Axtarış
The search found 105701 results in 0.13 seconds.
Search results
"Bakı buna "hə" desə, Moskva israr edəcək və..." - RUS DEPUTAT
"Rusiya təmsilçisi kimi qeyd edə bilərəm ki, KTMT-nın aparıcı üzvü olan Rusiya Azərbaycan kimi güclü və etibarlı bir ölkənin quruma üzv olma imkanını alqışlayır.
Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlüyü məsələsinə münasibət bildirərkən deyib.
Muxalifet4 - 26-10-2018
Fətullahçı prokurorun əmisinin evindən 100 kq qızıl çıxdı
Türkiyənin “Akşam” qəzeti prezident R.T.Ərdoğanın “Ispartada FƏTÖ imamlarından 100 kq qızıl, 5 milyon dollar pul tapıldı” sözləri ilə gündəmə gətirdiyi araşdırmanın detallarından yazıb.
Muxalifet4 - 26-10-2018
İrəvan ABŞ-dan əlini üzdü: Boltona daşnak cavabı
Ermənistanın Rusiya ilə strateji əlaqələrinin alternativi yoxdur.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının parlamentdəki fraksiyasının lideri Armen Rüstəmyan deyib.
“Rusiya ilə strateji tərəfdaşlığın əhəmiyyətini anlamamaq ölkə və hakimiyyət üçün çox təhlükəlidir. Bizim üçün bəzi məsələlərdə Rusiya əvəzedilməzdir. Rusiyanın Ermənistanda rolu zəifləməyib və bunu Con Bolton çox yaxşı bilir”, – deyə o bildirib.
Muxalifet4 - 26-10-2018
“Azərbaycandakı qədər biznesmen deputatı olan ikinci ölkə yoxdur”– QUBAD İBADOĞLU
“Milli Məclis publik hüquqi şəxs elan olunsun” “Mətbuatda məlumat yayılıb ki, gələn ilindən Milli Məclisin xərcləri daha 3 milyon manat artırılır. Beləliklə də Azərbaycan Milli Məclisinin və onun Aparatının 2019-cu il üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib”. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Qubad İbadoğlu “feysbuk” səhifəsində qeyd edib. Q. İbadoğlu təklif edib ki, Milli Məclis publik hüquqi şəxs elan olunsun və özünü maliyyələşdirməyə keçirilsin: “Bununla büdcəyə qənaət edə, dünyaya da nümunə verə bilərik.
Muxalifet4 - 26-10-2018
İRƏVANDA SENSASİYA: Bolton Qriqoryanın təklifini rədd etdi
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla təkbətək görüşdən imtina edib.
Bu məlumatı “Qraparak” qəzeti yayıb.Muxalifet4 - 26-10-2018
Canlı yayımda BİABIRÇILIQ: Deputat rəqibi ilə əlbəyaxa oldu - VİDEO
Ukraynanın keçmiş səhiyyə naziri deputatı Oleq Musiy canlı yayımında ictimai təşkilat rəhbəri Dmitri Şerembeyevlə döyüşüb.
Verilişdə Şerembey Musiyanı rüşvətxorluqda qınayıb. Millət vəili isə Şerembeyevə yalançı, klassik manipulyator deyib.
Daha sonra onlar əlbəyaxa olub. Həmin görüntüləri təqdim edirik:Muxalifet - 26-10-2018
Bakıda arvadını diri-diri yandıran şəxs: “Benzini üzünə tökdüm…”-
Arvadını yandıraraq öldürən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Məsud Müzəffərovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş tərəfin nümayəndəsi söyləyib ki, Məsud Müzəffərov bu əməlinə görə ömürlük azadlıqdan məhrum edilməlidir.Muxalifet - 26-10-2018
Erməni hərbçi yaralandı
Ermənistanın Vayots Dzor vilayətində yol qəzası baş verib
Muxalifet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Yexeqanadzor şəhərində baş verib.
BMW VƏ Vaz-2106 markalı avtomobillərin toqquşması nəticəsində hər iki avtomobilin sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib. Onların arasında Ermənistan ordusunun hərbçisi Arman S. də var.Muxalifet - 26-10-2018
Paşinyan Qarabağ problemini həll etməsə... - Rusiyadan İrəvana DAHA BİR ŞOK
“Ermənistanın bugünkü problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir”.
Bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko dilə gətirib.Muxalifet - 26-10-2018
Çavuşoğlu: “ABŞ Fətullah Güləni bizə verməlidir”
"Heç kim təzyiqlə, yaxud təhdidlə Türkiyədən nəsə ala bilməz".
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bunu qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyənin yeni dövrdə xarici siyasət baxışı” adlı konfransda çıxışı zamanı deyib.
Vaşinqtonla Ankara arasında münasibətlərin gərginləşməsinə toxunan nazir, ikitərəfli əlaqələrin pisləşməsinin əsas səbəblərini açıqlayıb.Muxalifet - 26-10-2018
Abşeronda DƏHŞƏT: Ər keçmiş arvadını ölümcül bıçaqladı
Abşeronda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlu keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək onu bir neçə nahiyədən bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb. Ü.Məmmədovanın vəziyyəti ağır olduğundan, onun dindirilməsi mümkün olmayıb.
