoşəkillərini əldə etmək və fotoşəkilləri yaymaq hədəsi ilə əmlak əldə edə biləcəklərini bildirib.

    Ər-arvad şantaj edildi

    Muxalifet - 25-10-2018

  15. ​“Tramp administrasiyası Azərbaycana Rusiya qədər diqqət ayırır” - Oleq Kuznetsov

    “Azərbaycan beynəlxalq aləmdə öz mövqeyi olan suveren, müstəqil dövlətdir. Bu cür vəzifəli şəxsin Azərbaycana səfəri onun göstərir ki, böyük dövlətlər Bakının vacibliyini, onun müasir dünyada yerini anlayırlar”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı tarixçi, qafqazşünas, hüquqşünas Oleq Kuznetsov ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfərinə münasibət bildirərəkən deyib. 

    Muxalifet - 25-10-2018

  16. Ağac bahalı avtomobilin ÜSTÜNƏ AŞDI VƏ... - Bakıda QORXUNC HADİSƏ/FOTOLAR

    Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, Nəsimi rayonu Bakıxanov küçəsində qismən çürümüş ağac küləyin təsiri ilə əyilib və daha sonra binanın həyətinə aşıb. Hadisə nəticəsində həyətdə park edilmiş “Toyota Prado” markalı avtomobilin şüşələri və faraları qırılıb. Bundan başqa ağacın budaqları binadakı mənzillərin pəncərələrinin qırılmasına səbəb olub.
    Sakinlər bildiriblər ki, bu ağacın aşa biləcəyi ilə bağlı əvvəlcədən aidiyyatı təşkilatlara mütaciət edilsə də, tədbir görülməyib.

    Muxalifet - 25-10-2018

  17. “Fransa ilə diplomatik əlaqələr kəsilsin!” – QAT-dan SƏRT BƏYANAT

    Muxalifet.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) son ay ərzində Fransa, ABŞ, Kanada, İtaliya və digər ölkələrdən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə müxtəlif adlar altında səfərlərin kütləvi hal almasını qətiyyətlə pisləyir:

    Muxalifet4 - 25-10-2018

  18. Kremldən açıqlama: ABŞ hava bazamıza hücum edib

    Kreml ABŞ-ın Suriyadakı fəaliyyəti ilə bağlı bəyanat verib.
     
    Kreml, ötən yanvar ayında bir ABŞ casus təyyarəsinin, Rusiyanın Suriyadakı hava bazası Hmeymimə dronlarla hücumu koordinasiya etdiyini göstərən Rusiya Müdafiə Nazirliyinin hesabatı ilə hərəkətə keçdiklərini bəyan edib. Kreml tərəfindən edilən açıqlamada, Putinin Trampla bu məsələ haqqında danışacağını deyib.
    Rusiya müdafiə nazirinin müavini Aleksander Forminin də ABŞ-a aid Poseidon-8 casus təyyarəsinin, Rusiyanın hava bazasına 13 dron-la hücumu koordinasiya etdiyini bildirib.

    Muxalifet3 - 25-10-2018

  19. Firuzə İbadovanın hicablı qızı başını açdı - FOTO

    Əməkdar artist Firuzə İbadova qızı Hülya ilə birlikdə konsertə qatılıb.

    Axşam.az-ın məlumatına görə, maraqlı məqam sənətçinin qızının yenidən əvvəlki halına qayıtması olub.

    Belə ki, bir müddət əvvəl verilişlərdən birinə qonaq olan Hülya hicab bağlaması ilə diqqət çəkmişdi. O, açıqlamasında artıq bir müddətdir hicabdan istifadə etdiyini vurğulamışdı.

    Muxalifet4 - 25-10-2018

  20. “Fətullah Gülən dərhal Türkiyəyə təhvil verilməlidir” - Trampın keçmiş müşaviri

    “Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülən Türkiyə və ABŞ-ın təhlükəsizliyini təhdid etdiniydən onu dərhal Ankaraya təhvil vermək lazımdır”.

    “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş mətbuat katibi, sonuncu prezident seçkisində ABŞ Prezidenti Donald Trampın müşaviri olmuş Cefferi Qordon Vaşinqtonda “ABŞ və Türkiyə: təhlükəsizlik sahəsində əməkdaşlığının bugünki problemləri” mövzusunda keçirilən tədbirdə deyib.

    Muxalifet4 - 25-10-2018

Pages