Axtarış

The search found 105701 results in 0.12 seconds.

Search results

  1. ​DYP-dən cərimələrlə bağlı sürücülərə XƏBƏRDARLIQ

    Dövlət Yol Polisi yol hərəkəti qaydalarını pozan və barəsində elektron qərar tərtib edilən sürücülərə xəbərdarlıq edib.
    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən "report"a bildirilib. Qeyd edilib ki, nəqliyyat sahibləri cərimə barədə telefonlara gələn SMS-lərə ciddi yanaşmalıdırlar.

    Muxalifet - 26-10-2018

  2. ​Deputatlarımız Gürcüstana gedir

    Milli Məclisin deputatı Əli Məsimli Gürcüstanda prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 27-dən 30-dək Tbilisi şəhərində səfərdə olacaq.
    Milli Məclisdən verilən məlumata görə, seçkilərə GUAM Parlament Assambleyasının xətti ilə qatılan deputatımız Tbilisi şəhərindəki müxtəlif seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaq.

    Muxalifet - 26-10-2018

  3. Məsud Özildən “Payitaht Abdülhamid” mesajı

    “Arsenal”ın ulduz futbolçusu Məsud Özil, “Payitaht Abdülhamid” filmindən bir replikanı sosial media hesabından paylaşıb.
     
    Türk futbolçu, TRT 1-də yayımlanan filmdən bir fikri sosial media hesabından paylaşıb.
    Məsud, filmdəki "Övladım oyan ki, millət də oyansın. Oyan ki, düşmənə qarşı dik dura biləsən "replikasına  “Eyvallah” qeydini sosial mediada paylaşıb.
    Təcrübəli futbolçunun Instagramının hekayə hissəsindən etdiyi bu bölgü sosial mediada böyük maraq görüb.
    Müxalifət.az

    Muxalifet3 - 26-10-2018

  4. Ruslar hərbi gəmiləri Bakıdan necə çıxardı...

    Rusiya Müdafiə Nazirliyi Həştərxanda mənzillənmiş Xəzər donanmasını Dağıstan sahillərinə, Mahaçqala yaxınlığındakı Kaspiyskə köçürür. Xəbər verildiyi kimi hazırda Kaspiyskdə Xəzər donanması üçün yeni hərbi bazanın tikintisi gedir. Hərbi ekspertlər deyirlər ki, donanmanın köçürülməsi Xəzərə və onu əhatələyən geniş coğrafi regiona daha yaxşı nəzarət etməyə imkan yaradacaq.

    Muxalifet - 26-10-2018

  5. Mourinyodan İbrahimoviç açıqlaması

    “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında “Everton”la keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında Zlatan İbrahimoviçlə bağlı açıqlama verib.
    Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, 55 yaşlı mütəxəssis isveçli hücumçunun yanvar ayında Mançester təmsilçisinə transfer olunacağı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyib.
    O, daha əvvəl də “qırmızı şeytanlar”ın formasını geyinmiş forvardın komandaya qayıtmasının mümkün olmadığını bildirib.

    Muxalifet - 26-10-2018

  6. ​Prezident “ASAN xidmət”lə bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

    Muxalifet - 26-10-2018

  7. Qaşıqçı olayından sonra Super Kubokun finalı Ər-Riyadda oynana bilməz - İtalyan nazir

    İtaliyanın keçmiş idman naziri və millət vəkili Luca Lotte, Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətinə dair, "İnanıram ki, İtalyan idman dünyası bu məsələdə geri qalmamalıdır. İtaliya Super Kubok finalını Səudiyyənin paytaxtı Ər-Riyadda oynama qərarı təcili olaraq əngəllənməlidir" deyə çağırış edib.
     
    Lotte, Səudiyyəli jurnalist Qaşıqçı-nın öldürülməsinə dair sosial mediada paylaşma edib.

    Muxalifet3 - 26-10-2018

  8. İki stəkan su üçün ofisianta 10 min dollar verdi - VİDEO

    ABŞ-ın Karolina ştatına məxsus Qrinvil (Greenville) şəhərində maraqlı hadisə baş verib. 
    Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, ən böyük internet paylaşım platforması olan "Youtube”da müxtəlif oyunlar haqda məlumat verən Mister Bist (Mr. Beast) adlı youtuber hərəkəti ilə gündəm olub. 
    Belə ki, o, restoranlardan birində ona 2 stəkan su gətirən ofisiant Alaina Qasterə 10 min dollar pul verib.

    Muxalifet - 26-10-2018

  9. ABŞ-da nüvə həyəcanı! “Sığınacaqlarda gizlənin” xəbərdarlığı

    Amerika Birləşmiş Ştatlarının “Hanford” Atom Elektrik Stansiyasında çalışanlara sığınacaqlarda saxlanmaları xəbərdarlığı edilib.
    Müxalifət.az

    Muxalifet3 - 26-10-2018

  10. ​Rəqqasə Fatimə xalq artisti ilə qohum imiş - FOTO

    Muxalifet.az big.az-a istinadən xəbər verir ki, rəqqasənin xalq artisti Ceyran Haşımovanın qohumu olduğu üzə çıxıb. Bu barədə Fatimə özü məlumat verib:
    "Azərbaycanın ilk xanım tarzəni Ceyran Haşımova mənim qohumumdur. Atamın dayısı qızıdır".
    Qeyd edək ki, ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf edən Ceyran Haşımova 1964-cü ildə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət "qızlar" ("Lalə" qızlar) ansamblını yaradıb.

