Axtarış

The search found 105701 results in 0.145 seconds.

Search results

  1. ​Avropa İttifaqı Səudiyyəyə silah EMBARQOSU qoyur

    Avropa İttifaqı (Aİ) Parlamenti bu gün keçirdiyi iclasda səudiyyəli jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda qətlə yetirilməsi məsələsini və bununla bağlı İttifaqın atacağı addımları müzakirə edib.
    Muxalifet.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, müzakirələrin yekununda Avropa Parlamenti Kaşoqinin öldürülməsini qınayan və bu qətlə cavab olaraq, Aİ dövlətlərini Səudiyyə Ərəbistanına qarşı geniş silah embarqosu qoymağa çağıran qətnamə layihəsi qəbul edib. 

    Muxalifet - 25-10-2018

  2. ​Bayhan fərqli imiclə səhnəyə qayıdır - FOTO

    Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq düşən Bayhan yeni imici ilə diqqət çəkib.
    Müsabiqədə qəribə hərəkətləri və ifa tərzi ilə yadda qalan sənətçi yenidən səhnəyə dönəcəyini deyərək sevənlərinə sürpriz edib.

    Muxalifet - 25-10-2018

  3. ​Qadınlarımız ən çox harasından narazıdır? - Azərbaycanın ən gözəl fitnes müəllimi açıqlayır - VİDEO

    Xarici görünüşünü daim nəzarətdə saxlamaq hər qadına nəsib olmur. Bunun üçün əksər xanımlar fərdi çalışmalarla yanaşı, fitnes klublara gəlirlər. Bəs, qadınlarımız daha çox bədənlərinin hansı hissələrindən narazıdır?
    A24.Az tanınmış fitnes müəllimi Aysel Rəhimzadənin arıqlama və formada qalmaq üçün zəruri məsləhətlərini təqdim edir:

    Muxalifet - 25-10-2018

  4. Facebookda oğlanla yazışan qadınları axirətdə... - İlahiyyatçıdan SENSASİON AÇIQLAMA

    “Əgər, biz məsələyə İslam dini prizmasından yanaşsaq, qızla oğlanın sosial şəbəkədə yazışması haram hesab olunur. Çünki İslam dininə görə onlar naməhrəm sayılır. Dində belədir ki, əgər bir oğlan bir qızı bəyənirsə, onu mütləq görməlidir. Görmək üçün isə gedib qızı valideynlərindən istəməlidir. Əgər üzünü görsə, almalıdır. Şəriətdə şərtlər bu qaydadadır”.

    Bunu A24.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov sosial şəbəkədə qadın və kişilərin bir-biri ilə yazışmasına münasibət bildirərkən deyib.

    Muxalifet - 25-10-2018

  5. ​Oktyabrın 26-na manatın məzənnəsi

    Oktyabrın 26-na manatın məzənnəsi açıqlanıb.
    Mərkəzi Bankdan verilən məlumata görə, 26.10.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il oktyabrın 25-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet - 25-10-2018

  6. ​Azərbaycan xalqı tolerant xalqdır - Allahşükür Paşazadə

    "Azərbaycanda dövlət və xalq tərəfindən multikultural dəyərlərə çox böyük önəm verilir".
    Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
    O bildirib ki, Azərbaycan xalqı humanist olmaqla yanaşı, həmişə başqa dinlərə və digər dövlətlərdə yaşayan insanlara qarşı loyal münasibət bəsləyib: "Azərbaycanda dilindən, dinindən asılı olmayaraq yaşayan hər bir insan öz dil, din azadlığını qoruya bilir. Bununla da dünyaya göstəririk ki, Azərbaycan xalqı tolerant xalqdır".

    Muxalifet - 25-10-2018

  7. Ermənistan prezidentindən sərsəm sözlər: Ərdoğana deyəcəm ki...

    İsveçrənin RTS telekanalına müsahibə verən Ermənistan prezidenti Armen Sərkisyan, Ermənistanın Xristianlıqdakı “bağışla” prinsipinə görə Türkiyə ilə dialoqa hazır olduğunu deyib.
     
