Axtarış

The search found 105700 results in 0.123 seconds.

Search results

  1. Dolların sabaha olan məzənnəsi

    Oktyabrın 25-ə manatın məzənnəsi açıqlanıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 25.10.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
    Qeyd edək ki, 2018-ci il oktyabrın 24-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib

    Muxalifet - 24-10-2018

  2. Toppuş bacı ölüm xəbərindən danışdı: Belə olmaz...

    "Toppuş bacı" kimi tanınan əməkdar artist Tünzalə Əliyeva ölməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
    T.Əliyeva bu barədə şəxsi İnstaqram hesabında yazıb.
    “Əziz millətim, gözəl xalqımın insanları, niyə barəmdə ölüm xəbərləri yayıb məni incidirsiniz? Axı mənim ailəm, dostlarım, hər kəs narahat olur. Bu cür xəbərlə reytinq qazanmaq olmaz. Xahiş edirəm, belə etməyin” - o bildirib.
    Qeyd edək ki, ötən gün mediada xərçəng xəstəliyindən əziyyət çəkən Tünzalə Əliyevanın ölüm xəbəri yayılıb.

    Muxalifet - 24-10-2018

  3. Klintonun evində bomba tapıldı!

    Bill və Hillari Klinton cütlüyünün evinə göndərilən bir paketdə partlayıcı qurğu olduğu bildirilib.
     
    Bu barədə ABŞ rəsmiləri məlumat verib.
    Paketin içərisinə yerləşdirilən bombanın, ötən bazar ertəsi günü Amerikalı milyarder sərmayəçi Corc Sorosa göndərilən bomba ilə oxşar xüsusiyyətlər daşıdığı qeyd olunub.
    Müxalifət.az

    Muxalifet3 - 24-10-2018

  4. Fransadan Səudiyyə Ərəbistanına gözdağı

    Fransa, Qaşıqçı cinayətinin araşdırması yekunlaşana qədər Ərəbistan ilə olan strateji əlaqəsinin gələcəyi məsələsində "tələsik bir qərar" almayacaqlarını açıqlamışdı. Ölkədən verilən son açıqlamada isə, Qaşıqçı-nın ölümündə Ərəbistanın məsuliyyətinin sübut edildiyi təqdirdə bu ölkəyə sanksiya tətbiq olunacağı bildirilib.
     
    Qeyd edək ki, Fransadan əvvəl ABŞ və İngiltərə hadisə ilə bağlı Səudiyyə rəsmilərinə viza sanksiya qərarı aldıqlarını açıqlamışdı.
    Müxalifət.az

    Muxalifet3 - 24-10-2018

  5. ABŞ-da təyyarə şosse yoluna çırpıldı - VİDEO

    ABŞ-da dəhşətli qəza meydana gəlib.
    Muxalifet.az xəbər verir ki, təkmühərrikli təyyarə şosse yoluna çırpılıb. Pilot isə xəsarət almadan xilas edilib.
    Hadisə Los-Anceles şəhərində baş verib. Təkmühərrikli təyyarə Cənubi Kaliforniya şosse yoluna çırpılıb. Qəzadan sonra təyyarə yanmağa başlayıb. Pilot isə xəsarət almadan xilas edilib. Polis qəzanın səbəblərini araşdırır. Xoşbəxtlikdən təyyarə avtomobillərin üstünə düşməyib.
    Qeyd edək ki, qəza şəhər mərkəzinin 50 kilometrliyində baş verib. Qəzadan sonra uzun tıxac yaranıb.
     

    Muxalifet - 24-10-2018

  6. ​"Milan" Qattuzonu istefaya göndərməyə hazırlaşır

    İtaliyanın "Milan" klubu baş məşqçi Cennaro Qattuzonu istefaya göndərməyə hazırlaşır.
    Muxalifet.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, buna komandanın bu mövsüm əldə etdiyi uğursuz nəticələri səbəb olub. Son matçda əzəli rəqibi "İnter"ə minimal hesabla məğlub olan "Milan" klubu hazırda Seriya A-da 12 xalla 12-ci pillədə qərarlaşıb.

    Muxalifet - 24-10-2018

  7. Qaşıqçı cinayətində diqqət çəkən detal

    Jurnalist Camal Qaşıqçının qətlindən əvvəl Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna aid diplomatik nömrəli BMW markalı maşınla Belqrad Meşəsində kəşfiyyat yoxlaması apardığı ortaya çıxıb. Eyni avtomobildən iri həcmli çemodanların alınaraq Sultangazidəki avtoparkda bir neçə gün öncə tapılan Mercedes markalı avtomobilə qoyduqları haqda görüntülər əldə edilib.
     
