Axtarış

The search found 105701 results in 0.209 seconds.

Search results

  1. ​Göygöldə Əməliyyat: Cinayətkarlar polisə silah çəkdi

    Göygöl rayonunda mal-qara oğuruluğu edənlər polisə müqavimət göstərib.
    Mualifet.az xəbər verir ki, oktyabrın 25-də saat 19 radələrində Göygöl rayonunun Qarabulaq kəndinin meşə zolağının meşəbəyisi rayon polis şöbəsinə zəng edərək 2 naməlum şəxsin həmin ərazidən sakinlərə məxsus mal-qaranı oğurlamağa cəhd göstərdiyini bildirib.
    ​Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

    Muxalifet - 26-10-2018

  2. ​Nazirlik xəbərdarlıq etdi - Leysan yağacaq

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 26-sı səhər saatlarına olan faktiki hava haqqında açıqlama yayıb.
    Əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 26-da qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib. 
    Düşən yağıntının miqdarı Ordubad (Ağdərə), Sədərəkdə 15, Şahdağda 10, Naxçıvanda 8, Şərurda 7, Şahbuzda 6, Göygöl, Şəmkirdə və Kiş çayda 1, Balakən, Zaqatalada 5, Şəkidə 0,3, Qusarda 2 mm təşkil edib. 

    Muxalifet - 26-10-2018

  3. Azərbaycanda polis onu öldürmək istəyən şəxsi güllələdi - ŞOK HADİSƏ

    Göygöl rayonunda silahlı insident olub.

    Muxalifet - 26-10-2018

  4. ​Tramp "Hizbullah" tərəfdarlarına qarşı sanksiyalar tətbiq edib

    ABŞ prezidenti Donald Tramp Livanın "Hizbullah" hərəkatına dəstək verən şəxslərə qarşı sanksiyaların tətbiqini tələb edən qanun imzalayıb. Bu barədə Ağ Ev məlumat yayıb.
    "Bu gün prezident tərəfindən imzalanmış qanun "Hizbullah"ın beynəlxalq maliyyə sistemindən maliyyələşdirilməsini daha çox təcrid edəcək və onu azaldacaq", - deyə bəyanatda qeyd edilib.
    Bildirilir ki, sanksiyalar "Hizbullah" dəstəkləyən hökumət qurumlarına, fiziki şəxslərə, habelə narkotrafiklərə və digər transsərhəd cinayətlərə cəlb edilmiş şəbəkələrə qarşı tətbiq ediləcək.

    Muxalifet - 26-10-2018

  5. ​Dünyanın qlobal problemləri Bakıda müzakirə olundu

    "Hazırda müxtəlif ölkələrin xalqları arasında və dünyada etimad böhranı mövcuddur"
    Bunu İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl Tüveycri "Bakı prosesi- insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib. 
    Onun sözlərinə görə, müxtəlifliyin qəbul edilməsi, insanlar arasında mədəni dəyərlərin qorunub saxlanılmasına böyük ehtiyac var. 

    Muxalifet - 26-10-2018

  6. “SOCAR BU ƏSASSIZ İTTİHAMLARI RƏDD EDİR” – “Marneulidəki görüşdə siyasi seçim məsələsinə toxunulmayıb”

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Gürcüstanın Azərbaycanlı icmasını təmsil edən ziyalı və ağsaqqalların Marneulidə keçirdiyi görüş zamanı aparılan müzakirədə Gürcüstanda keçiriləcək seçkilərə və siyasi seçim məsələsinə toxunulmayıb.
    Bunu “Report”a “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov Gürcüstanda bəzi dairələrin SOCAR prezidenti Rövnəq Abdullayevin Marneuli şəhərində səfərdə olarkən Gürcüstanın hazırkı hakim partiyanın lehinə siyasi təbliğat xarakterli çağırışlar etdiyi barədə iddialarına cavab verərkən bildirib.