    TÜRKİYƏ ETİRAF ETMƏLİDİR
     
    Sarkisyan, Ermənistanın bir gün Türkiyəni bağışlaya biləcəyini, lakin bunun üçün ilk olaraq Türkiyənin peşman olaraq etiraf etməsi lazım olduğunu deyib.
    Armen Sarkisyan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ilk qarşılaşmasında belə deyəcəyini bildirib:

    Muxalifet3 - 25-10-2018

  8. Keçmiş məhkum kafedən mikrofon və spirtli içki oğurladı

    Bakıda keçmiş məhkum mikrofon və spirtli içki oğurladığına görə saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 27-də rayon ərazisindəki kafelərin birindən müsiqi aləti, mikrofon və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılıb.
    Onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

    Muxalifet - 25-10-2018

  9. ​Bir sıra avtobusların hərəkət sxemində dəyişiklik edilib

    Aparılan optimallaşdırma və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 51, 71, 139 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
    Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
    51 nömrəli marşrut xətti üzrə:
    • Bu marşrut xətti üzrə hərəkət sxemində edilən dəyişikliklə avtobusların Rüstəm Rüstəmov-Bəkir Çobanzadə-Mehdi Abbasov-İmadəddin Nəsimi küçələrindən keçməsi təmin ediləcək.
    71 nömrəli marşrut xətti üzrə:

    Muxalifet - 25-10-2018

  10. Səudiyyə konsulluğunda qalmaqal: RƏSMİLƏR ARAŞDIRMAYA MANE OLUR

    Öldürülən jurnalist Camal Qaşıqçı cinayətinin istintaqı çərçivəsində Səudiyyə Ərəbistanının Konsulluğunun həyətindəki quyuda axtarış aparılmasına Səudiyyə Ərəbistanı icazə verməyib. Quyudan su nümunəsi götürülüb, analizin nəticələri gözlənilir.
     

    Muxalifet3 - 25-10-2018

  11. ​Bu ölkədə əhalinin 109 min nəfəri milyonçudur – VƏTƏNDAŞLARIN 96 FAİZİ İSƏ...

    Meksika  iqtisadiyyatı öz həcminə görə dünyada 11-ci yeri tutur. Buna rəğmən ölkə vətəndaşlarının 96 faizi yoxsulluq həddində yaşayır, ya da yoxsullaşmaq təhlükəsi ilə üz-üzədir. Əhalinin 39 nəfəri 500 milyonu aşan varidatın sahibidir, ölkə sakinlərinin 266 nəfəri isə  100 milyondan 500 milyonadək  dolları öz əlində cəmləşdirib. Bu “Kredit Sviss” (Credit Suisse) bankının araşdırmalarının nəticələridir.

    Muxalifet4 - 25-10-2018

  12. ​Qaşıqçı ilə bağlı növbəti xəbər: 38 nəfər...

    Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 38 konsulluq əməkdaşının ifadəsi alınıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.
    Sözügedən əməkdaşlara cinayətin baş verdiyi gün konsulluqda xüsusi vəziyyətin olub-olmadığı, Qaşıqçını öldürməkdə ittiham olunan 15 nəfərlik dəstəni görüb-görmədikləri, Səudiyyə konsulluğunda nə zamandan bəri çalışdıqları ilə bağlı suallar verilib.
    Xatırladaq ki, C.Qaşıqçı 2 oktyabr tarixində Səudiyyənin İstanbul konsulluğunda xüsusi işgəncə ilə öldürülüb.

    Muxalifet3 - 25-10-2018

  13. ​Lavrov açıqladı: ABŞ bir ay sonra...

    ABŞ çox yaxın zamanda, hətta bir ay sonra Yaxın və Orta Mənzilli raketlərin məhvi anlaşmasından çıxmasını rəsmi şəkildə bəyan edəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
    “Moskvada aparılan danışıqlarda, o cümlədən Boltonun Putinlə görüşündə aydın oldu ki, bu yöndə qərar qəbul edilib. Sadəcə yaxın zamanda rəsmi şəkildə bəyan ediləcək”, - deyə XİN rəhbəri bildirib.

