Axtarış

The search found 105701 results in 0.11 seconds.

Search results

  1. ​Mütləq əksəriyyət Azərbaycanı dəstəkləyir - İlham Əliyev

    Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır.
    Muxalifet.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı bildirib.

    Muxalifet3 - 25-10-2018

  2. ​Trampdan ŞOK AÇIQLAMA: Ordunu göndərirəm!

    ABŞ Prezidenti Donald Tramp Meksika sərhədindən ölkəyə daxil olmağa çalışan minlərlə miqrant haqqında açıqlama verib.
    Muxalifet.az xəbər verir ki, Tvitter hesabında məsələyə toxunan Tramp kəskin ifadələr səsləndirib.
     

    Muxalifet3 - 25-10-2018

  3. ​Miqrantlar zorla sərhədi keçdi - Polisə müqavimət

    Miqrantlardan ibarət böyük bir qrup polisə müqavimət göstərərək zorla Bosniya və Herseqovina sərhədini keçib və Xorvatiyaya tərəf üz tutub.
    Muxalifet.az xəbər verir ki, Xorvatiya ilə sərhəddə yerləşən Bixaç şəhərində aylardır çoxlu sayda miqrant toplaşır. Onların çoxu Yaxın Şərq və Şimali Afrikadan gələnlərdir. Miqrantların əsas məqsədi Avropa İttifaqı ölkələrinə daxil olmaqdır. Sərhədə Xorvatiya xüsusi təyinatlıları göndərilib. Bosniya polisi Bixaça qatarla gələn daha 99 miqrantı saxlayıb.
     

    Muxalifet3 - 25-10-2018

  4. ​"Qarabağ" - "Vorskla"ya qarşı

    Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” – “Vorskla” (Ukrayna) ilə qarşılaşır.
    Muxalifet.az xəbər verir ki, oyun Bakı Olimpiya Stadionunda keçirilir.
    Matçı İsraildən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Roi Raynşrayberdir. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirir.
     

    Muxalifet3 - 25-10-2018

  5. ​BMT baş katibinin müavini: Azərbaycan donor ölkəsidir

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində BMT baş katibinin müavini Rəşid Xalikov ilə görüşüb.

    Muxalifet3 - 25-10-2018

  6. Sürücü DYP-yə MEYDAN OXUDU: “Qaqaş mənə olar...”- VİDEO - FOTO

    Binəqədi rayonunda ictimai asayişi pozan, piyadaların və digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücülər barəsində ölçü götürülməsi üçün vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında reyd keçirilib. 
    Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, yoxlama tədbiri zamanı avtomobili sərxoş vəziyyətdə, hətta narkotik vasitənin təsiri altında idarə edən sürücülərə rast gəlnib.

    Muxalifet3 - 25-10-2018

  7. ​Qaşıqçının oğlu Səudiyyəni tərk etdi - Müəmmalı addım

    Mərhum jurnalist Camal Qaşıqçının böyük oğlu Saleh Qaşıqçı Səudiyyə Ərəbistanını tərk edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
    İkili vətəndaşlığa sahib (Səudiyyyə-ABŞ) Qaşıqçının hansı ölkəyə getməsi ilə bağlı məlumat verilməyib.
    Xatırladaq ki, bir neçə gün əvvəl kral və vəliəhd Səudiyyənin İstanbul konsulluğunda öldürülən Camal Qaşıqçının ailə üzvlərini qəbul etmişdi.
     

    Muxalifet3 - 25-10-2018

  8. ​Azərbaycanın qadın güləşçisi gümüş medal qazandı

    Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında gümüş medal qazanıb.
    Muxalifet.az xəbər verir ki, 48 kq çəkidə dərəcəsində mübarizə aparan idmançı finalda yaponiyalı Yui Susakiyə məğlub olub.
    Qeyd edək ki, bu nəticədən sonra Azərbaycanın qadın idmançıları dünya çempionatını bir gümüş və bürünc medalla başa vurublar. Daha öncə 65 kq çəki dərəcəsində yarışan İrina Netreba bürünc medala sahib olub.
     