    Muxalifet - 26-10-2018

  7. Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan geri qaytarılmalıdır - Rusiyadan SENSASİYALI TƏLƏB

    Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır.

    Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib.

    Muxalifet - 26-10-2018

  8. “Sosial şəbəkələrin təhlükəsi mövcuddur” – Mixail Qusman

    “Mən sosial şəbəkələr, anonimlik və məsuliyyətsizlik səbəbindən onların insanların ağıllarına təsiri ilə əlaqədar böyük problemlər olacağını proqnozlaşdırıram”.
    “Report” xəbər verir ki, bunu Rusiyanın TASS İnformasiya Agentliyinin direktor müavini Mixail Qusman VI Bakı Beynəlxalq Humanitar Forumun “İnformasiya müharibələri dezinteqrasiyanın aləti kimi” mövzusunda panel sessiyasında çıxış edərkən deyib.
    Onun sözlərinə görə, sosial şəbəkələrdən alətlər kimi müxtəlif qruplaşmalar, o cümlədən terror qruplaşmaları da istifadə edə bilərlər.

    Muxalifet - 26-10-2018

  9. “ABŞ yeni silahlanma yarışı elan edir” – Qorbaçov

    ABŞ-ın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən çıxmaq niyyəti yeni silahlanma yarışına başlanıldığının elan edilməsi deməkdir.
    Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov “New York Times” qəzetinə müsahibəsində deyib.

    Muxalifet4 - 26-10-2018

  10. Polis rəisi işdən çıxarıldı

    Bakının rayonlarından birinin Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsindən azad olunub.
    Muxalifet.az “Report”a istinadən xəbər verir ki, Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis polkovnik-leytenantı Sabir Abdullayev işdən çıxarılıb.
    Onun yerinə hələ təyinat olmayıb.

    Muxalifet - 26-10-2018

  11. ​Çavuşoğludan tələb: “ABŞ Fətullah Güləni bizə verməlidir”

    "Heç kim təzyiqlə, yaxud təhdidlə Türkiyədən nəsə ala bilməz"
    Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyənin yeni dövrdə xarici siyasət baxışı” adlı konfransda çıxışı zamanı deyib.
    Vaşinqtonla Ankara arasında münasibətlərin gərginləşməsinə toxunan nazir, ikitərəfli əlaqələrin pisləşməsinin əsas səbəblərini açıqlayıb.

    Muxalifet4 - 26-10-2018

  12. “Paşinyanın hərəkətləri Rusiyada narahatlıq doğurur” - Dmitri Savelyev

    "Ermənistanda hazırda qeyri-sabitlik hökm sürür. Biz özümüz də Rusiyada yeni Ermənistan rəhbərliyindən nəyi gözləməli olduğumuzu anlaya bilmirik. Ermənistanda baş verənlər siyasi xaosa bənzəyir. Bu cür şəraitdə siyasi trendləri necə müəyyən etmək olar?"
    Bunu VI Bakı Humanitar Forumunda iştirak edən Rusiya Dumasının deputatı Dmitri Savelyev jurnalistlərə açıqlmasında deyib. Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanda əsas vəzifələrə Qərbə yönələn şəxsləri təyin edir.

    Muxalifet4 - 26-10-2018

  13. Nazir: "Azərbaycanda 6000-dən çox xarici tələbə təhsil alır"

    Azərbaycanda 6000-dən çox xarici tələbə təhsil alır.

    Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" adlı "dəyirmi masa"da çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

    Nazir bildirib ki, təhsilə hər il qoyulan sərmayə sonralar ölkəyə hər il 10 faiz əlavə gəlir gətirir.

    C.Bayramov əlavə edib ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır: "Son illərdə insanların ali təhsil almaq imkanları daha da yaxşılaşır. Azərbaycanda çox yaxşı təhsil islahatları aparılır".