    Muxalifet3 - 25-10-2018

  14. ​Mariya Zaxarova Qarabağ münaqişəsindən danışdı

    Rusiyanın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi brifinq keçirib.
     Muxalifet.az xəbər verir ki, Zaxarova brifinqdə Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, qeyd edib ki, münaqişənin dinc yol ilə həlli tərəflərin maraqlarına cavab verir:
    “Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli həm münaqişə tərəflərinin, həm də Minsk qrupunun maraqlarına cavab verir. Biz bu yolu dəstəkləyirik və əsas məqsədimiz budur”.
     

    Muxalifet3 - 25-10-2018

  15. ​“İSESKO ASAN mükafatı” təsis olundu

    Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İSESKO arasında Birgə Əməkdaşlıq Proqramı imzalanıb.
    Muxalifet.az xəbər verir ki, əvvəlcə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və ISESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri çıxış ediblər.

    Muxalifet3 - 25-10-2018

  16. ​4 marşrut xəttinin hərəkət sxemi dəyişdirildi - BNA

    Bakı Nəqliyyat Agentliyi (BNA) aparılan optimallaşdırılma və çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, 51, 71, 139 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.
    Qurumdan verilən məlumata görə, 51 nömrəli marşrut xətti üzrə hərəkət sxemində edilən dəyişikliklə avtobusların Rüstəm Rüstəmov-Bəkir Çobanzadə-Mehdi Abbasov-İmadəddin Nəsimi küçələrindən keçməsi təmin ediləcək.

    Muxalifet3 - 25-10-2018

  17. ​Dünya Mirası Konfransı Azərbaycanda keçiriləcək

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində YUNESKO-nun baş direktorunun müavini Xinq Qu ilə görüşüb.
    XİN-dən verilən məlumata görə, E.Məmmədyarov elmin, mədəniyyətlərarası dialoqun və təhsilin inkişafında YUNESKO-nun fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanın təşkilatla uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

    Muxalifet3 - 25-10-2018

  18. "Çox istərdik ki, Ermənistan da Azərbaycan kimi demokratik ölkə olsun" — Millət vəkili

    "Bu bir həqiqətdir ki, erməni xalqı və ictimaiyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistandakı vəziyyətlə bağlı hər hansı fikrini daha çox diqqətlə izləyir. Yəni, erməni əhalisi cənab Prezidentin çıxışlarını özü üçün tezis hesab edir. Çünki bu çıxışlar yüz fazi özünün doğruldur".
    Muxalifet.az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib. 
    Deputat deyib ki, erməni xalqı Azərbaycan Prezidentinin Ermənistandakı yeni hakimiyyətlə bağlı söyləyəcəyi fikirləri gözləyir:

    Muxalifet3 - 25-10-2018

  19. ​İrandan Türkiyə haqqında inanılmaz sözlər: Onlar istəyirdi ki...

    İranın təklifi ilə Rusiya və Türkiyə İdlibdə silahsızlandırılmış bölgənin yaradılması yönündə razılaşma imzaladı.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər nazirinin müavini Hüseyn Ənsari deyib.
    O bildirib ki, İdlib anlaşmasının konsepti İrana məxsusdur:
    “Rusiya problemin sürətli həllinə nail olmaq istəyirdisə, Türkiyə bunu qeyri-müəyyən bir prosesə yönəltmək niyyəti güdürdü. İran isə sərt savaş, yaxud sərt sülh yerinə pilləli həll prosesini dəstəkləyirdi”.

    Muxalifet3 - 25-10-2018

  20. ​Xəstəyə saxta arayış verən həkim cəzalandırıldı

    Nərimanov Rayon Məhkəməsində Psixi Sağlamlıq Mərkəzinin saxta sənəd düzəltməkdə təqsirləndirilən həkimi Hacıağa Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
    Muxalifet.az xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
    Hökmə əsasən, H. Mahmudov barəsində 2 il müddətinə islah işləri cəzası təyin edilib. Onun maaşından 20 faiz dövlət nəfinə tutulacaq. 

    Muxalifet3 - 25-10-2018

Pages