    Fotoşəkildə, 34 CC 2404 nömrəli rəsmi BMV markalı avtomobilin 1 oktyabr axşamı 18.28-də kəşf üçün Belqrad meşələrinə daxil olduğu görünür.

    Muxalifet3 - 24-10-2018

  8. ​Con Bolton: “Qarabağ probleminin həlli ABŞ üçün mühüm əhəmiyyət kəsb edir”

    Bu gün ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

    Muxalifet - 24-10-2018

  9. SAAKAŞVİLİNİN ADAMI, ÇAXIR BİZNESMENİ… – Gürcüstanın yeni prezidenti o olacaq

    Azərbaycanın yaxın qonşusu və strateji tərəfdaşı sayılan Gürcüstan özünə yeni prezident seçir. Oktyabrın 28-də keçiriləcək bu seçki bir sıra cəhətlərinə görə, əlamətdardır.

    Muxalifet - 24-10-2018

  10. ​Bakıda nənə nəvəsini və gəlinini evdən belə qovdu – Şok görüntülər (Video)

    Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə “Gəl dərdini danış” verilişində maraqlı anlar yaşanıb.
    İki nəvəsi, gəlini və oğlunu evdən qovan xanımın açıqlamaları hər kəsin diqqətini çəkib.
    O, nə üçün bu addımı atdığına dair fikirlərini bildirib.
    Daha sonra Nürəddinin bacısı da evə gələrək gəlinə hədə qorxu gəlib: “Bu evə gəlsən, başını kəsəcəyəm!”
    İnanılmaz anları sizə təqdim edirik.
    Qeyd edək ki, Nürəddinin doğma anası nə onu, nə yoldaşını nə də ki, iki uşağını qəbul etmir…

    Muxalifet - 24-10-2018

  11. Səudiyyə Ərəbistanının yoxa çıxan şahzadələri - FOTOLAR

    Son illərdə Səudiyyənin Avropada yaşayan 3 şahzadəsi yoxa çıxıb. Hər üçünün Səudiyyə hökümətinə münasibəti tənqidi olub və hər üçünün oğurlanıb Səudiyyəyə aparıldıqları barədə dəlillər var…və bundan sonra onlardan bir xəbər olmayıb.2003-cü ilin iyunun 12-də səhər tezdən Səudiyyə şahzadəsi Sultan bin Turki bin Əbduləziz avtomobildə, əmisi, mərhum kral Fəhdə mənsub olan və Cenevrə ətrafında yerləşən saraya gətirilib.
    Kralın sevimli oğlu, şahzadə Əbduləziz bin Fəhd, Sultanı saraya səhər yeməyinə dəvət etmişdi.

    Muxalifet4 - 24-10-2018

  12. ​Jurnalistin qətlində vəliəhd şahzadə məsuliyyət daşıyır – Tramp

    Jurnalist Camal Kaşoqinin qətlinə gətirib çıxaran əməliyyata görə yekun və əsas məsuliyyət Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın üzərinə düşür. 
    ABŞ prezidenti Donald Tramp “The Wall Street Journal”a müsahibəsində belə deyib. Bildirib ki, jurnalistin ölümündə aşağı səviyyəli rəsmilərin əlinin olduğu barədə şahzadənin iddialarına inanmaq istəyir. Lakin bu, yuxarı səviyyədə məsuliyyətdən yayındırmır. Çünki Trampa görə, Səudiyyədə bir sıra sahələrdə nəzarət Məhəmməd bin Salmanın əlindədir. 

    Muxalifet - 24-10-2018

  13. Qara dənizdə 2400 yaşı olan gəmi tapıldı - Foto

    Britaniya alimləri Qara dənizin dibində 2400 il yaşı olan ən qədim zədələnməmiş gəmi aşkar ediblər.
    Muxalifet.az xəbər verir ki, uzunluğu 23 metr olan qədim yunan ticarət gəmisi Bolqarıstan sahilindən təqribən 80 kilometr aralıda sualtı cihaz vasitəsilə tapılıb. Gəminin gövdəsi, sükanı, avarçəkənlərin yerləri, ümumiyyətlə, gəminin özü çox yaxşı vəziyyətdə qalıb. Alimlərin fikrincə, buna səbəb Qara dənizdə 200 metr dərinlikdən sonra demək olar ki, oksigenin olmamasıdır.
    Qeyd edək ki, Qara dənizdə alimlər tərəfindən son üç ildə 67 qədim gəmi aşkarlanıb.

    Muxalifet3 - 24-10-2018

  14. ​Fransa: Qarabağın separatçı rejimi ilə müəmmalı təmaslar...

