Axtarış
The search found 105701 results in 0.144 seconds.
Search results
Boltonun Bakı səfərinin geosiyasi konteksti: Sülh...
Ekspertlər ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz səfərindən bəhs edərkən bir sıra məqamları xüsusi vurğulayırlar. Daha çox təhlükəsizlik və sülhün təmin edilməsi ilə bağlı müzakirələrin aparılacağını proqnozlaşdırırdılar. Bunlar özünü bütövlükdə doğrultdu. C.Bolton Bakıda regionda sülh və təhlükəsizliyin təmini kontekstində fikir mübadiləsi apardı. Azərbaycandan sonra isə Ermənistana getdi. Təbii ki, C.Bolton keçirdiyi mətbuat konfransında bütün detallara aydınlıq gətirmədi.
Muxalifet3 - 26-10-2018
Yuxunuzu göz ardı etməyin - BU ƏSL MÖCÜZƏDİR
39 yaşındakı Rusiya vətəndaşı İlya Matveyev yuxusunda lotereyanı qazandığını görüb. Yuxusunda gördüyü rəqəmlərin kombinasiyasını yadında saxlayaraq bəxtini sınayan şəxs qalib gələrək 9 milyon 200 min rubl qazanıb.
Muxalifet.az “RİA novosti”yə istinadən xəbər verir ki, milyonçu olan Matveyev buna inanmadığını, eyni kombinasıyanı bundan öncə də tətbiq edərək cüzi məbləğlər qazandığını bildirib:Muxalifet3 - 26-10-2018
Türkiyə Səudiyyədən tələb etdi: Onları ekstradisiya et!
Türkiyənin Baş Prokurorluğu Camal Qaşıqçının ölümü ilə bağlı aparılan istintaq çərçivəsində Səudiyyə Ərəbistanından 18 şübhəli şəxsin ölkəyə ekstradisiya edilməsini tələb edib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı hazırlanan tələbnamə əvvəlcə Ədliyyə, daha sonra isə Xarici İşlər Nazirliyinə təqdim edilib.
Sözügedən 18 nəfərin adları açıqlanmır.
Muxalifet3 - 26-10-2018
“Bizdən istədikləri rüşvəti kreditlə ödəməyə hazırıq” - 7 aydır evinə qaz sayğacı qoydura bilməyən Şəki sakini PREZİDENTƏ MÜRACİƏT ETDİ
Şəki rayon Baş Göynük kənd sakini Məmmədov Ülkər İsmayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayıt məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi evinə qaz sayğacı qoyulmamasına etiraz edir: “Şəxsi evimizə hər təsərrüfata və ailəyə görə qaz sayğacının qoyulması ilə bağlı 7 fevral tarixli müraciətimdən dərhal sonra məni Şəki Qaz İdarəsinin müdiri öz kabinetinə dəvət etdi. Bildirdi ki, gərək şikayət etməzdən əvvəl bizə məlumat verəydin.
Muxalifet4 - 26-10-2018
Makron bəyan etdi: Səudiyyəyə silah satılacaq!
Silah satışının dayandırılması ilə bağlı söylənən fikirlər sadəcə demoqogikadır. Bunun Qaşıqçı ilə əlaqəsi yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“Yəmən savaşını anlayıram. Lakin bu durumun Qaşıqçının öldürülməsi olayı ilə əlaqəsi yoxdur”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Qaşıqçı cinayətindən sonra bir sıra Avropa ölkələrinin rəsmiləri Səudiyyəyə silah satışının dayandırılması yönündə açıqlama vermişdi.
Muxalifet3 - 26-10-2018
Güləşçimiz dünya çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Muxalifet.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı final qarşılaşmasında Qırğızıstan təmsilçisi Yolaman Şarşenbekovu 59 saniyəyə məğlub edib.
Qeyd edək ki, İslam Abbasov (87 kq) yarımfinalda Ukrayna təmsilçisi Yan Beyenyuka məğlub olub. 22 yaşlı idmançı oktyabrın 27-də bürünc medal uğrunda güləşəcək.