    Muxalifet - 26-10-2018

  11. ​Rusiya faciədən döndü - FTX-dan böyük əməliyyat

    Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) paytaxt Moskvada silsilə terror aktları həyata keçirməyi planlaşdırılan İŞİD hücrəsinə qarşı əməliyyat keçirilib.
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, əməliyyatda hücrənin 6 üzvü yaxalanıb.
    Onlardan avtomat silahları, partlayıcı və pul hazırlanma sxemi müsadirə edilib.
    Hücrəyə rəhbərlik edən emissarların Mərkəzi Asiyadan Suriyaya gəldiyi deyilib.
    Faktla bağlı cinayət işi açılıb.
     

    Muxalifet3 - 26-10-2018

  12. ​Bank sektoru hansı vəziyyətdədir? - RƏSMİ AÇIQLAMA

    Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun ümumi vəziyyəti açıqlanıb. 
    Muxalifet.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən 30 bankın cəmi aktivləri 29,201.8 mln. manat, kredit portfeli 11,901.4 mln. manat, cəmi öhdəlikləri isə 25,089 mln. manat təşkil edib. 

    Muxalifet3 - 26-10-2018

  13. ​Dünya təhlükəli səviyyəyə çatıb - Əli Əhmədov

    Bu gün bəşəriyyəti düşündürən qlobal problemlərin həyata keçirilməsi və öz həllini tapması Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşması ilə bilavasitə əlaqədardır.
    Muxalifet.az xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişafa dair Bakı Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.

    Muxalifet3 - 26-10-2018

  14. ​Afrikalı HDQ komandanı Bakıda

    VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikasının (CAR) Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı, vitse-admiral Musava Hlonqvane Azərbaycan HDQ-də və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib
    Vitse-admiral M.Hlonqvane HDQ-nin Qərargah rəisi 1-ci dərəcəli, kapitan Şahin Məmmədovla görüşüb və 1987-1991-ci illərdə təhsil aldığı AAHM-nin hərbi dəniz fakültəsini ziyarət edib.

    Muxalifet3 - 26-10-2018

  15. ​Ərdoğan baş nazirə Qaşıqçıdan danışdı

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Kanada Baş naziri Castin Trudeu arasında telefon danışığı baş tutub.
    Muxalifet.az xəbər verir ki, liderlər İstanbulda Səudiyyə konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı fikir mübadiləsi aparıblar.
    Ərdoğan baş verən cinayət haqqında kanadalı baş naziri məlumatlandırıb.
    Trudeu da öz növbəsində bu faciəvi olayın şəffaf şəkildə araşdırılmasının və cinayətkarların cəzalandırılmasının önəmini vurğulayıb.
    Bundan əlavə, tərəflər ikilitərəfli əlaqələr barədə də müzakirələr aparıb.
     

    Muxalifet3 - 26-10-2018

  16. TÜRKİYƏDƏN QAŞIQÇI HƏMLƏSİ

    Türkiyənin Ədliyyə Nazirliyi, Qaşıqçı cinayətilə bağlı 18 şübhəlinin Türkiyədə mühakimə olunmaq üçün Səudiyyə Ərəbistanından ekstradisiyasının tələb edildiyini açıqlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 26-10-2018

  17. ​Bakı müzakirə meydanına çevrilir - Qırğız liderin müşaviri

    Mən Bakı Beynəlxalq Humanitar Forumunda bir neçə dəfə iştirak etmişəm. Müasir dünyada bu Forumun böyük əhəmiyyəti var. Sevindirici haldır ki, humanitar məsələlər məhz Azərbaycanda qaldırılır. Bakı humanitar məsələlərin müzakirə meydanına çevrilir.
    Bu sözləri azərtac -a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Qırğızıstan Prezidentinin müşaviri Sultanbay Rayev söyləyib.

    Muxalifet3 - 26-10-2018

  18. ​“Quranda” da spirtli içki içməyə görə cəza yoxdur” – İlahiyyatçıdan ŞOK AÇIQLAMA

    İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, ilahiyyatçı Hacı Surxay Həsənlinin spirtli içki içilən masanın arxasında çəkilən fotogörüntüsü sosial mediada müzakirələrə səbəb olub.
    Məsələ ilə bağlı Hacı Surxay danışmaq istəməyib.
    Məsələ ilə bağlı açıqlama verən ilhaiyyatçı Elşad Miri sözlərinə görə, “Qurani-Kərim”də spirtli içkinin içməyə görə cəzanın olmadığı bildirilib.

    Muxalifet3 - 26-10-2018

  19. ​Quql Azərbaycanı Kürdüstana birləşdirdi - Təxribat

    Quql axtarış sistemi xəritələr (maps) bölümündə təxribata yol verib.
    Muxalifet.az xəbər verir ki, xəritədə Türkiyənin cənub-şərqi, Cənubi Azərbaycan torpaqlarının isə qərbi Kürdüstan ərazisi kimi göstərilib.
    Belə ki, ingiliscə xəritə (maps) kəlməsini yazıb, axtarış edənlər “Kürdüstan” sözü ilə qarşılaşır.
    Oraya daxil olduqda isə avtomatik sözügedən xəritə nümayiş olunur.
    Ehtimala görə, bu təxribatın arxasında Kürdüstan Muxtar Adminitrasiyasının internet saytları dayanır.
    Belə ki, bu xəritənin 1 milyon 300 mindən çox baxış sayına malik olduğu deyilib.

    Muxalifet3 - 26-10-2018

  20. XİN müavini Abella ilə görüşdü - Foto

    Xarici işlər nazirinin müavini Ramiz Həsənov Filippin Respublikası xarici işlər katibinin müavini Ernesto Korpuz Abella ilə görüşüb.
    Nazirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əlaqələrin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparan tərəflər Azərbaycan-Filippin münasibətlərinin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar və bu xüsusda qarşılıqlı səfər mübadiləsinin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcəyinə əminliklərini bildiriblər.

    Muxalifet3 - 26-10-2018

Pages