    Muxalifet4 - 26-10-2018

  14. Deputatlar həyacan təbili çalır - CİNSİ TƏCAVÜZ HALLARI SÜRƏTLƏ ARTIR

    Böyük Britaniyada gənc qızlar və qadınlar ictimai yerlərdə tez-tez cinsi təcavüzə məruz qalırlar. Bunu Böyük Britaniya parlamentinin qadın haqqları və azadlıqları komitəsinin hesabatı da sübut edir.

    Cinsi təcavüzün yayılmış formaları arasında - küçədə fitə basmaq, ədəbsiz rəylər, ictimai nəqliyyatdakı basabasda əl hərəkətləri etmək, ətək geymiş qadının şəklini aşağıdan icazəsiz çəkmək (upskirting), universitetlərdə işçi heyəti və tələbələr tərəfindən cinsi zorakılığa qədər var.

    Muxalifet4 - 26-10-2018

  15. Görəsən, körpələr nə düşünür və dünyanı necə qəbul edirlər? - ALİMLƏRİN ARAŞDIRMASI

    Körpələrin beyninin necə işlədiyini araşdıran laboratoriyada əldə edilən məlumatlar autizm və buna oxşar nevroloji problemlərə erkən diaqnoz qoymaq və müdaxilə etmək imkanı verə bilər.

    Londonun Birkbeck Universitetində körpələr üzərində apardığı araşdırmalarıyla tanınan bir laboratoriyadayıq.

    Muxalifet4 - 26-10-2018

  16. “Kərpic zavoduna gəldim, arvadım dedi, məni Taleh saxlayacaq...” – ŞOK AÇIQLAMA

    Abşeron rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirli bilinən Şamaxı rayon sakini, 1984-cü il təvəllüdlü Anar Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Anar Mustafayev qeyri-rəsmi nikahda olduğu 1986-cı il təvəllüdlü Tünzalə Mustafayevanın mobil telefondan istifadəsinə qadağa qoyub.

    Muxalifet4 - 26-10-2018

  17. Azərbaycanın bu iti 2018-ci ilin qalibi seçildi - FOTO

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Mina Axtaran İtlər (MAİ) Qrupunun MAİ bələdçisi Vahid Məmmədov və ESGİMO-Rocket adlı MAİ Amerika Birləşmiş Ştatlarının Marşal İrsi İnstitutu (MLİ) tərəfindən hər il keçirilən yarışmada minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə 2018-ci il üzrə qalib seçilib.

    Muxalifet4 - 26-10-2018

  18. Vüsal Novruzovun ailə üzvlərinə alınan 615 min dollarlıq qızılla bağlı QALMAQAL - "EVƏ SOXULUB ÜSTÜMƏ SİLAH ÇƏKDİ..."

    Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-brillyant zinət əşyaları gətirib satan dörd qadın Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun sürücüsü tərəfindən iri məbləğdə aldadıldıqlarını bildirir. Qadınların şikayətinə əsasən generalın ailə üzvlərinin sürücüsü Nəcəf Nəsirli öz rəisinin adından onlardan cəmi 615 min dollarlıq zinət əşyaları alıb və pulunu verməyib. Uzun illərdir Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edən Vüsal Novruzov bu ilin mayında Azərbaycan gömrüyündə həyata keçirilən köklü islahatlar çərçivəsində işdən çıxarılıb.

    Muxalifet4 - 26-10-2018

  19. Bakıda binadan düşərək sağ qalan qız danışdı - "GECƏ ..."

    Bakıda ötən gün 5-ci mərtəbədən düşərək sağ qalan qızla bağlı bəzi detallar məlum olub.

    Muxalifet4 - 26-10-2018

  20. "Cismim həbsdə olsa da ruhum azaddır"- Arvadını diri-diri yandıran şəxs

    Arvadını yandıraraq öldürən şəxs hakim qarşısına çıxarılıb.

    Muxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    Prokuror Məsud Müzəffərovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Muxalifet4 - 26-10-2018

Pages