Muxalifet3 - 26-10-2018
Sofiya İlham Əliyevlə görüşündən yazdı
Dünyanın ən məşhur robotu Sofiyanın rəsmi Tvitter səhifəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair paylaşım edilib.
Muxalifet.az xəbər verir ki, Sofiyanın ölkə başçısı ilə birgə çəkilmiş fotosu paylaşılaraq, "Azərbaycan Prezidenti ilə görüşmək şərəf idi. Biz ASAN Xidməti və süni İntellektin dövlət sektorunu necə yaxşılaşdıra biləcəyini müzakirə etdik. Məni qəbul etdiyiniz üçün təşəkkürlər!" - deyə yazılıb.
Xatırladaq ki, məşhur robot Sofiya oktyabrın 22-də İmişli ASAN Həyat kompleksində Prezident İlham Əliyevə təqdim olunub.
Muxalifet3 - 26-10-2018
Qəzzada 5 fələstinli öldürüldü - Gərginlik pik həddə...
Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 5 fələstinli ölüb, 85-i xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Qeyd edək ki, son günlər Qəzza zolağında tərəflər arasında toqquşmalar geniş vüsət alıb.
Muxalifet3 - 26-10-2018
Usik – Bellyu super döyüşünə “Risksiz mərc”
Cari il yüksək səviyyəli boks hadisələri ilə çox zəngindir. Növbəti böyük döyüş 10 noyabr tarixində Mançesterdə keçiriləcək. Birinci ağır çəki üzrə tam dünya çempionu Aleksandr Usik Britaniya superulduzu Toni Bellyu ilə döyüşdə öz titullarını qoruyacaq.
Muxalifet3 - 26-10-2018
SON DƏQİQƏ: Türk ordusu hücuma keçdi – Ərdoğan AÇIQLADI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qısa müddətdə Fərat çayının şərq hissəsindəki Suriya torpaqlarına əməliyyatlara başlaya biləcəyini deyib.
Muxalifet.az xəbər verir ki, Ərdoğan Fəratın şərqinin PKK/PYD terrorçuları tərəfindən işğalına dözmək fikirində olmadıqlarını bildirib.Muxalifet3 - 26-10-2018
Bakıda 19 yaşlı gəncdən riskli hərəkət - Video
19 yaşlı gəncin etdiyi hərəkət bir anda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hündür binalardan birinin damına çıxan gənc akrobatik hərəkətlə digər binanın damına tullanıb.
Gənc oğlan əvvəlcə binalar arasındakı məsafəyə diqqət yetirir.
Daha sonra isə bir neçə metr geri gedərək, özündə güc toplayıb sürətlə qaçmağa başlayır.
Sonda isə bu riskli hərəkət gerçəkləşir. Gənc hündür binaların birinin damından digərinə olan 4 metrlik məsafəni akrobatik hərəkətlə keçir.Muxalifet3 - 26-10-2018
Oğuzun Yol Polisi bölməsinə yeni rəis təyin edildi
Oğuz rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.
Muxalifet.az xəbər verir ki, bu vəzifə müvafiq əmrlə polis kapitanı Tahir Qarayevə həvalə olunub.
T.Qarayev bunadək Mingəçevir rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru vəzifəsində işləyib.
Muxalifet3 - 26-10-2018
10 ildə mindən çox jurnalist öldürüldü - Dəhşətli statistika
Son 10 ildə mindən çox jurnalist öldürülüb.
Muxalifet.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, jurnalistlərə hücumlar və onların sıxışdırılması normal hala çevrilməməlidir:
“Son 10 ildə mindən çox jurnalist öldürüldü. Lakin bu cinayətlərin 90 faizi açılmayıb. Cinayətkarlar məsuliyyətə cəlb edilməyib. Hökumətlər və beynəlxalq toplum jurnalistlərin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaratmalıdır”.
