Külək Mehdiabadda fəsadlar törətdi: 3 binanın dam örtüyünü dağıtdı - VİDEO
25-10-2018 17:05
Baxış sayı:
2818

Abşeron rayonunun Mehdiabad qəsəbəsində güclü külək fəsadlar törədib.
Bu barədə Trend-ə açıqlamasında Mеhdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Bayram İbrahimov deyib.
İcra nümayəndəsi bildirib ki, güclü külək qəsəbə ərazisindəki məcburi köçkünlər üçün inşa edilən "Gənclər şəhərciyi"ndə 3 yaşayış binasının dam örtüyünü aşırıb: "Külək binalardan birinin dam örtüyünü tam, ikisinin dam örtüyünün isə yarısını aşırıb. Hadisə nəticəsində bir nəfər, 30 yaşlı sakin xəsarət alıb".