Axtarış
The search found 105701 results in 0.144 seconds.
Search results
Səudiyyə prokuroru qəbul etdi: Cinayət əvvəlcədən planlaşdırılıb!
Səudiyyə Ərəbistanında Camal Qaşıqçı cinayəti ilə məşğul olan prokuror cinayətin əvvəlcədən planlaşdırıldığını qəbul edib.
Səudiyyə Ərəbistanında yayımlanan “Ekberiye” Televiziyası, Qaşıqçı cinayətinin istintaqına baxan Səudiyyə prokurorunun, Camal Qaşıqçının qətlinin əvvəlcədən planlaşdırdığını qəbul etdiyini bildirib.
Müxalifət.azMuxalifet3 - 25-10-2018
Ceyhun Nəbinin taleyi məlum deyil
İki gündür ki, Klassik Xalq Cəbhəsi Partiyasının fəalı Ceyhun Nəbidən xəbər yoxdur. O, oktyabın 23-də Şəmkirdə saxlanılıb. Belə ki, üç ay Rusiyada qaldıqdan sonra Şəmkirə gəlib.
Fəalın atası Sabir Nəbiyev bildirib ki, bu gün C.Nəbinin saxlandığını ehtimal etdikləri DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gedib. Lakin orada hər hansı informasiya verilməyib.
Muxalifet4 - 25-10-2018
Gəlin əri və uşaqlarını atıb başqa kişiyə qaçdı, 3 aydan sonra qayıtdı, əri qəbul etdi - Azərbaycanda ŞOK OLAY
Ötən il Ucar rayonunun Qaradağlı kəndində başqasına qoşularaq qaçan iki uşaq anası yenidən ailəsinə qayıdıb.
Muxalifet.az xəbər verir ki, bu barədə A24.az-a kənd sakinləri məlumat verib. Məlumatda bildirilir ki, iki azyaşlı uşağını atıb, başqa kişiyə qoşularaq qaçan kənd sakini, 1991-ci il təvəllüdlü Çinarə Ağayeva əri və onun ailəsi ilə barışıb.
Məlumata görə, qoşulub qaçdığı kişi ilə bir neçə ay yaşayan Ç.Ağayeva hazırda Qaradağlı kəndində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ayaz Ağayevlə birlikdə yaşayır.Muxalifet - 25-10-2018
Trampı tənqid edən məşhur aktyora ŞOK "HƏDİYYƏ"
Nyu Yorkda məşhur aktyora məxsus restorana şübhəli bağlama göndərilib.
Muxalifet.az CNN-ə istinadən xəbər verir ki, şəhərin Tribeka adlanan hissəsində “Hollywood” aktyoru Robert De Niroya məxsus olan restorana naməlum şəxs tərəfindən bağlama göndərilib. Paketin haradan göndərildiyi və içində nə olduğu hələlik bilinmir. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.
Qeyd olunur ki, bu cür şübhəli paketlər “Demokratlar” partiyasının bir neçə yüksək vəzifəli üzvünə də göndərilib.Muxalifet - 25-10-2018
Trampın ağıllı telefonlarını dinləyiblər: ABŞ-a qarşı istifadə olunacaq
“New York Times”-ın adlarının açıqlanmasını istəməyən Amerikalı nümayəndələrə əsaslandırdığı xəbərində, Ağ Evdəki sabit telefon xəttindən istifadə etməsi istiqamətində dəfələrlə təkid edilən prezident Donald Trampın İphone-larından əl çəkmədiyi və köhnə dostları ilə hal-əhval tutmaq üçün ağıllı telefonlarını istifadə etməyi davam etdirdiyi qeyd olunub.
Muxalifet3 - 25-10-2018
Canlı efirə zəng edən tamaşaçı aparıcıya elə bir şey dedi ki... - "Ərim..." - VİDEO
Türkiyənin Beyaz telekanalında yayımlanan “Hayatta her şey var” verilişində maraqlı məqamlar yaşanıb.
Belə ki, verilişə müraciət edən qadın ərindən şikayətçi olduğunu bildirib:
“Bir dəfə yataq otağımıza girəndə ərimin bir qadınla görüntülü danışdığını gördüm. Mənə sadəcə dərdləşdiklərini bildirdi. Diqqətlə baxdıqda isə qadının yarıçılpaq olduğunu gördüm. Həyat yoldaşım mənə dedi ki, hava istidir, ona görə elə geyinib. Sizcə, həyat oldaşım məni ələ salır, yoxsa həqiqətən də bu normaldır? Çünki ərim məni cahil adlandırır”.
