Axtarış
The search found 105701 results in 0.08 seconds.
Search results
NATO 23 dövlətin hərbçiləri ilə təlimə start verdi - Foto
Muxalifet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın SSRİ ilə əldə edilən nüvə anlaşmasından çıxa biləcəyini açıqladıqdan sonra NATO-nun bu təlimləri Rusiyaya qarşı güc nümayişidir.
NATO bununla beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqların artdığı bir ərəfədə Rusiyaya güc göstərir.
Norveçdə başlayıb, İsveç və Finlandiya hava sahələrindən istifadə ilə davam edəcək “Trident Juncture-18” hərbi təlimləri NATO-nun son 30 ildə ən böyük hərbi tədbiridir. Təlimlər noyabrın 7-də yekunlaşacaq.Muxalifet - 25-10-2018
Zabit Səmədova “əlcək atdılar”
Kikboksinqin K-1 versiyası üzrə həvəskarlar arasında dünya çempionu, Avropa ikincisi, peşəkar kikboksinqdə bir neçə kəmərin sahibi, "Altın Qurd" ləqəbli Bəhram Rəcəbzadə tanınmış idmançımız Zabit Səmədovla döyüşmək istəyir.
Muxalifet.az xəbər verir ki, o, bunu oxu.az-a müsahibəsində bildirib.
Cənubi azərbaycanlı idmançı (+93 kq) onunla eyni çəkidə olan "Mauqli" ilə döyüşüb Azərbaycanda ən güclünün kim olmasının bilinməsini çox istədiyini qeyd edib:Muxalifet - 25-10-2018
Eşşək əti halaldırmı?
“Problem eşşək ətinin satılması yox, istehlakçıların aldadılmasıdır”
Bu günlərdə gündəmi işğal edən mövzulardan biri də eşşək əti məsələsidir. Uzunqulaqlarla bağlı mövzu müzakirə olunduqca uzanır. İtən eşşəklər, bazarda mal əti adı ilə təqdim olunan eşşək ətləri, hər dərdə dərman olduğu deyilən eşşək südü, yeni açılan eşşək fabriki və sair...
Muxalifet - 25-10-2018
Paşinyanın Qarabağ planı ORTAYA ÇIXDI - Rusiyalı politoloq ŞOK AÇIQLADI
“Ermənistan Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişi arzu etmir. Danışıqların ləng gedişi onun təhlükəsizliyinə beynəlxalq zəmanətlərin artmasına səbəb olardı. Lakin Nikol Paşinyan Qarabağı danışıqlar masasına dəvət edərək, Ermənistanın təhlükəsizliyini gücləndirmək istəyir”.
Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yeni proseslərin baş verə biləcəyi ehtimalını şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan mövcud status-kvonun qalmasına çalışır.Muxalifet - 25-10-2018
ABŞ yol ayrıcında: Ədalətmi, yoxsa maraqlarmı?
Səudiyyə Ərəbistanı rəhbərliyinin Qaşıqçı-nın itməsi ilə bağlı açıqladığı bütün yalanlar və istintaqı azdırma cəhdləri Türkiyənin uğurlu media strategiyası ilə mərhələ mərhələ təsirsiz oldu.
Muxalifet3 - 25-10-2018
Əri həbs olunan qadının törətdiyi DƏHŞƏTLİ ƏMƏLLƏR: Xərac toplamaq, adam güllələtmə... (VİDEO)
Adanada bir çox cinayətdə əli olduğu üçün axtarışda olan "Xanım ağa” ləqəbli qrup lideri Gülşah Demir kofe satan biri kimi kamuflyaj etmiş polis məmuru tərəfindən saxlanılıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əri həbsxanaya girdikdən sonra "silahlı cinayətkar dəstə”ni idarə etmək, fahişəxanalardakı qadınlardan xərac almaq, silah və narkotik ticarəti ilə məşğul olmaq kimi bir çox cinayətlərdə əli olan qadının barəsində 30 il 7 ay 20 gün həbs cəzası tələb olunub.Muxalifet - 25-10-2018
Bakıda qatarla avtobusun toqquşduğu dəhşətli qəza daha BİR CAN ALDI
Oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 1 nəfəri dünyasını dəyişib.
Bu barədə 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.Muxalifet - 25-10-2018
RUSİYA VƏ ABŞ ARASINDA YENİ TOQQUŞMA – Trampın raket müqaviləsindən çıxması dünyanı yeni təhlükəyə sürükləyir
20 oktyabrda ABŞ prezienti Donald Tramp bəyan edib ki, Amerika 30 il bundan öncə Sovet İttifaqı ilə bağladığı orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsindən çıxır. Vaşinqton bunun səbəbini müqavilənin şərtlərinin Rusiya tərəfindən yerinə yetirilməməsi və həmçinin də sənəddə yeni silahların işlənib hazırlanmasına məhdudiyyətlər qoyulmasıyla izah edib.
Muxalifet - 25-10-2018
Azərbaycanın 40 milyard dollarlıq layihəsi ləngiyir... - Hökumət müəmmalı şəkildə susur
İtaliya hökumətinin Transadriatik qaz kəməri (TAP) layihəsinə münasibətdə qeyri-müəyyən mövqeyi yay fasiləsindən sonra tikinti işlərinin başlanmasını ləngidir.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu “İnterfax Natural Gas Daily” agentliyinə TAP AG şirkətinin adının açıqlanmasını istəməyən nümayəndəsi deyib.Muxalifet4 - 25-10-2018
BAKIDA İNANILMAZ OLAY: Özünü binadan atan qız sağ qaldı
Bakıda özünü binadan atan qız sağ qalıb.Hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda qeydə alınıb. 3-cü mikrorayon sakini, 22 yaşlı Nəzakət Məmməd qızı Bağırova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Nəticədə o xəsarətlə xəstəxanaya yerləşdirilib.
N. Bağırovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Muxalifet - 25-10-2018
Gömrük Komitəsinin həbsdə olan əməkdaşının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.Muxalifet4 - 25-10-2018
“Zamirə Hacıyeva Azərbaycana o halda gətirilə bilər ki...” – DEPUTATDAN AÇIQLAMA
Britaniyada korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəflərindən biri də Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadır. Keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı on il ərzində Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib.
Muxalifet4 - 25-10-2018
İstanbulda keçiriləcək 4-lü zirvə öncəsi Əsəd rejimindən təxribat
Əsəd rejimi və İran dəstəkli xarici terrorçu qruplar, İdlib Gərginliyi Azaltma Bölgəsinin sərhədləri və Soçi mandatına əsasən müxaliflərin ağır silahlarını çəkdiyi region daxilindəki Kefer Hamra və Rəşidin bölgələrinə dünən gecə yüzdən çox artilleriya atışı edib.
Muxalifet3 - 25-10-2018
ŞOK: Dünyanı məhvə aparan müharibənin başlayacaqı TARİX AÇIQLADI
On beş il sonra ABŞ-Çin müharibəsinin başlanma ehtimalı çox yüksəkdir.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı general-leytenant Ben Hoces bildirib.
Sabiq generalın sözlərinə görə, Avropa öz müdafiəsinə daha çox diqqət ayırmalıdır, çünki ABŞ diqqətini Sakit okean regionunda Çin təhdidinə yönəltməlidir.Muxalifet - 25-10-2018
Əmisi oğlunun arvadını qaçıranın yasına heç kim getmədi - VİDEO
Azərbaycanda əmisi oğlunun həyat yoldaşını qaçırdığı üçün öldürülən gəncin qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
ATV-də yayımlanan “Bizimləsən” verilişində hadisənin baş verdiyi Qubanın Tülər kəndindən süjet yayımlanıb.
Mərhumun evində olan kanal əməkdaşları öldürülən 26 yaşlı Elşad Əsədovun yas mərasiminə qatılan yaxınlarından açıqlama alıb. İki uşaq anası olan Aynuru qaçıran Elşadın qohumları dəhşətli cinayətin detallarından danışıb.Muxalifet4 - 25-10-2018
Abbas Abbasovun oğlu haqda sensasion iddialar - NECƏ XİLAS OLDU...
“Avqust ayının 27-də Bakı hava limanında saxlanıldığı deyilən sabiq deputat üzə çıxdı; onun niyə nəzarətə alındığı barədə iki versiya və “xilaskarı” kim ola bilər?
Bu ilin avqust ayının 27-də baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasovun Bakıya gələrkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıldığı barədə xəbər yayılmışdı. Sabiq deputatın hansı səbəbdən saxlanıldığı açıqlanmasa da, onun ev şəraitində nəzarət altına alındığı, hətta bəzi mənbələr istintaq təcridxanasında olduğunu iddia edirdi.
Muxalifet4 - 25-10-2018
Azərbaycanda müəllim küçənin ortasında şagirdi belə döydü - ANBAAN VİDEO
Bakının Dərnəgül qəsəbəsində məktəblilərin döyülməsi faktı qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, Baku.ws-ə müraciət edən paytaxt sakini məktəbli uşağın müəllim tərəfindən döyüldüyünü iddia edir.Muxalifet - 25-10-2018
Samux sakini arvadını qətlə yetirərək meşədə basdırıb
Samux rayon sakini arvadını qətlə yetirərək meşədə basdırıb.
"Report"un Qər bürosu xəbər verir ki, rayon sakini Ağamir Səmədov ailə münaqışəsi zəmnində arvadı Ləman Səmədovanı döyərək qətlə yetirib.
Daha sonra onun meyitini "VAZ-21011" markalı avtomobillə rayonun Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırıb.
Hadisədən bir neçə gün sonra A.Səmədov L.Səmədovanın bacısı Azadil Qəhrəmanovaya aralarında problem olduğu üçün Ləmanın evdən qaçdığını bildirib.
Muxalifet - 25-10-2018
ABŞ sərhədlərində təhlükə böyüyür – İkinci “miqrant karvanı”
Zorakılıq və yoxsulluq səbəbindən Salvador, Qvatemala və Hondurası tərk edərək ABŞ-a sığınmağa çalışan miqrantların sayı artmağa başlayıb.
Muxalifet.az “Reuters”ə istinadən xəbər verir ki, Qvatemaladan daha 2 minə yaxın miqrant ABŞ-a keçmək üçün yürüşə başlayıb.
Onlar Meksikaya keçərək ABŞ-la sərhəddə çatmaq üçün 1800 kilometr məsafə qət etməlidirlər. Meksika hökuməti ötən həftədən etibarən başlayan ilk “miqrant karvanı”na qoşulanların isə hazırda 3600 nəfər olduğunu bildirib.Muxalifet - 25-10-2018
"Mən heç yerdə dərs demirəm, Səlim müəllim isə..." - SABİQ NAZİR DANIŞDI
Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov hazırda heç bir işlə məşğul deyil.
Muxalifet.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında eks-nazir özü bildirib. H.Əsədov yaxın müddət üçün hər hansı planının olmadığını da deyib.
Sabiq nazir universitetdə dərs deməsilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
"Mən heç yerdə dərs demirəm, Səlim müəllim (eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov-red.) deyir”.Muxalifet4 - 25-10-2018