    Muxalifet3 - 25-10-2018

  9. ​Daha bir dərmandan zəhərlənmə, bu dəfə 40 yaşlı qadın...

    Tovuzda qadın dərmandan zəhərlənib.
    Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.
    Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Musayeva Billur Hidayət qızı yüksək dozalı dərman qəbul edərək zəhərlənib.
    Qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
     

    Muxalifet3 - 25-10-2018

  10. ​Putindən nüvə təhdidi: “Avropa bunu edərsə vurarıq”

    Rusiya prezidenti Vladimir Putin yeni açıqlama verib.
    Muxalifet.az xəbər verir ki, ABŞ Soyuq Müharibə illəri dövründə imzalanan nüvə silahı müqaviləsindən çıxacağını açıqlayıb. Sonra isə Avropa ölkələri ABŞ-ın nüvə raketlərinə yer verməyə razılıq veriblər. Putin isə bu Avropa ölkələrini hədəf almaq məcburiyyətində qalacaqlarını bildirib.

    Muxalifet3 - 25-10-2018

  11. ​Keçmiş erməni baş nazirə Rusiyada vəzifə verilir

    Ermənistanın keçmiş baş naziri Karen Karapetyan yaxın zamanda Rusiyanın “Zarubejneft” dövlət şirkətinin Direktorlar Şurasına daxil ediləcək.
    Muxalifet.az xəbər verir ki, o, müstəqil direktor yerini tutacaq. Hazırda bu vəzifəni maliyyəçi Rayr Simonyan tutur.

    Muxalifet3 - 25-10-2018

  12. ​Toyuq kababı 22 nəfərin zəhərlənməsinə səbəb oldu

    Dağıstanda kafedə 22 nəfər zəhərlənib. 
    Muxalifet.az xəbər verir ki, hadisə Mahaçqalada baş verib. 
    Bildirilir ki, 21 nəfər xəstəxanaya yerləşdirilib. Onların arasında yeniyetmə də var.
    Müəyyən edilib ki, zəhərlənən şəxslərin hamısı közdə qızardılmış toyuq və toyuq kababı yeyib.
    İlkin eskpertizanın nəticələrinə görə, qidada salmonella infeksiyası olub.
     

    Muxalifet3 - 25-10-2018

  13. ​Deputat: Dünyada oyun qaydaları dəyişməlidir

    Davamlı inkişafa nail olmaq üçün dünyada oyun qaydaları dəyişməlidir. 
    Muxalifet.az xəbər verir ki, bunu millət vəkili Ziyad Səmədzadə Davamlı İnkişafa dair Bakı forumunda deyib. 
    Onun sözlərinə görə, bunun üçün qloballaşan dünyada maliyyə mənbələrinə çıxış imkanları dəyişməlidir: 
    “Bizə xarici ekspertlər təzyiq göstərirdi ki, neft sektorunu özəlləşdirin. Ancaq Azərbaycan buna getmədi və bu ən düzgün addım idi”.
    Z. Səmədzadə hesab edir ki, BMT-nin qarşıya qoyduğu 17 məqsədin həyata keçirilməsində dövlətin rolu danılmazdır. 

    Muxalifet3 - 25-10-2018

  14. ETSN-dən videoya münasibət: Yerində araşdırılıb...

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Xudu Məmmədov küçəsi 25, 27, 29 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət və ağac kəsintisini əks etdirən video daxil olub.
    Nazirlikdən  verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən şikayət yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib.
    Araşdırma zamanı məlum olub ki, videoda əks olunan kadrlar 2017-ci ildə həmin ünvanda çəkilib.