Muxalifet - 25-10-2018
Diaspor Komitəsinin sədri Meksika səfiri ilə görüşdü
Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Diasporla İş üzrə Dövlət Komitəsində olub.
Muxalifet4 - 25-10-2018
Türkiyədə ƏMƏLİYYAT: Azərbaycanlı saxlanıldı
Türkiyədə Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) barəsində aparılan istintaq nəticəsində azərbaycanlı saxlanılıb.
Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Eskişehir Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə şöbəsinin əməkdaşlarının bir ünvana apardıqları əməliyyat zamanı A.H adlı Azərbaycanlı ələ keçirilib.
O, türkiyə hüquq-mühafizə orqanları tərəfindən "terror təşkilatına üzv olmaq"da günahlandırılaraq həbs olunub.
Şübhəlinin işi istintaqın aparıldığı Bilecik mahalına göndərilib.Muxalifet - 25-10-2018
"Qalatasaray"ın futbolçusu ağciyərindən zədələndi
Çempionlar Liqasının III turunda "Şalke" ilə keçirilən görüşdə zədələnən "Qalatsaray" klubunun futbolçusu Yuto Naqatomonun vəziyyəti barədə açıqlama verilib.
Muxalifet.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin ağciyərindən zədə aldığı bildirilib.
Görüşün 81-ci dəqiqəsində top güclü zərbədən sonra yaponiyalı oyunçunun sinəsinə dəyib və o, qısa müddət nəfəs ala bilməyib. Naqatomo stadiondan birbaşa xəstəxanaya aparılıb.
Yaponiyalı futbolçu bir neçə gün xəstəxanada qalacaq və müalicə alacaq.Muxalifet - 25-10-2018
Rusiya bazasına hücumu ABŞ havadan idarə edib - Putin HƏRƏKƏTƏ KEÇİR
Suriyada Rusiyanın Xmeymim təyyarə bazasına pilotsuz təyyarələrin hücumlarından biri Amerikanın kəşfiyyat təyyarəsindən həyata keçirilirdi.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafi nazirinin müavini Aleksandr Fomin bildirib.
“Onda 13 pilotsuz uçuş aparatı vahid döyüş sırası ilə və idarəolunan ümumi komanda ilə hərəkət edirdi. Bu zaman Amerikanın “Poseydon-8” kəşfiyyat təyyarəsi səkkiz saat ərzində Aralıq dənizinin akvatoriyasında patrul çəkirdi”, - Fomin dəqiqləşdirib.Muxalifet - 25-10-2018
“Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Qarabağ məsələsinin həllidir...”
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri özləri nizamlamaya gəlib çıxmalıdır. Bunu Yerevanda keçirdiyi mətbuat konfransında ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
“Problemin həlli çox mürəkkəbdir. Əgər asan olsaydı münaqişə çoxdan nizamlanardı. Mən bura ona görə gəlməmişəm ki, Amerikanın siyasətində hansısa dəyişikliyi elan edib və ya yeni həll yolu təklif edim. Tərəflər bir-birləri ilə işləməlidir. Və tərəflər özləri həll yolunu tapmalıdır”-Bolton bildiribMuxalifet - 25-10-2018
ŞOK KADRLAR: Ayı evə hücum çəkdi - VİDEO
İki balası ilə meşə kənarında dolaşan ana qrizli insanları görəndə qəzəblənib. O, insanların onun övladlarına xətər yetirəcəyini düşünüb və irəli atılıb.
Muxalifet.az Daily Mail-ə istinadən bildirir ki, olay Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Bella Koola şəhərində yaşanıb.
Lourens Mixalçu üç övladı və arvadı ilə evə yenicə qayıtmışdı.
O, həyətin kənarında ana ayını və iki ayı balasını görüb.