Muxalifet3 - 26-10-2018
Çunayev bürünc medal qazandı
Güləşçimiz Rəsul Çunayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Muxalifet.az xəbər verir ki, R.Çunayev ardıcıl olaraq yapon və iranlı güləşçiləri məğlub edərək yarımfinala yüksəlib.
Lakin o, finalın bir addımlığında ikiqat dünya çempionu olmuş alman güləşçi ilə bacarmayaraq bürünc medal görüşünə çıxıb. Rusiyalı rəqiblə gərgin keçən qarşılaşmadan qalib ayrılan idmançımız dünya çempionatının bürünc medalına sahib olub.
Muxalifet3 - 26-10-2018
Müşfiqin qalıqlar çıxarıldı - Baş sümüyündə iki güllə yeri var
Bu gün səhər saatlarından etibarən xüsusi qrup Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarılması üçün işə başlayıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, qrup tərəfindən bu gün həmin qalıqlar qazılaraq çıxarılıb, onların arasından Müşfiqə aid olduğu qalıqlar ayrılıb. Fotodan da göründüyü kimi skeletin baş sümüyündə iki güllə yeri var.Muxalifet3 - 26-10-2018
Həftəsonu ölkənin qızıl-gümüş bazarı ucuzlaşdı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Muxalifet.az oktyabrın 26-da qızılın qiyməti oktyabrın 25-i ilə müqayisədə 8,0325 manat azalaraq 1 unsiya üçün 2094,2045 manat təşkil edib.
Gümüş 0,1834 manat ucuzlaşaraq 1 unsiya üçün 24,876 manata bərabər olub.
Platinin qiyməti 14,0675 manat azalaraq 1400,3155 manat, palladiumun qiyməti isə 37,1705 manat azalaraq 1875,831 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Muxalifet3 - 26-10-2018
Səudiyyə Ərəbistanına silah satan ölkələr - Siyahı və rəqəmlər
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2015-2017-ci illər aralığında Səudiyyə Ərəbistanına silah satan ölkələr və satışın həcmi ilə bağlı rəqəmləri açıqlayıb.
Muxalifet.az “Haber7”yə istinadən xəbər verir ki, siyahının ilk 3 pilləsində ABŞ, Böyük Britaniya və Fransa yer alıbHəmin siyahını təqdim edirik:
Muxalifet - 27-10-2018
Pirşağıda CİNAYƏT: 29 yaşlı kişi kürəyindən bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi olub.
Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Elnur Əli oğlu 1982-ci il təvəllüdlü qəsəbə sakini Məmmədov Samir Vidadi oğlu tərəfindən kürəyindən bıçaqlanıb. Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.
Muxalifet - 27-10-2018
Məşhur aparıcı ilə bağlı ŞOK qərar
ABŞ-ın NBC telekanalının məşhur siması Meqin Kelli aparıcılıq etdiyi verilişdən qovulub.
Televiziya kanalı aparıcının "Halloween" bayramında qara maska ilə bağlı aşağılayıcı şərhinə görə belə addım atıldığını açıqlayıb.
Qeyd edək ki, Meqin Kellinin vaxtilə ABŞ-da teatr və kino aktyorlarının qaradərili obrazını canlandırmaq üçün istifadə etdiyi qara makiyajı (blackface) rasizm kimi şərh etməsi etirazla qarşılanmışdı.Muxalifet - 27-10-2018
Gürcüstandakı AKSİYADA qarşıdurma
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyada gərginlik yaşanıb. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçıları ərazidə çadır qurmağa cəhd ediblər.
Polis əməkdaşları onların bu cəhdinin qarşısını alıb.
Aksiya iştirakçıları və polis arasında yaranmış qarşıdurma zamanı bir qadının halı pisləşib. Hadisə yerinə çağırılan "təcili yardım" maşını qadını xəstəxanaya çatdırıb.
Gürcüstanın Daxili İşlər Nazirliyindən aksiyada baş vermiş insident zamanı saxlanılanların olmadığı bildirilib.Muxalifet - 27-10-2018