    Etnik ermənilərin çoxluq təşkil etdikləri Fransanın Alforvil, Valans, Sent-Etyen və Arnuvil şəhərlərinin bələdiyyə başçılarının carı ilin sentyabr-oktyabr aylarında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri, o cümlədən 30 ildən artıqdır ki, erməni lobbisinin əlində alətə çevrilmiş Fransa Milli Assambleyasının sabiq deputatı Fransua Roşbluanın qondarma Dağlıq Qarabağ rejimi ilə intensiv təmasları bir sıra nəticələrə gəlməyə əsas verir.

    Muxalifet3 - 24-10-2018

  15. ​Rusiya, Türkiyə və İran razılaşdı: İşlər sürətləndirilir

    Moskvada aparılan danışıqlar nəticəsində təminatçı ölkələr Rusiya, Türkiyə və İran BMT-nin Suriya üzrə xüsusi nümayəndəliyi ilə birlikdə Suriya konstitusiyası komissiyasının müəyyən edilməsi istiqamətində anlaşıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə açıqlama yayan Rusiya Xarici İşlər Nazirliyi tərəflərin işlərin sürətləndirilməsi istiqamətində qərar verdiklərini bəyan edib.
    Rusiya, Türkiyə və İranın xarici işlər nazirinin müavinləri Suriyadakı vəziyyəti müzakirə edib.
     

    Muxalifet3 - 24-10-2018

  16. ​Elnarə yenidən aparıcılıq edəcək

    Müğənni Elnarə Xəlilova radio-aparıcılığına başlayır.
    Muxalifet.az xəbər verir ki, o, Antenn Fm-də yeni proqramda mikrafon qarşısına keçəcək. “Konfet” adlanan proqram həftəiçi 5 gün saat 11:00-13:00 arası yayımlanacaq. “Konfet”də mətbəx, gözəllik, sağlamlıq, dəb, ailə-məişət mövzularından bəhs ediləcək. proqrama həmçinin mövzulara uyğun qonaqlar da dəvət olunacaq.
    Elnarənin təqdimatında “Konfet” noyabrın 1-dən efirdə səs salacaq.
     

    Muxalifet3 - 24-10-2018

  17. ​Ərdoğan vəliəhdlə danışdı: Qaşıqçı olayı səngimir

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman arasında telefon danışığı baş tutub.
    Muxalifet.az xəbər verir ki, telefon danışığı Salmanın təşəbbüsü ilə reallaşıb.
    Camal Qaşıqçı cinayətinin bütün aspektləri ilə işıqlandırılması üçün birgə səylərin göstərilməsi və bu çərçivədə atılması lazım olan addımlar müzakirə olunub.
     

    Muxalifet3 - 24-10-2018

  18. ​Neftlə bağlı buna görə qiymətlər aşağı düşəcək - Hestanov

    Neft bahalaşdıqca onun yerinə alternativ mənbə istifadə etməyə yönəlik səylər da artır.
    Muxalifet.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı Sergey Hestanov bildirib.
    "Böyük axsamalar rəqabətə davamlı iqtisadiyyat mexanizmlərini işə salacaq və neft idxalçıları bahalı neftə alternativ axtarmağa başlayacaq. Qiymət nə qədər yüksəlsə, alternativ mənbələr də bir o qədər gündəmə gəlir. Nəticə olaraq tələbdə azalma olacaq, bu da zaman içərsində qiymətlərin aşağı düşməsinə yol açacaq", - Hestanov söyləyib.
     

    Muxalifet3 - 24-10-2018

  19. ​Azərbaycanda İLK: "Saqqal saxlamaq qadağan edildi"

    Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.

    Muxalifet.az a24.az-a istinadən xəbər verir ki, bu barədə SDU-nun bir qrup tələbələri tərəfindən daxil olan məlumatda deyilir.
    Bildirilir ki, universitetdə tələbələrə saqqal saxlamaq bir müddətdir ki, qadağan edilib. Buna görə də onlar dərsə buraxılmırlar. Eyni zamanda, saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara qaib yazılması göstərişi verildiyi bildirilir.

    Muxalifet3 - 24-10-2018

  20. ​Türkiyədə yarım milyondan çox gənc əsgərlik üçün müraciət etdi

    Türkiyədə bu günə qədər 672 min 306 çağırışçı ödənişli hərbi xidmətlə bağlı aidiyyəti qaydada müraciət edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar məlumat verib. Onun sözlərinə görə, ödənişli əsgərliklə bağlı şəxsi işlərini təqdim edənlərin sayı 377 min 410 nəfərdir.

    Muxalifet3 - 24-10-2018

Pages