Hadisəni törədən M. Piriyev könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.Muxalifet - 26-10-2018
BMT rəsmisi: Bakının bu addımları sevindiricidir
Bilirəm ki, siz problemi sülh yolu ilə həll etməyə çalışırsınız. BMT baş katiblərindən biri qeyd etmişdi ki, sülh olmadan inkişaf mümkün deyil.
Bu sözləri Dayanıqlı İnkişafa Dair Bakı Forumu çərçivəsində “2030-cu ilədək Dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq” mövzusunda çıxış edən BMT Baş katibinin köməkçisi Aleksandr Zuyev deyib.Muxalifet - 26-10-2018
İordaniyada tələbələrlə dolu avtobusu sel apardı — 18 ölü (VİDEO)
İordaniyanın qərbindəki Ölü Dəniz regionunda tələbələri aparan avtobusu sel aparıb.
Muxalifet.az xəbər verir ki, faciə nəticəsində 18 nəfər həlak olub.
Şiddətli yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Sel avtobusu öz ağuşuna alıb. 18 nəfər həlak olub, 34 nəfər xəsarət alıb. Kral Abdulla Bəhreyn səfərini təxirə salıb. Hazırda xilasetmə işləri davam edir.
Yerli mənbələr bildirir ki, avtobusda 44 sərnişin olub. Onlardan 37-i tələbədir.
Muxalifet - 26-10-2018
“ Son 5 ildə qaçqınlara 36 milyard dollar xərcləmişik” - Türkiyə Ombudsmanı
"Azərbaycanda iqtisadi, təhsil və digər sahələrdə olan inkişafı hər gəlişimdə müşahidə edirəm. Azərbaycanla Türkiyə arasında qardaşlıq, mənəvi birlik var"
Bunu Türkiyənin İnsan hüquqları üzrə müvəkkili Şərəf Malkoç deyib. O bildirib ki, hər iki ölkənin rəhbərliyi bu birliyi iqtisadi sahədə də davam etdirir:Muxalifet - 26-10-2018
Trampla Putinin görüşünün tarixi bəlli oldu
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin noyabrın 11-də Parisdə görüşəcək.
Muxalifet.az xarici mətbuatına istinadən xəbər verir ki, bu barədə Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton məlumat verib.
Bolton, hər iki ölkə başçısı arasında qısa görüş olacağını bildirib.
O, həmçinin Putinin Vaşinqtona dəvət edildiyini və Rusiyaya lazım olan bütün sanksiyaların hazırda icra olunduğunu qeyd edib.Muxalifet - 26-10-2018
Deputat 400 min manata yeni avtomobillər aldı - Foto
Bizimyol.info saytının əldə etdiyi məlumata görə Milli Məclisin deputatı İmamverdi İsmayılov özünə iki yeni bahalı avtomobil alıb. Onlardan biri 10 AA 706 dövlət nömrə nişanı olan S-Class Mersedes, ikincisi isə 10 EE 888 nömrə nişanlı Lexus-dur. Hər iki avtomobil son modeldir və ümumi dəyəri 400 min manatdır.
Muxalifet - 26-10-2018
“Nar” korporativ sosial məsuliyyət layihələrini davam etdirir
“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial aksiyalar həyata keçirməkdə davam edir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif addımlar atır. “Nar”-ın növbəti layihəsi eşitmə və nitq məhdudiyyəti olan insanlara dəstəkdir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan insanların öz yaxınları və cəmiyyət ilə daha rahat ünsiyyət qurmalarını asanlaşdıran xüsusi tədris vəsaiti hazırlayır.
Muxalifet4 - 26-10-2018
“Qarabağ”ın futbolçusu Avroliqanın “5-liy”ində
Avropa Liqasının qrup mərhələsinin 3-cü turundan sonra statistik göstəricilər açıqlanıb.
Muxalifet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın üzvü Qara Qarayev 3 turdan sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında 5-ci pillədə qərarlaşıb. Onun 212 ötürməsindən 195-i (92 faiz) dəqiq olub.
Siyahıya isə "Çelsi"nin futbolçusu Sesk Fabreqas liderlik edir. İspan yarımmüdafiəçinin 283 ötürməsindən 262-si dəqiq alınıb.Muxalifet - 26-10-2018
Rusiya və Səudiyyə Ərəbistanı neftin qiyməti ilə bağlı razılığa gəldilər
Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətinin sabitləşməsi üzrə razılığa gəliblər. Bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib.
Muxalifet - 26-10-2018
Sürücülərin nəzərinə: Telefona gələn mesajlara diqqət edin!
İnzibati Xətalar Məcəlləsinə (İXM) edilmiş və iyul ayından etibarən qüvvəyə minmiş qaydalara görə, sürücülər bundan sonra həm də SMS vasitəsilə törətdikləri inzibati xətalarla bağlı məlumatlandırırlar. Burada söhbət yalnız elektron qaydada, yəni xüsusi texniki vasitələr (radar və ya kamera) tərəfindən qeydə alınan qayda pozuntularından gedir.
Muxalifet - 26-10-2018