    Muxalifet3 - 25-10-2018

  15. Nazirdən işsizlərə şad xəbər...

    İqtisadi artımla layiqli əmək sıx bağlıdır. Azərbaycan əhalinin məşğulluğu baxımından ciddi işlər görür.
    Muxalifet.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
    Nazir bildirib ki, Azərbaycanda əmək bazarındakı tələblər öyrənilir, ixtisaslı işçi qüvvəsinin yaradılması nəzərdə tutulub.
    Onun sözlərinə görə, vahid məşğulluq portalı yaradılır:

    Muxalifet3 - 25-10-2018

  16. BŞİH-dən xəbərdarlıq: Maşınları ağacların altında saxlamayın

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edib.
    Muxalifet.az BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov trend -ə bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar:
    "Bu isə küləkli havada çox təhlükəlidir. Qurum sürücülərdən xahiş edir ki, avtomobillərini ağacların altında park etməsinlər".

    Muxalifet3 - 25-10-2018

  17. ​Bomba zəngi Gürcüstanı bir-birinə qatdı

    Kutaisidən Varşavaya uçan təyyarədə bomba olması xəbəri həqiqəti əks etdirmir.
    Muxalifet.az xəbər verir ki, belə bir bəyanatı Gürcüstanın Şota Rustevi adına beynəlxalq aeroportunun mətbuat xidməti yayıb.
    Bildirilir ki, Kutaisidən Varşavaya uçan W6 1576 saylı təyyarə Buxarestdə məcburi eniş edib. Buna səbəb anonim şəxsin Kutaisidən zəng vuraraq, təyyarəyə partlayıcı maddə yerləşdirilməsi ilə bağlı verdiyi xəbər olub. Təyyarə məcburi eniş edib və sərnişinlər təhlükəsiz yerə aparılıblar.

    Muxalifet3 - 25-10-2018

  18. “Kral Salman, vəliəhd şahzadəni vəzifədən alacaq” - İDDİA

    İngiltərənin, Səudiyyə Ərəbistan və Yəməndəki müdafiə ateşesi polkovnik Brayan Lees, jurnalist Camal Qaşıqçının qətlindən sonra Səudiyyə Krallığının nüfuzunu və etibarlılığını düzəltmək üçün vəliəhd şahzadə Salmanı vəzifədən alacağını iddia edib.
     

    Muxalifet3 - 26-10-2018

  19. Qaşıqçının yeri haqda məlumat verildi! Cəsədin yerini görürük

    Camal Qaşıqçı-nın 2 oktyabrda girdiyi Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu binasında öldürülməsindən sonra cəsədi hələ də tapılmayıb.
     
    İstanbul Polisinə xaricdə "kahin” olaraq bilinən şəxslərin İnterpol vasitəsilə, daxildə olan bəzi şəxslərin də cəsədinin yerini yuxularında gördüklərini söyləyərək məlumat verdiyi bildirilib.
    Digər tərəfdən, Sultangazidəki avtoparkda olan diplomatik nömrəli Mercedesin yükündən çıxan paltarların də avtomobili qoyan konsulluq işçisi Məhəmməd Ö.-yə aid olduğu müəyyən edilib.

    Muxalifet3 - 26-10-2018

  20. 4-lü Suriya Sammiti! ƏRDOĞANIN TƏKLİFLƏRİ

    İstanbulda sabah dörd liderin iştirakı ilə "Suriya Sammiti" keçiriləcək. Bütün dünyanın gözünün çevriləcəyi sammitdə Suriya məsələsinin tam həllini tapmağın yolları müzakirə olunacaq. Sammitdə Suriyada, "siyasi həllə" və "ölkənin ərazi bütövlüyünə" tərəfdar olan dörd ölkə, bu məsələdə atılacaq addımlar barədə fikir mübadiləsi aparacaq. Ərdoğan, Putin, Makron və Merkelin iştirak edəcəyi zirvə üçün İstanbulda sıx təhlükəsizlik tədbirləri də görüləcək. Sammitdə Suriya məsələsinə tam həll və ölkəyə əmin-amanlıq gətirmək üçün nələr edilə biləcəyi müzakirə olunacaq.
     

    Muxalifet3 - 26-10-2018

Pages