Mixalçuk ayıları qorxutmaq üçün qışqırıb. Onun bu qərarı çox yanlış olub:Muxalifet - 25-10-2018
Eşşək fermasında araşdırmalar başladı: Qanunsuz fəaliyyət göstərirmiş
Qida Təhlüksizliyi Agentliyi (AQTA) Abşeron rayonundakı ulaq təsərrüfatı ilə bağlı araşdırmalara başlayıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumatda bildirilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyətə başlamış ulaq təsərrüfatı və ulaq südündən istifadə olunması müsbət bir yenilik kimi ictimaiyyətə təqdim olunur. Heç bir elmi əsaslara söykənmədən həmin məhsullardan istifadə olunması istiqamətində əhali arasında təbliğat işləri həyata keçirilir.Muxalifet - 25-10-2018
Astarada yol qəzası-Xəsarət alan var
Astara rayonunda yol qəzası baş verib.
“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ərçivan-İstisu yolunda, Artupa kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, Astara rayon sakini, 1962-ci il təvəllüdlü Nazir İsmayıl oğlu Əliyev ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 25-10-2018
“Azərbaycanda 2 milyon iş yeri açılıb”
"Dünyada milyonlarla insan aclıq və iqtisadi məngənələrdən sıxılır. Biz üzərimizə götürülən öhdəlikləri yerinə yetirməli, elə dünya qurmalıyıq ki, orada aclıq olmasın, insanlar xəstəlik tapmasınlar".
Muxalifet.az "Qafqazinfo"-a istinaden xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
Əli Əhmədov hesab edib ki, bu istiqamətdə qarşıda duran vəzifələr bizi daha ciddi işləməyə vadar edir:Muxalifet - 25-10-2018
ABŞ-da növbəti bomba təhlükəsi
Məşhur Hollivud ulduzu Robert de Nironun Nyu Yorkdakı restoranı partlayış təhlükəsinə görə təcili təxliyə edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə “San” yazıb.
Məlumata görə, hadisə yerində partlayıcı qurğu olmaq ehtimalı yüksək olan şübhəli predmet aşkarlanıb.
Qeyd edək ki, bir qədər əvvəl Barak Obama, Bill Klinton, Corc Soros kimi şəxslərin evi və CNN televiziyasının redaksiyasında da bomba təhlükəsi yaşanmışdı.Muxalifet - 25-10-2018
Tramp Meksika ilə sərhədə ORDU YIĞIR
ABŞ prezidenti Donald Tramp Mərkəzi Amerikadan yola düşən iki “miqrant karvanı”nı durduraraq, onların ABŞ-a daxil olmalarının qarşısını almaq üçün Meksika ilə sərhədə qoşun göndərəcək.
“Reuters” xəbər verir ki, bu barədə Tramp özünün "Tvitter" səhifəsində bəyan edib.
“Mən bu cür milli fövqəladə vəziyyətlə əlaqədar hərbçiləri sərhədə çıxarıram. Onlar (miqrantlar) dayandırılacaq!” - Tramp yazıb.Muxalifet - 25-10-2018
Külək Mehdiabadda fəsadlar törətdi: 3 binanın dam örtüyünü dağıtdı - VİDEO
Abşeron rayonunun Mehdiabad qəsəbəsində güclü külək fəsadlar törədib.
Bu barədə Trend-ə açıqlamasında Mеhdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Bayram İbrahimov deyib.
İcra nümayəndəsi bildirib ki, güclü külək qəsəbə ərazisindəki məcburi köçkünlər üçün inşa edilən "Gənclər şəhərciyi"ndə 3 yaşayış binasının dam örtüyünü aşırıb: "Külək binalardan birinin dam örtüyünü tam, ikisinin dam örtüyünün isə yarısını aşırıb. Hadisə nəticəsində bir nəfər, 30 yaşlı sakin xəsarət alıb".Muxalifet - 25-10-2018
Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələri görüşüb – “Sülh tədbiri”ndə qondarma «Dağlıq Qarabağ» nümayəndələri müstəqil tərəf kimi təqdim olunub
Son günlərdə sosial şəbəkələrdə erməni milliyyətindən olan istifadəçilər tərəfindən «Azərbaycan + Armeniya = love» qeydləri ilə hansısa tədbirlərin birində azərbaycanlılarla birgə cəkdirilmiş fotoşəkillər paylaşıllb və bu, müzakirələrə səbəb olub.
Muxalifet4 - 25-10-2018
Hacı İbrahim Nehrəmlinin qardaşının ibtidai istintaqı başa çatdı
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun ibtidai istintaqı başa çatıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, zərərçəkmiş və nümayəndəsi artıq cinayət işi ilə tanış olub.
Cinayət işi yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.Muxalifet - 25-10-2018